İmam Kazim (ə) buyurmuşdur: 1. Ağılla düşünmək və İlahi mərifət
ما بَعَثَ اللّهُ أَنْبِيائهُ وَ رُسُلَهُ إِلى عِبادِهِ إِلاّ لِيَعْقِلُوا عَنِ اللّهِ، فَأَحْسَنُهُمُ اسْتِجابَهً أَحْسَنُهُمْ مَعْرِفَةً لِلّهِ، وَ أَعْلَمُهُمْ بِأَمْرِ اللّهِ أَحْسَنُهُمْ عَقْلاً وَ أَعْقَلُهُمْ أَرْفَعُهُمْ دَرَجَةً فِى الدُّنْيا وَ الاْخِرَةِ؛
Allah bəndələri üçün öz peyğəmbər və elçilərini (rəsullarını) ona görə göndərib ki, Allah tərəfindən ağılla düşünsünlər. Bəndələrin qəbul baxımından ən yaxşısı Allaha ən çox mərifəti olanlardır. Allahın işlərinə ən çox elmli olanları, ağıl baxımından ən yaxşı olanlarıdır. Onların ən ağıllısı isə dünya və axirətdə ən uca məqamda olanlarıdır.
2. Zahiri və batini höccət
إِنَّ لِلّهِ عَلَى النّاسِ حُجَّتَيْنِ، حُجَّةً ظاهِرَةً وَ حُجَّةً باطِنَةً، فَأمّا الظّاهِرَةُ فَالرُّسُلُ وَ الاَْنْبِياءُ وَ الاَْئِمَّةُ وَ أَمَّا الْباطِنَةُ فَالْعُقُولُ؛
Həqiqətən Allah üçün camaat üzərində iki höccət var. Aşkar və gizli höccət. Aşkar höccət elçilər (rəsullar), peyğəmbərlər və imamlardan ibarətdir. Gizli höccət isə insanların ağıllarından ibarətdir. 3. Səbr və dünya əhlindən uzaqlaşma
أَلصَّبْرُ عَلَى الْوَحْدَةِ عَلامَةُ قُوَّةِ الْعَقْلِ، فَمَنْ عَقَلَ عَنِ اللّهِ تَبارَكَ وَ تَعالى إِعْتَزَلَ أَهْلَ الدُّنْيا وَ الرّاغِبينَ فيها وَ رَغِبَ فيما عِنْدَ رَبِّهِ وَ كانَ اللّهُ آنِسَهُ فِى الْوَحْشَةِ وَ صاحِبَهُ فِى الْوَحْدَةِ، وَ غِناهُ فِى الْعَيْلَةِ وَ مُعِزَّهُ فى غَيْرِ عَشيرَة؛
Səbr təklikdə ağılın gücünün göstəricisidir. Kim Allah-taala tərəfindən (ağılla) düşünsə dünya əhlindən və ona rəğbət bəsləyənlərdən uzaqlaşar və Allah yanında olanlara rəğbət edər. Allah vəhşətdə onun munisi, təklikdə köməkçisi, yoxsulluqda dövləti və kimsəsizlikdə izzətidir.
4. Uzaqgörən ağıllılar
إِنَّ الْعُقَلاءَ زَهَدُوا فِى الدُّنْيا وَ رَغِبُوا فِى الاْخِرَةِ لاَِنَّهُمْ عَلِمُوا أَنَّ الدُّنْيا طالِبَةٌ وَ مَطْلُوبَةٌ وَ الاْخِرَةُ طالِبَةٌ وَ مَطْلُوبَةٌ مَنْ طَلَبَ الاْخِرَةَ طَلَبَتْهُ الدُّنْيا حَتّى يَسْتَوْفى مِنْها رِزْقَهُ، وَ مَنْ طَلَبَ الدُّنْيا طَلَبَتْهُ الاْخِرَةُ فَيَأْتيهِ الْمَوْتُ فَيُفْسِدُ عَلَيْهِ دُنْياهُ وَ آخِرَتَهُ؛
Həqiqətən ağıllılar dünyada zahid və axirətə rəğbətlidirlər. Çünki, onlar bilirlər ki, dünya rəğbət edən və rəğbət olunan, rəğbət edən və rəğbət olunandır. Kim axirətə rəğbət etəsə, dünya ona o qədər rəğbət edər ki, onun ruzisini təmin etsin. Kim dünyaya rəğbət etəsə, axirət ona o qədər rəğbət edər ki, ölümü çatsın və onun dünyasını da, axirətini də məhv etsin.
5. Ağıl üçün yalvarma
مَنْ أَرادَ الْغِنى بِلا مال وَ راحَةَ الْقَلْبِ مِنَ الْحَسَدِ وَ السَّلامَةَ فِى الدّينِ فَلْيَتَضَّرَعْ إِلَى اللّهِ فى مَسْأَلَتِهِ بِأَنْ يُكْمِلَ عَقْلَهُ، فَمَنْ عَقَلَ قَنَعَ بِما يَكْفيهِ وَ مَنْ قَنَعَ بِما يَكْفيهِ اسْتَغْنى وَ مَنْ لَمْ يَقْنَعْ بِما يَكْفيهِ لَمْ يُدْرِكِ الْغِنى أَبَدًا؛
Kim dünya malı olmadan varlı olmaq istəsə, həsədsiz qəlb sağlamlığı istəsə və dininin salamatçılığını istəsə, onda mütləq Allaha yalvarmalıdır ki, Allah onun ağlını kamil etsin. Kim ağılla düşünsə, ona kifayət edəcək miqdara qane olar. Kim ona bəs edəcək qədərə qane olsa, ehtiyacsız olar. Kim ona bəs edəcək qədərə qane olmasa, heç vaxt ehtiyacsız olmaz. 6. Allaha xatir möminlərlə görüşmə
مَنْ زارَ أَخاهُ الْمُؤْمِنَ لِلّهِ لا لِغَيْرِهِ، لِيَطْلُبَ بِهِ ثَوابَ اللّهِ وَ تَنَجُّزَ ما وَعَدَهُ اللّهُ عَزَّوَجَلَّ وَكَّلَ اللّهُ عَزَّوَجَلَّ بِهِ سَبْعينَ أَلْفِ مَلَك مِنْ حينَ يَخْرُجُ مِنْ مَنْزِلِهِ حَتّى يَعُودَ إِلَيْهِ يُنادُونَهُ: أَلا طِبْتَ وَ طابَتْ لَكَ الْجَنَّةُ، تَبَوَّأْتَ مِنَ الْجَنَّةِ مَنْزِلاً؛
Kim başqa şey üçün deyil yalnız Allah üçün, öz mömin qardaşının görüşünə getsə ki, Allahın savab və ona vədə etdiklərini əldə etsin, Allah-taala 70,000 mələyi məmur edər ki, o evdən çıxdıqdan, evə qayıdanadək nida etsinlər: -“Agah ol! Şad ol və cənnət sənin üçün nuş olsun ki, onda qərarlaşmısan. 7. Mürüvvət, ağıl və insanın dəyəri
لا دينَ لِمَنْ لا مُرُوَّةَ لَهُ، وَ لا مُرُوَّةَ لِمَنْ لا عَقْلَ لَهُ، وَ إِنَّ أَعْظَمَ النّاسِ قَدْرًا الَّذى لايَرَى الدُّنْيا لِنَفْسِهِ خَطَرًا، أَما إِنَّ أَبْدانَكُمْ لَيْسَ لَها ثَمَنٌ إِلاَّ الْجَنَّةَ، فَلا تَبيعوها بِغَيْرِها.
Kimin mürüvvəti yoxdursa, dini yoxdur. Kimin ağlı yoxdursa, onun mürüvvvəti yoxdur. İnsanların ən dəyərlisi o şəxsdir ki, dünyanı özü üçün duracaq bilməsin. Bilin ki, siz insanların dəyəri cənnətdən başqa bir şey deyildir. Özünüzü ondan başqasına satmayın. 8. Camaatın abrını qorumaq
مَنْ كَفَّ نَفْسَهُ عَنْ أَعْراضِ النّاسِ أَقالَهُ اللّهُ عَثْرَتَهُ يَوْمَ الْقِيمَةِ وَ مَنْ كَفَّ غَضَبَهُ عَنِ النّاسِ كَفَّ اللّهُ عَنْهُ غَضَبَهُ يَوْمَ الْقِيمَةِ؛
Kim camaatın abrını tökməsə, Allah qiyamət günü onun xətalarından keçər. Kim camaatdan qəzəbini saxlasa, Allah qiyamət günü öz qəzəbini ondan saxlayar. 9. Allaha yaxınlaşma səbəbləri
أَفْضَلُ ما يَتَقَرَّبُ بِهِ الْعَبْدُ إِلَى اللّهِ بَعْدَ الْمَعْرَفَةِ بِهِ الصَّلاةُ وَ بِرُّ الْوالِدَيْنِ وَ تَرْكُ الْحَسَدِ وَ الْعُجْبِ وَ الْفَخْرِ؛
Allaha mərifətdən sonra, bəndəni Allaha ən çox yaxınlaşdıran şey namaz, valideynə yaxşılıq və həsədi, ücbü və özü ilə fəxr etməyi tərk etməkdir. 10. Ağıllı yalan danışmaz
إِنَّ الْعاقِلَ لا يَكْذِبُ وَ إِنْ كانَ فيهِ هَواهُ؛
Həqiqətən ağıllı yalan danışmaz. Baxmayaraq ki, onda meyli və arzusu olmuş olsun. 11. Az danışmaq və sükutun hikməti
قِلَّةُ الْمَنْطِقِ حُكْمٌ عَظيمٌ، فَعَلَيْكُمْ بِالصَّمْتِ، فَإِنَّهُ دَعَةٌ حَسَنَةٌ وَ قِلَّةُ وِزْر، وَ خِفَّةٌ مِنَ الذُّنُوبِ؛
Az danışmaq böyük hikmətdir. Sükuta riayət edin ki, o yaxşı yol, az yük və günahların azalması səbəbidir. 12. Boş danışma və həyasızlıq
إِنَّ اللّهَ حَرَّمَ الْجَنَّةَ عَلى كُلِّ فاحِش قَليلِ الْحَياءِ لا يُبالى ما قالَ وَ لا ما قيلَ لَهُ؛
Həqiqətən Allah cənnəti danışdığı və onun haqqında deyilənlər barədə əhəmiyyətsiz olan boş danışan və həyasız adama haram etmişdir. 13. Təkəbbürlü şəxs cənnətə daxil olmayacaq
إِيّاكَ وَ الْكِبْرَ، فَإِنَّهُ لا يَدْخُلِ الْجَنَّةَ مَنْ كانَ فى قَلْبِهِ مِثْقالُ حَبَّة مِنْ كِبْر؛
Təkəbbürdən uzaq ol. Çünki, kimin qəlbində bir dən qədər təkəbbür olsa, cənnətə girməyəcək. 14. Gündəlik işləri bölmək
إِجْتَهِدُوا فى أَنْ يَكُونَ زَمانُكُمْ أَرْبَعَ ساعات: ساعَةً لِمُناجاةِ اللهِ، و َساعَةً لاَِمْرِ الْمَعاشِ، وَساعَةً لِمُعاشَرَةِ الاِْخْوانِ و الثِّقاةِ الَّذينَ يُعَرِّفُونَكُمْ عُيُوبَكُمْ و َيُخَلِّصُونَ لَكُمْ فِى الْباطِنِ، وَ ساعَةً تَخْلُونَ فيها لِلَذّاتِكُمْ فى غَيْرِ مُحَرَّم و َبِهذِهِ السّاعَةِ تَقْدِروُنَ عَلَى الثَّلاثِ ساعات؛
Çalışın ki, sizin gününüz 4 hissəyə bölünsün: 1. Bir hissə Allahla münacat üçün; 2. Bir hissə ruzi əldə etmək üçün; 3. Bir hissə qardaşlar və etimad olunan şəxslərlə keçirmək üçün. O şəxslər ki, sizin eyblərinizi sizə başa salır və qəlblərində sizə qarşı ixlaslıdırlar. 4. Bir hissə isə halal ləzzətlər (sağlam istirahət). Bu hissəni yerinə yetirməklə siz qalan üç hissədəki vəzifələri yerinə yetirməyə qadir olursunuz. 15. Dindar və xeyirxah aqillə ünsiyyət
مُجالَسَةُ أَهْلِ الدّينِ شَرَفُ الدُّنْيا وَ الاْخِرَةِ، وَ مُشاوَرَةُ الْعاقِلِ النّاصِحِ يُمْنٌ وَ بَرَكَةٌ وَ رُشْدٌ وَ تَوْفيقٌ مِنَ اللّهِ، فَإِذا أَشارَ عَلَيْكَ الْعاقِلُ النّاصِحُ فَإِيّاكَ وَ الْخِلافَ فَإِنَّ فى ذلِكَ الْعَطَبَ؛
Dünya və axirətin şərəfi din əhli ilə ünsiyyətdədir. Xeyirxah aqillə məşvərət etmək, Allah tərəfindən asanlıq, bərəkət, inkişaf və tövfiqdir. Elə ki, xeyirxah aqil sənə bir nəzər verdi onunla müxalifət etmə ki, bunda həlak var. 16. Camaatla çox ünsiyyətdə olmaqdan çəkinmək
إِيّاكَ وَ مُخالَطَةَ النّاسِ وَ الاُْنْسَ بِهِمْ إِلاّ أَنْ تَجِدَ مِنْهُمْ عاقِلاً وَ مَأْمُونًا فَآنِسْ بِهِ وَ اهْرُبْ مِنْ سايِرِهِمْ كَهَرْبِكَ مِنَ السِّباعِ الضّارِيَةِ؛
Camaatla əlaqə və ünsiyyətdən çəkin. Ancaq onlardan aqil və əmanətdar şəxs tapsan, onlarla ünsiyyət qur. Qalanlarından ov edən yırtıcılardan qaçdığın kimi qaç. 17. Dünyaya məhəbbətin nəticəsi
مَنْ أَحَبَّ الدُّنْيا ذَهَبَ خَوْفُ الاْخِرَةِ مِنْ قَلْبِهِ وَ ما أُوتِىَ عَبْدٌ عِلْمًا فَازْدادَ لِلدُّنيا حُبًّا إِلاَّ ازْدادَ مِنَ اللّهِ بُعْدًا وَ ازْدادَ اللّهُ عَلَيْهِ غَضَبًا؛
Kim dünyanı sevsə, axirət qorxusu qəlbindən çıxar. Heç bir bəndəyə elm verilməyib ki, əgər dünyaya məhəbbətini artırsa, Allahdan uzaqlığını artırar və Allah da ona qarşı qəzəbini artırar. 18. Tamahdan pərhiz və təvəkkülə etimad
إِيّاكَ وَ الطَّمَعَ، وَ عَلَيْكَ بِالْيَأْسِ مِمّا فى أَيْدِى النّاسِ، وَ أَمِتِ الطَّمَعَ مِنَ الَْمخْلُوقينَ، فَإِنَّ الطَّمَعَ مِفْتاحٌ لِلذُّلِّ، وَ اخْتِلاسُ الْعَقْلِ وَاخْتِلاقُ الْمُرُوّاتِ، وَ تَدْنيسُ الْعِرْضِ وَ الذَّهابُ بِالْعِلْمِ وَ عَلَيْكَ بِالاِْعْتِصامِ بِرَبِّكَ وَ التَّوَكُّلِ عَلَيْهِ؛
Tamahdan uzaq ol. Camaatın əlində olanlardan məyus ol. Yaraılmışlardan tamahını kəs ki, tamah zillətin açarı, ağılı oğurlayan, mürüvvəti oğurlayan, abırı ləkələyən və elmi məhv edəndir. Sənə vacibdir ki, Rəbbinə sığınasan və ona təvəkkül edəsən. 19. Əmanətdarlıq və düzdanışmağın nəticələri
أَداءُ الأَمانَةِ وَ الصِّدْقُ يَجْلِبانِ الرِّزْقَ، وَ الْخِيانَةُ وَ الْكِذْبُ يَجْلِبانِ الْفَقْرَ وَ النِّفاقَ؛
Əmanətdarlıq və düzdanışmaq ruzinin çoxalmasına səbəb olur. Xəyanət və yalan isə kasıbçılıq və nifaqa səbəb olur. 20. Üstünlük istəyənin süqutu
إِذا أَرادَ اللّهُ بِالذَّرَّةِ شَرًّا أَنْبَتَ لَها جَناحَيْنِ، فَطارَتْ فَأَكَلَهَا الطَّيْرُ؛
Allah qarışqaya pislik istədikdə, ona iki qanad verir ki, uçsun və quşlar onu yesinlər. 21. Haqq demək və batillə mübarizə
إِتَّقِ اللّهَ وَ قُلِ الْحَقَّ وَ إِنْ كانَ فيهِ هَلاكُكَ فَإِنَّ فيهِ نَجاتُكَ إِتَّقِ اللّهَ وَدَعِ الْباطِلَ وَ إِنْ كانَ فيهِ نَجاتُكَ، فَإِنَّ فيهِ هَلاكُكَ؛
Allahdan qorx və haqqı de. Baxmayaraq ki, sənin həlakın onda olsun. Həqiqətən sənin nicatın ondadır. Allahdan qorx və batili burax. Baxmayaraq ki, sənin nicatın onda olsun. Həqiqətən sənin həlakın ondadır. 22. İbadətlərin ən üstünü
أفضَلُ العِبادَةِ بَعدِ المَعرِفَةِ إِنتِظارُ الفَرَجِ؛
İlahi mərifətdən sonra, ən üstün ibadət fərəcin intizarında olmaqdır. 23. Hakimlərə xidmətin kəffarəsi
كَفّارَةُ عَمَلِ السُّلْطانِ أَلاِْحْسانُ إِلَى الاِْخْوانِ؛
Sultanlara (zalım hakimlərə) xidmətin kəffarəsi, din qardaşlarına xidmət etməkdir. 24. Nafilə və Allaha yaxınlaşma
صَلاةُ النَّوافِلِ قُرْبانٌ اِلَى اللّهِ لِكُلِّ مُؤْمِن؛
Nafilə namazları bütün möminlərin Allaha yaxınlaşma vasitəsidir. 25. İslah və güzəşt
يُنادى مُناد يَوْمَ القِيمَةِ: أَلا مَنْ كانَ لَهُ عَلَى اللّهِ أَجْرٌ فَلْيَقُمْ، فَلا يَقُومُ إِلاّ مَنْ عَفَى وَ أَصْلَحَ، فَأَجْرُهُ عَلَى اللّهِ؛
Qiyamət günü bir carçı car çəkəcək: -“Agah olun! Kimin Allah üzərində bir haqqı varsa, qalxsın”. Güzəşt edən və camaat arasında islah edən şəxslərdən başqası qalxmayacaq. Onların mükafatı Allahın öhdəsindədir. 26. Ən fəzilətli sədəqə
عَوْنُكَ لِلضَّعيفِ مِنْ أَفْضَلِ الصَّدَقَةِ؛
Sənin zəifə yardım etməyin, ən fəzilətli sədəqədir. 27. Nahaq söz
يَعْرِفُ شِدَّةَ الْجَوْرِ مَنْ حُكِمَ بِهِ عَلَيْهِ؛
Nahaqqın çətinliyini o şəxs bilər ki, ona məhkum olsun. 28. Yeni günahlar, yeni bəlalar
كُلَّما أَحْدَثَ الناسُ مِنَ الذُّنُوبِ مالَمْ يَكُونُوا يَعْمَلُونَ أَحْدَثَ اللّهُ لَهُمْ مِنَ الْبَلاء ما لَمْ يَكُونُوا يَعُدُّونَ؛
Əgər insanlar əvvəllər etmədikləri yeni günahları etsələr, Allah onlara elə bəlalar verər ki, onu hesaba almamışdılar. 29. Bəsirətin açarı
تَفَقَّهُوا فى دينِ اللّهِ فَإِنَّ الْفِقْهَ مِفْتاحُ الْبَصيرَةِ، وَ تَمامُ الْعِبادَةِ وَ السَّبَبُ إِلَى الْمَنازِلِ الرَّفيعَةِ وَ الرُّتَبِ الْجَليلَةِ فِى الدّينِ وَ الدُّنْيا، وَ فَضْلُ الْفَقيهِ عَلَى الْعابِدِ كَفَضْلِ الشَّمْسِ عَلَى الْكَواكِبِ، وَ مَنْ لَمْ يَتَفَقَّهْ فى دينِهِ لَمْ يَرْضَ اللّهُ لَهُ عَمَلاً؛
Allah dinində dərin düşüncə (fiqh) ilə düşünün. Həqiqətən dərin düşüncə (fiqh) bəsirətin açarı, ibadətin təkmilləşməsi və dünya və axirətdə uca məqamlara və böyük mərtəbələrə çatmaq səbəbidir. Və fəqihin abidə üstünlüyü günəşin digər ulduzlara olan üstünlüyü kimidir. Kim öz dinində dərin düşüncəyə malik olmasa, Allah onun heç bir əməlini bəyənməz. 30. Dünya ən gözəl vasitədir
إِجْعَلُوا لاَِنْفُسِكُمْ حَظًّا مِنَ الدُّنْيا بِإِعْطائِها ما تَشْتَهى مِنَ الْحَلالِ وَ ما لا يَثْلِمُ الْمُرُوَّةَ وَ ما لا سَرَفَ فيهِ، وَ اسْتَعينُوا بِذلِكَ عَلى أُمُورِ الدّينِ، فَإِنَّهُ رُوِىَ: «لَيْسَ مِنّا مَنْ تَرَكَ دُنْياهُ لِدينِهِ أَوْ تَرَكَ دينَهُ لِدُنْياهُ»؛
Özünüz üçün dünyadan bir fayda götürün. Onun sizə əta etdiyi halallardan istədiyinizi seçin. Mürüvvətinizə xələl gətirməyən və israf olmayan qədər. Bununla da dini işləri yerinə yetirməyə imkanlı olun. Çünki, rəvayət olub: -“Kim dünyası üçün dinini və ya dini üçün dünyasını tərk etsə, bizdən deyil”. 31. İbadətlərin ən üstünü
أفضَلُ العِبادَةِ بَعدِ المَعرِفَةِ إِنتِظارُ الفَرَجِ؛
İlahi mərifətdən sonra, ən üstün ibadət fərəcin intizarında olmaqdır. 32. Camaatla mehribançılıq
أَلتَّوَدُّدُ إِلَى النّاسِ نِصْفُ الْعَقْلِ؛
Ağılın yarısı camaata qarşı mehriban olmaqdadır. 33. Qəzəbdən pərhiz
مَنْ كَفَّ غَضَبَهُ عَنِ النّاسِ كَفَّ اللّهُ عَنْهُ عَذابَ يَوْمِ الْقِيمَةِ؛
Kim öz qəzəbini insanlardan saxlasa, Allah onu qiyamət gününün əzabından qoruyar. 34. Camaatın ən qüvvətlisi
مَنْ أَرادَ أَنْ يَكُونَ أَقْوَى النّاسِ فَلْيَتَوَكَّلْ عَلَى اللّهِ؛
Kim camaatın ən qüvvətlisi olmaq istəyirsə, Allaha təvəkkül etsin. 35. İnkişaf etmək və bir yerdə dayanmamaq
مَنِ اسْتِوى يَوْماهُ فَهُوَ مَغْبُونٌ، وَ مَنْ كانَ آخِرُ يَوْمَيْهِ شَرَّهُما فَهُوَ مَلْعُونٌ وَ مَنْ لَمْ يَعْرِفِ الزِّيادَةَ فى نَفْسِهِ فَهُوَ فى نُقْصان، وَ مَنْ كانَ إِلَى النُّقْصانِ فَالْمَوْتُ خَيْرٌ لَهُ مِنَ الْحَياةِ؛
Kimin iki günü bərabər olsa, o ziyankarlardandır. Kimini ikinci günü əvvəlkindən pis olsa, o lənətlənmişlərdəndir. Kim özündə artım görməsə, o nöqsandadır. Kim nöqsanda (çatışmazlıqda, azlıqda, əskiklikdə) olsa, onunu üçün ölüm həyatdan daha yaxşıdır. 36. Başqalarına xeyir vermək
إِنَّ مِنْ أَوْجَبِ حَقِّ أَخيكَ أَنْ لا تَكْتُمَهُ شَيْئًا يَنْفَعُهُ لاَِمْرِ دُنْياهُ وَ لاَِمْرِ آخِرَتِهِ؛
Həqiqətən (din) qardaşının sənin üzərində vacib olan haqlarından biri də budur ki, onun dünya və axirətinə xeyir verəcək şeyi ondan gizləməyəsən. 37. Zarafatdan pərhiz
إِيّاكَ وَ الْمِزاحَ فَإِنَّهُ يَذْهَبُ بِنُورِ إِيْمانِكَ؛
Yersiz zarafatdan çəkin. Çünki, yersiz zarafat sənin iman nurunu məhv edir. 38. İbrət dolu dünya
ما مِنْ شَىْء تَراهُ عَيْناكَ إِلاّ وَ فيهِ مَوْعِظَةٌ؛
Elə bir şey yoxdur ki, gözlərin onu görsün, amma onda ibrət olmasın. 39. Əziyyət çəkməyən yaxşılığın qədrini bilməz
مَنْ لَمْ يَجِدْ لِلاِْسائةِ مَضَضًا لَمْ يَكُنْ عِنْدَهُ لِلاِْحْسانِ مَوْقِعٌ؛
Pislikdən əziyyət çəkməyən şəxsin yanında yaxşılığın dəyəri olmaz. 40. Əməllərin mühasibatı
لَيْسَ مِنّا مَنْ لَمْ يُحاسِبْ نَفْسَهُ فى كُلِّ يَوْم فَإِنْ عَمِلَ حَسَنـًا اسْتَزادَ اللّهَ وَ إِنْ عَمِلَ سَيِّئًا اسْتَغْفَرَ اللّهَ مِنْهُ وَ تابَ إِلَيْهِ؛
Hər gün öz nəfsi ilə hesabat aparmayan şəxs bizdən deyil. Əgər yaxşı əməllər etmiş olsa, Allahdan istəsin ki, onu artırsın. Əgər pis əməl emiş olsa, Allahdan bağışlanmasını istəyib Ona doğru qayıtsın.
Tərcümə etdi: Əhmədov M.
 |