İmam Hüseynin (ə) Qıyamı Xilafət üçün deyildi PDF Print E-mailiniz
Cümə axşamı, 24 Dekabr 2009 18:51
   İmam Hüseynin (ə), Yezidin əleyhinə olan qıyamı dünyəvi mövqelərə çatmaq üçün olsaydı, Peyğəmbəri  Əkrəm (s) ona kömək etməyi əmr etməzdi. Necə ki bu mövzuda əhli-sünnə mənbələrində bir çox hədislər nəql edilmişdir. Onlardan birini köçürməklə kifayətlənirik:
Şeyx Süleyman Bəlhi əl-Hənəfi "Yənabiul- Məvəddəh"in 60-cı babında Buxari, Bəğəvi və İbni Sikkin tarixindən, İmamul-Hərəmin "Zahairul- Uqba"sından, "Sirei Molla"dan və daha başqa əhli-sünnə alimlərindən, Ənəs ibn Həris ibn Bəyədən belə dediyini nəql edir: Rəsuli Əkrəmdən (s) belə buyurduğunu eşitdim:
"Şübhəsiz bu oğulum (Hüseyn), Kərbəla deyilən bir yerdə öldürüləcək. Sizdən hər kim o gün orada olsa, ona kömək etsin."
Sonra belə yazır: Ənəs ibn Həris (Peyğəmbərin əmrinə əməl etmək üçün) Kərbəlaya getdi və orada Hz. Hüseyn (ə) ilə birgə şəhadətə çatdı".
Demək, İmam Hüseynin (ə) Kərbəladakı qiyamı, mövqe sevgisi üçün deyil, haqq üçün bir qiyam idi ki, Peyğəmbərimiz (s) ona kömək etməyi tapşırıbmış.
Etirazçılar əgər İmam Hüseynin (ə) şahidliyindən, Əhli-beytinin əsarətinə qədər olan hadisələr üzərində fikirləşsələr, haqq və həqiqəti görərlər.
Mövqe sevgisi üçün baş qaldıran və zamanın dövlətinə qarşı qiyam edən birisi, əsla ailəsiylə yola çıxmaz. Kiçik uşaqları, hamilə qadını, qundaqdakı daha ana südü əmən uşağı özüylə aparmaz. Əksinə tək və özünü dəstəkləyən bir qrupla hərəkət edər, düşmənə qalib gəlib hakimiyyəti ələ aldıqdan və hədəfinə çatdıqdan sonra ailəsini yanına çağırar.
Hz.Əba Əbdullahul-Hüseynin (ə) ailəsi və kiçik uşaqlarıyla birlikdə etdiyi bu hərəkət, onun dünyəvi xilafət və riyasətdə gözünün olmadığına və düşmənə qalib gəlmək üçün hərəkət etmədiyinə böyük bir sübutdur. Belə bir qəsdi olsaydı, özü və atasının dostlarını başına toplar və oranı mərkəz əldə edib döyüşə tam olaraq hazırlandıqdan sonra hücuma keçərdi. Necə ki, bir çoxları onu bu işdən çəkindirmək istəyərək təkliflər etmiş, nəticədə mənfi cavab almışlar. Çünki İmamın (ə) əsl hədəf və məqsədindən xəbərləri yox idi.
  İmam Hüseynin (ə) Qıyamı, "La İlahə İlləllah" Şəcərəsini Qorumaq üçün reallaşmışdır. İmam Hüseyn (ə), qalib olmaq üçün heç bir maddi imkanının olmadığını bilirdi. Qadın, uşaq və kişilərlə birlikdə Səksən dörd nəfərdən ibarət olan hərəkət, qəti bir nəticə əldə etmək üçün idi. İmam (ə) bir tərəfdən, babası Xatəmul-ənbiyanın (s) böyük zəhmətlər çəkərək tökdüyü, Bədr, Uhud və Huneyn şəhidlərinin qanıyla suladığı və Əli ibn Əbi Talib (ə) kimi bir bağbanın da baxdığı pak ağac olan "La ilahə illəllah"ı qorumaq istədiyini bilir, digər tərəfdən isə zülm, təhdid, qətl və yıxıb yandırmaqla bağbanın çıxarılması və pak ağacı sulayanın, sulamaqdan saxlamaqla, tövhid və peyğəmbərlik bağçasının əsas və təməlinin yox olmağa yönəldiyini görürdü. Hərçənd bəzən əsl bağban tərəfindən bu pak ağac güclənirdi amma bu tam mənada kifayət etmirdi. Nəhayət bu bağın baxımı cahil və inadçı bağbanların (yəni Bəni Üməyyənin) əlinə düşdü.
Üçüncü xəlifə Osman ibn Əffanın xəlifəliyindən etibarən Bəni Üməyyənin əlinə daha çox fürsət keçdi. Onlar Osmanın zamanında kilid nöqtələri ələ keçirdilər. O zaman kor olan lənətlik Əbu Süfyan, Bəni Üməyyənin məclisinə gələrək orada yüksək səslə belə dedi: "Xilafəti əldən ələ bir-birinizə təhvil verin. Çünki nə cənnət vardır, nə də cəhənnəm" (Yəni ikisi də yalandır).Yenə belə dedi: "Ey Üməyyə oğulları! Xilafəti top kimi əlinizdə tutmağa çalışın. And olsun Əbu Süfyanın and içdiyi o şeyə ki (məqsədi davamlı and içdiyi bütlərdir), həmişə sizin üçün belə bir səltənət arzu edərdim, onu miras olaraq uşaqlarınıza təhvil verin".
  Bu inancsız qövm, bütün yolları bağlamış, gerçək və mənəvi bağbanın bu bağa qoruyucu olmasına mane olmuşdur. Kef əhli olan Yezidin xilafəti zamanına qədər pak ağac az qala quruyacaqdı. Şəriətin ağacının ömrü bitmək üzrə idi. Pak ağac olan "La ilahə illəllah", Allahın adı və dinin həqiqəti yox olma astanasında idi. Bağçasının fəlakətlərə uğradığını görən hər alim bağban, təbii olaraq dərhal onu qorumağa qalxacaq yoxsa, bağçasının məhsulları tamamilə yox ola bilər.
  O zamanlar, tövhid və risalət bağçasının bağbanlığı Hz.Əba Əbdullahul-Hüseynə (ə) verilmişdi. Bəni Üməyyənin inadı işi elə bir yerə gətirmişdi ki, az qala tovhid ağacını qurudacaq, hətta "La ilahə illəllah" ağacının kökünü kəsəcəkdilər. İmam Hüseyn (ə) bu vəziyyəti gördükdə, tək risalət bağını sulamaq və pak ağacı (La ilahə illallahı) gücləndirmək üçün Kərbəlaya doğru hərəkət etdi. Həmçinin susuzluğ ağacın köklərinə qədər işlədiyini, adi suların artıq ona təsir etmədiyini və daha güclü bir möhkəmlətməyə ehtiyacı olduğunu bilirdi. Adətən bağbanlar, bir ağac solan zaman onu gücləndirməyə çalışarlar. Rəsulullahın (s) reyhanı olan Seyyidüş-Şühəda (ə) da, alim bir bağban olduğu üçün bu pak ağacı xüsusilə son illərdə Bəni Üməyyənin zamanında susuz buraxıldığını görmüş, onun adi sularla düzəlməyəcəyini duymuş, fədakarlıq etməyi lazım bilmiş və buna da nail olmuşdur.
  İlahi, Qəlblərimizi Quran və Əhli-beyt (ə) nuruyla nurlandır. Amin!






Baxış sayı: 255
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar