|
Əfqanıstan dövləti Asiyanın mərkəzində yerləşən dövlətlərdən biridir. 22 milyonluq ölkə əhalisininin 99 faizinin müsəlmanlardan ibarət olduğunu demək olar. Ərazi bütövlüyü 652225kv.metirdir. Əfqanıstan dövləti son əsrlikdə baş verən hadisələrdə hegemon dövlətlər tərəfindən çox vurulub, əzilmişdir. Buna səbəb Əfqanıstan dövlətinin strateji mövqeyinin Rusiya, İngiltərə, Hindistan və Pakistan kimi dövlətlər üçün (özlərinə müəyyən mövqe seçməkdə) əlverişli olmasıdır. Əfqanıstan dövləti daim, böyük dövlətlər tərəfindən iqtisadi, mədəni və ictimai hücumlara məruz qaldığından dünyanın ən fəqir, zəif dövlətlərindən birinə çevrilib. Məsələnin daha təssüfləndirici tərəfi dövlət daxilində ən fəqir yaşayan qrupun şiələr olmasıdır. Buna iki əsas səbəb var: Birinci səbəb tarix baxımından Əfqanıstan şiələrinin yaxın əsrlikdə heç zaman hakimiyyətdə olmamaları və daim hakimiyyət tərəfindən təzyiqlərə məruz qalmalarıdır. Ikinci səbəb isə, yerli əhalinin 79 faizinin əhli-sünnə məzhəblərinə mənsub olmasına görə şiələrin onlar tərəfindən bir çox təzyiqlərə məruz qalmalarıdır. Bu iki amil şiələrin kəndlərə, dağlara və sair ətraf yerlərə üz tutmalarına səbəb olub.
Şiələrin məskunlaşdığı məntəqələr təbiət baxımından soyuq olduğundan əkinçilik və digər işlər üçün əlverişli olmayıb. Bu iki amil şiələrin iqtisadi, ictimai, elmi və mədəni sahələrdə başqa həmvətənlərindən geri qalmalarına səbəb olub. 1950-ci ildə Əfqanıstan dövləti cənub tərəfdən Pakistan dövləti ilə olan sərhədlərini bağlayandan sonra Əfqanıstanda sürətlə ictimai təbəqələşmə (torpaqların bölünməsi və sair) yaranmağa başladı. Bu təbəqələşmədən sonra Əfqanıstan şiələri daha da fəqirləşdilər. Çünki, hüquq baxımından şiələr böyük əmlak sahibi ola bilməzdilər. Hər hansı bir dövlətdə əgər iqdisadi, ictimai, mədəni və elmi inkişafdan söhbət gedirsə bu dövlət maddi və mənəvi iki mədəniyətdən bəhrələnməlidir. Maddi mədəniyyət deyəndə bu dövlətə mənsub olan iqtisadi irs nəzərdə tutulur. Yəni dövlət iqtisadiyyatının əsaslarını təşkil edən təbii sərvətlər. Mənəvi mədəniyyət deyəndə isə sağlam islami ruhiyyə, elm, fəlsəfə və texnoloqiya nəzərdə tutulur. Amma Əfqanıstan şiələri bu iki mühüm inkişaf amilindən tamamilə məhrum qalmışlar. Elə bu səbəbdən də qonşu ölkələrə hicrət edir və öz istedadlarını yalnız onlara yaradılmış sərait çərçivəsində çiçəkləndirirlər. Əlbəttə dövlətdən xaric olmaq imakanı hamı üçün yaradılmır və hamı öz doğma diyarını qoyub gedə bilmir. Hicrət edə bilməyən insanlar isə öz doğma diyarlarında min cür bəla ilə həyatlarına davam edirlər. Bəlalardan ən çətini isə Taliban qruplaşmasının təhlükəsidir. Taliban, şiələri müsəlman hesab etmir və onlara əzab-əziyyət verir. Əziz oxucular siz bu yazıda qısa da olsa Əfqanıstanda yaşayan mömin bacı və qardaşlarımızın vəziyyəti ilə tanış oldunuz. Taliban qruplaşması və şiələr barəsində isə Allah-taalanın lütfü sayəsində gələn yazımızda tanış olacağıq. İstifadə edilən mənbə: “İlahiyat jurnalı”, “dünya şiələrinin tarix və sosiologiyası”, 1385, yay, nömrə14, səhifə 189, 4-cü il.
 |