Xocalı faciəsinin 17-ci ildönümü (fotoreportaj) PDF Print E-mailiniz
Cümə axşamı, 28 May 2009 21:32

 

 
Bu gün (25 fevral) Bakı vaxtilə saat 15:30-da İran İslam Respublikası Qum şəhərinin Beynəlxalq Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsinin on yeddinci ildönümünü qeyd etdilər. Müxtəlif ölkələrin 120-ə yaxın nümayəndəsinin iştirakı ilən düzənlənən tədbir İlkin Əliyevin ifasinda müqəddəs Qurani-kərim ayələrinin sədası altında başlanılıb. Tədbirdə iştirak edən digər ölkələrin nümayəndələrinin iştirakını nəzərə alaraq çıxışlar fars dilində edilib. Tədbirə ilk anlardan Azərbaycan respublikasının İran İslam respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov və onu müşayət edən digər rəsmilər də qoşulub.
 
Xocalı faciəsi şəhidlərinin xatirəsinin anım mərasimində Kəşmir, Əfqanıstan və Gürcüstan respublikalarından olan tələbələr də çıxış edərək bu dəhşətli faciənin acılarını xatırladıb, hadisənin dünyada baş verən digər vəhşiliklərlə oxşarlıqlarına toxunmuşlar. Natiqlər dünya müsəlmanlarının vəhdətinin labüdlüyünü qeyd edərək, bu hadisələri təfərrüatı ilə bütün dunya xalqlarına çatdırmağın zəruriliyini vurğulamışlar.
Azərbaycanlı tələbələrin Beynəlxalq Mustafa Universitetindəki nümayəndə heyətinin üzvü Elsevər Yusifzadə öz çıxışı zamanı məclis iştiraklarına Xocalı faciəsi zamanı törədilən cinayətlər haqqında geniş şəkildə məlumat verib.
 
"İslam Məktəbi" elmi-mədəni birliyinin icraçı katibi Mirməhəmməd Bəşirov isə bütün birlik üzvləri adından Azərbaycan xalqına başsağlığı verib. Sonra o, digər müsəlman ölkələrində törədilən cinayətlər haqqında danışıb. Qarabağ məcburi köçkünlərindən və müharibə veteranlarından olan tələbə Nurəddin Əliyev isə çıxışında Quranın bəzi ayələrini açıqladı, hazırkl dünyada qlobal şəkildə formalaşan yəhudi-məsihi birliyinin müsəlmanların qatı düşməni olduğunu vurğuladı. Natiq, İslam düşmənlərinin tarix boyu müsəlmanlara qarşı törətdikləri cinayətləri, xüsusilə səlib müharibələri haqqında söz açdı. Qum şəhərindəki azərbacanlı tələbələrdən daha birisi İsgəndər Hüseynzadə Xocalı faciəsinin necə törədilməsi, onun səbəbləri haqqında geniş məlumat verdi. O, çıxışında bu gün qardaş Türkiyədə gedən proseslərə, Ergenekon tutuqlamalarına toxunaraq, bu terror qrupunun Qarabağ hadisələrində, xüsusilə Xocalı faciəsinin törədilməsində birbaşa iştirakçı olduğunu önə çəkdi.
 
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov da çıxış edərək öz növbəsində Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına başsağlığı və geniş məlumat verdi. O, tədbirin hazırlanmasında əməyi olan bütün tələbələrə minnətdarlığını bildirərək, fars dilində keçirilən bu tədbirin xüsusi əhəmiyyətindən danışdı, həmişə və hər yerdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın üzərimizdə müqəddəs missiya olduğunu yada saldı.
Azərbaycan, Gürcüstan, Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan, İran, İndoneziya və digər ölkə nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Azərbaycan, Fars və İngilis dillərində hazırlanmış kitab və broşuralar paylanıldı, şəhidlərin ruhuna mərsiyə və dualar oxundu, ehsan verildi.
 
Hazırladı: Niyaməddin
 
 
 
 
Baxış sayı: 610
Şərhlər (1)Add Comment
0
...
yazdı Seyyid Rəzəvi, Yanvar 01, 2010
halaldır

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Təqvim

Uyğun yazılar

Bizim banner

Kataloq