|
Günlərin bir günü avtobusla yol gedərkən təbrizli bir türklə həmsöhbət oldum. Onunla söhbətimiz ABŞ-ın İrana münasibəti mövzusunda idi. Söhbətimizdə mən ona böyük dövlətlər içərisində Rusiyanın ABŞ-ı yox, İranı dəstəklədiyini bildirdim. O mənə belə bir cümlə söylədi: “Baba, rusa etibar yoxdur”. Onun bu sözü barəsində azca düşündüm. Gördüm ki, doğrudan da düz deyir. Necə ki, uzun illər (sovet dövründə) xalqımızla yanaşı yaşamış ruslar sonda bizə də qarşı namərdlik etdilər. 20 yanvar faciəsi və ermənilərin torpaqlarımıza təcavüzü zamanı məhz ruslar yaxından iştirak edirdilər. Son günlər İsrail prezidenti Şimon Peres İsrailin İrana zərbə endirmək planının olmadığı barədə Rusiya prezidenti Dmitri Medvedyevə təzminat verib. Bu barədə Rusiya prezidentinin şəxsən özü CNN telekanalına müsahibəsində bildirib: “İsrail prezidenti mənə Soçi şəhərinə baş çəkərkən, hamımız üçün əhəmiyyətli bir söz dedi: “İsrail sülhsevər bir ölkədir və İrana zərbə endirmək niyyəti yoxdur”. İsrailin necə sülhsevər dövlət olduğunu Qəzzə soyqırımından sonra bütün dünya bilsə belə, Medvedyev hələ ki bu haqda çıxarış edə bilməyib. Rusiya bu vaxta kimi özünü İrana dost kimi göstərirdi. Amma əslində o öz mənafeyini güdürdü. O İrana dəstəklə ABŞ-ın İrana qarşı planlarını pozur, əvəzində ABŞ-dan mənfəət əldə edirdi. CBS telekanalına müsahibəsində ABŞ prizedenti Barak Obama deyib ki, İran məsələsinə gəldikdə isə Kreml sensasiyalı şəkildə bildirib ki, Moskva Tehrana qarşı mümkün yeni sanksiyaların qəbuluna maneçilik törətməyəcək. Amma bu vaxta qədər Kreml İran əleyhinə hər hansı bir sanksiyanın qəbuluna mane olurdu. Amma necə ki, Kremlin şəxsi mənafeyi meydana gəldi ruslar həmişəki kimi meydanı namərdcəsinə tərk etdilər. Rusların İranı meydanda tək qoymaqla əldə etdiyi ABŞ-ın Şərqi Avropada raketdənmüdafiə sisteminin yerləşdirilməsinə dair planlarının ləğvi barədə razılaşma oldu. Kreml bu planı özünə təhlükə bilirdi. Bu planın ləğvi əvəzində isə ABŞ Kremldən tələb edir ki, məsələn, İrandan gəlmək ehtimalı olan ballistik raketlər və ya nüvə texnologiyalarına qarşı birgə mübarizə aparmaqda ABŞ-a dəstək olsun. Aydın olur ki, ABŞ raketdən müdafiə sistemini ruslara qurban verib, əvəzində İrana qarşı birgə mübarizəni əldə etdi. Ruslara da bu təklif sərf etdiyindən onlar ABŞ-a müsbət cavab verdilər. Dünyanın inkişaf etmiş böyük dövlətləri bu gün İrana qarşı birləşməkdə. Görəsən bunun əsl səbəbi nədir?! Otuzillik inqilab tarixində heç bir ölkəyə hərbi basqın etməmiş İran İslam Respublikasına qarşı münasibət nədən belədir?! Məgər İsraili dəstəkləyib, İranı bəşərə təhlükə bilən Qərb İsrailin son otuz ildə ərəb ölkələrinə təcavüz etdiyindən xəbərsizdirmi?! Yoxsa Qərb üçün ərəb insan sayılmır?! Halbuki, məxluqatın ən üstünü həzrət Məhəmməd (s) də milliyyətcə ərəbdir. Əgər ərəblər insandırlarsa, onların da insan hüquqları var. Bəs nə üçün insan hüquqlarını həmişə kobudcasına pozan İsrail, Qərb və ABŞ tərəfindən himayə olunur?! Bunun əksinə otuzillik inqilab tarixçəsində heç bir ölkəyə hərbi təcavüz etməmiş İran ABŞ və Qərb tərəfindən bəşərə təhlükə sayılır. Son “Qəzzə” məsələsində beş-altı min insanı qanına qəltan etmiş İsraildə atom bombasının olduğunu bilən saxtakar insan hüququ tərəfdarları nə üçün susurlar?! Görəsən qərblilər İsrail ilə İran İslam Respublikasını günahsız insan qətli aspektindən müqayisə ediblərmi?! Görəsən nədən bu müqayisə Qərbə və ABŞ-a sərf etmir? Onlar İsraili Şərqdə quduz bir it kimi öz mənafelərinin təmini üçün bəsləyir, onu hərbi yardımlarla yemləyirlər. Görən Qərbin və ABŞ-ın İsraili bəsləməkdə nə xeyri var?! Bəlkə Qərbin qorxusu müsəlman ölkələrinin inkişafı, elmə sahib olması və nəhayət öz ayaqları üstündə durmasıdır. Tarix boyu elm qövmlər arasında ilahi sünnəyə əsasən, hərəkətdə olub. Bir vaxtlar Şərq elmdə uca məqam sahibi idi. İndi bu məqam Qərbin ixtiyarındadır. Bəziləri müsəlman ölkələrinin geridə qaldığından danışır. Amma bunun səbəbi ilə nədənsə maraqlanmırlar. Bütün xəstəliklərin amili olduğu kimi müsəlman ölkələrinin maddi elmlərdə geridə qalmasının da sözsüz ki, hansısa səbəbi var. Nəzərinizə çatdıraq ki, mənəviyyatda sözsüz ki, müsəlmanlar qərbdən çox irəlidədirlər. Mövzumuzdan kənara çıxmamaq üçün bu barədə bir dəlillə kifayətlənirik. Əslində mənəviyyatlı insanlardan kimsə ziyan görməməlidir. Onlardan hamı xeyir görməlidir. Müsəlmanların mənəviyyatda üstünlüyünü sübut etmək üçün onların hələ ki hansısa ölkə ilə müharibədə kütləvi qırğın silahlarından, kimyəvi bombalardan istifadə etməməsi bəs edər. Amma qaniçmiş ABŞ Yaponiyanın Xerosima şəhərinə atom bombası atdığı üçün hələ də o şəhərdə dünyaya göz açan körpələrdə naqislik müşahidə olunur. İstifadəsi beynalxalq təşkilatlar tərəfindən qadağan olunmuş silahlardan Qəzzə soyqırımında müsəlmanlar yox, qaniçmiş sionist rejimi istifadə edirdi. İnsan hüquqlarından danışan yəhudi və xiristian dünyasına xitab edirik ki, bu günə kimi hansı müsəlman ölkəsi bu növ qeyri-insani cinayətlərə əl atıb?! Məgər Azərbaycan Respublikasına təcavüz etmiş erməni cəlladları da sizinlə həməqidə deyillərmi?! Bir vaxtlar müsəlmanlar elmdə Qərbdən çox üstün olub. Dəlil kimi müsəlmanların Qərbdə qibtə ediləsi alimlərindən Xacə Nəsirəddin Tusi, Əbu Əli Sina, İmam Sadiqin şagirdi Cabir ibn Həyyanı misal çəkmək olar. Amma müsəlmanlar xəbis Qərbdən fərqli olaraq öz ixtiyarında olan elmi heç bir xalqa qısqanmayıb. Əgər müsəlmanlar da bu gün Qərbin elmi Şərqə qısqandığı kimi rəftar etsəydi, onda Qərb bugünkü inkişafına çata bilməzdi. Müsəlmanlar elmli olduğu vaxt öz elmləri ilə silahlar düzəldib Qərbə hədə gəlməyib. Müsəlmanlar Qərbin zəif vaxtı öz gücündən, elmindən sui-istifadə edib onu əsarəti altına almayıb. Amma Qərb xəbis ruhiyyəsi ilə nəinki elmi müsəlmanlara təlim etmir, hətta müsəlmanların şəxsi təcrübələri əsasında elmi əldə etməsinin qarşısında hərbi və iqtisadi hədə-qorxu gəlir. Dəlilimiz İranın Maqatenin nəzarəti altında nüvə enerjisindən istifadəsinə Qərb və ABŞ tərəfindən yaradılan maneələrdir. Qərb İranı təcavüzkar ölkə kimi göstərmək istəyir. Qərb iddia edir ki, əgər İran uranı zənginləşdirərsə bundan atom bombası düzəldəcək və bu bəşəriyyət üçün təhlükədir. Amma İran bu iddianın cavabında vurğulayıb ki, İran atom bombası haqda düşünmür. İran atom bombasından istifadəni insan hüquqlarına qarşı bilir. Amma bəşər hüququndan dəm vuran ABŞ və İsraildə atom bombasının olduğu heç bir bəşərə gizli deyil. Yaxşı əgər İsrail və ABŞ insansevərdirlərsə, kütləvi qırğın silahı olan atom bambası onların nəyinə gərəkdir?! Onlar nə üçün öz atom bombalarını məhv etmirlər?! ABŞ və İsrail atom bombasını pis bilib İranda olmasından ehtiyat edirlər. Belə bir sual meydana çıxır ki, atom pisdirsə, sizin özünüzdə nə üçün var?! Yaxşıdırsa, nə üçün müsəlmanlarda olmasın?! Amma bunların hamısı bəhanədir. İran atom bombası düzəltmək fikirində deyil. Bunu Qərb, ABŞ və İsrail də gözəl bilir. Əslində bütün bunlar bir bəhanədir. Bəhanədir ki, müsəlmanlar uranın zənginləşdirilmə elminə yiyələnə bilməsin. Onlar istəyir ki, müsəlmanlar nüvə enerjisi məsələsində də Qərbdən asılı vəziyyətdə olsunlar. İran uranı zənginləşdirsə bu, müsəlman ölkələrində yenilik, irəliləyiş olacaq. Sabah bir də müşahidə edəcəyik ki, Türkiyə də nüvə proqramından dəm vurur. Belə olarsa Qərb müsəlmanların təbii sərvətini daşıya bilməyəcək. Necə ki, indi İrana təklif edilir ki, sən xammalı ver, zənginləşdirmə prosesi bizdə getsin. Sonra sənə zənginləşmiş nüvə təhvil verilsin. ABŞ və Qərbin fikri budur ki, hər nə olur olsun, təki müsəlmanlar inkişaf etməsin, elmə yiyələnməsin. Müsəlmanların elmə yiyələnməsinin qarşısında isə onlar hər hansı bir yolla maneə yaratmağa çalışırlar. Atom bombası, insan hüquqları, bəşəriyyəti gözələyən təhlükə barədə söz-söhbət isə utopiyadan başqa bir şey deyildir. Kimin geridə qalmasına gəldikdə isə geridə və ya irəlidə olmaq texnoloji inkişafla yox, mənəviyyatla ölçülür.
Əşrəf Eyvazlı
 |