Günaha artan meyl PDF Print E-mailiniz
Bazar, 11 Oktyabr 2009 01:09

   Təəssüf ki, vətənimiz Azərbaycanda azyaşlı uşaqlara  cinsi meyl artmaqdadır. Bu xəcalətli problemlə orta məktəblərdə də rastlaşmaq olur. Azərbaycan Uşaqlar Birliyi məktəblərdə psiхoloji iş aparılması və nəzarətin gücləndirilməsi təklifini irəli sürüb. Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, "pedafil"lərdən sığortalanmaq üçün məsuliyyət məktəb və valideynlərin üzərinə düşür: "Küçə uşaqları ilə bağlı aparılan araşdırmalar azyaşlılara qarşı cinsi meylin artdığını sübut edir. Uşaqların əksəriyyəti yaşlılar tərəfindən istismar edilib. Üstəlik oğlan uşaqlarına meyl daha güclüdür".
   K.Ağazadə vurğulayıb ki, məktəblərdəki zəif nəzarətə və uşaqların özbaşına buraхılmasına göz yummaq olmaz: "Orta məktəblər tərbiyə ocağından daha çoх mənəvi terror ocağına çevrilməkdədir. Psiхoloji iş yoх səviyyəsindədir. Buna görə də bu sahədə siyasət müəyyənləşdirilməli, təbliğata başlanılmalıdır".
   Maraqlıdır, bu sahədə hansı siyasətdən söhbət gedir? Dünyəvi elmlərin tədris olunduğu orta məktəblərimizdə dini  elmlərə yer verilməyib. Müasir dövrümüzdə dinin təlim olunmadığı məktəblərdə əxlaqsızlıq çox adi görünməlidir. Məktəblərdəki əxlaqsızlığın qarşısının alınmasının yeganə yolu din xadimləri tərəfindən orta məktəblərdə İslam dininin, dini-əxlaqi dəyərlərin tədris olunmasıdır. Kəmalə Ağazadə məktəbləri və valideynləri məsuliyyətli olmağa çağırır. Amma belə bir sual meydana çıxır ki, məktəb və valideynlər uşaqları hansı həddə qoruya bilər? Sözsüz ki, hansısa məhdud bir çərçivədə! Yəni valideynlər və məktəb məsulları bütün iş-güclərini boşlayıb uşaqların başı üzərində gözətçi durası deyil. Əslində uşaqlar maariflənib özləri-özlərini qorumağı bacarmalıdırlar. Bunun da yeganə yolu şagirdlərdə İslami təfəkkürün formalaşdırılmasıdır. Nəinki azyaşlı uşaqlara, hətta onlara cinsi təcavüz edənlərə də İslamın əxlaqi dəyərlərinin öyrədilməsi təsirlidir. Əks təqdirdə, cinayətkara  dinimizin uyğun cinayətə görə təyin etdiyi cəza tətbiq olunmalıdır. Əgər belə olarsa, onda problemlə kökündən mübarizə aparılmış olar. Yoxsa təkcə məktəb rəhbərləri və valideynlərin gözətçilik məntiqi ilə iş düzələsi deyil. Bu növ problemlərin yaranma səbəbindən biri də orta məktəblərdə  qızların açıq-saçıq geyimləridir. İslam dini xanımlara belə geyimi qadağan etməklə, bir mənada onların zinətlərini müqabil cinsin gözündən qoruyur. Cəmiyyətimizdəki açıq-saçıq geyim səbəb olub ki, qadınlar müqabil tərəfi özlərinə cəzb etsinlər. Qərb və qərbyönlülər qadın hüquqlarından dəm vurmalarına baxmayaraq, açıq-saçıq qadın geyimlərinin yayılmasının başlıca səbəbkarıdırlar. Açıq-saçıq geyimlər isə qadınların təhqiri, onların dəyərsizləşdirilməsi, hüquqlarının tapdanmasıdır. İslami dəyərlərdən uzaq olmaq nəticəsində qızlara təcavüz, oğlanlara qarşı cinsi meyl kimi xəcalətli məsələlər gündəmə çıxıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu məsələdən yeganə çıxış yolu cəmiyyətdə İslam dininin tədris olunmasıdır. Əks təqdirdə, gənc nəsil xüsusilə orta məktəblərdə bu yöndə əxlaqsızlıqlara tərəf sürüklənəcək.
   Qurani-kərimin bu iyrənc işlərdən birinə (uşaqbazlığa, kişi homoseksualizminə) münasibətindən müxtəsər söhbət açacağıq. Qeyd edək ki, dinimiz bu çirkin işi “livat” adlandırır. Nəzərinizə çatdıraq ki, İlahi peyğəmbərlər arasında bu çirkin işlə mübarizə daha çox həzrət Lutun üzərinə düşmüşdü. Həzrət Lutun qövmü tarixdə ilk dəfə bu işi həyata keçirən qövm kimi tanınmışdır. Qurani-kərimin bu barədə olan ayələrindən bəzilərini diqqətinizə çatdırırıq:


   Livatın çirkinliyi
   “Və Lutu (yada sal, onun) o zaman(ını) ki, öz qövmünə dedi: “Siz aləmdəkilərdən sizdən qabaq heç kəsin etmədiyi o çirkin işi edirsiniz?!” (“Əraf”, 80)
   “Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: “Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər) bunlar paklıq axtaran insanlardır?” (“Əraf”, 82)
   “...Və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər”. (“Ənbiya”, 74)
   Yuxarıda göründüyü kimi, Allah-taala livatı ayələrdə çirkin əməl və ya pozğunluq kimi tanıtdırır. Cəmiyyətimizdə bu çirkinliyə yaranan  meyl olduqca narahatedicidir. Bundan əlavə livata maraqlı insanlar ayədən göründüyü kimi təmiz qalmaq istəyən insanları öz şəhərlərindən çıxarmaq istəyirlər. Əgər cəmiyyətimizdə bu iyrənc meylli insanlar çoxalarsa, pak qalmaq istəyən insanları sürgün təhlükəsi gözləyir.

   Qadınların maddi və mənəvi ehtiyacı
   “Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz”. (“Əraf”, 81)
   “Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: “Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!” (“Hud”, 78)
“Dedilər: “Sən yaxşı bilirsən ki, bizim sənin qızlarına bir haqqımız (rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən”. (“Hud”, 79)
   “Dedi: “Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır” (O öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi). (“Hicr”, 71)
   “Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!” (“Şüəra”, 165)
   Əgər kişilər şəhvətin təmin olunmasında kişilərə üz tutarlarsa, bu halda qadınlar diqqətdən kənarda qalmış olur. Bu da qadınları bədbəxtliyə aparan bir amildir. Qadınların fiziki gücü olmadığından kişilərin onları tərk etməsi onları həyatda çətin problemlərlə qarşı-qarşıya qoyur. Məsələn iki xanım mətbəxdə xörək hazırlayırlarsa, təsadüfən onların birinin gözünə siçan görünür. Siçanı görən xanım bir qışqırtı vurub özündən gedir. O biri xanım özündən gedən xanımı pilləkandan düşürüb ilkin tibbi yardıma çatdıra bilmir. Onda bu işə kifayət edəcək qədər fiziki güc yoxdur. Burada kişilərin yeri məlum. Xüsusilə mətbəxdəki siçanla mübarizə qadınlara çox çətindir. Amma kişilər siçandan qorxmur, onu asanlıqla məhv edirlər. Əlavə olaraq qeyd etməliyik ki, kişilərin qadınları maddi və mənəvi himayədən məhrum etməsi onları günaha doğru sürükləyən əsas amildir.
   “O zaman (qəbilə) qardaşları Lut onlara dedi: “(Bu şirk və küfrünüzdən) çəkinirsinizmi?!” (“Şüəra”, 161)
Ayədən göründüyü kimi, həzrət Lut livat edən qövmü çəkindirməyə çalışır. Bizim də qarşımızda belə bir vəzifə durur. Biz də bu çirkin işin virus daşıyıcılarını çəkindirməliyik.
   “Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki o, (əzab əhli arasında) qalanlardan oldu”. (“Əraf”, 83)
   “Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də, günahkarların aqibətinin necə olduğuna nəzər sal!” (“Əraf”, 84)
   “Və biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir”. (“Hicr”, 66)
   “Və (nəhayət) günəş çıxan zaman onları göydən gələn bağırtı yaxaladı”. (“Hicr”, 73)
   “Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq”. (“Hicr”, 74)
   Ayələrdən məlum olur ki, Allah-taala bu qövmün başına həm daş yağdırıb, həm də şəhəri alt-üst edib. Bundan əlavə, onları göydən enən bərk səs də yaxalayıb. Deməli bu günah olduqca ağır cəza ilə nəticələnir. Biz təəssüflər olsun ki, Qurani-kərimin bu barədəki bütün ayələrini toplaya bilmədik. Ancaq bu yada salınan ayələrdən nəticə alırıq ki, livat Allah-taala hüzurunda çox böyük günahdır.
   “Və bizim elçilərimiz Lutun yanına gələn zaman o, onlara görə narahat oldu və (öz qövmünün qonaqları barəsində pis niyyətdə olmalarından) sıxıntıya düşdü. Və əli onları himayə etməkdən üzüldü və dedi: “Bu gün çox çətin bir gündür”. (“Hud”, 77)
   “Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin”. (“Hicr”, 69)
   Bu iyrənc işə adət etmiş insanlar üçün heç bir sərhəd yoxdur. Ayələrdən də məlum olur ki, bu insanlar qonşuya gələn qonağa belə təcavüz etməkdən çəkinmirlər, o ki qaldı bunların öz evinə qonaq gələ.
   “Dedi: Kaş sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm sabit bir arxaya sığınaydım”. (“Hud”, 80)
Sözsüz ki, mübarizə vacibdir, amma kimə? Əlbəttə ki, mübarizəni gözəl bacarana. Yoxsa qaş düzəldən yerdə göz çıxaranlara yox!
   “Şübhəsiz bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır. (“Hicr”, 75)
   Həzrət Lutun qövmünün başına gələn acı hadisə hamını düşündürməlidir.  Allah-taaladan diləyirik ki, cəmiyyətimizi bu xəstəlikdən qorusun.

 Əşrəf Eyvazlı

Baxış sayı: 2247
Şərhlər (2)Add Comment
0
...
yazdı Tahir, Oktyabr 21, 2009
Salamun aleykum. Allah razi olsun. Bir az da daha elmli yazsaniz cox gozel olar. Teshekkur.
0
Bakı
yazdı Aynur, Oktyabr 23, 2009
Salam, təşəkkürlər. Tahir qardaşıma sualım budur ki, savadlı yazı nəyə deyirsiz? Mən bu müəllifin daimi oxuyucusuyam, əvvəlki məqalələrində öz fikirləri daha çox rol oynayırdı. Yəni elmi dəlillərdən az istifadə edirdi. Bu pis deyil, əslində şəxsi fikirlər yaradıcılıq, istedaddır. Amma bu yeganə məqaləsidir ki, Qurandan çoxlu dəlillər gətirilib. Bu dəlilləri tapmaq üçün demək olar ki, bütün Quran araşdırılıb. Bu məqaləsinə bu iradı qəbul etmirəm. Bəlkə deyirəm məqaləsində sizə toxanan nəsə var?

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy