| “Yeni Şərq” İran prezidentinə müraciət ünvanladı | ![]() | ![]() | ![]() |
|
|
|
| Cümə axşamı, 27 May 2010 16:39 |
“Yeni Şərq” Araşdırmalar Mərkəzi Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində işğalçı rejimin keçirdiyi qondarma “parlament seçkilərini” izləmək üçün İran vətəndaşlarının işğal altında olan ərazilərimizə qeyri-qanuni gəlişi və “beynəlxalq müşahidəçi” qismində iştirak etməsi ilə bağlı İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada müraciət ünvanlayıb. Müraciətdə deyilir:Hörmətli cənab Prezident Doktor Mahmud Əhmədinejad! 23 may 2010-cu il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçı-işğalçı rejimi tərəfindən keçirilən qondarma “parlament seçkilərini” izləmək üçün 113 “beynəlxalq müşahidəçi” qeyri-qanuni olaraq Azərbaycan Respublikası ərazisinə - işğal altında olan bölgəmizə daxil olub, orada qanunsuz “seçkiləri” müşahidə ediblər. ABŞ, Fransa, Rusiya, Kanada və s. kimi ölkələrlə yanaşı, əfsuslar olsun ki, İran İslam Respublikası vətəndaşları da “beynəlxalq müşahidəçilər” sırasında yer almışlar. Qeyd edək ki, İrandan başqa heç bir müsəlman dövlətindən qondarma “seçkiləri” izləməyə gələn olmayıb. İranlılar isə ilk dəfə deyil ki, qondarma “Dağlıq Qarabağda” keçirilən “seçkilərdə” müşahidəçilik edirlər. Bu dəfəki “seçkiləri” izləyən iranlı müşahidəçi, İran-Ermənistan Dostluq Assosiasiyasının rəhbərlərindən olan Mirqasım Mömini KİV-lərə müsahibə verərək seçkilərin “düzgün və yüksək səviyyədə” keçirilidiyini bəyan etməkdən belə, çəkinməyib. Hörmətli cənab Prezident! İranla Azərbaycan arasında müştərək tarixi və mədəni kökləri, qırılmaz dini və milli telləri, eləcə də dövlətlərimiz arasında olan dostluq və qardaşlıq münasibətlərini nəzərə alaraq, işğal olunmuş ərazilərimizdə separatçı rejimin təxribat xarakterli tədbirinə qardaş İrandan da birilərinin qatılması xəbəri biz Azərbaycan müsəlmanlarını sarsıtdı və üzdü. Bu, elə bir halda baş verir ki, İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei cənabları “Qarabağ - müsəlman torpağıdır, onun uğrunda döyüşlərdə həlak olanlar - şəhiddirlər, Dağlıq Qarabağın separatçı rejimiylə istənilən əlaqə isə yolverilməz və haramdır” fətvası vermişdir. Lakin Ali Dini Rəhbərin bu fətvasına zidd olaraq bir sıra dairələr qondarma “Dağlıq Qarabağ Respublikası” ilə sıx əlaqələr qurur, on minlərlə günahsız müsəlmanın qanını axıtmış bu qondarma rejimin rəhbər vəzifəli şəxslərini İrana dəvət edir, müqavilələr bağlayır, hətta orada keçirilən “seçkilərdə” müşahidəçi kimi iştirak edirlər. Məgər İranda kimsə belə bir əlaqələri işğalçı İsrail dövlətilə yarada bilərdimi? Kimsə gedib İsraildəki seçkilərdə müşahidəçi qismində iştirak edə bilərdimi? İştirak edəni hansı aqibət gözləyərdi? Hörmətli cənab Prezident! Sizdən xahiş edirik ümumi İslam maraqlarına və qardaş ölkələrimiz arasında olan səmimi münasibətlərə zərbə vuran, İslam Respublikasının tutduğu ideoloji xətt ilə uzlaşmayan bu kimi halların qarşısının alınması üçün qəti tədbirlər görüb, Ali Dini Rəhbərin fətvasına zidd olaraq işğalçı-separatçı rejimlə əlaqə quran şəxslərin cəzalandırılmasına göstəriş verəsiniz. Gələcəkdə bir daha belə halların baş verməməsi üçün bu, olduqca zəruridir. İnanırıq ki, işğal altında olan İslam torpağı - Qarabağımızda separatçı-işğalçı rejimin keçirdiyi qondarma “parlament seçkilərini” izləyən İran vətəndaşları tezliklə öz layiqli cəzalarını alacaqlar. Ümid edirik ki, qardaş İran İslam Respublikası hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq və torpaqlarımızın işğaldan azad edilməsində ölkəmizi dəstəkləyəcək. Əvvəlcədən öz minnətdarlığımızı bildirir, Uca Allahdan Sizə və qardaş İran xalqına müvəffəqiyyətlər arzu edirik. Allah daim yar və yavəriniz olsun! “Yeni Şərq” Araşdırmalar Mərkəzi 23 may, 2010-cu il
|
Yazarlar
Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya Bütün yazarlar







“Yeni Şərq” Araşdırmalar Mərkəzi Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində işğalçı rejimin keçirdiyi qondarma “parlament seçkilərini” izləmək üçün İran vətəndaşlarının işğal altında olan ərazilərimizə qeyri-qanuni gəlişi və “beynəlxalq müşahidəçi” qismində iştirak etməsi ilə bağlı İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada müraciət ünvanlayıb. Müraciətdə deyilir:






