|

I Ulu tanrım, qaniçən çarlara sən Lütf edib bollu qızıl pullar ver, Onlara ver də ağır zəncirlər. Bu oğurlanmış olan ölkədəki Çalışan əllərə göstər hümmət, Onlara öz gücünü irsal et. Bir duam varsa hüzurunda əgər, Iştə:dünyada fəqət, ey rəbbim, Söylə eşqilə döyünsün qəlbim. 24 may,1860. Peterburq. II anlı cəlladlara bir göz gəzdir, Daima onları tut zəncirlə, Göm məzarlıqlara tədbirinlə. Daima işçilərin qəsb edilən, Acı yaşlar tökülən yurdunda Onlara öz gücünü eylə əta. Ləkəsiz haqqa tapan qəlblər üçün Mehriban ruhlu mələklər göndər, O böyük varlığı hifz etsinlər. Mənə lakin, ulu tanrım, yalınız, Yardım et, haqqı sevib oxşayayım, Mehriban dostlara həmrah olayım. 25 may,1860. III Zülümkar kəsləri uslandıraraq Qatı zəncirlərə məhkum etmə, Gömərək torpağa mədum etmə. Xeyirxah əlləri qüvvətləndir, Onların yardım edib işlərinə, Qüdsi hökmünlə təravətləndir. Ləkəsiz qəlblərə bəs? Onlara da Mehriban ruhlu mələklər göndər, O böyük varlığı hifz etsinlər. Bizi bir duyğuya sövq etmək üçün Bizə dünyada üxüvvət sevda, Bir də şən cənnətini eylə əta! 27 may, 1860. IV Nəşələr, zəmzəmələr, təntənələr, Gəmilər, tərli kotanlar, yer-yer, Gözü ac, qəlbi soyuq şahlar üçün, O rəzil, duyğusuz allahlar üçün. Işləyən qollar, ağıllar lakin, Daimi yoldaşı olsun əməyin. Sürərək tarlanı, məsul yerini Ta ki, biçsinlər öz əkdiklərini. Ey yerin, həm də göyün xailiqi, sən, Bir kiçik hissə ayır lütfündən. Saf ürəkli, təmiz insanlar üçün. Cənnətində yer ayır onlar üçün. Bizə yox, çarlara ver! Qart kotanlar, gəmilər, nemətlər, Həpsi qoy onların olsun, amma, Bizə bəxş eylə məhəbbət, sevda. 31 may, 1860.Peterburq. Tərcümə edənləri: Əhməd Cavad, Mikayil Müşfiq
 |