Qüdsün azadlığı üçün nə etmək lazımdır? PDF Print E-mailiniz
Cümə, 30 İyul 2010 05:13
   Qüdsün azadlığı üçün əvvəlcə işğalçılarla öz münaqişəmizin mahiyyətini müəyyən etməliyik
   1996-cı il məni “Ərəblər və İsrail münaqişəsinin təhlili” konfransında çıxış etməyə dəvət etmişdilər. Mən o iclasda mövcud münaqişəni İslam müstəvisindən araşdırmağa başladım. Birdən gördüm ki, solçu və liberal olan iştirakçıların bir çoxu dilxor və narahat oldular. Onlar mənə etirazı öz hüquqları saydılar. Solçu mütəfəkkirlərdən bir qalxdı və mənə xitabən dedi:
   -“Cəmal Əbdünnasirin ən böyük nailiyyəti bu idi ki, ərəblər və İsrail arasındakı münaqişənin mahiyyətinin qeyri-dini olmasını təkidlə bildirirdi və bütün səyini bu mövzudakı dini məfhumları silməyə həsr edirdi”. Onun etiqadına əsasən, mənim mövcud münaqişəyə dini çalar vurmaq barədəki sözlərim dünya ictimaiyyətinin bizim əleyhimizə qalxmasına səbəb olur. Sözü gedən mütəfəkkir bu fikirdə idi ki, əgər sionistlərlə öz münaqişəmizi bir İslam və İsrail münaqişəsi kimi bilsək və yaxud hətta hazırkı münaqişə mövzusunda dialoqda belə İslam sözünü istifadə etsək, onda dünya ölkələrinin dəstəyindən məhrum olacayıq.
   Bəli! Mənim ərəblər və İsrail arasındakı münaqişə haqqında toxunduğum mövzu solçuların, nasiristlərin və liberalların etirazı ilə üzləşdi və mən çalışdım ki, bu toplunun cavabını verim. Hər halda bu mənim haqqım idi ki, öz fikrimi azad olaraq açıqlayım. Həmişə müxtəlif partiya və hərəkatlarla özümün müsbət əlaqəmi qorumağa çalışsam da, iştirakçıların hərəkətindən doğurdan da təəccüb etdim. Buna baxmayaraq çalışdım ki, onların bəzi suallarını aşağıdakı formada cavablandırım:
   1. Əgər mövcud münaqişəni işarələsək, onun qeyri-dini olmasına təkid etsək və münaqişəyə yanaşarkən hər növ dini məfhumları, daha aydın olaraq, İslamı qabartmaqdan çəkinsək dünya ictimaiyyəti bizi dəstəkləyəcək? Sionistlər dünya ölkələrinin dəstəyini itirəcəklər? Nəhayət, 1967-ci ildə işğal etdikləri ərazilərdən, o cümlədən Qüds şəhərindən geri çəkiləcəklər ki, biz özümüz üçün müstəqil dövlət təşkil edə bilək?
   2. Sionist rejimin mövcud münaqişə barədə mövqeyi nədir? İşğalçılar bu münaqişənin mahiyyətini izah edərkən hansı məfhumlardan istifadə edirlər? Sionistlər özlərinin ərəblərlə olan münaqişələrini izah edərkən dini məfhumlara işarə etmələri nə kimi rol oynayır?
   3. Amerika və Avropa, ərəblər və İsrailin münaqişəsini necə dəyərləndirirlər? Ən mühüm nəticəsi sionist rejimin yaranması olan istismarçı proyektdə dinin hansı rolu olmuşdur?
   4. Nə üçün ərəb mütəfəkkirlər mövcud münaqişənin mahiyyəti məsələsini dərindən araşdırmağa və yuxarıdakı suallara cavab verməyə çalışmadılar?
   5. Diktator ərəb quruluşları münaqişəyə qeyri-dini çalar vurmağa israr göstəriblərmi? Ərəblər və İsrail münaqişəsi mövzusunda özlərinin qeyri-dini baxışlarını Fələstin Azadlıq Təşkilatına qəbul etdirməyə müvəffəq ola biliblərmi?
   6. Camal Əbdünnasir mövcud münaqişəyə sekularizm donu geyindirməkdə əməldə müvəffəq olubmu? Ərəblər və İsrailin münaqişəsinə bu yeni tərifi verməyin 1967-ci ildə Qüdsü əldən verməkdə nə kimi rolu olub?
   7. Ərəblər və İsrailin qarşıdurmasını sekular və qeyri-dini olduğunu izah etmək, işğalçıların şərəfli Qüdsün müqəddəs məkanlarına ardıcıl təcavüzlərini ərəb hakimlərinin mövqeyini süstləşdirməkdə təsiri olubmu?
   8. Ərəb diktator rejimləri Qərbin istismarçı qüdrətlərindən qorxaraq ərəblər və İsrailin qarşıdurmasını qeyri-dini cilvələndirirlər, yoxsa sözü gedən rejimlər beynəlxalq ictimaiyyətin Fələstin məsələsində və ümumi təfəkkürə təsir göstərməkdə dəstəyini qazanmaq üçün belə edirlər?
Mövcud münaqişə barədə sionist tərəfin mövqeyi
   Yer kürəsindəki bütün qarşıdurma və münaqişələrdə müxtəlif və fərqli tərəflər bir-birilə toqquşmadadırlar və bu qarşıdurma və münaqişələrdə yalnız bir müəyyən tərəfin iradəsi rol oynamır. Fərz edək ki, biz mövcud münaqişədə qeyri-dini anlamına təslim olduq və mövcud qarşıdurmanı izah edərkən qeyri-dini məfhumlardan istifadə etdik. Qarşı tərəf ortaq həll yollarına razı olacaqmı? Fələstin ərazilərinin bir hissəsini öz həqiqi sahiblərinə qaytarmağa hazır olacaqmı? Dinin bu mövzudan silinməsilə qarşı tərəf fələstinlilərlə qarşılıqlı sülhlə, birgə yaşamağa razıdırmı?
   Hər halda diktator ərəb rejimləri yuxarıdakı sualların cavabının müsbət olmasını istəyirlər. Amma həqiqət nədir? Kim düşüncə və diqqətlə tarixi mütaliə edibsə, bilir ki, İsrailin təşkil olmasının əsasında yəhudilərə ölkə icad etmək durur və elə ilk dövürdən İsrail adı dini faktorlarla düyünləndi. Sionistlər İsrailin təşkil olunması üçün dini şüarlardan istifadə etdilər. Ən mühüm şüarları bu idi; “Fələstin Allahın vəd etdiyi torpaqdır və yəhudilər “İsrail” hökumətini bərpa etmək üçün ora qayıdacaqlar. Və Məscid əl-Əqsanı dağıtmaqla Süleyman məbədini orada tikəcəklər. Və İsraili (yəni, yalnız yəhudilərin ölkəsini) vəd edilmiş torpaqlarda bərpa edəcəklər”.
   Digər tərəfdən isə, mühafizəkar xristianlar da bu əqidədə idilər ki, İsrailin yaradılması və yəhudilərin vəd edilmiş torpaqlara qayıdışı Məsihin (İsanın) yerə qayıtmasının müqəddiməsidir. Və beləcə xoşbəxt və səadət minillikləri onun (İsanın) zühurundan sonra başlayacaq. Əlbəttə bu minilliyin başlanğıcı (xristianların inancına görə) o zaman olacaq ki, sözün əsil mənasında nüvə müharibəsi (onun adını “Armaqedon” qoyublar) baş versin və bu zaman bütün kafirlər məhv olsunlar. Bunu da bilməyiniz pis olmaz ki, yəhudilərin Fələstinə qayıtmaları barədə belə bir xəyalı başlarında fırladan xristianlar, ABŞ-da hökumətə nəzarətə və mühüm postlara malikdirlər və ölkələrinin siyasətini sionist rejimi maddi və hərbi dəstəyə və bu rejimin təhlükəsizliyini təmin etməyə yönəltmişlər.
   Əgər tarixə müraciət etsək, görərik ki, elə əvvəldən Qərbin istismarçı dalğalarının işə düşməsində dini faktorların mühüm rolu olmuşdur. Napaleon Bonapart Misiri işğal etdikdən sonra, yəhudilərdən istədi ki, ona kömək etsinlər və onunla birgə Fələstinə daxil olsunlar və böyük İsrail yaratsınlar. Avropa, xüsusilə də Fransanın dinsizlik və sekularizm yönlü yanaşma iddiası etmələrinə baxmayaraq, avropalıların, hətta Fransa inqilabının ən mühüm liderlərindən sayılan N. Bonapart kimi şəxsin də istəklərində Fələstin torpaqlarının yəhudilər tərəfindən işğalı və həmçinin İslam dünyasında narahatçılıq və münaqişə ocağı qalamaqda dini faktorlar açıq-aşkar nəzərə çarpır.
Realizm yolunda hərəkət
   Ərəblərin öz mövqelərini dəyişməsi üçün daha da çox hadisə baş verməlidirmi? Yəhudi xaxamları sionist rejimin tarixi boyunca bu rejimin ordusu qarşısında dini çıxışlar etməklə onları fələstinliləri öldürməyə təşviq edir və sionist əsgərlərə vəd edirlər ki, əgər əllərini ərəblərin qanına batırsalar özləri üçün Allahın razılığını qazanacaqlar. Qeyd etmək lazımdır ki, Qüdsü işğal etmiş rejimin ordusunun əsgərləri öz sözlərində bu mövzuya işarə etmiş və demişlər ki, Allahın razılığını cəlb etmək üçün ərəbləri öldürməyə qalxmışlar. Həqiqət budur ki, sionist tayfası ərəblərin qanını tökməkdən ləzzət alırlar.
   Mənim sualım budur: Öz etirafına görə, Allahın razılığını qazanmaq üçün ərəbləri öldürən şəxs sekularistdirmi? Belə nəzərə çarpır ki, sekularizm puç bir xəyaldır ki, siyasət, tarix, habelə Qərb, ABŞ və sionist rejimin sözlərində heç düşünməmiş bəzi ərəblərin boş başlarında yerləşib.
   Sionistlərin fikirləri Hertzelin vaxtından günümzədək dini məfhumlarla düyünlənib. Sionistlər bu məfhumlardan istifadə etməklə yəhudiləri öz vətənlərini tərk edib Fələstinə köçməyə və Süleyman məbədini tikməyə təşviq etmək istəyirlər. Yeri gəlmişkən xaxamlar və sionist rejimin siyasətçiləri Təlmud mətnlərinə istinad edərək bu ölkənin (İsrailin) ən mühüm hədəfinin Süleyman məbədini tikmək olduğunu təkidlə bildirirlər.
   Mənim sualım belədir: Ərəblər dəvəquşu kimi öz başlarını quma salmaq və sionistlərin münaqişəyə açıq-aşkar dini baxışlarını bildirən həqiqətlərə göz yummaqmı istəyirlər? Sözü gedən həqiqətlər ərəblər və İsrailin qarşıdurmasının əvvəlindən məlum deyildimi? Yoxsa ərəb rejimləri qərblilərin razılığını əldə etmək və onlardan qorxduqları üçün hazırkı münaqişəni belə təfsir etmiş və münafiqliyi özlərinə peşə seçmişlər?
   Əgər nasionalist yazarların ədəbiyyatına hakim olan əsərlərə baxsaq, bu nəticəyə çatarıq ki, sözü gedən təbəqə ərəblərin sionst rejimlə qarşıdurması məsələsini tamamilə varlıq qarşıdurması olduğunu və sərhəd qarşıdurması olmadığını qəbul edirlər. Əlbəttə bu baxış yavaş-yavaş və ərəb rejimləri tərəfdən sionist rejimlə sülh məsələsinin qaldırılması nasionalistlər tərəfindən irəli sürüldü.
   1977-ci ildən ərəb rejimlərinin sionist rejimə qarşı səslərinin tonunu dəyişdilər. Amma zəifliyə doğru dəyişən bu müraciət forması, nəinki dünya ictimaiyyətinin ərəblərə dəstək verməsinə səbəb olmadı, hətta sionistlərin Livan və Qəzzaya təcavüzünə səbəb oldu. Elə bir təcavüz ki, Qüdsün işğalçıları beynəlxalq ictimaiyyətin fikirlərinə məhəl qoymadan o təcavüzə əl atdılar. Deyilənlər bizə bu nəticəni göstərir ki, ərəblər və İsrail münaqişəsinə sekular yanaşma dünya ölkələrinin bizi dəstəkləməsinə səbəb olmadı və ərəb sekularistlər də sionistlərlə müzakirələrdən heç bir nəticə əldə etmədilər. Ərəblər və İsrailin münaqişəsinə belə bir yöndən yanaşma, bir çox ərəb xalqlarının hazırkı münaqişəyə baxış tərzi və agahlığının itməsinə səbəb oldu. Bu, elə Vaşinqton və Tel-əvivin istəyi idi. Mövzuya diqqət edərək deməliyik ki, parlaq gələcək qurmaq və Qüdsün işğalçılardan azad edilməsi üçün bizim ən mühüm vasitəmiz ərəb xalqlarına hazırkı münaqişənin mahiyyəti barədə  agahlıq vermək və ərəblər və İsrailin münaqişəsi barədə razılaşdırılmış tərifləri əldə etməkdir. Əgər bu iş baş tutsa, özümüzün humanitar və maddi sərvətlərimizi, habelə mədəni və ictimai potensialımızı bu sahədə səfərbər edib, ən ali səviyyədə xidmət edə bilərik. Həqiqət budur ki, kim bir qarşıdurmanın mahiyyətini düzgün dərk edə bilmədən və məsələdən tam agah olmadan müdiriyyəti öhdəsinə götürsə məğlubiyyətdən başqa bir nəticə əldə etməyəcək. Çünki, qələbə üçün özünün güc və potensialından istifadə edə bilməyəcək. Yeri gəlmişkən, əgər bir münaqişə və toqquşmanın mahiyyətini təyin etmək barədə fikir ayrılığı olsa, bu ixtilaf silahlı və digər qüvvələrin də arasında yayılır ki, bəlkə də Fəth və Həmas təşkilatları arasındakı ixtilafın əsas əsbəbi budur.
   Mənim etiqadıma əsasən, İslam və ərəb dünyası arasındakı vəhdət və müxtəlif dəstələr arasında sülh yaratmaq, yalnız hazırkı münaqişənin mahiyyətini təyin etdikdən sonra mümkün olacaq. Çünki, bu məsələ reallaşdıqdan sonra, hazırkı münaqişə barədə öz hədəflərimizi müəyyən edə bilərik. Digər tərəfdən isə, bu qarşılaşmada özümüzün həqiqi kimliyimizi dərk və maddi və mənəvi potensialımızdan istifadə edərək müvəffəqiyyət əldə edə bilərik.
   Hazırkı münaqişənin mahiyyəti barədə ortaq məxrəc əldə etmək üçün, özümüzü qərblilərə tabe olmaq və onlardan qorxmaq tələsindən xilas etməli və Qərb istismarı və İsrailin yaradılması proyektləri arasındakı bağlılıqdan agah olmalıyıq. Növbəti mərhələdə mübarizələrə İslam alimlərinin rəhbərlik etməli olduğunu nəzərə alaraq, mənim təklifim budur ki, İslam ümmətinin müxtəlif sahələrdə görkəmli alimlərinin iştirakı ilə, ərəblər və İsrail arasındakı münaqişəni araşdırmaq, yeni tərif (nəzər, yanaşma) göstərmək, münaqişənin mahiyyətini təyin etmək və müsəlmanlara və ərəblərə bu barədə məlumat vermək üçün konfrans təşkil etmək lazımdır ki, camaatın fikri yalan məlumatlarla doldurulmasın.
   Mənim fikrimcə, belə bir konfransın təşkil edilməsi, ön planda durur. Bizim vəzifəmiz budur ki, KİV-lərdə bu mövzuda müzkirə və araşdırma iclaslarını, debatlarını o qədər keçirək ki, kamil bir ortaq məxrəcə gələk və bu məxrəc gələcəkdə böyük qərarların qəbul edilməsinin özülünü təşkil etməlidir.
   Şübhəsiz, mahiyyətində ortaq məxrəcə gəlinməmiş, düşmənin hədəf, düşüncələrindən məlumatımız olmayan və öz hədəflərimizi də düzgün formada təyin etmədiyimiz bir münaqişə çərçivəsində müharibə və yaxud sülh qeyri mümkündür.
   Deyilənlərdən belə bir nəticə almaq olar ki, qələbə əldə etmək və parlaq gələcək qurmaq üçün başlanğıc nöqtəsi, münaqişənin mahiyyətini təyin etmək və ona dəqiq yanaşmaqdır.
Mənbə: əş-Şərq qəzeti, Qatar.
Qələmə alan: Doktor Süleyman Saleh
Çevirən: Xeybər Fatehinin (ə) balası
Baxış sayı: 45
Şərhlər (0)Add Comment

Şərh yazın
Kiçilt | Böyüt
security code


busy