Təbib (hekayə) PDF Print E-mailiniz
Bazar, 13 İyun 2010 12:58
Biri vardı biri yox. Bəsir adlı bir təbib vardı. Bəsir çox elmli və təqvalı təbib idi. O ən ağır xəstələri sağaldır və imkansız xəstələrdən pul götürmürdü. Bəsir bəzi vaxtlar imkansız xəstələrin cibinə pul da qoyurdu. Xalq təbibdən çox razı idi. Onun başına and içilirdi.
Təbibin Əfsus adlı gözünün ağı-qarası bir oğlu vardı. Əfsus ibadət edər, xeyir işlərdə hamıdan önə keçərdi. Günlərin bir günü Əfsus xəstələnir. Onun qızması qalxır, halı pisləşir. Atası onun halından çox narahat olur. Tez dava-dərman boğçasını açır və oğlunu sağaltmağa çalışır. Ata əlindən gələni etsə də, xəstənin halı düzəlmir ki, düzəlmir. Bu dəmdə şəhərə xəbər yayılır. Səs-küy qalxır ki, təbibin oğlu xəstələnib. Yolda dayanıb kartof satan Balaş qonşusu soğansatan Taleh kişiyə deyir:
-Ay qardaş, bu nə işdir belə?
Taleh:
-Hansı iş, ay elli?
Balaş:
-Bu təbibi görürsən də, oğlu xəstələnib, onu sağaltmır e!
Taleh:
-Bah, nə danışırsan ə. Nə murdar insandı bu. Özün təbib olasan, oğlun xəstə?!
Balaş:
-A kişi, bu çox pis adam imiş. Gör oğlun sağaldır?!
Taleh:
-Day danışma, a elli, Allah buna lənət etsin.
Balaş:
-Amin, ya Rəbb...
Bu minvalla bütün şəhər təbibin üstünə qalxır. Onlar Əfsusu çox sevirdilər. Amma təbib yazıqda günah yox idi. O əlindən gələni edirdi. Əfsus isə günü-gündən əriyib yoxa çıxırdı.
Bir gün şəhər əhalisi yığışıb Əfsusa baş çəkməyə gəlir. Təbibin qapısı döyülür. Təbib qapını açır. Camaat evə doluşur. Onlar görür ki, Əfsus yorğan-döşəkdə inildəyir. Əfsusu bu halda görən kütlə təbibə ağzına gələni deyir. Bir tərəfdən ağır xəstəliyin oğlunu məhv etməsi, digər tərəfdən isə bu nadan kütlənin sözlərindən təbibin baş ağrısı ərşə çıxır. Həkim  başağrı dərmanı atmaq qərarına gəlir. Boğçasından dərman götürüb bir stəkan su istəyir. Şəhər əhlindən biri deyir:
-Ay millət, təbib oğlu xəstə ola-ola onu sağaltmır, hələ bir sərinləşmək də istəyir. Yazıq uşaq inildəyir, sən su içirsən?! Ay millət, öldürün bu vicdansızı!
Sonra? Sonra xalq həkimi öldürür...
İllər ötür, qiyamət səhnəsi yetir. Şəhər əhalisini məhşərə gətirirlər. Həkimə olan yersiz qınaqlara görə onlar cəzalandırılır. Həkimin əlindəki başağrı dərmanı  şəhadət verir ki, həkim suyu məni udmaq üçün istəyirdi, sərinləşmək üçün yox! Xalqa xitabən nida olunur: “Həkimin xəstə oğlu ola bilər!”
Əşrəf Eyvazlı
Baxış sayı: 2290
Şərhlər (16)Add Comment
0
Qum
yazdı İslam Məktəbi, İyun 13, 2010
Xahiş olunur bu səhifədə yalnız bu yazıya münasibət bildirin. Əks təqdirdə, yazılanlar pozulacaq. Təşəkkürlər!
0
pekin
yazdı fariz-bayramli, İyun 13, 2010
SALAM cox saqol maqalaya gora bali eladi bizim coxumuz man icinda olmaqla bazan ela harakatlar elayirik amma fikirlawmirik bu duzdu ya ayri ALLAH bizdara agahliq versin INWALLAH AMIN
0
Lenkeran
yazdı Resul , İyun 13, 2010
Salam hamiya amma mard qardashim niye gucle yeniden tefriqe salmaq isteyirsen sen axi telebesen sen gerek mominleri birliye cagirasan eksine sen sebeb olmaq isteyirsen ki yenide ara qizishsin. İlahi dinin icinde din donuna girmish iblis niyyetlilerden sene penah apariram.
(mardin şərhi silindi. İ.M.)
0
azerbaycan
yazdı el atasl, İyun 13, 2010
salam menim balalarlm men size adem babanlz kimi birliye caglrlram axl dindarlar qardasdl isdeyirsiniz qabil kimi qatil olaslnlz men sizi yeniden qardasllqa caglrlram
0
azerbaycan
yazdı seyx samil, İyun 13, 2010
salam olsun sene ay qardas men seni bucur biteref bilmirdim hele bilirdim sende hekayende hanslsa qurumu gunahlandlracaqsan ehsen sene men senin yazllarlnl hemise oxuyurdum duzunu deyek bu yazln hamlslndan usdundu tesekgur senin yolunu sebirsizlikle gozleyirik ehsen
0
Cənnət Məkan
yazdı Şami, İyun 14, 2010
Əslində belə idi
Ulu Tanrının adı ilə
Qardaşımın istedadlı qələminə heyran oldum. Xüsusən ona görə ki, hekayə adlanan bu əsər çox mahiranə olmuş bir hadisədən götürülmüşdür. Şübhəsiz yazar müəyyən etik və texniki məsələləri nəzərə alaraq əsl hadisəni öz məcrasından yönəltmişdir. Təbii ki, bu onun haqqıdır. Əsərin ehtivası və ədəbi gözəlliyini etiraf etməklə bəzi məqamları əsl məsələ ilə maraqlananlar üçün yazmağı münasib sandım.
Kaş hamısı yazılanlar kimi olaydı!
Təəssüflər olsun ki, Bəsir kişi çox da təqdim olunan kimi deyildi. Bəzilər də bundan xəbərdar idilər.
Bəsir kişinin iki bağışlanmaz günahı var idi. İlk baxışda insanlar bunu başa düşmürdülər. Ancaq nə etmək olar ki, illər boyu onu tanıyan insanlar bu arzuolunmaz hadisədə təbibin əlizlərini görürlər.
Hekayədə təbibin ölməsi və qiyamətdə bəraət qazanmasına baxmayaraq, o, həyatda hələdə sağdır. Hekayəninsə belə istiqamətlənməsi yazarın daxilində mövcud müsbət enerjilərdən xəbər verir və onu nəhayət təbibin nicatına sürükləyir. Necə də olmasa təbibin müəyyən qədər kənd camaatına xidməti olmuşdu. Necə deyərlər “minnətdarlıq hissi” özünü göstərmişdir.
Bəzən hər şeyin kənarından sakitcə ötüb keçə bilməyən şüurlu kənd sakinləri ixtiyarsız Əfsusun belə tərzdə xəstələnməsinə şübhə ilə yanaşıb, nəticədə təbibi günahlandırmaqa başlamışlar.
Onlar deyirlər: “Diqqətlə baxanda təbibin cibində müəmmalı şəkildə xoruzun quyruqu görünür”.
“Hamının gözünün ağı-qarası olan Əfsus, əlvan çiçəklər və bülbüllərin ürək oxşayan nəğməsilə səfalanmış Bahar fəslində, dərdlərə dərman bu cənnət məkanda nədən qızdırma tutdu (?), ağır xəstələnib (?) yatağa düşdü (?). Indi də dərman tapılmır???!!!”
Təəssüflər ki, xalq bu suala cavab tapa bilmədi.
Xüsusən hamının gözü qabağında Əfsusun acı şərbəti qəbul etməsini xeyirli bilib, hətta yazılı formada təsdiqləməsini və dərhal sonra da əziz balanın elə ölümcül xəstələnməsinin şahidi olan kənd camaatı əslində təbibin özünü qınamaqdan başqa digər məntiqə uyğun bir hərəkət də edə bilməzdilər.
Bəsir kişini ölümcül hala salan digər günahı da bu idi ki, Bəsir kişi özünün həqiqətən də çox savadlı və təqvalı olmamasını çox gözəl bildiyi halda, onu xeyirxahlıqda Hatəmi Tayi, təqvada Salman Farsi və təbabətdə isə İbni Sina ilə tay tutanlara etiraz etmir və haqqında səhv formalaşan fikirlərə ehtiyac içində boğulan kəndli və dünyada saflıq – səmimiyyət arzusu ilə yaşayan xalqa kiçik bağışları və cılız hədiyyələrilə tam şərait yaradırdı.
Görünür, xalqda Bəsir kişiyə baxışlar real olsaydı, hamı onun həqiqətən nəyə qadir yaxud nə dərəcədə zəif olduğunu yaxşı bilib və onu təqsirləndirməzdilər.
Bəsarətli Təbib bilməli idi ki, insanlarla davranışda səmimiyyət hər şeydən önəmli, Tanrı iləsə başlıca ixlasdır.
0
Qum
yazdı Eshref, İyun 14, 2010
Salam. Ay qardaşlar, yazını sadəcə bir hekayə kimi anlayın. Yazmağa peşman eləməyin.
0
Qum
yazdı Eshref, İyun 14, 2010
Mən bu yazını çoxdan yazmışdım. Redaktə olmamışdı. Ona görə də dərc olmurdu. Vəhdətə xatir tələsik redaktə elətdirdim. Xahiş edirəm təfriqəyə girməyək.
0
Qum
yazdı Vüsal Hüseynzade, İyun 14, 2010
Əşrəf qardaşımı belə gözəl hekayəyə görə alqışlayıram. Çox gözəl, maraqlı və zəngin məzmunlu bir əsərdir. Allahdan onun üçün daha artıq uğurlar arzulayıram. Cəmiyyətimizdə mövcud olan mənəvi boşluğu aradan qaldırmaq üçün daha aktual dini mövzulara toxunmasını tövsiyə edərdim. Allah razı olsun!
0
Qum
yazdı Eshref, İyun 14, 2010
Oıdu vüsal bey, sizin təklifinizi nəzərə alaram. Gələn yazımda riyakarliq, böhtan, hiyləgərlik mövzuların seçəcəm. Allah tövfiq versə. Bu üç mövzu yaman gündəmdədir.
0
Nəsihət abad
yazdı Nesihet , İyun 15, 2010
Salam butun momin ve mominələrə. Muəllif qardaşımıza ugurlar arzulayiriq yazib yaradiciliginda. amma qaqam sene bir nesihet verim. Mene ele gelir ki senin yazilan şərhlərə əlustu cavab vermeyin duzgun deyil. Cunki kimse senin meqalene şərh yazirsa bu senin şənini aşagi salmir axi. Axi adeten gormushuk ki, muəllif onun meqalesine yazilan shərhlərinə zəruri hallarda cavab verir ki bu da muellifin boyukluyunden xeber verir. Amma senin sebrin cox azdir. Həmçinin mubahise etmeyi ve adi bir şeyi boyutmeyi xoslayirsan mence. Meger sene vacibdir ki, butun yazilan şərhlərə cavabmi verəsən. Diqqetli ol son zamanlar cox esebli gorunursen unutma ki esebleshende ozunu ələ ala bilmemek acizliyin nishanesidir sən də elə eləmə ki, baxan desin bu yaman aciz insandir. Hər halda nesihet etdim nesihet etmek dinimiz islamda beyenilen emellerdendir. Men də bu usuldan istifadə etdim. Yene de sene ugurlar. Caliş sozlerimi semimi qebul et. Allah amaninda.
0
qum. iran
yazdı EMIL........., İyun 15, 2010
salam ... O KI QALDI ZIKR OLUNAN MOVZULARA.... ELE NAQIL YAZSAZ YAQSHI OLAR. CUNKI BU SAYTDA SENIN NAQILLARINA COXLARI ASHIQDIR. VESSALAM.
0
baki
yazdı radi, İyun 15, 2010
coxsaqol Eshref ela meqaledi teshekkur edirem daha yaxshilarini yazasan ugurlar.
0
qum
yazdı məsləhət, İyun 24, 2010
Ay Əşrəf qardaş, 2 gün deyil ki, ... hələ təzə islamı öyrənməyə başlamısan. Qardaş, hələ get bir az dərs oxu sonra ...
0
.........
yazdı Kamran, İyun 24, 2010
Salam Eshref qardash, yazin menali yazidir fikirlasib basa dusanlar uchun, ama mence axirini bir az kamil ckatdirmayibsan, ola bilar da men basa dusmamisam. Ama yena da ehsen. Yazichiliqda sene ugurlar.
0
QUM
yazdı Samir, İyun 26, 2010
Əşrəf, sən QUM-da nə ilə məşğulsan? İşivin-gücünün adı nədi? Dərs oxuyursan? Harada? İxtisasın nədi? Yoxsa ... Sen kimsən ki bizə ağıl verirsən? ...

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy