Kölgə adam. Analar oğul doğarlar PDF Print E-mailiniz
Cümə axşamı, 18 Fevral 2010 09:38

     Dünya, İmad Muğniyəni iki il əvvəl bu günlərdə tanıdı. CIA və Mossad isə, onu 25 ildir tanıyırdı. Amerika və İsrail hədəflərinə istiqamətli sarsıdıcı hərəkətlər reallaşdıran İmad Muğniyə, 25 ildir CIA və Mossadın öldürmək istədiyi bir adam idi.
      Muğniyə, coğrafiyasını ovucunun içi kimi bildiyi -İsrail ilə Livan arasında qarşıdurmaların ana mərkəzi olan Livanın Sur şəhərində,  1962-ci il İyul ayında doğulmuşdu. İmad Muğniyənin ailəsi  5 nəfərdən ibarət idi. Sonralar ana-atası və Cihad ilə Fuad adındakı iki qardaşı- Beyrutun cənubundakı Dahiyəyə köçdulər. Muğniyə ibtidai təhsilini Livan məktəblərində tamamladı. Böyüyüncə qısa bir müddətə Beyrut Amerikan Universitetində oxudu.
     Muğniyənin müqavimət hərəkətləriylə ilk təması hələ 15 yaşındaykən 1977-ci ildə reallaşdı. Muğniyə, Livanlı Enis Nəqqaşın yanına gedərək hərbi təhsil almaq, İsrailə qarşı mübarizə etmək istədiyini bildirdi. Nəqqaş o günlərdə, Fəth Hərəkəti içərisində mübarizə etməkdə idi.
     1980-ci illərin əvvəllərində Muğniyəni Fəth hərəkəti içərisində əhəmiyyətli vəzifələrə gətirildiyini görürük. Belə ki Əbu Əmmar, Əbu Cihad və Əbu İyad kimi Fəth liderlərini qorumaqla vəzifəli olan Fəth hərəkətinə bağlı Qüvvət-17 ilə işə başlamışdı.
      Muğniyə 1982 İsrail işğalından sonra Beyrutdan çıxmaq məcburiyyətində qalan Fəthdən ayrılaraq, tanınmış şşəxslərdən biri olan Dr. Mustafa Çamran və İmam Musa Sədr öndərliyində qurulan Əməl Hərəkəti içərisində iştirak etdi. Bundan bir müddət sonra Hizbullahın qurulmasıyla birlikdə Hizbullah heyətləri içərisində vəzifəyə başladı. Bu dövrdə Fəthin Livandakı silahını Hizbullah və Əməlin nümayəndəsi olaraq Livana aparmaq işində kömək etmişdi.
       Muğniyə, 1982 ilə 1985 illəri arasında Hizbullahın ruhani lideri olan Məhəmməd Hüseyn Fazlullahı qoruma vəzifəsini icra etdi. Daha sonra döyüş meydanındakı planlamaları və əmr etmə sahəsindəki xariqüladə qabiliyyəti səbəbiylə Hizbullahın xüsusi əməliyyatlarına məsul oldu.

   ( Ailəsi: Qardaşları Fuad ilə Cihad və üç şəhid oğul verən mənəviyyat timsalı anası)

       Muğniyənin hərb sahəsindəki bu qabiliyyəti, İranlı ali liderlərin gözündən də qaçmamışdı. 80-ci illərin əvvəllərində İrana ilk gedişində -o vaxt 20 yaşlarında idi- yüksək döyüş qabiliyyətini göstərdi. Muğniyə, İran inqilabına ehtirasla bağlı digər gənclərdən biri olmaqla fərqli üstünlüklərə sahib idi.

       Amerikan qaynaqları Muğniyəni İran, İraq, Livan və digər bölgələr arasında gedib gələn, dünyada ən çox Amerikalı öldürən adam (bu 11 Sentyabrdan əvvəl) olaraq təyin edir.
Muğniyənin reallaşdırdığı əməliyyatlar

       Muğniyə, İsrail və Amerika hədəflərinə istiqamətli bir çox hücumlarda məsul tutulmaqdadır. Muğniyənin məsul tutulduğu əməliyyatlardan bəziləri bunlardır:
 - Aprel 1983-də Beyrut ABŞ Konsulluğunun bombalanması hərəkətini planladı. Bu hərəkətdə, 63 Amerikalı və Livanlı əsgər öldü.
 - Beyrutdakı ABŞ Marines qüvvələri qərargahının bombalanması hərəkətini təşkil etdi. Bu hücumda da 241 Amerikalı öldü.
 - Davamlılıqda 58 Fransızın öldüyü Fransız əsgərlərinin oturduğu postu bombalanması hərəkətini planladı.
 - 1985-ci ildə Beyrut aereportunda, Amerikan TWA təyyarəsinin qaçırılmasını boynuna götürdü və təyyarədəki Amerikan Marines qüvvətlərindən bir zabiti öldürdü.
 - Argentinanın Buenos Aires şəhərində 85 adamın ölümünə səbəb olan bir Yəhudi mərkəzi və İsrail Səfirliyinin hədəf alan bombalı hücumu planladı.

  (Qulluğunda duran əsgərlər onun məhəbbəti ürəklərini fəth edən

kölgə adam İmad Muğniyə olduğunu bilmirdilər...)

  - Muğniyə, 19 Amerika əsgərinin öldüyü Ərəbistandakı Hobar qüllələrinin bombalanması hadisəsində iştirak etdi.

- İsrail ordusunun Caitit 13 birliyinin hədəf alındığı, Ənsarıyadakı Abbasın Tələsi adlı əməliyyatı reallaşdırdı.
 - 2000-ci ildə Şebada İsrail əsgərlərinin əsir alınması əməliyyatını planladı. 2000-ci illərdə verdiyi mübarizəylə, İsrail ordusunun Cənub Livandan çıxmasını təmin etdi.
 - 2006-cı ilin iyulunda iki İsrail əsgərinin əsir alındığı Ayta Şaab əməliyyatını reallaşdırdı. Bu əməliyyat sonrasında partlaq verən 2006-cı il iyul döyüşündə Hizbullah döyüşçülərini istiqamətləndirdi.
 
Muğniyənin əl-Qaidə ilə dialoqu

       Əli Nuru Zadə, Şarkul Avsat qəzetində, "İmad Muğniyə: Hacı… Tülkü…" başlığı ilə qələmə aldığı yazısında, Muğniyənin 2003-cü ildə əl Qaidə döyüşçülərinin İraqa girməsinə köməkçi olduğunu irəli sürdü.
      Zadə, yazısında bu ifadələrə yer vermişdi: "1997 ilə 2003 İraq döyüşü arasındakı müddətdə Muğniyə günlərini İran, Əfqanıstan, Suriya, Livan, Pakistan və Şimali İraqda keçirdi. Əl-Qaidə liderlərinin Əfqanıstandan İrana keçməsinə kömək etdi. 2003-cü ilin sonunda əl-Qaidə döyüşçülərinin İrandan İraqa keçişlərinin planlanmasında əhəmiyyətli bir rol oynadı.
      2005-ci ildə Muğniyəyə İraqın cənubundakı silahlı Şiə qrupları arasındakı əlaqələri təşkilatlandırma məsuliyyəti verildi. Daha sonra Cənubu İraqda İnqilab gözətçiləri mərkəzlərinin idarəçi vəzifəsini götürdü. Yenə 2005-ci ildə bu dəfə diplomatik pasport daşıyan İran vətəndaşı Seyid Mehdi Haşimi adıyla İranlı səlahiyyətlilər yoldaşlığında Suriya yoluyla Livana getdi.
       2006-cı ilin əvvəllərində İraqın Bəsrə şəhərinə getdi.Onun, təhsil dövrlərinə qatılmaq üçün Ceyşü'l Mehdi (Mehdi Ordusu) döyüşçülərinin İrana səfərlərini planladığı deyilir. Keçdiyimiz aprel ayında Hizbullahın kəşfiyyat təşkilatında əhəmiyyətli bir vəzifəni götürmək üçün Livana geri döndüyü deyildi.
      Sunday Times Qəzeti; keçən aprel təhlükəsizlik mütəxəssisləri və Amerikan Milli Təhlükəsizlik Şurasında köhnə bir Amerikalı səlahiyyətlinin, Mahmud Əhmədinejadın Suriyada Muğniyəylə görüşdüyünü söylədiklərini nəql etdi. Qəzet "Amerikalı səlahiyyətlilər və İsrail kəşfiyyatından qaynaqlar, Muğniyənin Hizbullahın xarici əməliyyatlarının idarəçisi olması hesabıyla Amerika Başçısı Corc Buşun İran nüvə stansiyalarını vurma əmri verməsi halında Qərbli hədəflərə qarşı İranın verəcəyi cavabın planlanması vəzifəsini boynuna götürdüyünü düşünürlər" dedi. Və qəzetdə bu ifadələrə yer verildi: "Muğniyə keçdiyimiz yanvar ayında Əhmədnejadla Tahrandan Suriyanın paytaxtı Şama getdi. İran Respublika başçısı Əhmədnejad orada Hizbullah, İslami Cihad və İslami müqavimət hərəkəti Həmas liderləriylə görüşdü." İsrail və Amerikan qaynaqları, bu görüşmədə Livan və Fələstindəki İsrail əsgərlərini qaçırma əməliyyatı üzərində aydın olduğunu düşünür."
     Zadə, yazısında ayrıca, Muğniyənin Sudana getdiyi bir dövrdə, Əl-Qaidə lideri Eymen əz-Zevahiri və Usamə bin Ladinlə bir araya gəldiyini irəli sürdü.
     Amerikanın, başı üçün 5 milyon dollar mükafat verdiyi Muğniyə dünyada 42 ölkədə axtarılanlar siyahısında baş sırada iştirak edir.O İlahi inqilab üçüb canını verməyə hazır olarkən Əbu Vəfa onu insanlıq və şəfqət nədir bilməz terrorist və intiharçı olaraq görməkdədir və həyatda qalıb həbs olunmaqdan xilas olduğu üçün onu şanslı hesab edir.

  ( Onun üzündə İlahi nur aydınca sezilir...)

     25 il axtarışda

     Muğniyə, 25 ildir  42 dövlətdə, CIA və Mossad agentləri tərəfindən axtarılmaqda idi. 25 il içərisində Muğniyə, gecə gündüz demədən İsrailə qarşı tarixi zəfərin qazanılması üçün çalışdı. Amerika, Muğniyənin yeri haqqında məlumat verənlərə 25 milyon dollar mükafat verəcəyi elan etdi.
      Meydandan geri çəkilmədi amma gizlənməyi də bacardı. Qaynaqlara görə Muğniyə, davamlı olaraq təqibdə olduğu üçün 1990 və 1997 illərində ən az iki dəfə üzünə cərrahı əməliyyat etdirdi. Muğniyə, Livan xaricində rahatca gəzə bilmək üçün Livan, Suriya, İran və Pakistan pasportları istifadə etdi.
      Muğniyə, təhlükəsizlik səbəbiylə, mətbuat qarşısına çıxmamağı, seçməkdə idi. Hətta, fotoşəkil də çəkdirməzdi. Bunun üçün Muğniyəni axtaran CIA və Mossad agentlərinin əlində, 24 yaşındaykən çəkdirdiyi fotoşəkil vardı.
     Adətən qarda hərəkət etdi amma iz buraxmadan... Muğniyənin qarda yeriyərək iz buraxmadığı üçün onu "Kölgə adam" deyə anırdılar.
     Bir neçə dəfə qaçırma və sui-qəsd işindən xilas olmağı bacardı. Bunlardan birində lap ölümdən döndü. Bir dəfə normal bir yolçu təyyarəsiylə Hartumdan Livana getdiyi və təyyarənin bir Ərəb ölkəsi aerportunda dayandığı xəbəri Ərəb və Qərbli təhlükəsizlik təşkilatlarına gəlincə onu həbsə etməyə çalışdılar amma Muğniyə həbs olunmaqdan xilas oldu çünki məlumat bir neçə dəqiqə gec gəlmişdi.
    2000-ci ildə, İsrailin Livandan çəkilməsiylə nəticələnən tarixi zəfərin arxasındakı ad, İmad Muğniyə idi. Lakin, o "Zəfəri qazanan komandir, mənəm deyərək" mətbuat qarşısına çıxmadı.

  (Muğniyə namazda:Yolunda canını verdiyi Rəbbi ilə münacat edir...)

        2000-ci ildə əldə edilən zəfərdən sonra Livan müqavimətini daha böyük döyüşə hazırladı.  2006-cı ilin iyulunda Muğniyənin gözlədiyi döyüş gəlib çatmışdı. 33 gün davam edərək Hizbullah döyüşçülərini istiqamətləndirən, döyüşü idarə edən və nəhayət zəfəri qazanan komandir yenə İmad Muğniyə oldu.
         Muğniyə, 2006-dakı döyüşdən sonra da bir küncə çəkilmədi. İsrailin intiqam alacağının fərqində olan Muğniyə, İyul döyüşündəki zəiflik nöqtələrinin aradan qaldırılması üçün işlərini davam etdi.
        Təhlükəsizlik problem üçün Livan xaricinə çıxmaması istənilirdi. Lakin o, müqaviməti İsrail qarşısında daha güclü mövqeyə gətirmək üçün, Livan xaricinə çıxmaqdan narahatlıq hiss etmədi.
 
İmad Muğniyə şəhid oldu

        Keçən 25 ilin ardından, iki zəfərin komandiri İmad Muğniyə, 12 Fevral 2008-ci ildə çox sevdiyi Hz. Rüqəyyənin qəbirini ziyarət etdikdən və matəm gecəsinə qatıldıqdan sonra Suriyanın paytaxtı Şamda uğradığı sui-qəsdlə şəhid edildi. Muğniyə, öz maşınının arxasına parketdən bir vasitəyə yerləşdirilən bombanın partladılması nəticəsində şəhid olduğu öyrənildi.
       Dəqiq qaynaqlara görə Muğniyə sui-qəsdi, Amerika, Avropa, İsrail və Ərəb kəşfiyyatının durmadan çalışması nəticəsində reallaşdı. CIA-in idarəsində bir Avropa ölkəsində vasitəyə bomba yerləşdirildi. Ərəb kəşfiyyatı, Muğniyənin olduğu məkanı bildirdi. Mossada da bombanı partlatmaq düşdü.
       Imadın şahidliyiylə birlikdə Muğniyə ailəsi, övladlarının üçüncüsünü də İsrailə qarşı mübarizədə şəhid vermiş oldu. İmadın Cihad və Fuad adlı qardaşları da daha əvvəldən şəhid olmuşdular.
      İmad, 1984-cü il, 11 İyunda Fazlullahı qoruma vəzifəsini təhvil verdiyi qardaşı Cihadı itirdi. Cihad, Fazlullahı hədəf alan İsrail hücumu əsnasında şəhid oldu. Fazlullah isə bu hücumdan yara almadan xilas olmağı bacardı. Cihad şəhid olduğu sırada, 28 yaşında idi.
       İmadın digər qardaşı Fuad isə  1994-cu il,dekabrın 21-də şəhid oldu. Bu hücum əsasında hədəfdə, İmad vardı. Mossad agenti Əhməd Hallakdan şübhələnən İmad, Hallakla görüş qərarlaşdırmasına baxmayaraq görüşmə yerinə getmədi. Hallakın hazırladığı bomba qurğusu, qardaşı Fuadı hədəf etdi. Fuad, 31 yaşındaykən şəhid oldu. Bu hücumdan iki il sonra Hallak, Muğniyə tərəfindən tutuldu və edam edildi.

O, fələstinlidən daha çox fələstinli idi

         Onu yaxından tanıyanlar, Muğniyənin futbolu və zarafat etməyi çox sevdiyini söyləməkdələr. Xomeyniyə beyət etmiş, Vilayəti-fəqihi qəbul edən, döyüşçü, inqilabçı biri idi. İmam Xomeyniyə olan bağlılığı , farscanı 6 ayda öyrənməsinə köməkçi oldu. Muğniyə, farscanın yanında çooox yaxşı İngiliscə və Fransızca da bilməkdə idi.

   (O, Vilayəti-fəqihi qəbul edən döyüşçü, inqilabçı qəhrəman idi._)

       Yenə onu yaxından tanıyanlar, onun fələstinlilərindən daha çox bir fələstinli olduğunu düşünməkdələr. İslami Cihad Hərəkəti lideri Ramazan Şallah, Muğniyənin şahidliyindən sonra etdiyi çıxışında "Muğniyəni tanıyan Fələstinli liderlər, onun hamımızdan da çox bir fələstinli olduğunu bilirlər" dedi. Həmasın Siyasi Büro Başçısı Xalid Meşal isə "Bu hadisə hər nə qədər acı, ağrılı bir hadisə olsa da müqaviməti gücləndirmişdir, zəiflətməmişdir" demişdi.
 

Hizbullah döyüşçüsü İmad barədə danışır

        2006-cı il iyul döyüşündə cəbhədə olan bir Hizbullah döyüşçüsü, İmad Muğniyəni belə izah etmişdi: "İşini çox ciddi qəbul edər, bütün ölçüləriylə ələ almadan rahat durmazdı. Hər vaxt düşmənin güclü tərəflərini xatırladar, asan-asan zəfərdən bəhs etməzdi. O, zəfərin hər vaxt Haqq əhlinə aid olduğunu və bu meydanın çatlarının cəbhədə alınacaq nəticədən yana çox narahatlıq duymazdı.Çünki bu yolda olmanın onsuz da zəfər olmaq olduğunu söyləyərdi. Haqqın zalımdan alınması lazım olduğunu vurğulayar, düşməndən qisas alınmasının lazım olduğunun xatırladardı. Düşmənə sərt, dostlar qarşısındadırsa mihribandı. Hacı Rıdvan, bəzən qarşıdurma çox uzandığında yorğunluğunu atmaq üçün az bir müddət divara söykənər və səssiz bir şəkildə düşüncələrə dalardı. O, 33 günlük döyüşdə Hizbullahın mənəviyyat nişanı, ruhu İlahi eşqlə çırpınan misilsiz təmsilçisi idi.Lakin heç birimiz bu eşq timsali adamın (düşməni illərdir yuxusunda kabusla boğan) məşhur İmad Muğniyə olduğunu bilmirdik! Zəkasıyla düşmənin gövdəsində nə qədər xatirələr buraxmış olan o İmad idi bu. Müqavimət tarixinin, adını həqiqət qələmiylə yazdığı İmad idi; yandırıcı günəş və parıldayan ay kimi olan bir həqiqət idi. 33 günlük döyüşə qatılan hər kəs Şəhid Muğniyəni əməliyyat komandiri olaraq tanıyırdı yalnız, kimsə düşməni illərdir arxasında qaçdıran o əfsanəvi qəhrəman olduğunu bilmirdi.

 

(Zalimlərin qənimi İmad Muğniyə və Seyyid Həsən Nəsrullah_)
 
       Döyüşün sonlarına doğru, yavaş-yavaş Hizbullahın zəfəri bütün dünya tərəfindən duyulmağa başlandığı günlərdə, biri avtomobiliylə yanaşaraq yanımızda dayandı. Bu əsnada Hacı Rıdvan, əlini yoldaşlardan birinin çiyininə atmış danışırdı, bu xarici adam "Hacı İmad, birlikdə ümumi komandirlik mərkəzinə getmək üçün gəldik, Seyid Həsən sizi gözləyir" dedi. Hamımız heyrətdən donmuş bir halda üzümüzü Hacı Rıdvana çevirərək bir-birimizə səssizcə "Bu adam məşhur Muğniyə, bu illərcə tutula bilməmiş olan qarabasmamı yoxsa?" deyə soruşmağa başladıq. Heç kim bu sualı birbaşa Hacı Rıdvana ünvanlamağa cəsarət edə bilməmişdi. O, "Uşaqlar, biz zəfər qazandıq, sizin ən başda belə mənə ehtiyacınız yox idi. Səhranın iti baxışlı qartallarının mənim kimi çöllərdə yaşamış birinə ehtiyacı yox idi. Salam olsun siz İslam döyüşçülərinə! Hər vaxt başı tik olarsınız inşallah, çünki İslamın izzəti sizinlədir" deyərək bizlərə istilik və ümid verən gülümsəməsiylə vidalaşmış, bir dəfə daha o çatılmaz əfsanəvi şəxsiyyətinə dönmüşdü.
       Hacı Rıdvanın 33 gün döyüşü əsnasındakı diqqəti və planları bənzərsiz idi. Düşmən haqqındakı uzaqgörənlikləri hər vaxt məqsədəuyğun olardı, hər zəfərin ardından ona "Hacı, bu səfər də dediyin çıxdı, yoxsa qeyb elminmi var?" deyərdik; o da gülərək bizi cavablar və "düşmənin qarşısına çıxmaq üçün qeyb elminə ehtiyac yoxdur, düşmənin zəif nöqtələriylə özümüzün güclü tərəfləri üzərində düşünməmiz kafi" deyərdi.

          İmad Muğniyə dünyaya ölmək üçün deyil , şəhid olmaq üçün gələnlərdən idi. Şəhid Muğniyə Seyid Həsən Nasrallahın sağ qolu deyildi gerçəkdə, o Hizbullahın gerçək gücü və öndəri filan deyildi, o qəm yükünü tək başına kürəyinə alan bir adam idi yalnız; Fələstinli və Livanlı qadın və uşaqların ah və gözyaşlarının intiqamını İsrail və Amerikadan almağı əhd etmiş biriydi. O bizim sipər yoldaşımız olmaqla birlikdə Seyid Həsənin də qardaşı idi. İnanın, Seyid Həsən Muğniyə üçün ağlamır, Muğniyə kimi kəslərin yoxluğunda bütün yükü tək başına kürəyinə alacağı və bu səfəri tənha davam etdirəcəyi üçün özünə ağlayır. Muğniyənin yoxluğu müqavimətə vurulmuş dağıdıcı bir zərbə ola bilməyəcək, çünki ən başda Seyid Həsən Nasrallah olmaq üzrə hər kəs müqavimət əhlidir. Muğniyə getdi ki yerini yeni Muğniyələr alsın və tarixdəki yolunu davam etdirə bilsinlər. Və düşmənin ürəyinə yeni atəşlər salsınlar."

 Amerika və İsrail sui-qəsd xəbərinə çox sevindi

       (Pələngin ölümü tülküləri və çaqqal-çuqqalı sevindirər əlbətdə.... C.C)

      Muğniyənin şahidliyi, Amerika və İsraili olduqca sevindirdi. Muğniyəni "böyük qatil" olaraq anan Amerika, sui-qəsd xəbərini "Muğniyəsiz bir dünya çox yaxşı olacaq" deyərək sevincini dilə gətirdi.
      Sui-qəsd xəbərinə İsrail də çox sevindi. İsrail Baş naziri Ehud Olmert, Muğniyənin sui-qəsd xəbərinə o qədər çox sevindi ki, ətrafındakılar bu vəziyyəti "istisnalı bir sevinc paylaşması" olaraq xarakterizə etdilər.
      İsrail, Muğniyənin sui-qəsdinin müvəffəqiyyətli bir şəkildə nəticələnməsini, əhəmiyyətli bir qazanc olaraq xarakterizə etdi. Livan İslami Müqaviməti Hizbullah Ümumi Sekretarı Seyid Həsən Nasrullah, Muğniyənin şahidliyinin qırxıncı günü münasibətiylə etdiyi danışmasında, Muğniyə sui-qəsdini reallaşdıran İsrailin, 25 ildir Muğniyəyi tapa bilməməsinin müvəffəqiyyət olaraq qəbul edilə bilməyəcəyini, əsasında 25 il davam edəsincə həyatda qala bilən Muğniyənin müvəffəqiyyətli olduğunu söyləmişdi.

  Muğniyənin şəhadəti

   ( O, ölmək üçün yox, şəhid olmaq üçün doğulmuşdu. O ölmədi, şəhidlər ölməzlər...)

 Muğniyənin intiqamı


      Seyid Həsən Nasrullah, Muğniyə sui-qəsdindən sonra etdiyi çıxışında, Muğniyənin intiqamının alınacağını vəd etdi.
      Daha sonradan bir çox digər Hizbullah liderləri tərəfindən də dilə gətirilən bu vədin nə vaxt, harada və necə reallaşdırılacağına bağlı isə bir açıqlama verilmədi. Muğniyənin qanının yerdə qalmayacağı, intiqamının alınacağı son olaraq Nasrullahın köməkçisi Şeyx Naim Qasim tərəfindən gündəmə gətirilmişdi.
      Hizbullahın bu təhdidi, İsrailli liderləri hər vaxt çaxnaşma havası içərisində yaşamalarına gətirib çıxarmışdır. Hizbullahın təhdidindən sonra İsrail, xaricdəki səfirliklərindən tədbirləri artırmalarını, sərhəd polis bölmələrindəki əsgərlərin və xaricə çıxan İsrailli təsirlilərin diqqətli olmasını istədi.
      İsrail də Hizbullahın intiqam alacağının şüurunda. Haaretzin təhlükəsizlik şərhçisi Yossi Melman, sui-qəsd sonrası etdiyi qiymətləndirməsində, cavabı maraqla gözlənilən problemin "Hizbullah, cavab verəcəkmi?" deyil, "Hizbullah, nə vaxt harada və necə cavab verəcək" sualı olduğunu söyləmişdi.
       İsrail, Hizbullahın təhlükəsizlik zəifliyi olan İordaniya, Misir və Afrikadakı səfirliklərini hədəf ala biləcəyini, vətəndaş bir təyyarəsini qaçıracağını düşünür. Hizbullah isə bundan daha böyük şeylər vəd edir. Hizbullah, İsrailə sürprizlər hazırlayır...

   (Bu, günühsız Fələstinli və Livanlı qadın-uşaqların ah və gözyaşlarının

intiqamını İsrail və Amerikadan almağı əhd etmiş İmad Muğniyədir!)

       Hizbullah vəd etdiyi kimi o, ölməz qəhrəmanın qanını yerdə qoymayacaq. İmad  Muğniyə o kəslərdən idi ki, varlığı bü dünya üçün nemət, yoxluğu həsrətdir.O , kəslərdən idi ki, onun barəsində düşünənlər deyir: "Analar oğul doğarlar"!

Eşq olsun sənə kölgə adam...

                                                         Hazırlayan: Coşğun Cəfər

Baxış sayı: 358
Şərhlər (2)Add Comment
0
azerbaycan
yazdı azer, Aprel 21, 2010
allah shehid, bashi uca ve ezemetli muqniyeye rehmet etsin ve onun kimilerinin saylarin ve seylerin artirsin.
0
...
yazdı azer, Aprel 21, 2010
allahin uca salami olsun sene ey muqniye! sen daimahaqseverlerin qelbinde yashayacaqsan. senin olumunde islama qelebe getirdi. her shehidin qani shehid olmushlarin qanlarina qovusharaq islama iftixar ve qelebe ezmi verir... ey kash anneler senden cok dunyaya getireydi...

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar