|
Bazar ertəsi, 09 Noyabr 2009 14:50 |
 Bildiyimiz kimi dünyanın hər yerində Əhli-beyt (ə) aşiqləri vardır. Amma bizim mövzumuz Amerikada yaşayan Əhli-beyt (ə) aşiqləri haqdadır. Amerikada yaşayan şiələri iki dəstəyə bölmək olar: Birinci dəstə 180 il bundan öncə Amerikaya mühacirət etmiş şiələr, ikinci dəstə isə orada yaşayan müxtəlif millətlərə və irqlərə mənsub olan yerli Amerikalı şiələrdir. Amerikada yaşayan yerli şiələrin bir dəstəsi İran islam inqilabından sonra şiəliyi qəbul ediblər. Bəziləri isə orada yaşayan sufilərin dəvəti nəticəsində şiə olublar. Amerika mühacirləri haqqında qısa məlumat Ilk dəfə, 180 il bundan öncə Asiyanın muxtəlif yerlərindən insanlar Amerikaya mühacirət etməyə başlayır. Bu insan axınının 1824-1878-ci illərə təsadüf etdiyini demək olar. Asiyadan Amerikaya daxil olan insanların yerli əhali ilə rəng və mədəniyyət fərqləri olduğu üçün 1924-cü ildə Amerika dövləti Asiyadan Amerika dövlətinə girişi qadağan edir (asian exelusion act). Çox çəkmir ki, ikinci dünya müharibəsindən sonra bu qanun ləğv olunur və Asiyalılar yenidən Amerikaya üz tuturlar. Mühacirət edənlər daha çox Amerikanın şimal hissəsinə yollanırlar.Mühacirlərin əksər hissəsi Ditruvit-mişiqan şəhərində məskunlaşır. Bu şəhərdə milliyətcə ərəb olan yüzdən çox seyyid yaşayır. Amerika tarixində ilk dəfə ən böyük məscid 1920-ci ildə Ditruvit-mişiqan şəhərində Ford firmasının yaxınlığında tikilir. Bu şəhərdə yaşayan mühacirlərin çoxu Ford firmasında işləyirdilər. Hal-hazırda orada çoxlu Əhli-beyt (ə) aşiqləri yaşayır. Onların dini başçısı on il müqəddəs Qum şəhərində təhsil almış və 1992 –ci ildə oraya mühacirət etmiş İmam Həsən Qəzvinidir. Mühacirlərin əksər hissəsini Pakistan, Ərəb, Hindistan və Livan vətəndaşları təşkil edir. Orada yaşayan mühacirləri üç dəstəyə bölmək olar: birinci dəstəyə aid olanlar o kəslərdir ki, özlərini tamamilə yerli caamatdan ayırır və məhz müsəlman qaydaları ilə davranırlar. Ikinci dəstəyə aid olanlar isə özlərini yerli camaata oxşatmaq istəyənlərdir. Üçüncü dəstəni isə orta mövqe tutmuşlar təşkil edir. Amma hər üç dəstə əsl İslam qaydalarına (toy, yas, dəfn və sair bu kimi mərasimlər) olduqca ciddi yanaşırlar. Bundan əlavə Nyu-York şəhərində Ayətullah Xoinin elmi dini mərkəzində Hindistan, Pakistan, Ərəb və sair ölkələrin vətəndaşları dini mərasimlər üçün toplanırlar. Bundan başqa imam Əlinin (ə) adını daşıyan elmi bir mərkəz də var. Bu mərkəz Əhli-beyt (ə) aşiqlərinin bir yerə toplandıqları yerlərdən biridir. Yerli şiələr haqqında qısa məlumat Yerli şiələr müxtəlif millətlərə və rənglərə ayrılır. Hətta onların içində Ənəsrullahi firqəsinə aid olan insanlar da var. Hal-hazırda onlara başçılıq edən Muhiq Sudanidir. Bu insanların içində Şeyx Fəzlullah adlı bir nəfər özünün əvvəlcə sufi məslək olduğunu elan edib ətrafına çoxlu sayda insanlar toplayıb.(çünki orada sufiliyə meyli olan insanlar çoxdur) Şeyx Fəzlullah ruhani ailəsində dünyaya göz açıb və milliyətcə ərəbdir. Əsl ixtisası neft mühəndisidir. Amerikanın Kaliforniya ştatında 2001-ci ilə qədər öz ixtisası üzrə işlə məşğul olub. Ətrafına çoxlu sayda insanlar toplayandan sonra Texas şəhərində böyük bir ərazi alıb və orada mədrəsə, məscid və xanım Zəhranın (s) adına “Əzzahra” nəşriyyatını işə salıb. Bir çox müsəlmanlar bu məkanda dini fəaliyyət göstərirlər. Amma o vaxta qədər ətrafındakılar Şeyx Fəzlullahın məhz Əhli-beyt (ə) aşiqi olduğunu bilmirdilər. Bir gün Şeyx Fəzlullah azan verənə buyurur ki, “Əşhədu ənnə muhəmmədən rəsulullah” cümləsindən sonra “Əşhədu ənnə əliyyən vəliyullah” və “Əşhədu ənnə Əliyyən höccətullah” cümlələrini də de. Şeyx Fəzlullah belə deyəndə bir çoxları təəccüb etsələr də sonralar hamı onun əsl Əhli-beyt (ə) aşiqi olduğunu bilir. 11 sentyabr hadisəsindən sonra Amerika dövləti müsəlmanlara güclü təzyiq göstərdiyindən Şeyx Amerikanı tərk edib Afrika dövlətlərinə üz tutur və hal-hazırda orada öz fəaliyyətini davam etdirir. (Kaliforniyadakı müəssisəsi də fəaliyyətdədir) Son hesablamlara görə Amerikada 9- 10 milyon arası müsəlman yaşayir. Bu müsəlmanların iki milyonunu Əhli-beyt (ə) ardıcılları təşkil edir. Allaha and verək izzəti-cəlalına ki, İmam Zamanın (ə) zühurunu tezləşdirsin və dünya Əhli-beyt aşiqi ilə dolsun.
Mənbə: “Məcəlleyi şiə dər cahan” Tərcümə etdi: Emil Kazımlı
 |