|
Davosdakı beynəlxalq iqtisadi forumda həmişəkindən fərqli hadisə baş verdi. Davosda “Qəzzə orta şərqdə barış modeli” mövzusu adı altında keçirilən israilyönlü konfrans türk millətlərinin baş tacı Ərdoğan tərəfindən anti-israil siması aldı. İsrail dövlət başçısı Şimon Peres Davosun əksər telekanallarla dünyaya canlı yayımından sui-istifadə etdi. Bütün dövlət başçılarına 12 dəqiqədən az vaxt verildiyi halda Şimon Peres 25 dəqiqə Qəzzə soyqırımını dünya millətlərinə (terrorist) İsrailin özünümüdafiəsi kimi göstərməyə çalışıb. Onun bu çıxışı bəzi dövlət başçıları tərəfindən hətta alqışlarla qarşılanıb. Halbuki Qəzzə soyqırımında 1500-dən çox günahsız insan qətlə yetirilib. Bundan əlavə Qəzzədəki muharibədə istifadəsi beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş fosfor və zəiflədilmiş nüvə bombalarından istifadə edilib. Davosda bir araya gələn dünyanın yaltaq başçılarının İsrail prezidentinin çıxışını alqışı bununçündürmü ki, sionist rejim 5 mindən artıq günahsız insanı yaralayıb?! İsrail rejimi istifadəsi qadağan olunan fosfor bombası ilə əl-üzü yandırılmış körpələr və qadınlara görəmi alqışlanır?! Bu alqış özü bir cinayət deyilmi?! Davosda Haqqın səsi türkün dilindən ucaldı. Türkiyə respublikasının baş naziri, həmçinmin dünya türklərinin fəxri Ərdoğan İsrail prezidentini alqışlayanlara xitabən buyurdu: “Uşaqları öldürənləri alqışlamaq insanlıq əleyhinə yönələn cinayətdir”. O bu cümləsi ilə nəinki Türkiyə vətəndaşlarının, bəlkə bütün Türk dünyasının ən sevimlilərindən birinə çevrildi. İsrail prizidenti Peres Ərdoğanla danışarkən ədəbsizlik edib səsini yuxarı qaldırsa da, türk mədəniyyətinin necə uca zirvədə olduğunu dünyaya izhar edən baş nazir Ərdoğan səs tonunda əxlaq prinsiplərinə riayət edərək Peresə xitabən: “Hörmətli Peres, məndən yaşlısan, amma səsin çox yüksək çıxır” - söylədi. Sonra isə Ərdoğan Peresə “Amma mən bunu etmərəm (səsimi ucaltmaram)”, dedi. Afərin bu əxlaqa! Alicənab türk, hətta yəhudi və cinayətkar olmasına baxmayaraq Peresə qarşı türk mədəniyyətinin sabit dəyərlərindən biri olan “Böyüyə hörmət” prinsipini yaşatdı. “Məndən yaşlısan” kəlməsini söyləyən baş nazir yaşda böyüklüyünə görə Pereslə həmyaşıd kimi davranmadı. Ərdoğanın Davosda dünyaya keçdiyi əxlaq dərsi bu oldu ki, hətta bir cinayətkar sənə qarşı ədəbsizlik etsə, ona cavabda ədəbsizliyə yol vermək olmaz. Çünki cavabdakı ədəbsizlik sənin şəxsiyyətini alçaldır. Qarşı tərəf onsuz da ədəbsizdir. Ərdogan dünya xalqlarına çox böyük dərslər keçdi. Ən böyük dərsi isə kişilik, güclüyə gücü xatirinə əyilməmək, izzəti əldən verməmək və zilləti qəbul etməmək, uzun sözün qısası, İmam Hüseyn məktəbinin əməldə izharı oldu. Dünya başçıları İsrailin qabağında yiyəsinin qabağında quyruq bulayan it kimi quyruq bulayırdı. Amma Peresin özünü yuxarı tutub etdiyi hörmətsizliyin müqabilində baş nazir Ərdogan əxlaq qaydalarına riayət etməklə buyurdu: “O, (Peres) Türkiyənin baş nazirinə necə xitab etmək lazım olduğunu öyrənməlidir”. Davosda Şimon Peresin 25 dəqiqə, başqalarının 12 dəqiqə danışmasına şərait yaradan aparıcıya münasibət bildirən Ərdoğan buyurmuşdur: “Bu cür aparıcıların olduğu Davos dünyada sülhün bərqərar olunmasına heç bir töhfə verə bilməz". Baş nazir bu məsələyə rəsmi şəkildə qiymət veriləcəyini bildirdi. Ərdoğanın tutduğu mövqenin müqabilində Türkiyəni nə gözləyir? Bu suala cavab verməzdən öncə nəzərinizə catdırırıq ki, Amerika və İsrail müsəlman torpaqlarına daxil olmaq üçün özləri öz daxillərində partlayışlar edir və bu partlayışın hansısa müsəlman ölkəsi tərəfindən olduğunu bildirib müsəlman torpaqlarına “Terror ilə mübarizə” adı altında soxulurlar. Qəzzə soyqırımında Amerikanın İsraillə birlikdə tutduğu mövqe kimin terrorist olduğunu dünyaya sübut etdi. Necə ki, Ərdoğan İsrail prezidenti Şimon Peresə xitabən: "Öldürməyə gəlincə, siz öldürməyi çox yaxşı bacarırsınız", söylədi. Bundan əlavə, hər bir ölkə, təşkilat və ya partiya Qəzzəyə münasibətdə İsraili dəstəklədi və ya etirazını bildirmədisə, insan hüquqlarının pozulmasına xidmət etdi. Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) başçısı Dos. Dr. Sədat Laçiner, Baş nazir Ərdoğanın Davosdakı reaksiyasının Türkiyə-İsrail əlaqələrinə təsirini və Türkiyə içindəki əksolunmalarını bu cür qiymətləndirdi. Laçiner Ərdoğana çox əhəmiyyətli tövsiyələr verdi. O, Ərdoğanın nəzərinə çatdırdı ki: 1. Bu çıxışla bayırda düşmən qazanılmış və daxildə Ergenekon kimi bir düşmən ola-ola bayırdakı düşmənlə vuruşmaq çətindir. Ergenekon aradan götürülməlidir. (İnşallah bu tezliklə həyata keçər.) 2. Hakimiyyəti gözdən salmaq, onu devirmək üçün tanınmış yəhudilərə qarşı Mossad tərəfindən terror ola bilər. Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilməlidir... Nəzərinizə çatdırırıq ki, bu söz haqq sözdür. Sionist regiminin növbəti hücumuna hədəf Türkiyədir. Sionistlər indi dünyada xoşagəlməyən işlər və terrorlar törədib onu Türkiyəyə aid etməyə calışacaqlar. Allah səni qorusun türk və türkün fəxri Ərdoğan! Son anda Qarabağdan demək içimdən gəldi, riyasız! Nə üçün riyasız sözünü işlətdim? Çünki bu gün Qarabağdan səmimi danışan çox azdır. Hərə bir niyyət arxasınca gedərkən bir-iki ağız Qarabagdan deyib vətənpərvər görünməyə çalışır. Məqsədi ancaq vətənpərvər görkəm aldıqdan sonra özü, cibi üçün nəsə etməkdir. Sadiqanə vətənpərvər görünmək eyib deyil, əksinə şərəfdir. İnşaallah biz də bir gün izzətə çatarıq. Yaman günün ömrü az olar deyiblər. İnşaallah əsirlərimizi və torpaqlarımızı geri qaytararıq. Bu cümləni yazarkən vicdanım qarşısında əziyyət çəkirəm və hər bir vicdanlıya əziyyət verirəm... Əzizim vətən daşı, Hər çuxurda göz yaşı. Yad əlində neçə il Gözlər bacı qardaşı?! Allah Azəri xalqını bu (əsirlilik) gözükölgəlilikdən xilas etsin! Dünya türklərinin düşmənini və məxsusən azad, kamil, izzətli Azərbaycan üçün xidmət edənlərlə düşmən kəsilənləri hidayət etsin! Əgər düzələn deyillərsə, Allah onların ayağını dünyadan üzsün! Sonrasını Özü bilər, çünki Allah Odur! ƏŞRƏF EYVAZLI
 |