Əhli-beytin (ə) kərimi PDF Print E-mailiniz
Bazar, 18 Aprel 2010 20:46

   Niyə İmam Həsənə (ə)  “Əhli-beyt kərimi” deyilir?

   İmam Həsən (ə) pak qəlbli, fəqirlərə qarşı mehriban bir şəxs idi. O, xarabalıqlarda  yaşayanlara həmdərd olar, kasıblarla oturub-durar, dərdlərinə şərik çıxar və problemlərinin həlli üçün çalışardı. O, bu yolda Allahdan başqa kimsənin razılığını düşünməzdi. Onun qapısına pənah gətirən ümidsizlər, fəqirlər, yolda qalanlar, çarəsizlər heç vaxt ümidsiz qayıtmazdılar. Hətta İmam Həsən (ə) özü fəqirlərin sorağına gedər, onları mənzilinə dəvət edib, ərzaq və geyimlə təmin edərdi. (1)
   İmam Həsən (ə) bütün səyini xeyir işlərin icrasına yönəldərdi. Allah yolunda çoxlu sərvət paylamışıdı. Tarixçilər və alimlər onun iftixarlı həyatını şərh edərkən Allah yolunda verdiyi bəxşişlərə, böyük və bənzərsiz sədəqələrinə işarə ediblər. O həzrət ömründə iki dəfə bütün sərvətini Allah yolunda xərcləmişdir. Həmçinin, üç dəfə bütün var-dövlətini iki yerə ayırıb tam yarısını Allah rizası üçün fəqirlərə bağışlamışdır. (2)
   İbn Şəhr Aşubdan rəvayət olunur ki, bir gün İmam Həsən (ə) küçədən keçərkən bir yerə toplanmış bir dəstə fəqirin süfrə kənarında quru çörək yediklərini müşahidə edir. Onlar İmamı (ə) görcək, Həzrəti (ə) süfrə başına dəvət etdilər. İmam Həsən (ə) atdan yerə enib, buyurdu: “Allah təkəbbürlüləri sevmir.” Və süfrə kənarında əyləşib onların təamlarından yedi. Sonra fəqirləri yemək üçün evinə dəvət etdi. Həzrət (ə) fəqirlərə gözəl təamlar verib, qiymətli libaslarla onları bəzədi. (3)
   Tarix İmam Həsənin (ə) infaqlarını və bəxşişlərini  bir çox dastanlarla yad edir. Məsələn, bir gün ərəblərdən biri İmam Həsənin (ə) yanına gəlib ondan kömək istədi. İmam (ə) evdə mövcud olan pulları ərəbə verilməsini əmr etdi. Təqribən on min dirhəm pulu ərəbə bağışladılar. (4)
   İmam Həsənin (ə) kəramətləri haqqında bir çox dastanlar yazılıb. Bu dastanları yazımızda qeyd etməyə imkanımız yoxdur.
   İmam Həsəndən (ə) soruşdular: Niyə heç vaxt qapına gələn dilənçini əliboş qaytarmırsan?  Buyurdu: Mən də Allah dərgahında bir dilənçiyəm, məndə istəyirəm ki, Allah məni dərgahından əliboş qaytarmasın. Bu ümidlə dilənçini ümidsiz və əliboş qoymaqdan xəcalət çəkirəm. Mənə lütf edən Allah mənimdə başqalarına kömək etməyimi istəyir.(5)
   Beləliklə, İmam Həsən (ə) bu cür bəxşişlər və xeyir işlərlə çarəsizlərə, fəqirlərə ehsan və kömək edirdi. Bu cür işlər İmam Həsənin (ə) “Əhli-beyt kərimi” kimi şöhrət tapmasına səbəb oldu.
   Əlbəttə bütün imamların vahid nurdan olduğunu, bütün fəzilətlərin və kəramətlərin hamısında olduğunu yaddan çıxarmamaq lazımdır. Amma məkan və zamanın yaratdığı şərait bəzi İmamlarda (ə) müəyyən müsbət sifətlərin daha bariz olmasında təsirli olmuşdur.

Qeydlər:
1-    “Gizli həqiqətlər”, Əhməd Zəmani
2-    “Müntəhul-Amal”, Şeyx Abbas Qummi
3-    “Cəlaul-Uyun”, Məhəmməd Baqir Məclisi
4-    “Müntəhul-Amal”, Şeyx Abbas Qummi
5-    “İmam Həsənin (ə) həyatı”, Baqir Şərif

www.andeshaqom.com
Çevirən: Xəyal Tofiqoğlu

Baxış sayı: 212
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy
 

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar