| Məgər düşünmürsünüz? | ![]() | ![]() | ![]() |
|
|
|
| Çərşənbə, 09 İyun 2010 12:03 |
|
Deyirlər ki, İran haqq, Ermənistan batilsə, haqla batilin nə ünsiyyəti?! Məncə araşdırmaya ehtiyac var: Haqla batilin ünsiyyəti ola bilər, yoxsa yox? Bu suallara istənilən bir ölkənin - qoy olsun İsrail - xarici siyasət idarəsinin verdiyi cavab mötəbərdir, yoxsa mən tələbənin? Mən tələbə özümdən soruşuram ki, imam Əli haqq, Üçlər batil deyilmi?! Məgər İkincinin Əliyə (ə) etdiyi cəfadan - xanım Zəhranın (s) şəhadəti, ilahi xilafətin qəsbindən böyük cəfa varmı?! Bütün bu cəfalara baxmayaraq imam Əli İkinciyə qəzavətlərdə kömək edir, müharibələrdə ona məsləhətlər verirdi. Deməyin o İslam xilafəti idi və onu Ermənistanla bir tutmaq olmaz. İran Ermənistanla öz xeyrinə əlaqə saxlayır, ya yox? Kim də İranı İslam təmsilçisi saymasa da ABŞ belə düşünür. ABŞ İranı İslamın, müsəlman dünyasının arxası sayır. Mən olanı deyirəm, deyirsiz belə deyil, heç olmasın. Amma deməyin ki, Vətən bir sizindir. Fatimeyi-Zəhra məscidinin sökülmə qərarı ləğv ediləndə Azərbaycan prezidentinə təşəkkürü özümə dini vəzifə bildim. Siz necə? Bir də Vətən meydan açıb onu sevənlər üçün. Tarixi mənbələrə əsasən bir dəfə Üçüncünü xalq qətlə yetirmək istəyərkən imam Əli öz övladları ilə xilafət qəsbkarının müdafiəsinə qalxır. Nə üçün imam Əli bu Üçlüklə əlaqəsin kəsmirdi?! Nə üçün imam Əli onlara kömək edirdi?! Nə üçün imam Əli Üçüncünü qətldən müdafiə edirdi? Deyirsiniz ki, bunun üçün ki, İslamın tələbi, xeyiri bu idi. Məgər bu gün İran üçün İslamın tələbi, xeyiri Ermənistanla elaqə ola bilməzmi?! İran Ermənistana, imam Əlinin üçlüyə köməyi kimi, əvəzsiz kömək etmir. Münasibətlər iqtisadi və siyasi müstəvidə faydalar üzərindədir. İran Ermənistana əvəzsiz nəsə versəydi nə deyərdik?! Görəsən imam Əlinin dövründə yaşasaydıq İmam Əliyə “bu qəsbkar Üçlüklə əlaqəni kəs, İran kimi olma, düz ol” (əsdəğfirullah) deyərdik, ya yox? Deyirsiz qatışdırdım? Bəlkə siz qatışdırmısınız? Amma İslamı kənara qoysaq, bir millətçi, yaxud ifrat vətənpərvər kimi hər şey demək olar. Bu mənada deyilənlərin isə islami baxımdan dəyəri yox. Onların dəyərin Soros və Soxnut təyin edir. Azərbaycan Respublikasının dövlət başçısı Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır. Dövlət başçısının bu siyasəti islami baxımdan bəyənilir. İslam qan axıdılmasından xoşhallanmır. Türkiyə səy edir ki, Ermənistanla sərhədlər açılsın. İradlar olur ki, nə üçün Azərbaycan republikasının rəsmiləri və yaxud Türkiyəli diplomatlar Ermənistanla əlaqə saxlayır?! Qeyd etdiyimiz kimi, İslam dini bütün münaqişələrin sülh yolu ilə həlli tərəfdarıdır. Sülh üçün isə sözsüz ki, get-gəl və danışıqlar lazımdır. Əlaqələr olmasa hansısa problemin həllindən söhbət gedə bilməz. “Məgər düşünmürsüz?!” P.S: Ermənistan mühüm strateji mövqeyə və xaricdə elə güclü lobbiyə malikdir ki, ABŞ və Rusiya kimi iki nəhəng düşmən sərmayə xərcləyib ona sahib olmaq istəyir. Amma bəziləri deyir ki, İran ayağı altındakı bu yağlı tikəyə durub baxmalıdır! Ortada iki mövqe var: Birincisi, İran Ermənistanla əlaqələri kəssin – bunu ABŞ və Sionizm arzulayır. İkincisi, İran Ermənistanla əlaqələri öz xeyrinə yönəltsin – bunu dünya ağalarından heç biri istəmir... Elə “biz” də! Əşrəf Eyvazlı
Baxış sayı: 1830 Şərhlər (53)
![]() yazdı fariz bayramli, İyun 09, 2010
ALLAH RAZI OLSUN QARDAW SIZDAN YAXWI KI BU INSANLARIN BAZISIN BAWA SALIRSUZ MU GOZAL MAQALA ILA ALLAR ACIR VERSIN INWALLAH
yazdı vusale, İyun 09, 2010
deyirsiniz dunyanin bizden uz cevirib bizi yer uzunden silmeye calisan menfur dusmenlerimize komek etmesine laqeydmi olaq? bu ola bilmez. bes onda niye Turkiye Felestine yardim etmek ucun israille olan herbi razilasmasini legv etdi? Niye muselman qardasina gore oz menafeyinden el cekdi? Sizin kimi dusunenler cox olarsa onda yer uzunde xristianlarin islama,muselmanlara qarsi qesdleri de bir o qeder cox olacaq. İran Ermenistani destekledikce ermenilerin de muselmanlara qarsi insanliqdan kenar hereketleri davam edecek. O cur cirkin milleti dunya ne qeder pislese,arxasinda durmasa,hec bir elaqeye girmese sizce o zulmunu davam etdirecekmi? elece de İsrail. Meger siz bunlari gorub dusunmursunuzmu? Niye xristianlar,yehudiler bir birine arxa cixir,biz ise muselman qardaslarimizin qirginina goz baglayiriq? Bundan da pisi muselman qardaslarimizi qiranlarla her hansi bir elaqe saxlayiriq.bir az da eline silah veririk ki "get qirmaqda davam et".İran mehz bele edir. Siz hec vaxt ustunuze silahla gelen sexse qarsi bos elle dini sozlerle cixa bilmezsiniz. Gunahsiz insanlari oldurmek olmaz,amma oz haqqin ugrunda mubarizeye qalxmalisan.lazim gelse veten ugrunda oldurmelisen de,olmelisen de.
Meqalenizden yalniz bunu basa dusdum ki dusmen bizi oldurmeli biz ise buna da, onlara komek edenlere de susmaliyiq. Mence ele basimiza gelenler de mehz bu sebebdendir. islami deyerlere gelince ise mescidlerin sokulduyu,azanlarin susduruldugu yerde islami deyerlerden sohbet gede bilmez! yazdı insan, İyun 10, 2010
israil felestini nece illerdir mehv edir. amma turkiye elaqelerin tezelikce mehdudlashdirdi. israil ozu buna sherait yaratdi. israil turk vetendashlarin qetle yetirmeseydi turkiye kontraktlarin israille legv etmezdi. israil turk vetendashlarin shehid etmekle turkiye devletine shans yaratdi. ermenistan hele ki iran vetendashlarin qetle yetirmeyib. veteni qorumaq bizim vesifemizdir. daha kiminse ayaqi altina yixilib yalvarmamaliyiq. siz bir milletci kimi yazibsiz. amma meqalede mesele budur ki islamin bu ishe munasibreti nedir. gelin veteni ozumuz qoruyaq, meger dwshwnmwrswz? bu varyant da var dwshwne bilmirsiz.........
yazdı mumine, İyun 10, 2010
Salam. Men iran islam respublikasinin terefdariyam. Menim teqlid etdiyim muctehid Ayrtullah Xamneyidir. Vusale xanima sozum budur o deyir-iran silah verib-bu sozu hardan deyirsiz? Ne ucun bohtan atirsiz? Allahdan qorxmursuz? Eger duz deyirsizse stat getirin. Iran ermenistanla herbi emekdashliq edmir. Amma Turkiye ve Azerbaycan israille dunene kimi herbi emekdashliq edirdi. Men bunu basha dushmurdum ne ucun?! Bu yazidan sonra qismen Turkiye ile razilashiram. Yazara teshekkur.
yazdı tofiq, İyun 10, 2010
eqidevi, fiqhi, dini meselelerdə ziyalıcasına düşünənlər görən bu məsələdə niyə xəvaric kimi fikirləşir?
möminlər kafirlərlə dostluq etməzlər lakin təqiyyə məsələsi də var axı! Yenə də təəssübdür hər şeyi xarab edən. yazdı Вусал, İyun 11, 2010
hаны умметин орта jолу? Аj Ешреф, чан гардаш, Иран не вахтдан месум статусу алыб? Ниjе онун бутун ишлерине мугеддеслик дону геjиндирирсен? Имамла мугаjисе едирсен.... hегигет будур ки, Иран месум деjил, ишлеринден 100% фаиз дине уjгунлуг гозлемек агыл саhибине jарашмаз. "МЕГЕР ДУШУНСЕ" Онун да озунун сиjаси ве игтисади мараглары вар. Бу мараглар там дине уjгун олмаjа билер. hер hалда чанаварлар арасында гоjун олмаг-еле бу башдан олмек демекди. ЧОХ СЕВИРЕМ ИРАНЫ!
yazdı Hacı Tofiq Əsədov, İyun 11, 2010
İlk növbədə cəlilabadlı yazar Tofiq qardaşımdan çox xahiş edirəm ki, imkan daxilində adını soyadı ilə birgə və yaxud (insan və mömin kimi) tanınmamış adlar ilə şərh yazsın ki, çaşqınlığa səbəb olmasın.Çünki mən Əsədov Tofiqdə cəlilabadlıyam. Din və vətən münasibətinə gəldikdə isə, vətənə olan sevginin din və imandan qaynaqlanması heç bir möminə gizli deyil. Mən bir dinşünas kimi deyə bilərəm ki, din mənim mənəviyyatım, vətən mənim amalımdır. Din mənim ülvi və pak hislərim, vətən isə mənim güvənc yerim və üzərində böyüdüyüm torpaq, unudulmaz xatirələrimdir. Vətənim, pak dinimə öz ağuşunu açdı. Dinim də, mənəviyyat töhfəsini torpağıma səpdi. Belə olan halda, sizcə dinimin istəkləri vətənimin maraqlarından yan keçə bilərmi?! Yəqin ki, yox!
yazdı Eshref-Vusala, İyun 12, 2010
Mən məqalənin hansı cümləsində yazmışam ki, İran məsumdur? Ay Vusal can, konkret mənə göstər o cümləni hasıdır? Hanı İslamın məqaləyə fikir bildirəndə tapşırdığı orta yol? Allah imamları bizə nemət verdi ki, dunyada onlarla haqqı batildən ayıraq. Mən də bu məqalədə imamın bir əməli ilə İran islam respublikasının əməlin ölçüb nəticə almışam. Məqsədim haqqı imamın əməli vasitəsi ilə aşkarlamaqdır.Bezi ağalar imamdan danışanda elə danişır ki, müxatəb elə bilir imam nəsə başqa varlıqdır. Amma İslam peyğəmbəri buyurur ki, mən də sizin kimi bir bəşərəm. Qidalanıram və gəzirəm. Allah buyurur ki, peygəmbərin sunnəsi (həyat tərzi) bizə ən gözəl nümunədir. Yəni onların əməllərin öz həyatımızda tətbiq edə bilərik. Biz buna qadirik. Qaldı ki, İranı sevməyə, mən İranı sevmirəm. Mən İran İslam respublikasın sevirəm. İslamsız İranın mənimçün zərrəcən qiyməti yoxdu. Elə dünyanın da. Bilirəm sən də İslama görə sevirsən. Zarafat üçün belə yazdım. Sağol. Bütün məqalələrimə bu günə kimi şərh yazanlara təşəkkürümü bildirrəm. Gecikdiyim üçün üzür istəyirəm.
yazdı mahammad, İyun 12, 2010
Haci tofiq chox doqru yazmisiniz, din va vatan ayrilmaz iki hissadir!
yazdı EMIL.., İyun 12, 2010
SALAM ESHREF QARDASH.SHEXSI MUNASIBETI QOYAQ KENARA. AMMA SENIN BU BATIL MUQAYISEN BILIRSEN NEYE BENZEYIR?
DEYIRLER KI, HEZRET MERYAMA ALLAH-TAALA ICAZE VERMEDI BEYTUL-MUQEDDESDE HEZRET ISANI DUNYAYA GETIRSIN, AMMA HEZRET ELI ELEYHISSELAM KEBEDE DUNYAYA GELDI. VE YA ALLAH TAALA HEZRET IBRAHIMDEN ISMAILI QURBAN KIMI QEBUL ETMEDI, AMMA IMAM HUSEYNI VE ONUN OVLADLARIN VE ESHABIN QEBUL ETDI. MENTIQDE BU MUQAYISENIN XUSUSI ADI VAR. EZIZ QARDASHIM, EGER HEZRET MERYEM USHAQI BEYTULMUQEDDESDE DUNYAYA GETIRSEYDI ONUDA USHAQI DA OLDURERDILER. ALLAHIN MESLEHETI BELE IDI KI, O BEYTULMUQEDDESI TERK ETSIN. VE YA HEZRET IBRAHIM IMTAHAN MEQAMINDA BU ISHI GORDU, IMAM HUSEYN ISE VEZIFE MEQAMINDA. MEQALENIN MEZMUNUNU QEBUL ETMEDIYIM UCUN ONA ISHARE ETMIREM . MESELEN; UCLUK NEDIR? HEZRET ELI NIYE OSMANIN OLMUNE RAZI DEYILDI VE SAYIR.. BUNLARIN CAVABI TARIXI YAXSHI OXUSAQ VE TEHLIL QABILIYYETIMIZ YAXSHI OLSA BASHA DUSHERIK VE BELE BATIL MUQAYISEYE YOL VERMERIK. NE ISE. ONDA BELE CIXIR KI IRANIN COREYI ERMENISTANDAN CIXIR? MEN IRAN ISLAM RESPUBLIKASIN SEN DUSHUNDUYUN QEDERDE ZEIF BILMIREM. IRAN HEMIN IRANDIR KI BUTUN DUNYAYA QARSİ 8 IL KISHI KIMI VURUSHDU VE KIMESE EL ACMADI. INDI ERMENISTAN KIMI COCUQA EL ACACAQ? BIZ DUSHUNUB ISH GORMUSHUK ESHREF QARDASH SENDE BELE YAZILARLA GUNESHI GORE GORE GUNDUZU DANMA. BIR SOZLE OZUVU ALDATMA QARDASHIM. BURDA IRAN SOHBETI VAR ISLAM SOHBETO YOXXXXXXX.. O KI QALDI BURDAKI SHERCILERE VUSALE BACIMDAN VE BEZI QARDASHLARDAN BASHQA, BASHQALARI ELE KOR GELIB KORDA GEDECEK. CUNKI ONLARIN HİSSİYYATLARİ EQILLERINE GUC GELIB. NECE ADAM QIZ ISTEYENDE ONUN HEC BIR EYBIN GORMUR AMMA EVLENENDEN SONRA MINEYBI CIXIR. ALLAH BIZI ONLARDAN QERAR VERMESIN.NUSRET KESEMENLI DEMISHKEN: SEVIREM DEYIRDIM DEYIRDIN SEN DE INDISE MIN EYIB GORURSEN MENDE. yazdı Araz, İyun 12, 2010
Salam hamiya. Mexsusen haqqi gorub danmayanlara. Eshref bey men sizin meqalenizden bir şey başa düşmədim ve bele düşünürəm ki, sən özündə bilməmisən nə yazmisan Amma məqsədn budur ki, qardaşımız Vusalin "Vətən yazıq" məqaləsinə cavab yazmisan guya. Momin insan Yeqin ki isra suresinin 36 ci ayəsini oxumusan əgər oxumamisansa get oxu men yazmiram ki, quranin ozunden oxuyanda daha tesirli olur. Ve calish emel et o ayəyə. Onu da qeyd edim ki, tekce men deyilem senin meqaleni basha dushmeyen bashqalarida vardir ki basha dushmeyib. Qardaş bu gun zərəbə, zərəba oxuyursansa ele dushunumə ki islamdan xəbərin var.Onu bilki İran İnqilabinin banisi dunyadan kocen gunune qeder ozunu telebe sanib ve bir defe de olsun diline men alimem sozunu getirmeyib (oxuyub əldə etdiyim melumatlara gore ). Sən elə bilirsən ki, Vusal qardaşa cavab olaraq belə bir məqalə yazmaqla yaxşı edirsən amma onu bilki bunu ozune ziyan etmish olursan. Camaatı ozunuze guldurmeyin. Sayta baxan dushmenler inan ki, bu işdən sevinir və siz tələbələrə etimadi azalir. Onsuzda bəzi tələbə cildinə girən cahillər qum tələbələrin etibarini azaldib hec olmasa sən elə eləmə ki, sabah qayidib vetene gələndə deməsinlər ki, bozbaş molladir yaxud min cur. Mən də calışıram tələbələrin həqiqi məqamini vetendaşlarimiza deyim elbetde elim catan dost tanishlara. Eger Vusal qardaş nəsə səhv yazibsa o qumda sən qumda get çək bir kuncə de dəlillərinlə isbat et ki qardash bu məqaləni sehv yazmisan və islamin zərəri var burda və ondan istəki bu saytin admin heyyətində o məqaləni saytdan cixartsinlar. Amma sənə təəssubkeşsizliklə deyirəm ki, sənin bu məqalədə yazdiğin dəlillər əsassız və bu sohbət aidiyyati olmayan dəlillərdir. Məndən sənə nesiyyət istəyərsən qəbul edersen istemezsen etmersen. Amma yuxarida qeyd etdiyim ayəni unutma ve oxu ozunde düşün ki, nece olacaq aqibetimiz. Sağ ol.
yazdı tofiq, İyun 12, 2010
qardashlar bu gun siyasetci olmayan insanin irani ermenistanla elaqede qinamasi cehaletdi. delilimde budur ki insan bir movzuda söz deyirsə gərək o mövzuya dərindən bələd ola. Həzrət Əli buyurur ki əgər bir mövzuda bldiyin azdısa yenə danışma! İndi mən sual verirəm: Sizin hansı biriniz gedib İran Ermənistan əlaqələrini araşdırıb bu nəticəyə gəldi ki İranın Ermənistanla dostluğu zərurət deyil və ya İslamın ziyanınadır.
mənə cavab yazmağa çalışmayın. Onsuz da Kamyu demışkən bütün dəlillərin qabağına dəlil qoymaq olur. həqiqəti başa düşməyə çalışın.Öz sözünüzü yox. yazdı emin, İyun 12, 2010
Həəə... bəzi mollalar qalıblar ki vətəni sevsinlər yaoxsa qabaqlarına atılan bir tikə çörəyi. Özüdə iaranın səngəg çörəyini. Bəzi ... bu tikəni seçib bəzi ləyaqətli insanlar haqqı. Hamısı da molla ruhanidi. Amma bəziləri Cəlil Məmmədquluzadənin Mirzə Fətəli Axundovun tipləridi... Bəziləri əsl kişidi insandı. Bəziləriləri Qarabağda şəhid olmuş vətən oğullarına, gözü yaşlı anaların göz yaşlarına dəyər verib özünün vətənpərəst dindar olduğunu deyir. Bəziləri Vətən mənim nəyimə ıazımdır, mənə İrandakı şəhriyə ya da ki İttilaat lazımdır deyir. ... İran KKB sinin qorxusundan təkzib edib ki olmaya birdən ... Həə düşünüb daşındılar belə qərara gəldilər ki elə özümüzü niyə incidirik? Cəhənnəm olsun ... tələbənin heysiyyəti, gəl onların ... yazdığı vətənpərvərlik dolu məktubu təkzib edək. ... Həəə ... Sonra da dedilər ki "AY TƏLƏBƏLƏR İRAN SİZƏ GEL KİMİ BAXIR. VƏTƏNİ NEYNİRSİZ AXI. İT DƏ ONA ÇÖRƏK VERƏNİN ÜSTÜNƏ HÜRMƏZ." Tələbələr dedi Biz it deyilik. Kim istəyirsə it olsun.
Amma mən deyirəm... Əgər belədirsə bu sözü deyən nə üçün ... ay millət həə... Deməli bu misal onun özünə aiddir. Gör bizə bu sözü kim deyir? Ay tofiq asad. Senin kimi 5-6 qeyrətli dindar tələbə nə bilim quran oxuyan... bilmirəmki tələbəsən mollasan nəsən AMMA KİŞİ QEYRƏTLİ ADAMSAN. Yaşa. Min yaşa. yazdı samit, İyun 12, 2010
Emin! Unutma kimse coreye ya shehriyeye gore iranin terefini saxlamaz . ozun yaxshi bilirsen. iranin eleyhine yazanlarin hamisi shehriye alir. kimse olarin shehriyesin kesmedi/ nabarot indi iranin terefin saxlamaq cetindi cunki o terfede kqb var, Her oglanin duxu catmaz buna. Teessub gozunu tutub qardash
Tofiqin sözü çoxlarına o cümlədən Emilə aid olur. Emil, senin Ermənistanı cocuq adlandırman özü məlumatsızlığından xəbər verir. Erməni lobbisinin ermıni spikerlerin neler etdiyinden xeberin yox! Qardaş tam məlumatiniz olmadan danışmayın. bunu siz tələbələr gərək hamidan yaxşı biləsiz. xahiş edirəm "tovcih" etmə. bir dəyqə fikirləş bəlkə biz düz deyirik! Eşrəf qardaş halaldı sənə! Halaldı ki milli təəssübü kənara qoydun! Və təslim oldun haqq qarşısında. Qoy səni və məni vətən xaini adlandırsınlar. Bu yolda təhqir olmaq da şirindi. Haqq yolunda!!! yazdı Çaş-Baş, İyun 12, 2010
Salam bu zəmanədə baş çıxarıb haqq yolda olan kəslərə. Qardaş vallah deyirem elə zəmanədə yaşayiriq ki, bilinmir haqq kimdir batil kimdir and ola muaviyenin zamanindan beter olub. Biri bir şey yazir o biri elə cavab yazir ki deyirsen duz deyirdee. Yeniden o biri elə bir cavab veriri ki ona deyirse Allahu ekber bes demek meselenin bu biri terefi de varmish. And ola qorxuludur millet gelin bilmeden hokm vermeyek axi İmam Sadiq (ə) buyurb hakimler 4 qisme bolunur ki,3- u cehennemlik 1-i ise cennetlikdir.... ardini yeqin ki bilirsiniz. gelin bilmeden qezavet elemiyek men bir defe qezavet etmishem indi peshmanam cunki hele de bilmirem duz etmishem ya yox. Men gediremse cehenneme hec olmasa siz getmiyin. Allahim! gunahlarimi ve butun shielerin gunahlarini bagishla. Amma inanin Allaha mene subut eden olsa ki, burda haqq kiminledir men cemiyyetin gozu qabaginda o terefe kecerem ve o terefi mudafie ederem. LAkin inaniram ki, ele birisi olmaz ki, tutarli delillerle meni basha salsin. imeyl adresim budur:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
yazdı Bratan, İyun 12, 2010
Hormetdi yazar, Allah seni ve bizi hidayat elesin. bax bura:
1. Qondarma qarabag resbublikasinin naziri irana gelir ve burda Arak qubernatoru ile sanad imzaliyir. 2. Iran resmi agentdikleri yazillar ki Armeniyanin qarabag vilayatinin naziri gelib ve... 3. qarabagda seshkiler olur, bir musalman olkesinden mushahide edir, oda iran. 4. qarabagda bir musalman olkesi investisiya qoyur, iqtisadi ishdar gorur, oda iran. 5. iranda xerite chixir, qarabaq gedib armeniyanin ichine. Indi xayish edirem bunnari da izah ele mene. yazdı Afeiq, İyun 12, 2010
Ay bratan yehudiler yalan xeberler yayirn sen cahil de deyirsen ele bu seyler olub/ bilirsen senin getirdiyin statlar;n ham;s; yehudinin informasiya agentliyinin yaydigi melumatdir ele deyirdiz iran qarabaga kombayn satib/ ne oldu Azerbaycanda sefirlik tekzib verdi dedi yalan xeberdi-
yazdı salam-emine, İyun 12, 2010
Emin-Qum varapskoy alemde bele bir soz var- deyir ki eger filan sey deyilsense filan sey xanada ne gezirsen-cix gel burda oxu de islam unversitetinde Posazadede///
yazdı Samit, İyun 12, 2010
Ay bedbextler gorun ne gunlere dusmusuz? Siz kimsiz ki bele bir muhum movzu barede fikri yurudesiz? Diddili nedir ki kelle-pachasi da ne ola?
Sen get cesusluqla meshqul ol. Bu millet bu dovlet sizin bu oyubariniza aldanan deyilll! yazdı Çaş-Baş, İyun 12, 2010
Salam yenə yuxarıda yazdığım kimi. Məni başa salmaq istəyən tapılmadı gördünüzmü heç kəs cəhd etmir ki, kimin haqq olduğunu məntiqi yolla başa salsın mənə. Sizcə bundan nə nəticə çıxartmaq olar. Bir dəli quyuya bir daş atdı 10 ağıllı gəlib onu çıxarda bilmədi. Hamıya Allahdan kömək və hidayet dileyirem. Unvan:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
yazdı Bratan, İyun 12, 2010
Afeiq, sen yuyumamish qashiq kimi ozunu ortaliga atma, men Ashrafa yazmisham. onun javabi olsa yazacag.Bu yazdixlarimin hamsi da iran saytdarindandi... agar sene elim chatsaydi, hechne yox dedyim xeriteni mamnuniyetle gozune soxardim.
yazdı fiqo, İyun 12, 2010
Cenab bratan ola bilmez ki. o xerite de yehudi neshridi? Birdeki Iranda o qeder ceplerin. yashil hizbin. vilayeti feqihin dushmenleri var. ne desen ederler. sethi fikirleshme qardash---dunyada bir haqqi deyen olke var siz de darashibsiz onun canina---elbetde indi turkiye ile iki haqqi deyen olke var--
yazdı fiqo, İyun 12, 2010
Birdeki ay qardashlar siz ne isteyirsiz? Meqalede deyilir ki. Azerbaycan hokunmeti ve turkiye get gel edir ermenistana ne ucun onlarn adin bir ... cekmir darashibsiz iranin canina he maraqlidiye vallah. Belke siz hec telebe deyilsiz telebe adindan yazirsiz? ... etmeyinaaaa...
yazdı Ara vuran, İyun 12, 2010
salam ey Allahın momin bendeleri aranızda olan ixtilafi daha da boyutməyə gəldim. Sizə bir link verirem onun uzerinde vurun ve oxuyun gorun orda Azərbaycan İran Turkiyə haqqinda nələr yazilir. Qırın bir birinizi bəlkə Qarabağı aldıniz. Bizdə kənardan sizi seyr edirik. Link budur: http://www.adalet-az.com/new/2009/02/19/read=30897
yazdı vusale, İyun 12, 2010
Bu cur fikirler olduqca Qarabag da bizde olmayacaq. Cox teessuf... Menim yazdiqlarima subut isteyenler, siz nece subut edersiniz ki Azerbaycanmizin ten yarisina sahib olmus bir dovlet bizim guclenmeyimizi ister,meger isteyer ki biz muharibeler aparib butun tarixi torpaqlarimizi geri qaytaraq? Elbette ki yox. Irana ve sozalti ermenilere qahmar cixan hemvetenlerim, yatmayin. Dini sizin gozunuze tutub altdan is goren muselman "qardaslarinizi" biz muharibeye baslayanda (bu labuddur) goreceksiniz. Bu da olacaq sizin subutunuz. VETENden basqasi Vallah yalandir!
yazdı fariz-bayramli, İyun 12, 2010
SALAMALAR OLSUN BU MAQALANI OXUYANLARA QARDAWLAR NA XABARDI NA OLUB HARA TALASIRSINIZ BELA TEZ SIZA KIM ICAZA VERIB KI ARAWDIRMADAN OZUNUZDAN HOKUM VERASIZ BIRDAKI XAIW ELAYIRAM SIZDARDAN AQLINIZA NA GALIRSA ONUDA YAZMAYIN AN AZINDAN OZUNUZA QIYMAT VERIN HEC OLMASA FIKIRLAWIB YAZIN AWRAF QARDWIMADA OZ TAWAKKURUMU BILDIRIRAM COX SAQOLSUN MAQALAYA GORA
yazdı Ramil, İyun 12, 2010
Çox teesüf elədim Əşrəfə. Amma sənə halaldı, daryuş qəbirdən xortdiyib qizil medal verəcəy sənə. Bir də vətənpərvər qaqa, məscidinin sökülmə qərarı ləğv ediləndə Azərbaycanın məcid sökən prezidentinə yox, sinəsini bulduzer qabağına verən qeyrətdi oğlannara göndərməlidin təşəkkürü. Bu qədər bısdi, özüzü bunnan artıq biyabır elməyun.
yazdı Xalid-ramin', İyun 12, 2010
Bəlkə imam zaman verdi qızıl medalı Əşrəfə. Prizdentə təşəkkur edmek sinesin bulduzere veren qardaşların elinin öpülmesin inkar etmir. Xevaric tefekkürü varınızdı vallah. Təqiyye zad- da qanmırsız!
yazdı Azerbaycanli, İyun 12, 2010
Salam dostlar! Müəllifin əcaib məntiqlə yazdığı bu yazı belə bir alternatif mevqe sərgiləyir: (eyni məntiqdən belə çıxır ki):
Deyirlər ki, Azərbaycan müsəlman ölkəsi, İsrail isə batil rejimdi, bu iki bir-birinə yad ölkənin nə ünsiyyəti? Məncə araşdırmaya ehtiyac var: bu iki dövlətin ünsiyyəti ola bilər, yoxsa yox? Mən tələbə özümdən soruşuram ki, imam Əli haqq, Üçlər batil deyilmi?! Məgər İkincinin Əliyə (ə) etdiyi cəfadan - xanım Zəhranın (s) şəhadəti, ilahi xilafətin qəsbindən böyük cəfa varmı?! Bütün bu cəfalara baxmayaraq imam Əli İkinciyə qəzavətlərdə kömək edir, müharibələrdə ona məsləhətlər verirdi. Deməyin o İslam xilafəti idi və onu İsraillə bir tutmaq olmaz. Azərbaycan İsraillə öz xeyrinə əlaqə saxlayır, ya yox? Mən olanı deyirəm, deyirsiz belə deyil, heç olmasın. Amma deməyin ki, Vətən bir sizindir. Tarixi mənbələrə əsasən bir dəfə Üçüncünü xalq qətlə yetirmək istəyərkən imam Əli öz övladları ilə xilafət qəsbkarının müdafiəsinə qalxır. Nə üçün imam Əli bu Üçlüklə əlaqəsin kəsmirdi?! Nə üçün imam Əli onlara kömək edirdi?! Nə üçün imam Əli Üçüncünü qətldən müdafiə edirdi? Deyirsiniz ki, bunun üçün ki, İslamın tələbi, xeyiri bu idi. Məgər bu gün Azərbaycan üçün milli mənafeyin tələbi, xeyiri İsraillə əlaqə ola bilməzmi?! Azərbaycan İsrailə, imam Əlinin üçlüyə köməyi kimi, əvəzsiz kömək etmir. Münasibətlər iqtisadi və siyasi müstəvidə faydalar üzərindədir. Azərbaycan İsraildə heç səfirlik də açmayıb və açmır! Azərbaycan İsrailə əvəzsiz nəsə versəydi nə deyərdik?! Görəsən imam Əlinin dövründə yaşasaydıq İmam Əliyə “bu qəsbkar Üçlüklə əlaqəni kəs, Azərbaycan kimi olma, düz ol” (əsdəğfirullah) deyərdik, ya yox? Deyirsiz qatışdırdım? Bəlkə siz qatışdırmısınız? Amma İslamı və milli mənafeləri kənara qoysaq, bir ərəb millətçisi, yaxud ifrat dini təəssübkeş kimi hər şey demək olar. Bu mənada deyilənlərin isə islami baxımdan dəyəri yox. Onların dəyərin Azərbaycanı gözü götürməyənlər təyin edir. Azərbaycan Respublikasının dövlət başçısı Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır. Dövlət başçısının bu siyasəti islami baxımdan bəyənilir. İslam qan axıdılmasından xoşhallanmır. Türkiyə səy edir ki, Ermənistanla sərhədlər açılsın. İradlar olur ki, nə üçün Azərbaycan republikasının rəsmiləri və yaxud Türkiyəli diplomatlar Ermənistanla əlaqə saxlayır?! Qeyd etdiyimiz kimi, İslam dini bütün münaqişələrin sülh yolu ilə həlli tərəfdarıdır. O cümlədən, İsraillə. Sülh üçün isə sözsüz ki, get-gəl və danışıqlar lazımdır. Əlaqələr olmasa hansısa problemin həllindən söhbət gedə bilməz. “Məgər düşünmürsüz?!” P.S: İsrail mühüm strateji mövqeyə və xaricdə elə güclü lobbiyə malikdir ki, ABŞ və Rusiya kimi iki nəhəng düşmən onun ayaqları altındadır. Amma bəziləri deyir ki, Azərbaycan belə bir fürsəti fələstinlilərə görə əldən verməlidir! Ortada iki mövqe var: Birincisi, Azərbaycan İsraillə əlaqələri kəssin. İkincisi, Azərbaycan İsraillə əlaqələri öz xeyrinə yönəltsin - ən müasir texnologiyalara yiyələnsin, neft satıb iqtisadi sabitliyin təmin etsin və dünyadakı yəhudi lobbiçiliyindən faydalansın. QEYD – Əlbəttə şəxsən mən belə düşünmürəm, bu sadəcə Əşrəf bəyin məntiqinin davamıdır, vəssalam! Məncə İsrail də, Ermənistan da İslam və müsəlmanların qatı düşmənidir və ən doğru yol İslam birliyinə nail olub belə düşmənlərin başın əzməkdir! Yaxud bunu edə bilməsək də barı onlarla dostluq etməməkdir. Əşrəf bəyin xətrinə dəysə də, zənnimcə onun “yağlı tikə” dediyi Ermənistan “murder yağlı tikədir”!!! Murdar tikə yağlı olsun, olmasın, ondan uzaq olmaq lazımdır. Biz öyrənən İslam bizə bunu öyrədib. Burda İmam Əli əleyhissalamla 3-lüyü yox, İmam Əli əleyhissalamla Müaviyəni müqayisə etmək daha düzgün olardı. Əli Müaviyəni sinəsinə basıb o üz-bu üzündən örmürdü hər halda. yazdı Samir, İyun 12, 2010
Salam. Müeyyen fikirlər səslənir. Maraqlidir ki, İran inqilabindan bir necə gün sonra ABŞ təyyarələri İrani bombalamağa gəldi. Allah Özü tebəsde İranin müdafiyəsinə qalxdi. Bu memləkətde imam Xomeyni kimi kişi olub. Yerinde Aytullah Xamneyi qalib. Ayətullah Behcet İranda son qatişiqliqlarda Xamneyiyə demişdi ki, qelbini sakit saxla bu məmləkətin yiyəsi var. Ya Mehdi, deyirlər ki, sen bu memləkətin sahibisən. Men başa düçürem ki, ya vel-veleden ya zelzeleden bu gun İranla ermenistanin elaqesi var. Ve menim vilayeti feqihə imanim bütün bu suallarima cavab tepmağima kömek edir. Ey Mehdican ele bilirdim ki, insanlar agallaşib. Amma bu son işlerden sonra üzüldüm. Üzüldüm sethi düşüncələrə, üzüldüm xevaric tefekkürüne. üzüldüm sizin mezlumiyyetinizə. Amma cavab da verecem üzülüb küsmeyecem. Ay teleskenler bu ölkedə 7 elem müctehid var. Vileyeti-feqih var. Bu günün telebi budur ki, İranin ermenistanla elaqesi olsun. Siz ozünüzü ne sanirsiz? 7 muctehidden elemlersiniz haminiz. Ermenistan batildi qasibdi ve hec kes bunu inkar etmir. Hazret Eli buyurur: Her derk etmediyinizi inkar etmeyin. Buna nece baxirsiniz ki, imam Riza Memunun veziri olmagi qebul etdi. Ay korlar acin gozünüzü!
yazdı Samir, İyun 12, 2010
Üzr istyirem yeni canişin idi meqsedim. Tesekkürler Allah hamini hidayet etsin.
yazdı ruhid, İyun 12, 2010
azerbaycanlı qardaş sen yəni bu qədər sadəlövhsənn ki İranın ermənistanla əlaqəsini azerbaycanın İsraillə əlaqəsiylə ölçürsən?!
İran ermənistanla əlaqə saxlayıb güclənəndə İslama xeyir verir İran öz menafeyine göre yox İslamın menafeyine göre əlaqə saxlayır. Əks təqdirdə Amerikayıla düşmənçilik edib özünə bu qədər problemm yaratmazdı. İran güclənəndə məscid tikir Azerbaycan isı güclənəndə məscid sökür!! Bunları bilmirsın bəyəm. Yoxsa təəssüb gözlərini tutub? İranın Ermınistanla əlaqəsi bütün islam düşmənlərini o cümlədən Amerika və İsraili narahat edir Azerbaycanın İsraillı əlaqısi isə bütün islam düşmənlərini o cümlədən Amerika ve İsraili sevindirir. Məgər buları bilmirsın? BU nə batil müqayisədi öz sözünü sübuta yetirmək üçün aparırsan? Məgər bilmirsən yazdığın hər bir kəlmənin qiyamət günü hesabı var? Dəlil gətirməyə qalsa mən özüm bu dediklərimin qarşısında əlli dəlil gətirərəm. Amma haqqı danmağın cəzası var! yazdı Rafik, İyun 13, 2010
Halal olsun Əşrəf qardaşa! Nə yaxşı ki İranın ermənilərlə dostluğunu düzgün başa düşən və dəlillə-sübutla, həm də dini dəlillərlə bunu himayə edən Əşrəf kimi tələbələrimiz də var. Yoxsa əksər nadan tələbələr narahat olur ki, niyə İran İslam Cümhuriyəti Ermənistanla dostluq edir. Ay dayazdüşünən tələbə qardaşlar birdəfəlik anlayın ki, hazırki dünyamızda haqqın meyarı İran İslam Respublikasının siyasəti və atdığı addımlardı! Əgər İran ermənilərlə dostluq edirsə, əgər İslam Respublikasının prezidenti Yerevana səfər edib, bu ölkənin də prezidenti cənab Sarkisyan Tehrana gəlirsə və burda Rəhbərlə görüşürsə, Rəhbər də təkid edirsə ki gərəkdi Ermənistanla əlaqələr inkişaf etsin – siz kimsiz ki buna qarşı çıxırsız? Siz niyə Rəhbərə qarşı çıxırsız? Niyə başınızdan yuxarı danışıb deyirsiz ki İran Ermənistanla dost olmasın? Bilin - İran və Ermənistan mütləq dostluq etməlidi və bu dostluğu İran rəhbərliyi təkid ettiyi kimi inkişaf ettirməlidi! Niyə də etməsin? Azərbaycana görə? Guya o qədər əhəmiyətlidi ki Azərbaycan ona görə Əşrəf qardaş demişkən yağlı tikəni itirsin. Azərbaycanı itirsə də olar, Azərbaycan cəhənnəm! Kimə lazımdı ki? Əsas ermənidi, erməni! Onu itirmək olmaz! Ondan bərk tutmaq lazımdı. Bərk tutub deyə İranın bütün işləri dünyada yağ kimi gedir. Erməni lobbisi İranı dəstəkləyir deyə İrana qarşı dünyada heç kim qələt edib bir qərar qəbul edə bilmir. Ermənilərlə dostluğa görə İran iqtisadiyyatı və elmi və sənayesi inkişaf edir. Erməni olmasaydı sizcə İran bu nailiyyətlərin hansı birin əldə edərdi? İndi düşünün – İran İslam Respublikasının inkişafı mühümdü, yoxsa heç kəsə lazım olmayan Azərbaycana görə bu inkişafdan imtina? Həm də İran ermənilərlə dostluq edib şiəliyi sevdirdi ermənilərə. İndi erməni görür ki, Türkiyə və Pakistan kimi sünnü ölkələr onunla əlaqə qurmur amma şiə devləti dostlug edir. Bu ermənilərdə şiəliyə meyl yaratmırmı sizcə, ay dayazdüşünən tələbələr? Heç düşünmürsüz? Həm də Amerikaynan İsrail əleyhinədilər ki İran Ermənistanla dost olsun. Onlar istəyir İran Azərbaycanla dost olsun. Amma İran onların acığına erməniynən dostlug edir. Qoy Amerikaynan İsrail partlayıb yansın! Özünüz fikirləşin də, 2 yol var – ya İran Ermənistanla dost olmalıdı, ya da Azərbaycanla. Bir müsəlman kimi, tələbə kimi, mömün kimi düşünün, hansı düzgün olardı? Görərsiz ki, Ermənistanla dostlug mühümdü! Yağlı tikə məsələsi var, erməni lobbisi və sairə. Amma kimə və nəyə lazımdı Azərbaycan. Fərri yer olsaydı tələbə qalıb öz ölkəsində dərs oxuyardı. Həm də Əşrəf qardaşımız sübut etti ki İmam Əli yolu bunu tələb edir ki İran Ermənistanla dost olsun. Bu qəti dəlil ola ola siz necə buna qarşı ola bilərsiz? Bu boyda devlətin başçıları deyir Ermənistanla dostlug etmək lazımdı amma 3-4 kitab oxuyan Azərbaycan tələbəsi durub mollalig edir ki yox lazım deyil. Ayıb olsun sizə! Siz gəlin ağlınızı başınıza yığın və birdəfəlik anlayın ki, İslam Respublikasının təyin ettiyi siyasi xəttə itaət hər bir müsəlmana vacibdi. Hamınız Əşrəf kimi İran-Ermənistan dostlugunu himayə edin! Bu İslam və müsəlmanların xeyrinədi. Bu dünyada şiəyə başıucalıg gətirir. Bu İslam və şiəliyi erməniyə sevdirir. Məgər düşünmürsüz?
yazdı Azerbaycanlidan, İyun 13, 2010
RUHİDe
Ruhid qardaşım! Əssalamu əleyküm! Xeyr, təəssüb gözlərimi tutmayıb. Çünki mən təəssübdən çox uzagam. Amma bax sizin gözünüzü yaman tutub təəssüb! Niyə? 1 - Siz onminlərlə müsəlmanın qatili olan bir rejimlə İslam dövlətinin dostluguna don geyindirməyə çalışırsınız. 2 - Ermənistan İslam və müsəlmanlar üçün İsraildən az düşmən deyil. Erməni son 100 ildə YÜZ MİNLƏRLƏ MÜSƏLMANI QƏDDARLIQLA ŞƏHİD EDİB! Müsəlman torpaqları hesabına özünə devlət qurub. İndi də milyonlarla müsəlmanın ərazisini zəbt edərək işğalçı siyasətini davam edir. Bu ərazilərdə məscidləri, mədrəsələri, müsəlman qəbristanlıqlarını yerlə yeksan edib, Quranları oda çəkib. İndi də hətta İsraildən fərqli olaraq, ərazisində müsəlman sakinlərin yaşamasına belə imkan vermir. 3 - İranla Ermənistan əlaqələrini incələdikdə şahidi olurug ki İran qüdrətli devlət olarag ermənilərə möhtac deyil, amma Ermənistan çox möhtacdı İrana! Ermənistanın dünyaya esas çıxış marşrutu İran vasitəsiylə Fars körfəzidi. Yanacağı, ərzağı-filanı İran hesabına təmin olunur. Bu 3 tərəfdən iqtisadi blokadada olan erməni üçün həyat deməkdi. Əvəzində İran hansı həyati qazanclar əldə edir? Ermənistan İrana Azərbaycandan artıq nə verməyə qadirdi ki?....... yazdı Azerbaycanlidan, İyun 13, 2010
RUHIDe (davami)
4 - Biz İslam baxışından çıxış edirik və deyirik ki, İslam devləti gərək təcavüzkar devlətlə dostlug etməyə! Onminlərlə müsəlman qanı tökənə DOST deməyə! Qatil Sarkisyanı qucaqlayıb öpməyə! "Ermənistanla dostlug əlaqələrimiz inkişaf edəcək" deməyə! İslam bizə bunu öyrədib! Bəs Sizə nəyi öyrədib? Hər nə adıyla olsa olsun, təcavüzkar və onminlərlə müsəlman qatilini qucaqlayıb öpməyi? Ona DOST deməyi? Burda görün TƏƏSSÜB kimin gözlərini bağlayıb, mənim yoxsa?????? 5 - Ermənistan dünya müstəvisində Rusiya, Fransa və Amerikanın kölgəsi hesab edilir. Bu 3 dövlətin hesabına yaşayır. Biri pul verir, biri silah, biri də siyasi lobbiçiliyin edir. Bu dövlət müstəqil deyil ki, özbaşına hərəkət edə. Nə qədər yanlış və sadəlövhlük edib deyirsiniz ki guya ABŞ və İsrail İranla Ermənistan dostluğuna qarşıdı. Bu nağılı hardan oxuyubsuz? Bilin və agah olun - ABŞ rəsmən hələ Koçatryana demişdi ki, MÜHASİRƏDƏ OLAN ERMƏNİSTANIN İRANLA SIX ƏLAQƏLƏRİNİ BİZ ANLAYIRIQ VƏ DƏSTƏKLƏYİRİK! Üstəlik, Amerika da, İsrail də sevinc içindədi ki, şiə devləti və İslam devləti olan İran Azərbaycanın düşməni Ermənistanla dostlug edir və bununla da 9 milyonluq çiə ölkəsi Azərbaycanı itirir! Azərbaycanda mütləq əksəriyyət İranın ermənilərlə dostluguna nifrət edir! Bu üzdən hamı İranı söyür, özünüz də bilirsiz. İran bu hərəkətiylə 9 milyonlug çiə ölkəsindəki nüfuzunu itirir, şiə azərbaycanlıları özündən küsdürür və bundan da şiəlik və İslamçılıq zərbə görür! İndi İranda təhsil alıb qayıdanlar ağzın açıb İslamdan, şıəlikdən danışan kimi "SƏNİN İRANIN DÜŞMƏNLƏRİMİZLƏ DOSTLUG EDİR" deyib adamı susdururlar. İndi dərindən fikirləş gör, Amerika ilə İsrail bunu istıyir, yoxsa İranın şiə Azərbaycanda nüfuz qazanmasını????? Əlbəttə Amerika və İsrail kef edir ki İran Yerevanla dostlug etməklə Azərbaycanda milyonlarla insanın gözündən düşüb! 6 - Beyəm İranın güclənməsi aciz, ac-yalavac Ermənistandan asılıdı? Nə qədər bəsit fikir! Siz ermənilərin iqtisadi-siyasi çəkisini (çəkisizliyini!) nəzərə alın və birdəlik anlayın ki, məscid tikən İran güclü olmaq üçün Ermənistana ehtiyaclı deyil!!!!! Ermənistanın iqtisadi çəkisi İranın Kerman, yaxud İlam əyalətləriylə müqayisəyə gələ bilər. Belə bir aciz devlətdən İranın asılacağı yoxdu, özünüzü və milləti aldatmayın! 7 - İran İsraillə niyə düşməndi? Eyni işi Ermənistan görür, ondan da pisini görür! Amma biri olur düşmən, o biri olur dost. Niyə? Əgər İsraillə düşmənçilik onun təcavüzkar olmasına, İslam ərazilərini qəsb etməsinə, müsəlmanlara qarşı zülm etməsinə görədirsə, eyni şeyləri Ermənistan da artıqlamasıyla edir! Egər söz İranın siyasi-iqtisadi çıxarlarındadısa, onda gərək İsrail ilə də DOST ola! Onda dünyada bir kəs İrana gözün üstündə qaşın var deyə bilməz. Amma İran kişi kimi deyir YOX və o İsrail mövzusunda islami dəyərləri esas götürür. Amma Ermənistan məsələsində......... Buna deyirlər İKİLİ STANDART! Hər devlətdən, hətta Azərbaycandan da bu gözləniləndi, amma axı İslam devləti gərək sözdə-əməlində qətiyyətlə bir olsun. 8 - Biz İranı sevirik. Həm İslam devlətidi, həm qardaşımızdı. Ona görə də üzülürük. Uman yerdən küsərlər. Amma biz küsmürük, sadəcə iranlı qardaşlarımızdan xahiş edirik ki əlləri müsəlman qanı içində üzən sarkisyan kimi cəlladlara DOST deyib 9 milyonlug qardaşlarını üzməsinlər. Həm də bununla İslamın qəti qanunlarını görməməzliyə vurmasınlar. Yox ürəkləri çox istəsə ki DOST olsunlar ermənistanla - kim manə olur ki? Olsunlar! Canımız sağ olsun. Üzülərik, su içərik. Biz sadəcə öz fikrimizi söyləyirik. Siz də öz fikrinizi. Biz deyirik İran qaniçən Ermənistanla DOST olmasın, siz deyirsiz LAZIMDI, QOY OLSUN! Yaxşı da qardaş, biz sizin fikrinizə hörmətlə yanaşaq və siz də bizim fikrimizə. Amma zənnimizcə bu dostluqdan elə İslam düşmənləri udur. Həm də ona görə ki, 2 azərbaycanlını - səni və məni bir-birimizə qarşı edir. Pənah Allaha! yazdı eldost, İyun 13, 2010
Hamiya salamlar!!!!!!!! Goreram yene ortalik karishmish :D
Ede Tofiq, eee bagishla ey dinshunas Tofiq, sen lap ettokenmishsen ki :D :D :D yazdı Artush, İyun 13, 2010
Салам. Чоч марахлы йазылар олуп машалла. Браво Ашраф! Сен исламы догру анламысан. Йахшы кы бурда Ашрафы паддержка веренлер вар ве адамларын хамсы ерменилере агрессия иле йашамыр. Ерменилер елбедде ки Иранын достуду. Бу йандырыр азерлери гой йандырсын амба всеравно бу достлух ебеди йашайажах. Иран президенти дейир ки Иран ве Армения достулар ве бу достух мохкем олсун ама бурда йазан националист азерлер дейир йох гяряк душман олсун. Нийе? Сизи кимин адамлара хатир? Азеристана хатир? Гулагызын далын герсениз! Ирана душман Армения йох Азеристанды! Иран дунйада бир дене мусульман олкесиди хансы Арменияйа бу гедер досту. Чунки единственный догурчу мусульман олкесиди дунйада! Догурче ислам дейир Армения досту. Ама мечети сокен Азеристан душман! Индийекимин гердуз саваш оланда Карабахда бир дене иранец улем-мужтахид Арменияйа против соз десин? Опурем Ашрафы ве ону паддержка верен юзерлери. Саголун ки националист азерчиклери баглайырсыз. Йашасын ИРАН-АРМЕНИЯ ДОСТЛУХУ!!!!!!
yazdı Wüsal Hüseynzadə, İyun 13, 2010
Hamını salamlayıram. Fikirlərini bölüşməsəm də, Əşrəf qardaşıma uğurlar arzulayıram. "Vətən yazıq!" yazısında bu mövzuda kifayət qədər müzakirə getdiyindən, qoşulmaq istəmirdim söhbətə, amma şərhləri gordukdə munasibet bildirmənin lazım olduğunu sandım (Xatırladım ki, son 4 şərhdən qabaq yazmışam, ona görə uyğunsuzluq ola bilər).
Əvvəla qeyd edim ki, fikir mübadiləsi çox gözəl işdir, amma gərək sonda kin-küdurət qalmasın. Biz hamımız qardaşıq, sadəcə bir məsələdə - bir siyasi gedişin İslam baxımından düzgünlüyü məsələsində fikir ayrılığımız var. Bu, çox təbiidir. Hər bir debatda, elmi mübahisələrdə ortaya qoyulan arqumentlər ya aksiomalara, ya da tərəflərin qəbul etdiyi müştərək faktlara söykənməlidir. Əks təqdirdə, nəticəyə gəlmək mümkün olmayacaq. Göründüyü kimi, Əşrəf müəllim bunlardan qaçır, Qondarma Qarabaq nazirinin rəsmi görüşlərini və ən azı bizə məlum olan çoxlu məsələləri inkar edir, dəlil olmadan belə düşünür ki, guya İran-Ermənistan dostluqu az qalıb ABŞ və İsrailin belini sındırsın, çətinə düşəndə də yazısının adının ziddinə olaraq deyir ki, burda müctəhid var, siz kimsiz ki, nəyisə düşünməyə çalışırsız, bağlayın gözlərizi nə dedilər boyun əyin vəssalam. Və təəssüf ki, elə danışır ki, guya biz çox axmaq insanlarıq ki, ən adi bir şeyi başa düşmək istəmirik. Bütün bunları bir kənara qoyub qayıdıram Əşrəf bəyin yazısına: 1. Deyirsən ki, "Haqla batilin ünsiyyəti ola bilər, yoxsa yox? Bu suallara istənilən bir ölkənin-qoy olsun İsrail-xarici siyasət idarəsinin verdiyi cavab mötəbərdir, yoxsa mən tələbənin?" Ardında bilmirəm hansını təsdiq etmək istəyirsən, amma məncə heç biri mötəbər deyil. Məsələ din baxımından araşdırılırsa, İsrailin xarici siyasət idarəsi nə karədir? Eyni zamanda sən tələbənin cavabı da yalnız özün üçün mötəbərdir. 2. Yazırsan ki, "Deməyin o İslam xilafəti idi və onu Ermənistanla bir tutmaq olmaz". Amma səbəb göstərmirsən, nə üçün deməyək, qardaş? Axı hansı meyara əsasən, xilafəti kafir ölkəylə müqayisə edirsən? Əli (ə) müsəlmanların birliyi üçün hər şeyindən keçdi, səncə ermənilə dostluq etmək müsəlmanların birliyini sağlayır? Bəlkə demək istəyirsən ermənilə dost olmasaq, İslam məhv olar? Axı nə əsasla belə düşünürsən? Nəinki İslama, heç İrana da bir şey olan deyil bununla. Çünki bu ölkə inqilabın əvvəlində, bütün sahələrdə bərbad bir ölkə olarkən bütün dünyaya meydan oxudu, nə Şərqə bac verdi, nə də Qərbə. İndi bu qədər iqtidar sahibi ikən cırtdan bir ölkəyəmi möhtac oldu? Axı bu, çox aydın bir məsələdir, bunun sübuta ehtiyacı yoxdur axı. Bir də sənin müqayisə apardığın dövrdə İmam Əli (ə) tənha idi, amma burda qüdrətli bir dövlətdən söz gedir. Ona görə də, Azərbaycanlı qardaşım deyən kimi, sən gəl İmam Əlinin (ə) xilafət dövrünü müqayisə elə, onun Müaviyə ilə rəftarını örnək götür. 3. "Fatimeyi-Zəhra məscidinin sökülmə qərarı ləğv ediləndə Azərbaycan prezidentinə təşəkkürü özümə dini vəzifə bildim". Bunu vətənpərvərliyinə sübut kimi göstərirsən, amma bilmirəm nə əlaqəsi var. Üstəlik də deyirsən ki, "Siz necə?" Guya biz bunu etməmişiksə, daha vətəndən danışmağa haqqımız yoxdur. İndi də deyirsiz ki, bu təqiyyədir. Mən baş açmadım bundan. Həm də dostum, sən dini vəzifələrini təyin edəndə tez-tez səhvə yol verirsən deyəsən... yazdı Wüsal Hüseynzadə, İyun 13, 2010 4. "Deyirsiz qatışdırdım?" Hə, təəssüf ki, sən əməlli-başlı qatışdırmısan. Dəlilin öz əleyhinədir. Görürsən ki, İmam Əli (ə) bir müsəlmanı necə müdafiə edir?! Misirdən, Kufədən gələnləri başa salır ki, ixtilafa getməyin, müsəlmanlar parçalanmamalıdırlar, həmişə bir olmalı, aralarındakı söhbətləri kənara qoyub düşmənlə vuruşmalıdırlar. Amma indiki fakt ürəkağrıdan deyilmi? İmam Əlinin (ə) ürəyi qanla dolmazmı bunu görsə? 5. "Amma İslamı kənara qoysaq, bir millətçi, yaxud ifrat vətənpərvər kimi hər şey demək olar". Buna deyirlər, oğru elə çığırdı, doğrunun bağrı yarıldı. Ay qardaş, kim İslamın aşkar hökmlərini kənara qoyub, bəlkə məsləhət var deyir. Quran buyurmurmu ki, "Bütün müsəlmanlar qardaşdırlar!" (Hücürat/)? "Allah kafirlərin müsəlmanlar üzərində qələbəsi və hakimliyi üçün heç bir yol qoymayıb" (Nisa/141)? 6. "Sülh üçün isə sözsüz ki, get-gəl və danışıqlar lazımdır". Əşrəf qardaş, biz sülh danışıqları üçün get-gəlin əleyhinə deyilik. Biz iqtisadi əlaqələr üçün, kapital qoymaq və infrastruktur layihələri həyata keçirmək üçün get-gəlin əleyhinəyik. Niyə yanlış müqayisələrlə çaşqınlıq yaradırsan? 7. "Amma bəziləri deyir ki, İran ayağı altındakı bu yağlı tikəyə durub baxmalıdır!" Bu tikənin necə bir murdar tikə olduğunu məndən qabaq deyiblər. Bir də bunu qəbu elə ki, Ermənistan yağlı tikədirsə, İsrail qızıl parçasıdır. İsrail daha guclu diasporaya, hər bir sahədə müqayisəolunmaz resurslara malikdir, onun potensial və aktual imkanları tükənməzdir. Bəs İran onunla nə üçün dostluq etmir? Heç bir şey yox, təkcə Fələstinə olan maddi yardımları kəssə, əl-ayağına dəyib-dolaşan olmaz, lap atom bombası da istehsal edər. Amma bunu etmir. Çünki müsəlmançılıq belə tələb edir, ay mənim müsəlman qardaşım. Biz də deyirik ki, düz edirsən, amma hər yerdə elə bunu. İsrail ve ABŞ-a bac vermirsənsə, Ermənistana heç verməməlisən. 8. Deyirsiz burda Vəliyyi-feqih varsa, heç bir haqsızlıqdan söhbət gedə bilməz. Bilirsizmi ki, Vəliyyi-Fəqihin özü belə düşünmür? O deyir ki, deməyin İslam ölkəsidir filandır, ola bilər televiziyada haram musiqi verilsin, ola bilər İsrail şirkətlərinin malları satılsın, ola bilsin rüşvətxorluq olsun, banklarda qeyri-dini müamilələr ola bilər və s. Siz bu fikri hardan çıxartdınız axı? Bilirsizmi ki, bununla bütün qeyri-dini hərəkətlərdə müctəhidləri günahkar çıxarırsız? Peyğəmbər Xalid ibn Vəlidi zəkat dalıyca göndərir, o gedib nə qədər günahsız adam öldürür. İndi bunu Peyğəmbərin adına bağlamalıyıq? Axı bir gör xəvaric kimi düşünən kimdir, aydın düşünən kim? Bizim etirazımız da alimlərə ünvanlanmayıb zatən. Nə də İslam ölkəsinə qarşı cihad elan yoxdur burda. Biz İranda boyuk muveffeqiyyetler elde etmiş erməni lobbisi ilə qarşı-qarşıyayıq. Böyüklərin diqqətini bu sahəyə yönəltmək istəyirik ki, aldanmasınlar. Necə ki, illərdir aldaniblar. Çox uzun oldu, bağışlayın, hamıya uğurlar! Gedim Əşrəf qardaşıma sms yazım son şərhləri oxusun tez. yazdı Samir, İyun 13, 2010
Belke Eshrefe imam zaman tesekkur edecek. Axi iranda vilayeti feqih ve muctehidler ver. Size tesekkure gelende bu sanksiyaniza gerə İsrailden nese gozleyin.
yazdı Samir, İyun 13, 2010
Ey vüsal bey geceni deyesen yatmayıbsan. Can ay qardaş, desti xettinden melumdu ki, şerhlerin coxu senindi.
yazdı Eshref, İyun 13, 2010
Salam. Şərhləri oxudum. Siz düşüncənizdə azadsınız. Mən də öz düşüncəmdə azadam. Bir nöqtəni qeyd edirəm ki, vüsal menim adımdan öz şərhlərində, meqalemdə ve şərhlərimdə olmayan sözlər yazıb. Vüsal men harda demişəm bu sözləri? Bunları tekzib edirəm. Siz də görürsünüz nə məqaləmdə var o sözlər nə şərhlərimdə. Təşəkkür!
yazdı Cash bash, İyun 13, 2010
Salam haqqa tabe olan qardaslara. Qardaslara bildirmek isteyirem ki,arasdirma aparma neticesinde melum oldu ki, Eshref beyin fikirleri esassiz ve belkede gulunc ve mentiqsizdir. Men shexsen Eshref beyle ve ona muxalif olanlarin biriyle danishdim. Teessufler olsun ki, Eshref bey deyir ki, mektubu cemi 70 telebe imzalayib amma o biri qardas mene mektubun 102 neferin imzaladigini gosterdi. Netice aldim ki, eshrefin diger sozleride ve delilleri de, bele yalandir. Eger o elinin altinda olan 102 imzani yetmish gorurse boyuk ehtimalla Ehmed nejadi pegember gorur. Maraqli burasinda dir ki, Eshref qardas evvel mene etiraz mektubunun lazim oldugunu bildirsede amma mektubda onun imzasini gormedim. SOnra Eshref mene deddiki 7 mercenin oldugu bir olkede hec bir qeyri dini bir ish ola bilmez. Bes burdan bele netice cixir ki yuxarida Samir adiyla yazan sherhci Eshrefin ozudur.
Eshrefle aramizda daha cox sohbetler oldu ki bununla men kifayetlenirem. Sonda bir Quran ayesi ile sozumu bitirirem: " Dinde mecburiyyet yoxdur, artiq hidayet azqinliqdan aydin suretde secilir" Beqere 256. yazdı Ahlisunne, İyun 13, 2010
Salam-aleykum. Eshrefin yazisi kamil bir yazi. Hz.Elinin 3 xelifeyle elaqesi Iranin Ermenistanla elaqesiyle mugayise edildi ve bu tam dogru! Eli (r) 3 xelifeni ozune dost sayib, onlarla dostlug edib. Dushmen hesab etmeyib. Qiz verib, birlikde olub, mushavirlik edib. Yaxin elaqelerde olub. Iran da Ermenistrani dushmen saymir, yaxin elaqelerdedir. Dostlug ve ishbirliyi edir. Niye Eli radiallah 3 xelife ile ve Iran da Ermenistanla dostlug etmesin? Eshrefin mugayisesi tam yerinde! Amma ne yaziglar ki avam insanlar zenn edir ki Eli 3 xelifeyle ve Iran da ermeniyle dushmen olmaliydi. Gorende dostdu 1001 don geydirirler. Amma dona ehtiyac yox. Eli radiallah da, iran resmileri de bizim azerbaycanli haykuychuler kimi dushunen deyiller ki. Onlar o ishi gorur neyi duzgun sayir. Eli 3 xelifeni dost sayib ve Iran da Ermenistani. Bu onlarin sechimidi, onlarin fikridi ve gelin bunu qebul edek. Duzdu shieler hesab edir ki 3 xelife pisdi (Eli bele saymir ve dostlug edir) ve azerbaycanlilar hesab edir ermeniler pisdi (Iran bele saymir ve dostlug edir). Amma Eli ve Iran onun bunun saydigiyla yox oz dushunceleriyle hereket edirler. Ebu Bekir Elinin dostu olub tarixde. Omer Elinin kurekeni. Ermenistan Iranin dostudu ve ish ortagidi. Ne problem var ki?
yazdı Ahlisunne, İyun 13, 2010
Bir sual! (Eshrefe)
Wusal Huseyinzadenin mentiqine geldikde ise hetta 3 xelife pis olubsa da, Eli radiallahu anh muselman birliyi namine 3 xelifeyle dostlug edib. Yani Eli Ebu Bekir, Omer ve Osmanla Islam birliyini qorumaq namine emekdashlig edib, ishbirliyinde olub. Eshref, sizce Iran da muselman birliyi namine Ermenistanla dostlug edir? Yani Iranin da ermenilerle ishbirliyi Islam birliyini qorumaq naminedi? Sizce Iran-Ermenistan dostlugu ve emekdashligi Islam dunyasinda birliye xidmet edir, yoxsa tefriqeye? Bu suala cavab yazsaz memnun olardim. yazdı Eshref, İyun 13, 2010
Bes deyil ay Vüsal? 50 şerhin Allah bilir 51-i sənindi. Men gördüm ixtilaf derinləşir. Hekaye yazdım ki, söbet baglansın. Amma deyəsən it motaldan el çəkdi amma motal itden əl çəkmir.
yazdı Azeri, İyun 13, 2010
Bağışla ki, sizin kimilere yalandan islam behanesi ilə veteni ... qardaş demeye dilim gelmir.
Menim ilk sözüm sizin bundan əvvəlki mesum pərdəsi altında yazdığınız ... məqalənizədir. Əvvəla sən İran dövlətini İmam Əli (canlar ona fəda olsun) ilə bir yerə qoyma. O islamı düşünərək slam daxilində parçalanmanın qarşısını almaq məqsədi ilə əvvəlki üç xəlifə ilə lazımı rəftarlar edirdi. İran kimi gəlib (o dövürdə qeyri müsəlman olan) Yunan və Fars imperiyası ilə iqtisadi və ya hər hansı bir digər əlaqələr yaratmadı. ikinci “Məgər düşünmürsüz?!” bu sözünə görə Annamaz özünsən. hansı mənbələrdən ... ağzınıza gələni yazıb gündə bir sayta məqələ yazmayın. Əgər maddi qüdrətlə islam möhkəmlənsəydi onda Peyğəmbərimiz (Allahın salavat və salamı ona və onun pak əhli beytinə olsun)İslamı gətirdiyi ilk günlərdə müşriklərin təkliflərin qəbul edər və bu qədər əziyyətə düşməzdi. İslam dinini göndərən Allahdır ve heç bir mömin bunu fikirləşə bilməz ki, müsəlmanlar qala qala işğal olunmuş torpaqlarımızda müsəlman ana baclarımızın sinələrini kəsməklə (bütün baçı qardaşlarım bu sözümə görə məni bağışlasın) sevinən erməni separadçıları və ya onların hamisi olan lobbilər vasitəsi ilə islamı və ya islam ölkəsini inkişaf elətdirməz. Əgər bir daha Azərbaycana qayıtmaq istəməsəniz o başqa məsələ, sizin İranda qalmaq üçün yerə və uçota düşmək üçün ... bunu düşünmək olar. yazdı Azeri, İyun 13, 2010
Ruhid qardaş sizcə Acından ölən ermənistanın nüvə sahəsində belə inkişaf etmiş İran dövlətinə nə köməyi dəyə bilər. Əgər siz belə çox bilirsiz deyin bizdə bilək.
yazdı Wüsal Hüseynzadə, İyun 13, 2010
Əşrəf bəy, mən sənə qardaş deyib irad bildirirəm, amma deyəsən sən dava axtarırsan. Bəlkə bu məsuliyyətsiz çıxışlarına son qoyasan. Vallahi, billahi, təllahi mən öz adımla yazdığım şərhdən sonra birinci dəfədir yazıram. Yekə oğlansan, bu nədir yazırsan. Məcbur deyildim, amma and içdim, yenə inanmasan ..., bəlkə belə inanasan, ya da iddiandan əl çəkəsən. Həm də mən başqa adla yazmağa məcbur deyiləm, səndən fərqli olaraq təqiyyə etmirəm. Nə də bir söz deyib, sonra mənim fikrim deyil, təqiyyədir -demirəm. Olmaz axı belə. İnternetdə forum və muzakirələrin də öz mədəniyyəti var. Əvvəla sənə yazılan irada cavab verməlisən, yazan kim olursa olsun. İkincisi, əgər onun əsl kimliyini ehtimal etsən belə, göstərdiyi ad sahibi kimi qəbul etməlisən. Çünki başqa yolu yoxdur, istənilən halda sübut edə bilməzsən ehtimalını.
Həm də axı niyə xətrinə dəyir ki. Sən bu yazını yazanda mənim xətrimə dəydi? (Amandır, demə ki sizə ünvanlanmayıb.) Mən də sənin yazına bir neçə irad bildirdim. Deyirsən ki, bu sözlər sənin deyil. Axı 8 bəndlik iradın 7-i sənin yazından sitatlarla başlayır. Uzaqda deyil ki, bir de bax. Yalnız 8-cisi şərhlərdən götürülüb. Ozün məcbur edirsən yazmağa, sonra da deyirsən söhbəti bağlayaq. Yaxşı, gəl qurtaraq, amma bu şərtlə ki, sən də yazma. Ya da elə yaz ki, böhtan-zad olmasın da. Sağ ol, qardaşım. yazdı Araz, İyun 13, 2010
Salam yene ne xeberdir yaxshidir girdi yeniden bura. Qardashim Eshref bey. Sene ne olub bele ozunu saxlaya bilmirsen. Qardaşım dəlilin subutun var buyur bu meydan bu sen yoxdursa niye kimese bohtan atirsan deyirsen ki,sherhlerin coxusunu sen yazirsan. Onu bilki bohtan atmaq boyuk gunahlardandir menim bashim cixmir qumda alimler size exlaq dersi kecmirmi. deyirsen it motaldan el çəkdi amma motal itden əl çəkmir. Yaxshi bu sozunu nece basha dushek indi burda it kimdir motal kimdir. Ona buna deyirsen Meger dushunmursunuz? meger ozun dushunursen ne yazdiglarini? onu bilki delili olmayan adam hemishe hay kuy eder. Allah hamimiza sebir versin Amin!
Şərh yazın
|