İsrail-Terror anası PDF Print E-mailiniz
Bazar, 09 Avqust 2009 02:06

    Allahın adı ilə
    Haqdan dəm vuran batil, sülhdən dəm vuran qatil İsrail!
    Bu günlərdə Fələstin xalqı İsrail terroristləri tərəfindən soyqırıma məruz qalır. Dünyanın bütün xalqları bu soyqırıma qarşı öz şiddətli etirazını bildirir. Dövlət başçıları isə nədənsə xalqdan ayrılır. Maraqlıdır ki, xalqın seçdiyi hakimiyyətin sözü ilə xalqın sözü bir deyil. Görən nə üçün belədir? (Bəri başdan deyək ki, məqsədimiz Azərbaycan hökuməti deyil, çünki bizim hakimiyyət uyğun hadisəyə rəsmi etitazını bildirib.)
    Bu başçılar əslində xalqın seçdiyi başçılar deyil! Elə buna görə də Qəzzə soyqırımına münasibətdə millətlərlə dövlətlər arasında fikir ayrılığı var. Hər bir insan dövlət başçısı seçəndə elə birini seçər ki, öz fikirləri ilə seçdiyi başçının fikirləri uyğun gəlsin. Başqa halda isə vətəndaşın seçdiyi başçının fikri vətəndaşın fikrindən daha üstün və daha sülhsevər olmalıdır. Məraqlıdır ki, bugünkü dünyada dövlət başçılarının əksəriyyətinin fikri sionist İsrail rejiminin fikri ilə uyğunlaşır. Müşahidə edirik ki, əksər dövlətlərin vətəndaşları Qəzzə soyqırımına qarşı çıxır, tökülən qanlara etiraz aksiyaları keçirir. Amma dövlətlər nəinki xalqlarla səs-səsə vermir, hətta xalqı gözyaşardıcı qaz, dəyənək, həbs və sair yollarla sükuta vadar edib İsrail terroristlərinin tərəfini saxlayır. Maraqlıdır, bütün bunlar necə izah olunur?
    Bəlkə bütün bu prezident seçkiləri, səsvermələr, demokratiya və sair iddialar hamısı puçdur? Necə ola bilər ki, bir dövləti xalq seçə və həmin dövlət xalqın haqq mövqeyinin və istəyinin əleyhinə çıxa? Yoxsa bu dövlətləri terrorist İsrail regimi hakimiyyətə gətirib? Buna görə də terroristlərin maraqlarını müdafiə edib, öz millətlərini haqlı etirazlarına görə döyüb, həbs edirlər!
    Həqiqətdə prezident seçkiləri, səsvermələr tülkü yuvasında toxunmuş bir pərdədir. Bu pərdələr xalqların gözü önünə çəkilir. Əslində xalqlar yox, hiyləgər tülkülər İsrail tərəfdarı olan dövlətləri hakimiyyətə gətirib.
    Yaxşı, əgər belədirsə, bu məsələnin İsraillə nə əlaqəsi? Bu suala cavab verməzdən öncə bir neçə nöqtəni nəzərdən keirmək lazım gəlir: Amerika, İngiltərə, İsrail və bu kimi bir sıra qərb müstəbidləri bir araya gəlib “Birləşmiş Millətlər Təşkilatı” və haqq-ədalətdən, sülhdən danışan bir neçə başqa qurum yaradıb. Amerika və İsrail bu qurumlar vasitəsilə əslində öz maraqlarını təmin edirlər. Sübutumuz budur ki, Birləşmiş Millətlər Təşkilatı bu günə qədər Amerika və İsrailin mənafelərinə zidd bir dəfə olsun qərar, qətnamə icra etməyib. Yəni gözdən pərdə asmaq üçün qətnamələr qəbul edilir, amma onların icrası qalır supergüclərin öhdəsinə.
    Onlar İraqda bəşəriyyət üçün təhlükə ola bilən “nüvə silahı” adı ilə bu ölkənin təbii sərvətlərini çapıb-taladılar. Hanı nüvə? Hanı bəşər üçün təhlükə? Ey “Birləşmiş Millətlər Təşkilatı”! Əslində sənin adın “Birləşmiş Terroristlər Təşkilatı” qoyulmalıdır. Yoxsa korsan, görmürsən qan içində çabalayan Fələstin körpələrini? Görmürsənmi qana bulaşmış fələstinli qadınları? Görmürsənmi müsəlmanların soyqırımını?
    Vicdan, şərəf, qeyrət kimi sifətlər sizə çox yadmış! İraqda atom bombası olduğunu iddia edib, haray qopardınız ki, bəşəriyyəti təhlükə gözləyir, kütləvi qırğın ola bilər. Məgər Fələstində qırılanlar insan deyil? Ey birləşmiş canilər təşkilatı! Siz elə Amerika və İsrailin mənafelərinin müdafiəsi təşkilatısız!
    Siz bu təşkilatınızla terroristləri müdafiə edir və müsəlmanların kökünü kəsmək üçün çalışırsınız. Əlbəttə, əsil müsəlmandan söhbət gedir. Müsəlman ölkələrinin elə başçıları var ki, sizə özünüzdən də yaxındı.
    Necə oldu ki, Gürcüstan-Rusiya konfliktini qətnamə qəbul edib yoluna qoydunuz?! Məsələni ona görə tez həll etdiniz ki, Amerika və İsrailin maraqları təhlükədədir. Əslində sizin üçün xristian, yəhudi, müsəlman arasında fərq yoxdur. Əgər bir yəhudi, bir xristian da haqqı desə, onu terror edirsiniz. Siz terrorist İsrailin qulusunuz, İsraildir sizin ağanız. İsrail sizi kimin üstünə qısqırsa, onu da qaparsınız. Siz İsrail, Amerika, İngiltərənin mənafeləri keşiyində dayanmısınız.
    Sözdə bəyan etdiniz ki, Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqları qeyd-şərtsiz azad olunsun! BMT-nin Azərbaycan və erməni münaqişəsi ilə əlaqədar qəbul etdiyi 822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələr nə oldu? Torpaqlarımız hələ də işğal altındadır. Çünki bizim torpaqların azad olunmasında İsrail və Amerikanın marağı yoxdur. Sözsüz ki, onların zərrəcə mənafeyi olsaydı, qətnamələr çoxdan icra olunmuşdu. Sadə insanların başını kağız-kuğuzla aldadırsınız. Hanı qəbul etdiyiniz qətnamənin əməli icrası? Xeyrimizə qərar verib, bizi də özünüzə kölə etməkmi istəyirsiniz?
    Ey Vətən dərdi çəkənlər! Ey Qarabağın azadlığı üçün çalışanlar! Açın gözlərinizi, dünyada baş verənləri yaxşı izləyin. Bu şərəfsizlərdən kömək gözləmək ağılsızlıqdır. Qarabağ probleminin yeganə həll yolu xalqımızın daxilən azad olması, Allaha imanı, İslam dini ilə gözəl tanışlığıdır. Hakimiyyət gəncləri sərmayə bilməli, onların ilahi ruhiyyəsinə vurulan zərbənin qarşısını almalıdır. Televiziyadakı yarıçılpaq reklamlarla, əxlaqsız seriyallarla min il qala Qarabağ azad ediləsi deyil. Bu əxlaqsızlıqlar gənclərimizi Allahdan ayırıb, qorxaq, dünyagir şəhvətpərəstə çevirir. Onlarda Allaha iman, ölümdən sonrakı həyata iman oda çəkilir, məqsədləri ancaq əyləncə və istirahət olur.
    Yeganə çıxış yolumuz televiziya və digər informasiya vasitələrində cavanlarımızın Allah eşqi, şəhid olmaq ruhiyəssini dirçəltməkdir. Əgər cavanlarımıza İslam dinini kamil surətdə çatdıra bilsək, sözsüz ki, onlar ölümə yöxluq kimi baxmayacaqlar. Allah-talaanın şəhidləri nə dərəcədə sevdiyini, əziz tutduğunu açıqlamaq lazımdır. Əgər biz İslam dininə müxalif, yabançı təfəkkürlü insanlara meydan verməsək, sözsüz ki, Qarabağı qısa bir müddətdə azad edərik.
    Qayıdaq yuxarıdakı suala. Saxta seçkilərlə taxta oturan israilpərəst, qərbpərəst, amerikapərəst hökumətlərin hakimiyyətə gəlməsində sionistlərin nə kimi xidmətləri var? Terroristlərin saxta demokratiya şüarları səbəb olur ki, hər bir ölkədə prezident seçkilərində İsrail, Amerika, İngiltərə tərəfindən hiyləgərcəsinə təşkil olunmuş beynəlxalq müşahidəçilər qrupu, əslində bir dəstə artist ölkələrə səfər etsin. Təsəvvür edin ki, prezident seçkiləri başlayır. Saxtakarlıq üçün kəndlərdə, uzaq düşmüş şəhərlərdə, şəhər mərkəzindən kənardakı seçki məntəqələrində nəticələr öncədən hazırdır. Şeytana dərs verən İsrail, Amerika, İngiltərə bütün bu saxtakarlıqlardan xəbərdardır. Məgər onları aldatmaq olar? Onlar hakimiyyətə saxta yolla gələsi partiya ilə pərdə arxasında razılaşırlar ki, beynəlxalq müşahidəçilər kəndlərdə, uzaq rayonlardakı seçki məntəqələrinə göz yumacaq. Müşahidəçilər paytaxtda hamının gözü önündə olan seçki məntəqələrinə aparılır. Sonra isə bütün dünyaya informasiya vasitələri ilə yayırlar ki, filan ölkədəki prezident seçkiləri demokratik oldu, müşahidəçilər heç bir qanunsuzluqla qarşılaşmadılar.
    Xülaseyi-kəlam, xalq səs verib hakimiyyət seçir. Beynəlxalq təşkilatlar qarşısında gözükölgəli hakimiyyət! Bu hakimiyyət Qərbin qulu olmasın neyləsin! Onlar buynuz göstərən partiyanı elədiyi saxtakarlıqlara görə tam təzyiq altında saxlayırlar.
    Bəli, elə bu səbəbdəndir ki, dünyanın əksər xalqları Qəzzə soyqırımına qarşı etiraz səsini ucaltdığı halda, hakimiyyətə saxtakarlıqla, İsrail və Amerikanın himayəsi ilə gələn hökumətlər öz xalqlarının yox, İsrailin tərəfini saxlayır. Bu dövlətlər son məqamda öz millətlərini terrorist İsrailə xatir güllələyərlər də! Əslində bu bədbəxt başçılar İsrailin ala gözünə aşiq deyil. Onlar bu müvəqqəti dünya həyatında eyş-işrətə, ləzzətli süfrələrə, bahalı maşınlara xatir bütün alçaqlıqları qəbul edir, Qəzzə soyqırımına göz yumurlar. Bu qədər məzlum qanına göz yuman dövlət başçıları hakimiyyəti əldən verməmək üçün çox şeyə göz yumurlar.
    Bu gün Qəzzədə soyqırım baş verir. Tank tırtılları altda əzilən insanlara yardım imkanlarımız olduqca məhduddur. Allah kömək olsun və bizə İmam Mehdini görəcək gözlər əta etsin!
    Məsum imamların (ə) buyuruqlarında düşmənlərə qələbə üçün “Məhəmməd” surəsinin tilavəti məsləhət görülür. Fələstin xalqına bu yolla da kömək edə bilərik. Bu surəni imkan həddində oxuyub, Fələstin xalqına qadir Allahdan qələbə istəyək. Azərbaycan xalqı iyirmi yanvar faciəsi, Xocalı soyqırımını daddığından Fələstin soyqırımında acılar çəkən müsəlman qardaş-bacıları daha yaxşı başa düşə bilər. Onlara Allah-taaladan kömək istəyək. Bəzi məlumatsız insanlar iddia edə bilər ki, məgər Fələstin xalqı bizə kömək etmişdi?! Kim bilir ki, Xocalı soyqırımında, qanlı yanvar faciəsində fələstin xalqı bizim millətin azadlığı üçün dua etməyib? Bəlkə elə dünya müsəlmanlarının duaları xalqımızın sovet əsarətindən qurtuluşuna yardımçı olub? Əgər bizim müsibətlərdə kimsə bizə əl tutmadısa da, biz əlimizdən gələn yaxşılığı əsirgəməyək. Biz insanıq. İnsan ən ali məxluqdur. Biz nəinki kömək etməyənə də kömək əli uzatmalıyıq, hətta pisliyə də yaxşılıqla cavab verib, Azərbaycan xalqının necə alicənab xalq olduğunu dünyaya nümayiş etdirməliyik.

ƏŞRƏF EYVAZLI
Baxış sayı: 2991
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy