|
Cümə axşamı, 13 May 2010 14:31 |
|
Bu sel Azərbaycanımızı yuyundurmağa gəldi. Məscid sökənlər onu çox bulaşdırdı. Allah evləri söküləndə bir dəstə dindar etiraz bildirdi. Kənardakılar dedilər: "Bunlar irançılar, turançılardır. Bunun fərqi yox, çünki Allah evinin sökülməsinə etiraz edən sadəcə, Allahçı. Allahın da etirazı göz qabağında. Ola bilsin ki, bu vaxta qədər Allahın əl bulaşdırmaması problemin öz aramızda həll olunacağına ümid imiş. Amma öz aramızda deyəsən həll olmur. Xülasə, mənim ürəyim dolu, sizin vaxtınız az. Allahın verdiyi nota bütün notalardan fərqlənir. Allah evlərinin sökülməsinə susan xalqın sözsüz ki, öz evi sökülməlidir. Susduğuna görə yox, günahlarının cəzası olaraq. Əvvəllər məscidə olan ehtiram çox günahlarımızın bəlasını uzaqlaşdırırdı. Amma indi məscidi buldozerə vermeklə "Maidə" (Səmavi süfrə) gözləməməliyik. Ya zəlzələ, ya sel. Hansı olsa, bunun da fərqi yox. Allah evi olmayan cəmiyyət mənəvi baxımdan məhvə doğru gedir. Allah da o məscidləri bizə görə qoruyur ki, ilahi eşq işığında insan nəslimizi qoruyaq, narkomaniyanın, əxlaqsızlığın qurbanı olmayaq. Heç olmaya arabir qulaqlar azan səsi eşitsin. Yoxsa (la məkan) məkansızın ev nəyinə gərəkdir?! Sual ortaya çıxsa ki, xalqın evi söküldü, bəs məscid sökənləri hansı cəza gözləyir? Cavab budur ki, məscidləri xaraba qoyanların cəzası dünyaya sığmayacaq qədər böyük. Dünyamıza sığan həddə cəzanın gəlməsinə isə məscid sökənlərin səhvlərini başa düşməsi mane ola bilər. Fatimeyi-Zəhra (s) məscidi sökülərsə, gələn bəlanı hadisəyə münasibətdə vəzifəsinə əməl etmiş insanlar müşahidə edəcək. Laqeydlər isə... Bir müddət öncə azan yığışanda dedilər ki, prezidentin xəbəri olmayıb. Görən sökülən məscidlər də gizli sökülür?! Düzünü Allah bilir!
Əşrəf Eyvazlı
 |