Xocalı soyqırımının 18-ci ildönümü PDF Print E-mailiniz
Cümə, 26 Fevral 2010 18:49
    26 fevral 2010-cu il tarixində İranın Qum şəhərindəki Beynəlxalq Mustafa Universitetinin (BMU) azərbaycanlı tələbələri Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçiriblər.
    Tədbir universitetin tələbəsi Nicat Yəyhyayevin Quran tilavətilə başladı. Giriş sözü ilə çıxış edən Niyam Aqil Xocalıda qəddarcasına törədilmiş cinayət haqqında qısa məlumat verib, dini və milli dəyərlərdən danışdı. Sonra çıxış edən Tehran Əhli-beyt (ə) universitetinin tələbəsi Mirbaqi Ağayev tarix boyu ölkəmizdə törədilən soyqırımlar haqda məlumat verdi.
    Daha sonra söz BMU-in məzunu Hacı Zülfüqar Mikayılova verildi. Sözünü xalqımıza başsağlığı ilə başlayan Hacı Zülfüqar vətəni sevməkdə ideologiyanın zəruriliyindən danışıb, torpaqlarımızı azad etmək üçün ölkə daxilində dini ayinlərin icrasına şərait yaradılmasının əhəmiyyətini vurğuladı.
    Bundan sonra çıxış üçün söz Azərbaycan Respublikasının İİR-dakı səfirliyinin əməkdaşı Kamran Xəlilova verildi. Xocalı haqqında statistik məlumat verən natiq bu barədə səfirlikdə keçirilən tədbirlərdən söz açdı.
    Daha sonra çıxış edən “Haqq Yolu” Elm və Mədəniyyət İnstitutunun nümayəndəsi, “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru Elşən Mustafaoğlu torpaqlarımızın işğal edilməsində daxili və xarici faktorların təsirindən söz açıb, problemin həlli üçün ATƏT-in Minsk qrupuna bel bağlamağın məqsədəuyğun olmadığını vurğuladı, İslam dövlətlərinə səslənərək ümumislam maraqlarını rəhbər tutub, Ermənistanla əlaqələrin kəsilməsini istədi.
    Daha sonra universitetin tələbəsi Vüsal Hüseynzadə Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr adından BMT TŞ-a və İKT-yə ayrı-ayrılıqda ünvanlanan müraciətləri oxudu.
    Tədbir Hüseyn Mehdiyevin ifasında mərsiyə oxunuşu ilə başa çatdı.

     “İslam Məktəbi”
Baxış sayı: 344
Şərhlər (1)Add Comment
0
Bakı
yazdı Suleyman, Mart 12, 2010
Allah sizdən razı olsun. buna görə hamı sizə minnətdar olmalıdır

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Təqvim

Bizim banner

Kataloq