Bosniyaya coğrafi baxışBosniya dovləti Avropada, Balkan yarımadasında yerləşir. Bosniyanın ərazisi 51,129 kv. km., əhalisinin sayi 4,5 milyondur. Əhalisinin 43,7 %-i müsəlman, 21,3 %-i xristian (serblər), 15 %-i isə xorvatlardan ibarətdir. Xorvatlar müxtəlif dinlərəin ardıcıllarıdırlar. Tarixçəsi Bosniyanın tarixi orta əsrlərə qayıdır. 1180-ci ildən 1436-cı ilə kimi xalqa padşahlar hökmranlıq edib. 1436-1878-ci illər ərzində böyük Osmanlı imperiyasının əsarəti altında olub. 1878-ci ildə Osmanlı imperiyasının əsarətindən çıxıb, Avstriyanın əsarətinə keçib. Nəhayət, 1945-ci ildə Yuqoslaviyanın himayəsi altına keçmişdir. 1991-ci ilin oktyabr ayında Yuqoslaviya dövlətinin hakimiyyəti altından çıxmış və öz müstəqilliyini elan etmişdir. 1992-ci ilin yanvar ayında başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmağa başlamışdır. Müstəqilliyinin ilk aylarında Bosniyada yaşayan serblər tərəfindən çaxnaşmalar başlandı. Nəhayət çaxnaşmaların axırı müsəlmanlarla xristianların müharibəsilə nəticələndi. 1997-ci il noyabrın 21-də sülh müqaviləsi bağlanıldı. Sülhnamənin qısa mətninə əsasən, bu dövlətdə serblərin (xristianların), müsəlmanların və xorvatların öz hökuməti olmalı idi. Hal-hazırda Bosniyada 3 ölkə başçısı, 3 milli məclis və 3 məhkəmə vardır. İqtisadiyyatı Yuxarıda qeyd etdiyimiz kimi, orta əsrlərdən bəri uzun müddət müstəqillik əldə edə bilməməsi və daim əsarət altında qaldığı üçün, Bosniya zəif dövlətlər sırasındadır. Bosniyada İslam dini İslam dininin Bosniyada özünəməxsus yeri vardır. Bosniyada yaşayan müsəlmanların fəal olmaları səbəb olmuşdur ki, çox sayda dini təşkilatlar yaradılsın və İslam dini inkişaf etsin. Dövlət səviyyəsində rəsmi tanınan təşkilatlardan biri “İslam cəmiyyəti” təşkilatıdır. Bu təşkilat istər dövlət daxilində, istərsə də dövlətdən kənarda olduqca fəal bir təşkilatdır. Bu təşkilatın nəzdində 1300 məscid, 12 mədrəsə və İslam universiteti vardır. Burada fəaliyyət göstərən müəllimlər və digər işçilər ruhanilərdir. ”İslam cəmiyyəti” təşkilatının nəzdində “Rəisul-üləma” adlı dini bir icma vardır, şəhər və kəndlərdəki imam cümələri və imam camaatları bu icma təyin edir. Həmçinin bu icmanın Balkan yarımadasında 3 universiteti vardir. Universitetlərdə 900-dən çox tələbə Quran təfsiri, üsul, əqaid və fiqh dərslərindən bəhrələnirlər. Bununla yanaşı 300-dən çox xarici tələbə burada pulsuz İslam təhsili alır. Digər bir universitet isə Makedoniyada təsis olunmuşdur. Bu universitetdə də insanlar İslam elmlərini mənimsəyirlər. Bu universitetlərin məzunları imam cüməlik və ya digər dini sahələrdə çalışırlar. Bosniyanın Sarayevo şəhərindəki İslam Universiteti 1977-ci ildən fəaliyyətdədir, universitetin məzunları İslamın inkişafı üçün digər ölkələrə göndərilir. Bu universitetdə Quran elmlərini mənimsəmək üçün ərəb dili, tarixi bilmək üçün türk dili və ümumi dil kimi ingilis dili də tədris olunur.
Bosniyada sufiliyin inkişafı Sufilik, Osmanlı imperiyası Bosniyanı öz əsarətinə aldığı gündən bu ölkədə inkişafa başlamışdır. Bu işə əsas səbəb imperiyanın əsgərlərinin sufiməslək olması idi. Sözün əsl mənasında sufiliyin təbliğatçıları əsgərlərin özləri idilər. Sufilik inkişaf etdikcə xanəgahlar (sufilərin ibadət yeri) artmağa başladı və bununla da sufilik Bosniyada olan müsəlmanlar arasında bir firqə kimi tanınmağa başladı. Bu gün Bosniyada ən fəal İslam təşkilatlarından biri də sufilərin təşkilatıdır. Hətta "İslam cəmiyyəti" təşkilatının bir bölməsi onlara məxsusudur. Sufilərdən başqa Bosniyada sufiməslək firqələr çoxdur. Buna Mövlayilik, Nəqşibəndilik, Qadiriyyə və Rfaqiyyə kimi firqələri misal çəkmək olar. Fiqhlərinin hənəfi fiqhi olmasına baxmayaraq, onlar on dörd məsuma çox böyük hörmət bəsləyirlər. Sufiliyin təməlini türklərin qoymasına baxmayaraq, Bosniyadakı sufilər İran sufilərinə daha çox meyillidirlər və hər il bir-birlərinin muxtəlif dini mərasimlərində iştirak edirlər.
Əziz oxucularımız, məqalənin növbəti hissəsində Bosniyada yaşayan şiələr və onların fəaliyyətindən danışacağıq. Çevirdi: Emil Kazımlı Ünvan: Əxbare-miləl jurnalı, nömrə 20, 2008, bahar
 |