Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143

Warning: Attempt to modify property of non-object in /home/islammek/public_html/components/com_jomcomment/mambots.php on line 143
Məqalələr
Zamanın sonundakı son döyüş - Armaqedon PDF Print E-mailiniz
Cümə axşamı, 01 Oktyabr 2009 01:40


    Əsrlər boyu ədalət, mənəviyyat və azadlıq həsrətində yaşayan bəşər, aləmin xilaskarının qayıdışının
böyük səbirsizliklə intizarını çəkir. Xilaskar ideologiyası insanların dünya görüşündə  müxtəlif şəkildə əks olunsa da, əslində bütün insanlar tərəfindən bərabər başa düşülür. Bu ideologoya səmavi dinlərdə özünə xüsusi yer almışdır. Çünki, bu dinlərin hər biri öncədən vəd olunmuş xilaskarın qayıdışı, onun quracağı dövlət və rəhbərliyi ilə səciyyələnir.
    Xristian aləmi də, Tövrata, İncilə və qərb ölkələrinin nail olduqları elmi-texniki nailiyyətlərə söykənərək,
öz mənafelərinə uyğun şəkildə zamanın sonunu təfsir edir, hətta heç nədən çəkinməyərək Həzrət İsanın (ə) qayıdış düşüncəsini qəbul etdirmək üçün əllərində olan hər bir vasitədən istifadə edirlər.
    Xristianlar və həzrət İsanın (ə) qayıdışıHəzrət İsanın (ə) qayıdış əqidəsi, bir-çox xristian cəmiyyətlərinin inancıdır. Xristian dinşünasları
tərəfindən yazılan qədim kitablarda xristianlıq əqidəsinə zidd olaraq Həzrət İsanın (ə) qayıdışının gec olacağı barədə yazılı məlumatın olmasına baxmayaraq, çoxları onun tezliklə qayıdacağına inanırlar.

    Xristianlığın öz içərisindən meydana çıxan kiçik qruplar da vardır ki, onlar Həzrət İsanın (ə) qayıdıb özünün min illik hakimiyyətini quracağına və bu hakimiyyətin qiyamətə qədər davam edəcəyinə inanırlar. Onlar ciddi çalışqanlıqla özlərini zamanın sonunda İsanın (ə) yenidən qayıdacağı günə hazırlayırlar. (Hüseyn Tofiqi, “Hezarigərayi dər fəlsəfe-ye tarix-e məsihiyyət”, “Moud” jurnalı, say: 17, səh. 14-20.)
   Əlbəttə, İncildə bu məzmunda olan xəbərlər onların intizarını daha da, artırır. Çünki, orada zühurun
vaxtının təyin olunmaması müşahidə olunur və gözlənilmədən baş verəcəyinə işarə edilir. Nümunə olaraq “Mata” İncilində Həzrət İsanın (ə) dilindən belə nəql olunur: “Siz mənim nə zaman gələcəyimi bilə bilməzsiniz. Çünki, bu yalnız Allahın əlindədir. Allahdan başqa heç bir şəxsin həmin andan xəbəri yoxdur. (“Mata İncili” 24:36-cı bölmə.)
Yaxud da, "Luka" İncilində İsanın dilindən nəql olunan: "Həmişə hazır olun, çünki mən sizin güman
etmədiyiniz bir saatda gələcəyəm" xəbərini göstərmək olar.( Luqa, 12:40 -cı bölmə)
   Xristian aləmi İsanın (ə) qayıdışını həyatın davamı kimi səciyyələndirir və onu insanların yeganə
xilaskarı sayaraq, padşahlar padşahı kimi tanıtdırırlar.
   Aşağıda qeyd olunanlara diqqət yetirəndə görürük ki, Xristianlar da müsəlmanlarla birgə məlum və
ortaq əqidəyə sahibdirlər.
    Qurani-kərimin təfsirçiləri "Nisa" surəsinin 109-cu ayəsini açıqlayarkən, ayənin İsanın (ə) qayıdışı ilə bağlı
olduğunu söyləyirlər. İslam dini isə, aləmin yeganə xilaskarının Mehdi (ə) olacağını bildirir. Hər halda, zamanın sonunda İsanın (ə) qaydışı, xristian və müsəlmanlar arasında bərabər bir əqidədir.
Bu barədə daxil olmuş iki rəvayətə işarə edirik:
    Həzrət Məhəmməd (s) buyurur: ”Məryəm oğlu İsa sizin aranıza qayıdarkən və rəhbərininz özünüzdən
olduğu zaman necə olacaqsınız?” (Biharül-ənvar, 14/344; Səhihi-Buxari, 4/143.)
İmam Baqir (ə) buyurur: “Qiyamətdən öncə İsa (ə) dünyaya qayıdar. Yəhudi və xristianlardan ona iman
gətirməyən kimsə qalmayacaqdır. (İsa) Həzrət Mehdinin arxasında namaz qılacaq”. (Biharül-ənvar, 14/349; “Əl-Vəfa, 51/71, 77, 84)
    Qeyd olunanlardan belə nəticə alırıq ki, intizar düşüncəsi  xristian və müsəlmanları bir araya gətirib,
qarşılıqlı anlaşma üçün şərait yarada bilər.
    Qeyd etmək lazımdır ki, Protestant qruplarının qəbul etdikləri bəzi İncil kitablarında həzrət Məhəmməd
(s) peyğəmbərinin övladlarından olan bir xilaskarın zühürndan aydın bəhs edilib. İsa (ə) öz vəsiyyətlərinin birində Şəmuna buyurur: “Ey Şəmun! Mənim Allahım mənə, "sənə peyğəmbərlərin ağasını tövsiyə edirəm" buyurdu. O, Adəm övladları və peyğəmbərlərin ağası və ümmi bir ərəbdir. O, zühura şərait yarandığı və peyğəmbərlik artıb sel kimi dünyanı tutarkən, zühur edər". (Həmşəhri, 74/10/26, "Müslihi-Cahaninin" nəqlinə əsasən; “Dinlərdə hədəf şəhəri”, Məhmməd Əli Boznuni;)


    Armaqedonun intizarını çəkənlər
   İslam və xristian aləminin intizar anlayışında özünə yer alan mövzulardan biri də, zamanın sonunda
olacaq müharibədir. Məcdun döyüşləri Həzrət İsanın (ə) qayıdışı ilə başlanacaq. Protestant keşişlərinin dediklərinə əsasən bu döyüşdə nüvə silahlarından da istifadə olunacaq. Tövratda ayrı-ayrı detallıqlarla danışılan bu döyüş, “məcdun” dərəsində baş verəcək.
   “... O gün İsrail torpağında böyük təkanlar (zəlzələ) baş verəcək; dənizlərin balıqları, havada uçan
quşlar, səhra heyvanlrı, yerdə sürünən bütün həşaratlar, dünyada yaşayan bütün xalqlar Mənim hüzurumda titrəyəcəklər; dağlar çöküb, qayalar yıxılacaq və yerin bütün sütunları dağılacaq.” (Əhdi-ətiq (Tövrat), Xəzqiyal nəbi, 38-ci bölmə, 18-20-ci ayələr.)
    “Onların ətləri, ayaq üstə durduqları halda (əriyərək) azalacaq, gözləri çuxura düşəcək və dilləri öz
ağızlarında qısalacaq.” (Kitabi-Zəkəriyya, 14-cü bölmə, 12-ci ayə.)
    Bu döyüşün qurbanlarının sayı  o qədər çoxdur ki, Yuhənnanın intuisiyasında “Allahın quşlara verdiyi
qonaqlıq” kimi adlanıb:
   “...və gördüm ki, bir mələk Günəşin üstündə dayanıb, göydə uçan bütün quşları çağıraraq deyir: "Gəlin
və Allahın verdiyi qonaqlığa hazır olun. Böyük, kiçik, ağa və nökərin fərqinə varmadan padşahların, qoşun başçılarının, zalımların, atların və süvarilərin ətlərini yeyin.” (“Yuhənnanın mükaşifəsi”, 19-cu bölmə / 17-18)    
Əhdi-ətiq və İncildə haqqında danışılan müharibə, şiələrin qəbul etdikləri “Qırqıziya” müharibəsinə çox
oxşardır.
Buna sübut olaraq imam Sadiqdən (ə) bir rəvayəti nəzərdən keçirək:
“Həqiqətən də, Allah üçün Qırqiziyada bir süfrə vardır. Göydə olan bir mələk ondan  xəbər verib deyir ki,
ey quşlar ! Ey yerin yırtıcıları ! Zalımların ətindən yeməyə tələsin !” ( “Əl-ğeybətu, lin-Nömani”səh. 278.)


    Nəticə
    Yuxarıda deyilənlərən bu nəticəyə gəlirik ki, intizar dinlər arasında rəqabət vardır. Şiə aləmi ilə intizar
anlayışı arasında həyati bağlılığa gəldikdə isə deyə bilərik ki, bu bağlılıq şiəni daha da qüvvətləndirir.

    Məhz elə ona görə də əminliklə demək olar ki, Mehdiçilik ideologiyasının  ağır yükü başqalarından daha çox  on iki imamçıların boynuna düşür. Bunu daha yaxşı anlamaq üçün həzrət Mehdinin (ə) gəlişi üçün harada  və necə hazırlıq  görüldüyünü nəzərə alsaq, məslənin mahiyyəti şəffaflaşar...

Hazırladı: Yadigar Məstiyev

 

 
Qadın və kişinin hüquqları PDF Print E-mailiniz
Bazar, 27 Sentyabr 2009 23:45

Fitnə-fəsadın qara buludlar kimi dünyanı əhatə edib, öz atəş və azğınlığı ilə din və dünyamızı yandırıb bütün dini, mənəvi və əxlaqi dəyərləri təhdid etdiyi bu dövrdə Peyğəmbər (s) və mə`sum imamların (ə) müqəddəs və nurani kəlamlarından bəhrə almaqdan başqa çarəmiz yoxdur. 
Əhli beytin (s) əxlaqi və tərbiyəvi xəbərdarlığının bir qismətindən təşkil tapmış bu məqaləni ixtisarla aşağıdakı üç ünvan əsasında tərtib etdik ki, bu yolda bizə çıraq olsun:
   1.  Kişi və qadınların bə`zi müştərək vəzifələri.
  2. Kişilərə məxsus olan bə`zi vəzifələr.
   3. Qadınlara məxsus olan vəzifələr.
Kişi və qadınların bə`zi müştərək vəzifələri:
Dəyərli gözlər:
Allahın Rəsulu (s) buyurub: "Qiyamət günü 3 gözdən başqa bütün gözlər ağlayar:
1. Allah qorxusundan yaş tökən gözlər.
2. Allah yolunda oyaq qalan gözlər (yəni gecəni ibadətlə məşğul olmaq, quran oxumaq, dini müzakirələr etmək və ya gecəni səhərə qədər müsəlmanların keşiyinə dayanmaq, sərhədçilər kimi).
3. Allah-Taalanın haram buyurduğu şeylərdən qapanan gözlər.(Səvabul əəmal və iqabul əəmal, səh.392)
Şeytanın zəhərli oxları:
İmam Baqir (ə) buyurub: "Naməhrəm qadına baxmaq şeytanın zəhərli oxlarındandır".(Vəsailuşşiə, 14/138)
   Qadınların özlərini kişilərə, kişilərin özlərini qadınlara oxşatmaqları barəsində xəbərdarlıq!
  Allahın Rəsulu (s) buyurub: "Özünü qadına oxşadan kişilərə və özünü kişiyə oxşadan qadınlara, Allah lənət etsin.(Nəhcül fəsahə,səh.474)
Evlənmədə vasitə olmağın savabı!
İbni Əbbas rəvayət edir: "Allahın Rəsulu (s) vəfatından bir neçə gün qabaq oxuduğu xütbədə camaata elə bir nəsihət etdi ki, gözlər ağladı, ürəklər qorxdu, bədənlər titrədi".
Biz həmin xütbədən bəzi cümlələri bu kiçik məqalənin münasib olan yerlərində pərakəndə şəkildə çatdırmışıq.
Peyğəmbərimiz (s) o, xütbənin bir hissəsində belə buyurur:
"Böyük Allah, möminə qadın və mömin kişinin evlənmə işində vəsitəçilik edən və onların şəriətyolu ilə bir-birinə qovuşmasından ötrü çalışan şəxsə dür və yaqutdan düzəldilmiş saraylarda min cənnət hurisi bağışlayar və bu yolda atdığı hər addım və dediyi hər söz üçün gecələri səhərə kimi namaz qılınmış və gündüzləri oruc tutulmuş bir ilin əməlinin savabını verər. (Səvabul əəmal və iqabul əəmal,səh.668)
Ər və arvad arasını vurmağın cəzası!
Həzrət Rəsul (s) buyurur:         
"Ər və arvadın arasında soyuqluq yaradan və onların bir-birinə olan məhəbbətini aradan götürən şəxs isə, həm dünyada, həm də axirətdə Allahın qəzəb və lənətinə düçar olar. Allah onun öz nəzər və lütfündən məhrum edər. (Səvabul əəmal və iqabul əəmal(tərcümə ilə),səh.669)
Ər və arvadın ayrılığına səbəb olan şəxsin cəzası!
Həzrət o xütbənin başqa bir hissəsində buyurur:
"Ərlə arvadın ayrılığı üçün çalışan şəxs həm dünyada, həm axirətdə Allahın qəzəb və lənətini qazanar. Allahın haqqıdır ki, onu min dənə atəşli daşla daş-qalaq etsin.(Səvabul əəmal və iqabul əəmal(tərcümə ilə),səh.668)
     Naməhrəm qadını kişilər üçün tərif və təsvir etməyin əzabı!
Həzrət buyurur: "Əgər bir şəxs qadınlardan birini kişilərdən biri üçün tə`rif edə, (və onun gözəlliyini elə cilvələndirə ki, o kişi o qadının vurğunu ola, nəticədə o qadınla haram iş görə) Allah-Taalanın qəzəbinə düçar olmayınca dünyadan getməz. Və Allahın qəzəbinə düçar olan şəxsə yeddi göy və yeddi yer də qəzəb edər. Onun günahı haram yolla o qadınla əlaqədə olan şəxsin günahı kimi olar". 
  Soruşdular: Ey Allahın Rəsulu, o qadın və kişi tövbə edib özlərini islah etdikləri halda da, tərif edən şəxs üçün günah var?
 Buyurdu: Allah-Taala o harama düşən qadın və kişini bağışlayar. Amma vasitəçilik edib qadını tərifləyən, fitnəyə salıb bu macəraya səbəb olan şəxsin tövbəsini heç vaxt qəbul etməz. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.661)
     Kişi və qadını haram yolla bir-birinə qovuşdurmağın əzabı!
Həzrət buyurur: "Hər eyb və nöqsandan pak və münəzzəh olan Allah, bir qadın və kişini haram yolla bir-birinə qovuşduran şəxsə cənnəti haram edər və onun yerini cəhənnəmdə qərar verəcəkdir. Bu onun üçün pis bir alın yazısıdır, (bu dünyada) və həmişə can verənə qədər Allahın qəzəbinə düçar olar. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.660)
     Camaatın evinə boylanmaq və baxmağın əzabı!
  Başqa bir hissəsində buyurmuşdur: Allahın haqqıdır ki, qonşunun evinə boylanıb sonra bir kişinin övrətinə (bədəndə utanılacaq və gizlədilən yerlər), ya bir qadının saçına və bədənindən bir yerinə baxsa, o şəxsi cəhənnəmə aparıb münafiqlərlə (dünyada camaatın eyiblərini axtarmaqla məşğul olan kəslər) həmdəm etsin. Onu rüsvay etməmiş bu dünyadan aparmaz və qiyamət günü onun övrətini (ya eyiblərini) camaat üçün aşkar edər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.648)
       Naməhrəm şəxslə zarafat etməyin əzabı!
  O xütbədən nəql edirlər ki, həzrət belə buyurur: "Naməhrəm qadınla zarafat edən şəxs bu dünyada o qadınla danışdığı hər kəlməsindən ötrü qiyamətin günü min il həbsdə saxlanılar. Əgər o qadın öz ixtiyarı ilə özünü onun ixtiyarında qoysa, və kişi onu öz ağuşuna alıb öpə ya, onunla yaxınlıq edə ya, o qadının zarafatı nəticəsində kişi onunla yaxınlıq edə, kişi üçün təyin olunmuş günah və əzab qadın üçün də vardır. Amma, əgər qadın öz razılığı ilə özünü kişinin ixtiyarında qoymasa, və kişi zorla onunla yaxınlıq etsə, hər iki şəxsin günahı kişi üçündür və iki əzab görəcəkdir. (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.652)
      Ərli qadınla (haram yolla) yaxınlıq edən şəxsin günahı:
  O xütbənin başqa bir hissəsində buyurulur: "Ərli qadınla yaxınlıq edən şəxsin və ərli qadının övrətindən (utanılacaq və gizlədilən yerlər) qan və çirk axar və bütün cəhənnəm əhli onun üfunətindən əzab çəkərlər. O iki nəfərin əzabı hamının əzabından çətin olar". (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.662)
 Öz həyat yoldaşına əziyyət verməyin əzabı!
  O xütbədən nəql edirlər ki, Allah-Taala öz ərinə əziyyət verən qadının namazını və yaxşı işlərini, bütün günü oruc tutub, gecələri ibadət edib, qulları qulluqdan azad edib, Allah yolunda öz malından  xərcləsə, belə qəbul etməz. O qadın cəhənnəmə daxil olan birinci şəxs olar, məgər ki, öz həyat yoldaşını razı salıb onu sevindirsin və ona kömək etsin.
  Sonra Allahın Rəsulu (s) buyurdu:- Öz həyat yoldaşına əziyyət verən və ona zülm edən kişi üçün də həmin günah və əzab olacaqdır..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.653)
     Günahsız bir şəxsə cinsi töhmətlər vurmağın əzabı!
O xütbənin başqa bir hissəsində buyurur:- Allah- təala pak və iffətli qadın və yaxud kişiyə  töhmət və böhtan deyən şəxsin yaxşı əməllərini batil edər (bütün işlərini savabsız və nəticəsiz qoyar),qiyamət günü yetmiş min mələk qarşısından və arxasından ona taziyanə vurarlar.İlanlar və əqrəblər onun bədənini sancarlar.Sonra onun atəşə atılması əmr olunar.(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.656)
Kişilərə məxsus olan bəzi vəzifələr.
   Kişilərin ən yaxşısı!
   Allahın Rəsulu (s) buyurmuşdur:-Sizlərdən ən yaxşısı o şəxsdir ki,öz həyat yoldaşı və öz qızları ücün yaxşı (xoş rəftar) olsun.(Nəhcül fəsahə,səh.318)
Öz ailəsinə xidmət edən şəxsin savabı!
 Allahın Rəsulu(s) buyurmuşdur:- Öz həyat yoldaşına xidmət etmək böyük gunahların kəffarəsinə səbəb (onların bağışlanmasına ) səbəb olar, Allahın qəzəbini söndürər və hurul eyn mehriyyəsi olar.Yaxşı əməllərin çoxalmasına və dərəcəsinin artmasına səbəb olar.(Cameü ssəadəh,2-ci cild,səh142)
     Qadınların kişilərin boynunda olan bəzi vəzifələri:
   Həvla adında bir xanım Allahın Rəsulundan (s) soruşdu: "Kişilərin boynunda qadınlar üçün hansı haqqlar var?
Buyurdu:-Qardaşım Cəbrayilin arası kəsilmədən mənə qadınlar barəsində xəbərdarlıq etməsi o yerə çatardı ki, mən kişinin qadına uf (incidici kəlmə) deməsini belə caiz olmadığını güman etdim. O mənə xəbər verdi:-Ya Mühəmməd! Qadınlar barəsində Allahdan qorx (qadılarla bəd rəftarlıq etməkdən çəkin).Çünki,onlar yaşayış işlərində sizin köməkçiləriniz və Allah tərəfindən sizə əmanət verilmişlər.Sizin öhdənizdə həqqlər var ki, o həqqləri yerinə yetirmək sizə vacibdir.Onlarla mehribanlıq edin,sizinlə yaşamaqları üçün onları şad edin.  Onlara ehtinasızlıq etməyin, onlara qəzəblənməyin.Onlara verdiyiniz şeylərdən icazəsiz olaraq onlardan almayın.(Mütədrəkül vəsail,təzə çap,14-cü cild,səh.252)
      Həyat yoldaşına sərtlik etməyin əzabı:
  Allahın Rəsulu (s) buyurmuşdur: "Əgər bir şəxsin öz həyat yoldaşına qarşı sərtliyi o yerə çata ki, o qadın özünü xilas etmək üçün malından verməyə hazır ola (ya öz mehriyyəsini bağışlaya) Allah onun əzabında cəhənnəm odundan başqa bir şeyə razılıq verməz, çünki, Allah-təala yetimlər barəsində qəzəbləndiyi kimi qadınlar və (onların hüquqları barəsində) də elə qəzəblənər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.658)
Öz həyat yoldaşını vurmağın əzabı:
 Allahın Rəsulu (s) buyurmuşdur:
"Mən qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmənəm. Öz həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar". (İrşadul qulub (Deyləmi),səh.291)
  Yenə Allahın Rəsulu buyurmuşdur: "Allah-təala öz həyat yoldaşına sillə vuran şəxs üçün atəş xəzinədarına o şəxsə atəşdən olan yetmiş sillə vurmaq üçün əmr edər və sizlərdən hər kişi əlin müsəlman qadının saçına qoya (onun saçını çəkə və qopara) onun əlləri atəşli mıxlarla mıxlanar".(Müstədrəkül vəsail,14-cü cild,səh.250)
   Caiz olmayan işlərdə həyat yoldaşına itaət edən kişinin əzabı:
 Həzrət Əli (ə) buyurmuşdur: "Allah-təala öz həyat yoldaşına caiz olmayan işlərdə itaət edən kişini üzü üstə cəhənnəm oduna atar.
 Sual olundu: hansı itaət və hansı şeylərdə itaət etmək?
Buyurdu:  Qadının ümumi hamamlara (şəri qanunlara riayət olunmayan hamamlar), bəzəkxanalara, toylara və fatihə məclislərinə bədən göstərən (nazik) paltarlar geyib getdiyi halda kişi də onun bu işinə razı ola..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.505 və 506)
   İki arvad arasında ədalətsizliyin əzabı!
Peyğəmbər buyurub:
"İki daimi arvadı olan və onların arasında yaşayış xərci, evlənmə rabitələri və şəriətin qanunlarına əsasən öhdəsində olan məsuliyyət və öhdəçiliklər cəhətindən ədalətsizlik edən şəxs qiyamət günü boynunda zəncir bədəninin bir hissəsi iflic olan şəxs kimi zahir olacaq və nəhayət cəhənnəmə daxil olar..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.650)
Naməhrəm şəxsə əl verib görüşməyin əzabı! 
Allahın Rəsulu (s) buyurmuşdur:"Naməhrəm qadına əl verib görüşmək Allahın qəzəbinə səbəb olar".(Biharul ənvar,104-cü cild,səh.4)
  Günahdan qorunmağın savabı və harama düçar olmağın əzabı:
Allahın Rəsulu (s) ibni Əbbasdan nəql olunmuş və ibarətlərindən bəzisi bu məqalənin əvvəlində qeyd olunmuş xütbənin başqa bir hissəsində buyurur:
"Allah-təala bir qadına və ya kənizə haram yolla əl tapıb ( yəni onun ixtiyarında ola) Allahın qorxusundan haram bir işə düçar olmayan şəxsə cəhənnəm odunu haram edər və onu qiyamət gününün qorxusundan amanda saxlayaraq cənnətə daxil edər.Amma o qadın və ya kənizlə haram işə düçar olduğu halda cənnəti ona haram edib cəhənnəmə göndərər..(Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.651)
    Çirkin əməl olan zina və ləvatın əzabı!
 Yenə həmən xütbədə buyurmuşdur:
"Allah-taala qiyamət günü naməhrəm qadınla (arxadan) ya bir kişi və ya oğlan uşağı ilə yaxınlıq edən şəxsi ölmüş heyvanın leşinin qoxusundanda pis bir qoxu ilə zahir edər. Bütün camaat onun qoxusundan əzab çəkər və sonra isə cəhənnəmə daxil olar... (Səvabul əəmal və iqabul əəmal(tərcumə ilə),səh.646)
Qadınlara məxsus olan bəzi vəzifələr.
    Evdə xidmət edən qadının savabı!
  Allahın Rəsulu buyurmuşdur:
"Allah-təala öz ərinə yeddi günə kimi xidmət edən qadın üçün cəhənnəmdə yeddi qapı bağlayar və cənnətdə səkkiz qapı açar ki, hər hansı birindən istəsə,daxil olar".(İrşadul qulub(Deyləmi),1-ci cild,183)
     Nümunəvi qadınlar:
   Həzrəti Əli Əmirəlmöminin (ə) buyurmuşdur:-Sizin ən yaxşı qadınlarınız beş dəstədirlər:
   Soruşdular:- O beş dəstə hansılardır? Həzrət buyurdu: -Mehriyyəsi az olan, xoş xasiyyət olan, öz həyat yoldaşının qarşısında sözə qulaq asan,itaət edən, həyat yoldaşı ondan narazı olan halda onu razı salmamış, yatmayan qadın. Və həyat yoldaşı evdə olmadığı halda onun malını və namusunu qoruyan qadın.(Frui kafi, Darul əzva capı,5-ci cild,səh.326)
   Nazik (bədən əzalarını göstərən) paltar geyməkdən çəkinmək!
Üsamə ibni Zeyd deyir: Ulu və əziz peyğəmbər (s) Dihyə Kəlbinin Misirdən o həzrət üçün gətirdiyi paltarı mənə hədiyyə etdi və mən onu həyat yoldaşıma geyindirdim.
Bir gün həzrət buyurdu:-O paltarı niyə geyinmirsən? Mən dedim: -Onu öz həyat yoldaşıma geyindirdim.
Buyurdu: -Onda ona o paltarın altından başqa paltar geyməsini əmr et. Çünki, onun bədəninin həcminin bu paltarla məlum olmasından qorxuram.(Əlhicabul əlbani,səh.60)
İslam peyğəmbəri (s) buyurmuşdur:
"Ümmətim axirəz-zamanda libas geyindikləri halda, çılpaq olacaqlar (yəni onların nazik libasları bədənlərini örtməyəcək və haram olan üzvlərini naməhrəmlərdən gizlətməyəcəkdir). Onların başlarının üstə dəvə hürgüclərinə bənzər bir şey olar. (Bəlkədə bu söz qadınların saçlarını başlarının yuxarı hissəsində cəm etmələrinə və bunun kimi müxtəlif saç bəzəmələrinə işarədir). Onlara lənət edin. Çünki, onlar Allahın rəhmətindən uzaqdırlar və cənnətə daxil olmazlar. Hətta çox uzaq məsafədən belə hiss olunan cənnət qoxusunu dərk etməzlər".
Xanımları şalvar geyməyə sövq etmək!
Həzrəti Rəsul (s) bir dəfə öz ətrafındakıların yanında üç dəfə buyurdu:
"İlahi şalvar geyən qadınların günahlarını bağışla".
(Əlbəttə burada söhbət şübhəsiz ki, uzun köynəklərin, mantoların və ya çadraların altından geyilən şalvardan gedir. Bizim zamanımızda dəbdə olan şalvar geyimlərindən deyil!)
Sonra o həzrət buyurdu: "Ey camaat, şalvar geyinin! Çünki, libaslarınızdan bədən örtməklikdə ən yaxşısı odur. Evdən xaric olan zaman qadınlarınızı şalvar geyindirməklə hifz edin".
Naməhrəm üçün bəzənməyin əzabı!
Allahın Rəsulu (s) Hövla adında bir xanıma belə buyurdu:"Ey Hövla, öz bəzək və zinətlərini həyat yoldaşından başqaları üçün aşkar etmə. Qadının əl və ayaqlarındakı zinət əşyalarını öz həyat yoldaşından başqa bir kişi üçün aşkar etməsi dügün deyildir. Və əgər belə etsə, həmişə Allahın lənət və qəzəbinə düçar olacaqdır. Allah ona qəzəb və mələklər ona lənət edərlər. Allah onun üçün çətin və dəhşətli əzab hazırlayar".
Axirəz-zaman qadınlarının nişanəsi və onların əzabı!
Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Allahın Rəsulundan eşitdim ki, buyururdu: "Dövrlərin ən pisi olan axirəz-zamanda və qiyamət gününün yaxınlaşdığı dövrdə bu sifətdə qadınlar meydana gələcək:
1. Geyindikləri halda çılpaqdırlar.
2. Öz zinətlərini naməhrəm kişilərə göstərərlər.
3. Dindən xaric və fitnəyə daxil olarlar.
4. Şəhvətlərə meyl edərlər.
5. Dünya ləzzətlərinə tərəf tələsərlər.
6. Halalları haram edərlər.
Onlar cəhənnəmə daxil olub həmişə orda qalacaqlar".
Naməhrəmlər üçün ətirlənməyin əzabı:
 Allahın Rəsulu (s) buyurmuşdur:
"Özünü xoş iyli şeylərlə ətirləyib evdən xaric olan hər qadına, Allahın mələkləri, o evə qayıdana qədər arası kəsilmədən lənət oxuyarlar".
 İmam Sadiq (ə) buyurmuşdur:
"Özünü ərindən başqa kişilər üçün ətirləyən qadının namazı, özünü cənabətdən yumaq üçün qüsl edən şəxs kimi yumayınca, qəbul olunmaz".
Ərindən icazəsiz evdən xaric olan qadınların əzabı:
 Allahın Rəsulu (s) buyurur:
"Öz həyat yoldaşının icazəsi olmadan evdən xaric olan qadın evə qayıdana qədər və ya yoldaşı ondan razı olana qədər Allahın qəzəbinə düçar olar".
  Əri ilə yersiz olaraq razılaşmayan qadınların əzabı:
 Allahın Rəsulu (s) buyurmuşdur:
"Əgər qadın öz əri ilə xoş davranmazsa, ərinin gətirdiyi halal ruziyə qane olmayaraq, ona qarşı tələbkar olarsa, ərindən, onun gücü çatmayacağı şeyləri tələb edərsə, Allah-Taala o qadının heç bir yaxşı əməlini qəbul etməyəcəkdir. Bu sifətləri tərk edincəyə qədər Allahın qəzəbi ilə birlikdə olacaqdır".
  Yersiz olaraq ərinədn boşanmaq istəyən qadının əzabı:
 Allahın Rəsulu (s) buyurmuşdur:
"Cəhətsiz və üzürsüz olaraq öz ərindən boşanmaq tələb edən qadına cənnət qoxusu haramdır".
    Me`rac  hədisi:
Qadınların günahlarına görə müxtəlif əzabları:
Həzrət Əbdül Əzim Həsəni imam Məhəmmədtəqidən (ə) və o həzrət də hörmətli atalarının vasitəsi ilə nəql edir ki, həzrət Əli (ə) buyurub:
   "Bir gün mən və Fatimə (s) həzrət Rəsulun (s) xidmətinə getdik və o həzrəti çox ağlayan halda gördük.
Soruşdum: "Atam və anam sənə fəda olsun, ağlamağına səbəb nədir?"
Buyurdu: "Ey Əli, mən meraca aparıldığım zaman ümmətimin bir dəstə qadınlarını şiddətli əzabda gördüm. Onların halına təəccüb edib, əzablarının çətinliyindən ağladım:
    Qadınlardan birini saçlarından asılmış və beyni qaynayan halda, birini dilindən asılmış və cəhənnəmin qaynar suyu boğazına tökülən halda, digərini döşlərindən asılmış halda, birini öz bədəninin ətini yeyən halda... başqasını gördüm ki, ayaqları əllərinə bağlanıb, ilanlar və əqrəblər onu əhatə edib,... atəşli tabutda beyni burnundan tökülən və bədəni xora və pisi (dəridə yaranan ağ ləkələr) xəstəliklərindən para-para olan kar, kor, lal qadın gördüm, başqa bir qadını atəşdən olan təndirdə ayaqlarından asılan gördüm, başqa birisini gördüm ki, bədəninin əti hər iki ağzı atəşdən olan qayçı ilə doğranır. Başqa birisinin əl-üzü yanırdı və o öz bağırsaqlarını yeyirdi. Başı donuz başı, bədəni isə ulaq bədəni olan qadına minlərlə əzab olunurdu..."
  Həzrət Fatimə (ə) ərz etdi: "Ey mənim həbibim və ey gözümün işığı!Mənə Allah-Taalanın bu əzabları onlar üçün qərar verməsinə səbəb olan işlərdən və əməllərdən xəbər ver".
 Həzrət Rəsul (s) buyurdu: !Əziz qızım! Saçlarından asılan və beyni qaynayan qadın, saçlarını naməhrəm kişilərdən qorumayan qadındır.
  Dilindən asılan və cəhənnəmin qaynar suyu boğazına tökülən qadın öz dili ilə həyat yoldaşına əziyyət verən qadındır.
   Döşlərindən asılan qadın evlənmə vəzifələrinin yerinə yetirilməsindən boyun qaçıran qadındır.
   Öz bədənin ətini yeyən qadın isə özünü camaat üçün bəzəyən qadınlardandır.
    Ayaqları əllərinə bağlanmış, ilanlar və əqrəblərlə əhatə olunmuş qadın özünü yumayan, libaslarını paklamayan, heyz və cənabət qüslu etməyən, bədənini nəcis şeylərdən təmizləməyən və namazı yüngül sayan qadınlardandır.
   Yanar tabutda beyni burnundan tökülən, bədəni xora və pisi xəstəliklərindən para-para olmuş kar, kor və lal qadın isə, zinadan övlad qazanıb və bu övladı öz həyat yoldaşının boynuna atan qadınlardandır.
   Atəşdən olan təndirdə ayaqlarından asılmış qadın evdən həyat yoldaşının icazəsi olmadan xaric olan qadınlardandır.
   Bədəninin əti qabaqdan və daldan atəşli qayçı ilə doğranan qadın isə, naməhrəm kişilərin ona rəğbət etməsi üçün özünü onlara nümayiş etdirən qadınlardandır.
   Əl-üzü yanan və bağırsaqlarını yeyən qadın, bir-birinə naməhrəm olan qadın və kişini qeyri şəri yolla bir-birinə qovuşduran qadınlardandır.
   Başı donuz və bədəni ulaq olan qadın söz gəzdirən və çox yalançı qadınlardandır..."
    Sonra həzrət Rəsul (s) buyurdu:
"Vay olsun öz həyat yoldaşını qəzəbləndirən qadına və xoş öz həyat yoldaşının razılığını qazanan qadının halına".
Mirəli Vəlizadə

 
Peyğəmbərlər atası-İbrahim peyğəmbər (ə) PDF Print E-mailiniz
Cümə axşamı, 24 Sentyabr 2009 13:09
İbrahim    Bahar gəldi. Dəclə və Fərat çayları su ilə doldu. İnsanlar sevindilər. Onlar Ur şəhərində və Babilin digər yerlərində bayram məclisləri qurdular.
    Bahar çatdıqda insanlar sevinirdilər. Çayların səviyyəsi yuxarı qalxdıqda əkinçilr şad olurdular. İnsanlar sevinirdilər, çünki, əkdikləri məhsulları artacaqdı.
    Ur şəhərinin əhalisi piramidaya bənzər yumurtavari Zəqurə adlı mə`bədlərinə gedirdilər. Onlar özləri ilə nəzir və hədiyyələr aparır, allahlarının, xüsusilə də Mordux allahının qarşısına qoyurdular.
    Babil əhalisi öz bayram məclislərini şəhərdən çöldə gözəl bir yerdə keçirirdilər. Onlar baharın gəlişini bayram edirdilər. Atılıb-düşür, oynayır və yeyirdilər. Bayram məclisi qurtarandan sonra isə öz şəhərlərinə qayıdıb, mə`bədlərinə gedirdilər.
    Mə`bəd, Ur şəhərində Zəqurənin yuxarısında yerləşirdi. Orada sıra ilə allahlar düzülmüşdülər. Bütün o allahların hamısı daşlardan yonulub düzəldilmişdi.
    Babil camaatı günəşə, aya və ulduzlara, həmçinin Zöhrə (Venera) ulduzuna -da ibadət edirdilər. Onlar həmçinin yerə sahib olan padşaha da ibadət edirdilər.
    O zaman, yə`ni dörd min il öncə Kən`an oğlu Nəmrud həmin yerin padşahı və sahibi idi. Bə`zi insanlar ona ibadət edirdilər. Çünki, ondan qorxurdular. O, insanları öldürür, həbsə salır və məhsullarından istədiyi qədər götürüb, mənimsəyirdi.
    Bahar fəslində insanlar öz nəzirlərini götürüb, mə`bədə sarı yollandılar. Özləri ilə keçi balası və buğda sünbülləri aparır və allahlarının yanına qoyurdular. Onlar istəyirdilər ki, allahları onlardan razı olsun, onlara xeyir və bərəkət bəxş etsin.
    Bütün nəzirlər keşişlərə çatırdı. Onlar münəccim idilər. Ona görə də insanlar onlara hörmət edirdilər. Padşah da onlarla məsləhətləşirdi.

    İBRAHİMİN (Ə) DOĞULMASI
    Bir gün mə`bədin keşişləri Nəmrudun yanına gəlib dedilər:
    -Ulduzlar bir körpənin doğulacağından xəbər verirlər. Sənin səltənətin onun əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi:
    -O nə vaxt doğulacaqdır?
   Keşişlər dedilər:
    -Bu il.
    O il Nəmrud əmr etdi ki, doğulacaq bütün oğlan uşaqlarını qətlə yetirsinlər. Həmin ildə Həzrət İbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç kəsin macəradan xəbəri yox idi. Nəmrud o ildə saysız hesabsız körpəni qətlə yetirdi. Analar öz körpələri üçün ağlaşırdılar. Uşaqların bə`ziləri bir neçə aylıq, bə`ziləri bir neçə günlük idilər. Bə`ziləri isə dünyaya gəldikdən yalnız bir neçə saat sonra öldürülürdü.
    Nəmrud deyilən uşaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı. Çünki, bütün oğlan uşaqlarını öldürmüşdü.
    İbrahim (ə) Babilə və Ur şəhərinə yaxın olan Kövsəriyyə şəhərində anadan olub, mağarada böyüdü.
Rəbbimiz onu qorudu. Ona barmağını sovurmağı və bununla qidalanmağı öyrətdi. Nəmrud o uşağı qətlə yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi ki, İbrahim (ə) diri qalsın. O yaşasın və bütpərəstləri Allahın ibadətinə yönəltsin.
    İbrahim (ə) böyüdü. Anası mağaraya tərəf gəldi və övladını öpdü. Onu qucaqladı və sonra evinə apardı. İnsanlar elə bilirdilər ki, İbrahim (ə) iki-üç yaşlı uşaqdır. Amma, halbuki, onun ömründən yalnız bir neçə həftə keçirdi. Ona görə də Nəmrudun əsgər və mə`murları ona toxunmadılar.
   
    BÜTLƏR
    O zaman insanlar bütpərəst idilər. Morduxu allahlar allahı adı ilə, Əyi ədalət və qanun allahı, Sini səma allahı, İştəri və digər allahları sitayiş edirdilər. Onların çoxu Zöhrə ulduzuna, günəş və aya ibadət edirdilər. Orada heç kəs eyib və nöqsanlardan uzaq olan Sübhan Allaha ibadət etmirdi. İbrahim (ə) belə bir zamanda doğulub, böyüdü.
 
    AZƏR
    Azər ulduzşünas bir insan idi. O allahların heykəlini düzəldirdi. Nəmrud Azərlə məsləhətləşirdi. İbrahim (ə) Azərin evində yaşayırdı. Azər onun anasının atası idi. Ona görə də İbrahim (ə) onu ata çağırırdı.
    İbrahim (ə) böyüyüb, cavanlıq yaşına çatdı. Sübhan Allah ona ağıl, düşüncə və iste`dad bəxş etdi. Onun pak və təmiz ürəyi var idi. Ona görə də bütlərə ibadət etmirdi. Onlara iman gətirməmişdi. O təəccüb edirdi ki, insanlar necə öz əlləri ilə yonduqları bütlərə ibadət edirlər?! Allah bunlardan böyükdür.
    İbrahim (ə) şəhərə getdi. O həqiqət axtarışında idi. Gecə çatmışdı. Qaranlıq şəhəri özünə qərq etmişdi. Mə`bəddən savayı heç bir yerdə işıq görünmürdü. Zöhrə ulduzuna pərəstiş edənlər tə`zimlə göyə baxırdılar. Onlar inanırdılar ki, o ulduz onların rəbbidir. Onlara ruzi yetirən, xeyir və bərəkət verən odur.
    İrahim onların yanında durdu. Göyə baxır və həqiqəti axtarırdı. O, həqiqi Allahı axtarırdı. Bu halda ay çıxdı və səmada göründü. Ay öz nuru ilə hər yeri işıqlandırdı. İbrahim (ə) ağıllı bir cavan idi. İnsanları qərq olduqları azğınlıqdan çəkindirmək istəyirdi. Onları başa salmaq istəyirdi ki, Allah böyükdür. Ona görə də onlara dedi:
    -Bu mənim rəbbimdir.
    Zöhrə ulduzuna ibadət edənlər ona sarı dönüb, dedilər:
    -Necə?
    İbrahim (ə) dedi:
    -Sizin ibadət etdiyiniz Zöhrə ulduzu gözlərdən itdi. Amma, həqiqi Allah heç vaxt gizlənib, gözdən itməz.
    Zaman keçdi və ay səmada dolanıb, gözdən itdi. Bir saatdan sonra günəş doğdu. İbrahim (ə) qışqırdı:
    -Bu mənim Rəbbimdir. Bu daha böyükdür.
    Camaatın bə`zisi bu cavanın sözlərinə inandılar. Öz-özlərinə dedilər ki, bəlkə də onun dedikləri doğrudur. Amma, günəş də gözdən itdi. Yenidən qaranlıq hər yeri bürüdü. İbrahim (ə) səmaya nəzər saldı və uca səslə dedi:
    -Mən günəşə ibadətdən uzaqlaşıram. Günəş ibadət olunası allah deyil. Mən günəşi, ayı, Zöhrəni, yeri, göyü və bizim hamımızı yaradan Allaha ibadət edirəm.
 
    İMANLI CAVAN
    Allahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə) sözləri hər yerdə yayıldı. İnsanlar İbrahimin (ə), heç bir ziyan və xeyirləri olmayan qondarma allahları məsxərə etdiyini eşidirdilər.
    İbrahim (ə) böyüdü. O on altı yaşına çatmışdı. Bütün Babil camaatı bilirdilər ki, İbrahim (ə) allahlara ibadət etmir. İnsanların çoxu onun allahları ələ saldığını görmüşdülər.
    Hətta İbrahimin (ə) babası Azər bir gün İbrahimin (ə), onun bütlərindən daha gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, İbrahim (ə) də ona kömək edib, mə`bədi qoruyacaqdır. Amma, İbrahim (ə) yonduğu bütü sındırdı.
    Azər İbrahimin (ə) etdiyi işə çox qəzəbləndi və ona dedi:
    -İbrahim, niyə yonduğun allahı sındırdın? Allahların qəzəbindən qorxmursanmı?
    İbrahim (ə) hörmətlə cavab verdi:
    -Atacan, heç nə eşitməyən, heç nə görməyən və sənin heç bir ehtiyacını tə`min etməyən bütlərə niyə ibadət edirsən? Ata! Şeytana ibadət etmə! Şeytan Allaha itaətsizlik göstərmişdir.
    -Ey İbrahim! Sən mənim allahlarımdan uzaqlaşırsanmı? Əgər işlərindən əl çəkməsən səni daşqalaq edəcəyəm. İndi isə uzun zamana qədər mənim yanımdan get!
    İbrahim (ə) çox ədəbli bir cavan idi. O, babası Azəri çox sevirdi. Onu ata deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaşıb, dedi:
    -Salam olsun sənə! Rəbbimdən sənin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, Allah məni çox sevir.
İbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.
    İbrahim (ə) insanlardan uzaqlaşdı. Yeganə və şəriksiz Allahın ibadəti ilə məşğul oldu. Camaat hər hansı bir münasibətdə mə`bədə gedir və bütlərə ibadət edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, İbrahim (ə) yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.
 
    BAHAR
İbrahim (ə) insanları yeganə Allahın itaətinə hidayət etmək barədə fikirləşirdi. Bütün insanlar büt, günəş, ay və ulduza ibadət və Nəmruda pərəstiş edirdilər. Bahar fəsli çatdı, güllər çiçəkləndi və çayların suyu artdı. Camaaat baharın gəlişinə sevindilər. Onlar baharın gəlişi və ne`mətin bolluğu bayramını keçirməyə hazırlaşdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək üçün şəhərin kənarına gedir, yeyib-içir, atılıb-düşür və oynayırdılar. Daha sonra onlar öz nəzirlərini mə`bəddə allahların yanına qoymaq və hədiyyələri keşişlərə təqdim etmək üçün şəhərə qayıdırdılar.
Camaat şəhərin çölünə getməyə hazırlaşırdı. Amma, İbrahim (ə) hazırlaşmırdı. O bayram mərasiminə getmək barədə heç fikirləşmirdi də. Ona dedilər:
-Ey İbrahim, sən niyə getmirsən?
İbrahim (ə) dedi:
-Mən xəstəyəm.
O, doğru yolu tə`yin edə bilməyən insanlardan ötrü nigaran idi. İbrahim (ə) bütün işlərində onlarla fərqlənirdi. Paltarlarını təmiz saxlayır, dırnaqlarını qısaldır və başının tükünü azaldırdı.
İnsanlar, hətta Nəmrud və bütün keşişlər də bahar bayramını keçirmək üçün şəhərdən çıxdılar. İbrahim (ə) şəhərdə tənha qaldı. Əlinə bir balta götürüb, böyük mə`bədə sarı yollandı. O mə`bəddə hamısı daşdan düzəldilmiş çoxlu allahlar var idi. Allahların bə`zisi kiçik, bə`zisi böyük idi. Orada bütün bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı adlandırırdılar. İbrahim (ə) mə`bədin pillələri ilə yuxarı qalxdı. Mə`bəd tamamilə boş idi. Yalnız bütlər qalmışdılar və iylənmiş ət və qanların qoxusu.
İbrahimin (ə) gözü onlarla qondarma allaha düşdü. O öz-özünə fikirləşirdi: «Görəsən bir insan heç bir ziyan və faydası olmayan bir daşa necə ibadət edir?!»
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmışdılar. Onlar danışmır və heç bir iş görmürdülər.
İbrahim (ə) qəzəblə qışqırdı:
-Niyə xörək yemirsiniz?
Boş mə`bəddə onun səsi əks səda verdi.
-Niyə xörək yemirsiniz?
İrahim uca səslə dedi:
-Niyə danışmırsınız?
Səsi mə`bədin fəzasında fırlandı:
-Niyə danışmırsınız?
İbrahim (ə) yalançı allahları sındırmaq qərarına gəldi. O, insanlara sübut etmək istəyirdi ki, onlar bərk daş parçasından başqa bir şey deyillər.
Ona görə də baltanı qaldırıb, daş allahlara zərbələr endirdi.
Bütlər cavan İbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin üzərinə tökülürdülər. İbrahim (ə) böyük bütə çatdı. Beyninə bir fikir gəldi. Cavan İbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı.
Bütləri sındırdıqdan və mə`bədi daş parçaları ilə doldurduqdan sonra oradan çıxdı. Sanki güclü bir zəlzələ baş vermiş və onları bir-birinə vurmuşdu.
Cavan İbrahim (ə) mə`bəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.
Bahar bayramları sona çatdı. Babil camaatı şəhərə qayıtdı. Gecə çatdı və şəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmışdı.
Onlar böyük mə`bədə sarı yola düşdülər. Onlar özləri ilə məş`əllər, nəzirlər və hədiyyələr aparan uzun karvan formasında mə`bədə gedirdilər. Keşişlər karvanın qarşısında hərəkət edirdilər.
Mə`bədi gördükdə keşişlər qorxdular. Camaat da qorxu ilə baxırdılar. Dağıdılmış allahların mənzərəsi dəhşətli idi. Bütün allahlar daş parçalarına çevrilmişdilər, allahların böyüyündən savayı.
Allahların böyüyü uzun illər idi öz yerində qalmışdı. Amma, bu dəfə çiynində bir balta vardı. Heç kəs nə baş verdiyini soruşmaq üçün allahların böyüyünün yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daşdan başqa bir şey deyildi.
Hay-küy qopdu. Keşişlər bir-birlərindən soruşdular:
-Müqəddəs allahları dağıtmağa kim cür`ət göstərmişdir?
Onların biri dedi:
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun işi ola. Yəqin ki, o cür`ətə gəlib, allahları dağıtmışdır.
-O cavan İbrahimdir. Biz həmişə onun allahları məsxərə etdiyini eşidirik. O deyir ki, bunların xeyir və zərərləri yoxdur.
Keşişlər çox qəzəbləndilər. Onlar ürəklərində İbrahimə qarşı böyük qəzəb tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.

MÜHAKİMƏ
Nəmrud mə`bədə gəldi. Padşahın taxt-tacını hədələyən çox əhəmiyyətli bir hadisə baş vermişdi. Ona görə də Nəmrud İbrahimi (ə) tutmaq fərmanını verdi və mə`bəddə onun mühakiməsini e`lan etdi.
Mə`bəd insanla dolu idi. Qazi (Hakim) Nəmrudun yanında durmuşdu.
Mə`murlar cavan İbrahimi (ə) tutub, qazinin və Nəmrudun yanına gətirdilər. Mühakimə qazinin bu sözləri ilə başlandı:
-Biz bilirik ki, sən bizim allahlarımızı ələ salırsan. Bilirik ki, sən Babil camaatı ilə Bahar bayramında iştirak etməmisən. İndi de görək bizim allahlarımızla kim belə rəftar etmişdir? Ey İbrahim, bizim allahlarımızı sənmi belə etmisən?
İbrahim (ə) sakitcə dedi:
-Bunları bütlərin böyüyü etmişdir. Əgər danışa bilirsə ondan soruşun!
İnsanların hamısı allahların böyüyünə baxırdılar. Onun çiynində bir balta vardı. Amma, heç nə danışmırdı. Qazi dedi:
-Sən bilirsən ki, bu allahlar danışmaq iqtidarında deyilllər. Onlar cavab verə bilməzlər.
Bu zaman İbrahim (ə) dilləndi:
-Bəs elə isə siz niyə öz əllərinizlə yonduğunuz bütlərə ibadət edirsiniz? Siz niyə görə heç bir xeyir və ziyanı olmayan, danışa bilməyən, sizin nəzir və hədiyyələrinizi qəbul etməyən daş bütlərə ibadət edirsiniz?
Mə`bəddə olanların hamısı başlarını aşağı saldılar. Hətta qazi də başını aşağı saldı.
Öz-özlərinə dedilər: ”İbrahim (ə) doğru deyir. Daş necə Allah ola bilər. Ruhu və canı olmayan cansız heykəllərə necə ibadət edirik?»
Keşişlər qəzəbələndilər. Çünki, insanların hər şeyi bilmələri onların xeyirinə deyildi. Bu zaman onların hakimiyyət və nüfuzları sona çatardı. Ona görə də qışqırdılar:
-İbrahimin (ə) müqəddəs allahların başına gətirdiyi işlə onu necə bağışlayırsınız? Necə İbrahimlə keçinirsiniz? O bizim allahlarımızı, bizə xeyir və bərəkət verən allahlarımızı sındırmışdır.
Nəmrud keşişlərin yanında durdu. O, onun hakimiyyətini sona çatdıracaq bir uşağın təvəllüdü barəsində onların söylədiklərini yadına saldı. Qəzəblə qışqırdı:
-İbrahimin (ə) etdiyi günahdır! O cəzalanmalıdır.
Camaat Nəmruda hörmət və onun sözlərini təsdiq əlaməti olaraq ayağa qalxdılar.
Nəmrud dedi:
-Biz müqəddəs allahlarımızı qorumalıyıq. İbrahim (ə) oda atılmaqla cəzalanmalıdır.
Bütün insanlar, hətta babası Azər də İbrahimin (ə) əleyhinə şüar verirdi. Orada İbrahimdən ötrü narahat olan çox az insan da var idi: o cümlədən İbrahimin (ə) xalası qızı Sara və Lut.
Sara İbrahimin (ə) sözlərinə iman gətirmiş cavan və ağıllı bir qız idi. Lut da yeganə və şəriksiz Allaha və İbrahimin (ə) risalətinə iman gətirmiş insanlardan idi.
İbrahim, mühakimə zamanı çatana qədər zindana atılmışdı. İbrahimin (ə) yandırılması üçün nəzərdə tutulan alov çox böyük idi. Ona görə də odun toplamağa başladılar.
Günlər ötürdü. Onlar odun toplamaqla məşğul idilər. Bütün bütpərəstlər özlərinin dağıdılmış allahlarının intiqamını almaq üçün odun toplantısında iştirak edirdilər. Bu zaman Nəmrud yeganə Allah haqında İbrahimlə mübahisə etmək qərarına gəldi.
İbrahim (ə) Nəmrudun sarayına gəldi. O, Nəmrudun qarşısında durdu. Amma, nə tə`zim etdi və nə də səcdə elədi. Nə ona baş əydi və nə də təslim oldu.
İbrahim (ə) Allahdan başqa heç kəsdən qorxmurdu. O, Sübhan Allahdan başqa heç nəyə pərəstiş etmirdi.
Nəmrud məğrur halda dedi:
-Ey İbrahim, sənin ibadət etdiyin bu Allah kimdir?
İbrahim (ə) dedi:
-Mən ölüləri dirildən və diriləri öldürən Allaha ibadət edirəm.
Nəmrud təkəbbürlə dedi:
-Mən də öldürüb, dirildirəm.
Nəmrud əllərini bir-birinə vurub, uca səslə dedi:
-Bir dustaq və bir nəfər də ölümə məhkum olanlardan bura gətirin!
Mə`murlar o iki nəfəri zəncirlə gətirdilər. Nəmrud cəllada dedi:
-Bu dustağın boynunu vur və bu ölümə məhkum olan insanı azad et!
Sonra üzünü İbrahimə tutub dedi:
-Gördün ki, mən həqiqətən də dirini öldürüb, ölünü dirildirəm?!
İbrahim (ə) bu mövzuda Nəmrudla mübahisə etməkdən çəkindi. Çünki, Nəmrudun etdiyi iş düzgün deyildi. Ona görə də İbrahim (ə) Nəmruda dedi:
-Mənim ibadət etdiyim Allah günəşi elə yerləşdirib ki, şərqdən doğur. Sən onu qərbdən doğura bilərsənmi?
Nəmrud İbrahimin (ə) sualından cavabsız qaldı. Çünki, heç vaxt heç kəsin belə bir iş görməyə qüdrəti yoxdur. Ona görə də kafir Nəmrud mat-məəttəl qaldı və heç bir söz demədi.

DÖRD QUŞ
Nəmrud yenidən İbrahimlə mübahisə etmək qərarına gəldi. Ona demək istəyirdi ki, mən dirildib, öldürürəm. Amma, sənin Rəbbinin belə işə qüdrəti çatmır. Yalnız sən onun barəsində belə düşünürsən. Yenidən İbrahimi (ə) zindandan çıxarıb, Nəmrudun yanına gətirdilər. Nəmrud İbrahimə dedi:
-Sən demədinmi ki, Rəbbin dirildir və öldürür? Elə isə onu mənə göstər!
İbrahim (ə) səmaya üz tutub dedi:
-Mənim Rəbbim istədiyi hər bir işə qadirdir.
O, əllərini göyə qaldırıb dedi:
-İlahi ölüləri necə diriltdiyini mənə göstər!
Allah buyurdu:
-Ey İbrahim, yoxsa imanın yoxdurmu?
İbrahim (ə) dedi:
-Niyə? Mən iman gətirmişəm. Amma, ürəyimin rahat və arxayın olmasını istəyirəm.
Allah ona vəhy etdi ki, dörd quş tutub, onları öldürsün. Sonra isə onların ətlərini bölüb, dörd dağın zirvəsinə qoysun. İbrahim (ə) bıçağı götürüb, dörd quşun başını kəsdi. Onların ətlərini dörd dağın başına qoydu.
Allahdan başqa heç kim ölmüş quşları yenidən həyata qaytara bilməz. İnsana, heyvana, bitkilərə yaşayış və həyat bəxş edən Allahdan başqa heç kəs buna qadir deyil.
İbrahim (ə) dağların arasında dayanıb, ucadan dedi:
-Ey ölmüş quşlar! Allahın əmri ilə mənim yanıma gəlin!
Bu zaman qəribə bir hadisə baş verdi. Quşların başı onların bədənlərinə, qanadları əvvəlki yerlərinə qayıtdı. Onlar dirildilər. Ürəkləri döyünməyə başladı. Qanad çalıb, uçmağa başladılar. Sonra isə İbrahimin (ə) ayağının yanında yerə qondular. İbrahim (ə) yaradan və qüdrətli Allaha səcdə etdi. Amma, Nəmrud yenidən küfr etdi. O fərman verdi ki, İbrahimi (ə) yenidən zindana salsınlar.

BÖYÜK ALOV
Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında mə`lumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük alov şö`ləsini yaratmaq fikrində idilər. Bunların hamısı İbrahimin (ə) cəzasına görə idi. O, onların yalançı allahlarını dağıtmışdı. Onlar bir aydan çox şəhərin çölündə odun topladılar. Bir aydan artıq odunlara qır artırdılar və onlara neft tökdülər.
Odun bağlamalarını şəhərin çölünə daşıyan Babil camaatının get-gəl mənzərəsi çox adi idi.
Allahların qarşısında tə`zim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı odun toplantısında iştirak edirdilər. Onlar bunun vasitəsi ilə allahlarının onlara xeyir və bərəkət əta etmələrini istəyirdilər.
Hökmü icra etmək günü çatdı. Nəmrudun mə`murları İbrahimin (ə) qollarını bağlayıb, şəhərdən çıxardılar. Babil əhalisi cavan İbrahimin (ə) barəsində olan hökmün icrasına tamaşa etmək üçün şəhərdən çıxdılar. Keşişlər gəlib, alovu yandırdılar. Alov tezliklə odunlarda şö`lələndi. Çünki, neft və qır tökməklə odunlar islanmışdılar. Alov odun dağında zəbanə çəkdi. Alov şö`lələrinin hündürlüyü onlarla metr yuxarı çatırdı. Babil əhalisi qaçıb, geri çəkildilər. Onlar alovun onları yandırmasından qorxurdular.
İbrahim (ə) sakitcə alova tamaşa edirdi. Onun Allaha imanı var idi və Allahdan başqa heç kəsdən qorxmurdu. İbrahimin (ə) əllərini bağlamışdılar. Keşişlər belə güman edirdilər ki, İbrahim (ə) o böyük alovu gördükdə üzr istəyəcək, allahlara səcdə edib, keşişlərdən əfv olunmasını istəyəcəkdir. Amma, cavan İbrahim (ə) arxayın və rahat idi. O sükutla öz taleyini gözləyirdi. Bu zaman onlar üçün böyük bir çətinlik qarşıya çıxdı. Bu çətinlik İbrahimi (ə) necə alova atmaq məsələsi idi. Çünki, heç kəs o böyük alova yaxınlaşa bilmirdi. Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı.
Keşişlər toplaşıb, problemi həll etmək üçün çarə fikirləşirdilər. Onların birinin ürəyinə şeytani bir fikir gəldi. O dedi:
-Onu mancanağa qoyarıq.
Keşiş yer üzərində mancanaq planını çəkdi. Bu, şeytani bir fikir idi. Mancanaq İbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı.
Fəhlələr bu yeni kəşfi düzəltməyə başladılar. Mancanaq hazırlandı. Onlar İbrahimi (ə) gətirib, mancanağa qoydular. İbrahim (ə) tamamilə arxayın və soyuqqanlı idi.
İnsanlar cavan İbrahimə baxıb, onun dözümünə və mübarizliyinə heyrət edirdilər. Həmin həssas anlarda bir mələk İbrahimin (ə) yanına enib, ona dedi:
-Bir şeyə ehtiyacın varmı?
İbrahim (ə) böyük Allahdan savayı heç bir şey barədə fikirləşmirdi və heç kəsdən bir şey istəmirdi. Onun istəyi yalnız böyük Allahdan idi. Ona görə də mələyə dedi:
-Mənim Allahdan başqa heçə kəsə ehtiyacım yoxdur. Heç kimdən bir şey istəmirəm.
Allah-təala İbrahimi (ə) imtahan etdi. Onun imanını və ixlasını yoxladı. İbrahim (ə) mö`min və ixlaslı bir insan idi.
Mə`murlar mancanağın ipini çəkdilər. İbrahim (ə) bir anda göyə tullandı və çox əzəmətli bir alovun içinə düşdü.
Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmışdır. Alova yandırmaq qüvvəsini verən Allahdır. Elə həmin Allah da ondan yandırmaq qüvvəsini almağa qadirdir.
Allah-təala alova vəhy etdi:
-Ey alov! İbrahim (ə) üçün sərin və gülüstan ol!
Alov hələ də şö`lələnirdi. Amma, özünün yandırmaq qüdrətini əldən vermişdi.
Alov İbrahimə heç bir zərər yetirmədi. Yalnız əl-qolunu bağladıqları ipləri yandırdı.
Alovun İbrahimin (ə) düşdüyü hissəsi gözəl və güllü bir bağa çevrilmişdi. Amma, hər tərəfdən alov onu əhatə etmişdi. Alov şö`lələnir və göyə zəbanə çəkirdi. Amma, İbrahim (ə) üçün soyuq və gülüstan olmuşdu.
Allah-təala İbrahimi (ə) yoxladı. İbrahimin (ə) iman dərəcəsini bilirdi. Ona görə də onu daha da əzizlədi, xilas etdi və düşmənlərinə qalib etdi.
Nəmrud alovun sakitləşməsini gözləyirdi. O, İbrahimin (ə) taleyini görmək və ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir neçə gün eləcə yanıb, şö`lələndi. Amma, get-gedə zəifləyib, söndü. Nəmrud İbrahimin (ə) başına gələnləri görmək üçün alova sarı getdi. O fikirləşirdi ki, görəsən İbrahim (ə) külə çevrilmişdirmi? Amma, o və bütün Babil əhalisi təəcübləndilər. Hamı anladı ki, İbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona görə də İbrahimdən əl çəkib, onun azad yaşayışına mane olmadılar.

KÖÇ
İbrahim (ə) illərlə bu vəziyyətdə yaşadı. O, imanlı xalası qızı Sara ilə evləndi. Sara varlı, mülkü və heyvanları bir qız idi. Onların hamısını həyat yoldaşı İbrahimə hədiyyə etdi.
İbrahim (ə) yerdə əkinçilik işi ilə məşğul idi. Öz heyvanlarını otarırdı. Onun tarlaları ürəyi istəyən qədər məhsul verirdi. Heyvanları artırdı. Allah onlara xeyir və bərəkət vermişdi. O, səxavətli, bağışlayan, qonaqpərvər, kasıb və yoxsulları sevən bir insan idi. Beləliklə İbrahim (ə) öz tayfası arasında yaşadı. Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. Keşişlər İbrahimdən razı deyildilər. Nəmrud öz taxt-tacından ötrü qorxurdu. Ona görə də İbrahimi (ə) Babil torpaqlarından çıxarmaq qərarına gəldi.
Nəmrud fərman verdi ki, İbrahimi (ə) Babil torpaqlarından çıxarsınlar və onun bütün mal-qaraları mənimsənilsin. O belə güman edirdi ki, bütün heyvanlar Babilin hakiminə məxsusdur.
İbrahim (ə) onlara dedi:
-Əgər mənim bütün mal-mülkümü almaq istəyirsinizsə onda bu torpaqlarda sərf etdiyim ömrümü mənə qaytarın!
Şikayət Babilin qazisinin yanına getdi. Qazi əmr etdi ki, İbrahim (ə) hər şeyini Babilin hakiminə verməlidir. Əvəzində isə padşah İbrahimin (ə) onların torpağında sərf etdiyi ömrü ona qaytarmalıdır.
Ona görə də Nəmrud öz sözünü geri götürdü və İbrahimə mal qoyunları ilə birgə o torpaqdan köçmək icazəsini verdi. İbrahim (ə) Babil torpaqlarını tərk etdiyi zaman deyirdi: «Mən öz Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcəkdir».
O başqa bir məmləkətə getdi: Onları yeganə Allaha ibadətə və bütpərəstlikdən çəkinməyə də`vət etmək üçün. O, insanları sevirdi. Onların xoşbəxt yaşamasını istəyirdi. Ona görə də Babil torpaqlarından çıxıb, Fələstinə sarı yollandı.

HACƏR
İbrahim (ə) öz həyat yoldaşı Sara və Lutla birgə qibtlilərin ölkəsinə çatdı. Orada İbrahim (ə) öz mallarının 10%-ni padşaha verməli idi. Yalnız bundan sonra o torpaqlara daxil olmaq icazəsi ala bilərdi.
Vergi rəisi Saranın gözəlliyini və camalını gördükdə onu hakimin yanına apardı. İbrahim (ə) əsəbləşdi. O, vergi rəisinə təklif etdi ki, bütün mallarını verməyə hazırdır, amma, heç vaxt Saranın aparılmasına icazə verməyəcəkdir. İbrahim (ə) ona dedi:
-Mən öz şərəf və namusumu müdafiə etmək üçün son nəfəsimə qədər mübarizə aparacağam.
Vergi rəisi qibtlilərin padşahını məsələdən xəbərdar etdi. Padşah əmr etdi ki, Saranı və İbrahimi (ə) onun yanına gətirsinlər. Qibtlilərin padhaşı Saranı gördükdə ona gözü düşdü. Ona yiyələnmək istədi. İbrahim (ə) yalqız idi. O çox kədərləndi. Ona görə də üzünü çevirdi ki, başqasının onun yoldaşının bədəninə əl vurmasını görməsin.
İbrahim (ə) Allahı çağırdı ki, Saranı padşahın şərindən qorusun. Allah onun duasını qəbul etdi. O, İbrahimi (ə) qalib etdi. Padşahın əli qurudu.
Padşah Saranın bədəninə toxuna bilmədi. Bildi ki, İbrahimin (ə) Allahı onu bu işdən saxlamışdır. Ona görə də İbrahimə dedi:
-Sənin Allahınmı məni belə etdi?
-Bəli. Mənim Allahım qeyrətlidir.
Padşah dedi:
-Allahın da qeyrətlidir və sən də qeyrətlisən. İndi Allahından istə ki, mənim əlimi əvvəlki vəziyyətinə qaytarsın. Daha heç vaxt belə iş görmərəm.
İbrahim (ə) padşahın əlini ona qaytarmaq üçün Allaha dua etdi.
Allah-təala onun əlini əvvəlki vəziyyətinə qaytardı. Ondan sonra qibtlilərin padşahı İbrahimə və onun həyat yoldaşına hörmətlə baxırdı. Ona görə də ona xidmətçilik etsin deyə, Saraya Hacər adlı cavan bir qız hədiyyə etdi.

FƏLƏSTİN
İbrahim (ə) Fələstin torpaqlarına yollandı. Ölü dənizin sahillərinə çatdıqda, xalası oğlu Lutu Sədum torpaqlarında qoydu. Ona tapşırdı ki, oranın əhalisini Allahın dininə və düzgün əməllərə də`vət etsin. Sonra isə öz yolunu davam etdirdi. Nəhayət, bu gün Fələstində Əlxəlil adlandırılan torpağa çatdı.
Bir neçə il keçdi. İbrahim (ə) Fələstin torpaqlarında yaşayırdı.

İSMAYIL
Allah-təala İbrahimə övlad verməmişdi. Çünki, onun həyat yoldaşı Sara doğmaz qadın idi. Ona görə də Sara fikirləşdi ki, öz kənizi Hacəri ərinə bağışlasın. İbrahim (ə) onunla evlənsin və Allah ondan İbrahimə övlad versin.
Yaşı yetmişi ötmüş İbrahim (ə) Hacərlə evləndi. Nəticədə İsmayıl doğuldu. Allah-təala İbrahimə fərman verdi ki, Hacəri və İsmayılı götürüb, Hicaz torpağına getsin. İbrahim (ə) Allahın fərmanını yerinə yetirdi. O, həyat yoldaşı Hacər və oğlu İsmayılı götürüb, cənuba doğru yola düşdü.
O, geniş, quru, su və otsuz səhraları qət edirdi. Hər dəfə göyə baxdıqda mələklər xəbər verirdilər ki, hələ nəzərdə tutulmuş torpağa çatmamısan.
Uzun müddət keçdikdən sonra İbrahim (ə) su və otsuz quru səhraya çatdı. Ora quru bir dərə idi. Orda heç növ ağac və su yox idi. Qum və daşlarla dolu idi. Su və otsuz quru dağlar oranı əhatəyə almışdı.
Mələk enib, İbrahimə xəbər verdi ki, müqəddəs torpağa çatmışdır. O Hacər və İsmayılı burada qoyub Fələstinə qayıtmalıdır.
İbrahim (ə) Allaha itaətdən başqa heç bir şey fikirləşmirdi. Hacərin və İsmayılın orada qalma mənzərələri çox ağır idi. Bir qadın öz körpəsi ilə quru və susuz yerdə qalmalı idi. İbrahim (ə) yoldaşı Hacərlə vidalaşdı. Südəmər körpəsi İsmayılı öpüb, getdi.
Hacər həyat yoldaşına dedi:
-Bizi bu qorxulu yerdə yalqızmı qoyursan?
İbrahim (ə) kədərlə dedi:
-Allah mənə belə fərman vermişdir.
Hacər Allaha və əri İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın idi. Ona görə də arxayınlıqla dedi:
-Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır. İbrahim (ə) getdi. O , Fələstinə qayıtdı. Amma, Hacər və övladı İsmayıl yalqız halda quru və susuz dərədə qaldılar.

İSHAQ
İbrahim (ə) və Sara yaşlaşıb, qocalmışdılar.
İbrahim (ə) təkbaşına xörək yemək istəmirdi. O çox qonaqpərvər idi. Özü şəxsən qonaqlara qulluq edərdi. Onlar üçün ləzzətli xörəklər gətirərdi. Bir gün onun evinə üç qonaq gəldi. Onlar ədəblə İbrahimə salam verdilər.
İbrahim (ə) dərhal öz qoyun sürüsünə tərəf getdi. Kök bir qoç seçib, başını kəsdi. Onlar üçün ləzzətli xörək hazırladı. Lakin, bu zaman maraqlı bir hadisə baş verdi. İbrahim (ə) gördü ki, qonaqları xörək yemirlər.
İbrahim (ə) qorxdu. Qonaqlar ona dedilər:
-Ey İbrahim (ə) qorxma! Biz mələyik. Allah bizi Sədum əhalisini cəzalandırmaq üçün göndərmişdir.
Bu zaman İbrahim (ə) arxayın oldu. O, Sədum əhalisinin taleyi barəsində fikrə getdi. O mələklərlə söhbətə başladı. Onlara dedi:
-Lut Sədum şəhərində yaşayır.
Mələklər dedilər:
-Biz orada kimlərin yaşadığını yaxşı bilirik. Allah bizə fərman vermişdir ki, o şəhəri dağıdaq. Lut və onun qızlarından savayı bütün əhalisini həlak edək.
İbrahim (ə) insanların hidayət olunmasını istəyirdi. Ona görə də mələklərdən möhlət istədi. Amma, mələklər Allahın elçiləri idilər. Onlar Allahın iradə və istəyini icra etmək üçün gəlmişdilər.
Sədum əhalisi kafir idilər və həmişə pis və xoşagəlməz işlər yerinə yetirirdilər. Onlar yolçuların yolunu kəsir, Lut peyğəmbərə əzab-əziyyət verirdilər.
Ona görə də mələklər İbrahimə dedilər:
-Ey İbrahim (ə), bu sözlərin faydası yoxdur. Artıq Allahın fərmanı çatmışdır.
İbrahim (ə) mələklərin niyə bura gəldikləri barədə fikirləşməyə başladı.
Mələklər İbrahimə xəbər verdilər ki, Allah qoca həyat yoldaşından ona övlad verəcəkdir.
Bu müjdəni eşidən Sara təəccübləndi:
-Bu, çox maraqlı bir məsələdir. Məndən necə uşaq doğula bilər? Mən doğmaz bir qadınam. Ərim də qoca kişidir.
Mələklər Saraya dedilər:
-Allahın fərmanınamı təəccüb edirsiniz? Bu, Allahın siz Əhli-beytə olan rəhmət və bərəkətlərindəndir. Həqiqətən o, tə`riflərə layiq və ucadır.
Sara və İbrahim (ə) sevindilər. Amma, İbrahim (ə) Lutun qövmü üçün nigaran idi. Allahın əzabı və qəzəbini onlardan uzaqlaşdırmaq istəyirdi. Amma, mələklər ona dedilər ki, Allah-təala onların, peyğəmbərləri Luta elədikləri əzab və əziyyətlərə, kin və fəsadlarına görə qəzəbini endirmişdir.
Mələklər Sədum torpağındakı tapşırığı icra etmək üçün İbrahimin (ə) evindən çıxıb, o diyara yollandılar.

KƏ`BƏ EVİNİN TİKİLMƏSİ
İbrahim (ə) övladı İsmayılı görmək üçün Hicaz torpağına yollandı. İsmayıl cavanlıq yaşına çatmışdı. O, Hicaz torpağında Curhum adlı ərəb qəbiləsinin arasında yaşayırdı.
İbrahim (ə) və İsmayıl (ə) orada Allah evini tikdilər. Dünyada tövhid və allahpərəstlik nişanı olmaq üçün...
Beləliklə Kə`bə Allah-təalanın fərmanı ilə insanlar üçün tikilən ilk ev idi. Orada əlamət və nişanlar və İbrahimin (ə) məqamı vardır. Oraya daxil olan hər bir insan toxunulmaz idi.
İbrahim (ə) və İsmayıl evin tikintisini başa çatdırdıqdan sonra dedilər:
«İlahi! Bu işi bizdən qəbul et! Həqiqətən sən eşidən və bilənsən».
Allah-təala öz evinin binası üçün quru, ot və susuz bir yer seçmişdi. Ev tikildikdən sonra cənnətdən «Həcərul-əsvəd» (qara daş) göndərdi. O gündən e`tibarən Kə`bə, tövhid və təkallahçılıq əlaməti kimi tanındı.

SONUNCU İMTAHAN
İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi. Səfa və Mərva dağları arasında sə`y (iti yeriş) mərhələsinə çatdıqda İbrahim (ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı.
İbrahim (ə) bütün xatirələri yada salıb, kədərlənirdi. O, bir neçə gün qabaq gördüyü yuxunu xatırladı. Həmin yuxuda övladının başını kəsdiyin və qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü.
Peyğəmbərlərin yuxusu doğrudur. Bunun mə`nası o idi ki, Allah-təala oğlu İsmayılı qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq istəyir.
Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi.
Atasını fikirli görən İsmayıl dilləndi:
-Atacan, niyə səni qəmli görürəm?
İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi:
-Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mə`nasını bilirsənmi?
-Məni qurbanlıq edirsən?
-Hə, oğlum! Fikrin nədir?
Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin.
Allah-təala yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə də imanlı cavan olan İsmayıl dedi:
-Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm.
İbrahim (ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda İbrahim (ə) ondan uzaqlaşdı.
İbrahim (ə) saleh və mö`min cavan olan övladı İsmayılı çox sevirdi. Lakin, Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi.
İbrahim (ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi. Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə bir mənzərəni görmək iqtidarında deyildi.
Ona görə də atasına dedi:
-Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir.
İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü.
İsmayıl başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu. İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı  boynu günəşin nuru altında göründü.
O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi:
«Ey İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən».
İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü.
İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar.
Bu gün biz baş qırxdıqda və özümüzü çirkabdan yuduqda, öz dırnaqlarımızı qısaldıb, övladlarımızı sünnət etdirdikdə, həqiqətdə atamız Həzrət İbrahim Xəlilin (ə) yolu ilə getmiş oluruq. İbrahim (ə) bu işləri bizə tə’lim edən insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmişdir.
Biz Yəhudilik, Xristianlıq və İslam dininə nəzər saldıqda onların ardıcıllarının Allaha inandıqlarını görürük. Unutmamalıyıq ki, bütün bunlar Həzrət İbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki, Allah-təala İbrahimi (ə) peyğəmbər olaraq seçdi və sonra onu imam və rəhbər etdi. O, peyğəmbərlik və rəhbərliyi onun övladlarına da bəxş etdi. Musa və İsa İbrahimin (ə) oğlu olan İshaqın övladlarından, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və Əhli-beyt imamları isə İbrahimin (ə) oğlu olan İsmayılın nəslindəndir.
Buna görə də biz bə`zən belə deyirik:
«İlahi! İbrahim və onun ailəsinə gönərdiyin kimi, Məhəmməd və onun ailəsinə də salavat və salam göndər. Həqiqətən sən tə`riflərə layiq və ucasan».

XƏLİL
Allah-təala İbrahimi (ə) imanlı və həqiqi bəndə kimi gördükdə ona fərman verdi ki, özünün müqəddəs zatından savayı heç kəsdən qorxmasın. Ona görə də Allah İbrahimi (ə) Xəlil və dost olaraq seçdi. Buna görə ona Xəlilur-Rəhman (Allahın dostu) ləqəbi verildi.
İbrahim (ə) yüz iyirmi ildən artıq ömür sürdü.
O, yaşlı bir qoca olmuşdu. Daha Hicaza gedib, Allahın evini ziyarət etmək və övladı İsmayılı görmək taqəti yox idi. Ona görə də övladı İsmayıl atası Xəlilür-Rəhmanı görmək üçün Fələstinə gəldi.
Həmin zaman İbrahim (ə) xəstələndi. Qocalığın zəifliyi onu taqətdən saldı. İbrahimin (ə) dünyadan köçmə zamanı çatdı. O, cihad, mübarizə və insanları Allaha doğru də`vət etmək yolunda keçirdiyi uzun müddətli ömürdən sonra rahatlıq mərhələsinə çatmışdı. Beləliklə İbrahim (ə) öz Xəlili, dostu və mə`buduna sarı səfər etdi.
O həzrət, övladları İsmayıl və İshaqdan bəşəriyyəti yeganə Allaha pərəstişə də`vət işlərində yorulmamaqları barədə əhd aldı. Sonra isə ruhu Mələkut aləminə doğru qanad çaldı. Allah-təaladan istəyirik ki, mübariz insanları Fələstinin, Qüdsün və Məscidül-Əqsanın azadlığı yolunda kömək etsin və biz atamız İbrahimin (ə) Əlxəlil şəhərindəki müqəddəs qəbrini ziyarət edək.
İlahi, İbrahim (ə) və onun ailəsinə göndərdiyin kimi, Məhəmməd və onun ailəsinə salavat və salam göndər. Həqiqətən, sən təriflərə layiq və ucasan!
 
Kamal əs-Seyyid
 
Qoca və uzunqulaq (hekayə) PDF Print E-mailiniz
Çərşənbə, 16 Sentyabr 2009 00:12
    Zahir sobanın kənarında yumaq kimi yığılmış atasına baxıb dedi:
    -Bəsdir, ay kişi, deyirəm sabah itirəcəm, deməli itirəcəm. Mən qış uzunu xeyirverməzi nə üçün yedirtməliyəm axı? Pulu çöldən tapmamışam ki, boş yerə xərcləyəm.
    Salam kişi oğlunu yuxarıdan aşağı süzüb dedi:
    -Ay bala, bu çovğunda dilibağlı heyvanı hara buraxırsan? Yırtıcılara yem etmək istəyirsən? Yazıq heyvan bütün ömrünü yükümüzü daşıyıb, işlərimizi görüb. İndi isə qocalıb əldən düşüb. Allahdan qorx bala, daşın bu işdən. Bir çəngə otla bir şey olmaz bizə.
    Sözünü bitirən Salam kişi fikrə getdi. Görəsən oğlu onun da barəsində belə fikirləşirdi?! Axı o da qocalıb əldən düşmüşdü. Zahir dodaqaltı mızıldandı:
    -Sən nə deyirsən de, amma mən bildiyimi edəcəm - sonra yorğanı başına çəkib yatdı. Qoca fənəri götürüb həyətə düşdü. Qapını qar tutmuşdu. Salam kişi güclə qapıdan çıxdı. “Qocalıq, qocalıq” deyə-deyə uzunqulaq olan tövləyə gəldi. Tövlənin qapısını açdı. Yaşı ötmüş uzunqulağa baxıb öz-özünə dedi:
    -Səni yırtıcılara vermərəm, arxayın ol!
    Sonra uzunqulağa bir çəngə ot atdı. Uzunqulaq otu yeyirdi. Oğlu deyən qədər də əldən düşməmişdi, hələ istifadə etmək olardı.
    Soyuq qış gecələrindən biri də belə keçdi. Səhər açıldı. Zahir isti yataqdan qalxmaq istəmirdi. Soba tamam sönmüş, ev buzxanaya dönmüşdü. O, atasının şirin yuxuda olduğunu görüb tez yerindən qalxdı. Yer buz kimi idi. Əvvəlcə qurumaq üçün sobanın yanına qoyduğu corablarını ayağına taxdı. Şalvarı əyninə çəkib kürkünü çiyninə atdı. Uzunboğazlarını ayağına keçirib eşiyə çıxdı. Ac qarına bir siqaret yandırıb, tüstüləyə-tüstüləyə uzunqulaq olan tövləyə sarı addımladı. Atasının yuxuda olmasını fürsət bildi. Uzunqulağı azdırmaq üçün onun ipindən tutub meşənin içinə yollandı.
    Salam kişi gecəni ibadətlə məşğul olduğundan yuxudan azca gec ayıldı. Ayaqyolu üçün bayıra çıxdı. Bu anda meşədən gələn qaraltı diqqətini cəlb etdi. Gələn oğlu idi. Ayaqyolundan çıxdıqdan sonra əl-üzünü yudu. Sonra köhnə dostuna baş çəkmək üçün tövləyə getdi. Bu vaxt Zahir artıq evə çatmışdı. O, atasının tövləyə getdiyin gördü. Bildi ki, atası qayıdıb onu tutduğu iş üçün danlayasıdır. Aradan çıxmaq üçün fürsəti qənimət bilib həyat yoldaşına dedi:
    -Atam soruşsa, mən şəhərə bazarlığa gedirəm.
    Həyat yoldaşı soruşdu:

    -Bəs yemək yemirsən?
    Zahir “yox” deyib tələsik evdən çıxdı. Salam kişi səhərlər hərdənbir uzunqulağa baş çəkərdi. Amma bu gün ürəyinə nəsə dammışdı. O, tövləyə çatıb qapını açdı. Köhnə dostunu yerində görməyib narahat oldu. Tələsik evə qayıtdı. “Zahir, Zahir” - deyə səslədi. Gəlin cavab verdi ki, Zahir bazarlıq üçün şəhərə gedib. Salam kişi tələsik kəndə gedən yola qaçdı. Zahir artıq gözdən itirdi. Kişi nə qədər “Zahir, Zahir” səslədisə, qocanın zəif səsini eşidən olmadı. Kor-peşman geri qayıtdı. Uzunqulağa görə çox narahat olmuşdu. Nəsə etmək lazım idi. Bu fikirlə birdən “inşallah tapacam” deyib ayağa qalxdı. Toz basmış tüfəngini çiyninə salıb uzunqulağın arxasınca meşəyə yollandı. Ömrünü meşədə keçirmiş meşəbəyi qocalıb əldən düşsə də, meşəylə necə davranmağı yaxşı bilirdi. Güclü qar yağdığından uzunqulağın ayaq izləri qarın altında qalmışdı. Bunun üçün kəsə yollarla bütün meşəni axtarmaq qərarına gəldi. Nəhayət, uzunqulağı tapdı! Amma bir az da geciksəydi, ondan əsər-əlamət qalmayacaqdı. Bir çaqqal uzunqulağın arxa ayağını dişləri ilə tutmuşdu. Uzunqulaq isə ona təslim olmur, müqavimət göstərirdi. Salam kişi tez tüfəngi çıxarıb havaya atəş açdı. Güllə səsindən meşədəki bütün quşlar uçuşdu. Çaqqal baş götürüb qaçdı. Meşəbəyinin gözləri kəlləsinə çıxdı. Namərd oğlu uzunqulağı meşədə buraxmayıb, onu ağaca bağlamışdı ki, birdən evə qayıdar. Kişi güllə səsindən hürkmüş uzunqulağın başını tumarlayıb, boynundakı şərflə onun yarasını bağladı. Onlar birlikdə evə qayıtdılar.
    Uzunqulağı tövləyə salan qoca meşəbəyi evə daxil olar-olmaz çay istədi. Sözü ağzında qaldı. Otaqdan gəlinin zarıltı səsi gəlirdi. Salam kişi bilirdi ki, nəvəsi dünyaya gələsidir, amma bu tezliyə yox. O, həyat yoldaşı Narından soruşdu ki, nə olub, nə məsələdir? Arvadı dedi:
    -Nə bilim vallah, vaxtından tez doğuşdu deyəsən. Heç bu zavallı uşaq dünyaya gətirmək gücündə deyil. Deyirəm ay kişi, dilim lal olsun, birdən bir şey olar gəlinə! Salam kişi özünü itirmişdi. Tez evdən çölə çıxdı. Sanki kömək axtarırdı. Amma meşəbəyi hara, qonşu hara. Meşəni sakit görüb geri qayıtdı. Xəstənin vəziyyəti hər an ağırlaşırdı. Salam kişi birdən dedi:
    -Tez hazırla, aparıram kəndə.
    Narın otaqdan çıxıb dedi:
    -Ay kişi, necə aparırsan?
    O, söz eşitmir kimi dinməzcə evdən çıxdı. Uzunqulağı tövlədən çıxarıb belinə yəhər saldı. Narı xala gəlini uzunqulağın belinə mindirdi. Salam kişi də tələsik heyvanın ipindən tutub kəndə tərəf yola düşdü. Yol boyu gəlinin vəziyyəti ağırlaşır, uzunqulaq isə hər addımdan sonra gücünü itirirdi. İki saatlıq yoldan sonra kənd göründü. Uzunqulağın taqəti qalmamışdı. Salam kişi arxaya baxdı. Birdən ağ qarın üzərində qan iziləri gördü. Çaqqal dişləyən yaradan qan axırdı. O şərflə yaranı bir az da sıxdı ki, qanaxma dayansın. Amma qan hələ kəsilməmişdi. Kəndə lap yaxınlaşmışdılar. Uzunqulaq taqətsizlikdən gah dayanır, gah da gedirdi. Gəlinin vəziyyəti lap ağırlaşmışdı. Nəhayət kəndə çatdılar.
    Salam kişi həkimin qapısını döydü. Qapını həkimin qızı açdı. Tez xəstəni evə apardılar. Az sonra həkimin qızı uzunqulağın yarasından axan qanı görüb dedi:
    -Evin qarşısını qana bulamayın, aparın onu evin arxasında bağlayın. Salam kişi uzunqulağı evin arxasındakı bağa apardı. Heyvanın yarasına bağladığı dəsmalı sıxıb dedi: -Döz, ay dilibağlı, döz.
    Sonra tez geri qaçdı ki, gəlinin halından xəbər tutsun. Gəlin özündən getmişdi. Həkimin səyləri nəticəsində gəlin ayıldı. Uşaq salamatçılıqla dünyaya gəldi. Ana da ölümdən xilas oldu. Salam kişinin gözünə işıq gəldi.
    Həkim dedi:
    -Beş dəqiqə də geciksəydiniz, ikisindən biri sağ qalmayacaqdı.
    Təzə doğulmuş uşağın səsi evi başına götürmüşdü.
   Həmin vaxt Zahir meşəyə, evlərinə qayıtdı. Anası bütün hadisələri ona danışdı. Zahir tələsik kəndə, həkimin evinə yola düşdü. Kəndə çatıb həkimin qapısın döydü. Həkimin həyat yoldaşı qapını açdı. Zahir ailəsinin vəziyyətini soruşdu. Həkimin həyat yoldaşı Rəsul hər şeyin yaxşı olduğun bildirdi. Zahir ailəsini görmək üçün icazə alıb otağa daxil oldu. Atasına salam verdi. Uzunqulağı meşədə azdırdığına görə atası onun salamına laqeyd yanaşdı. Uşağı Zahirə verib uzunqulağın yanına getdi ki, görsün heyvan necədir. Kişi evin arxasına keçdi. Gördüyü səhnədən halı pisləşdi. Uzunqulaq yerə yıxılmışdı. İtirdiyi qan onun həyatına son qoyurdu. Salam kişi heyvanın yanına qaçdı. Heyvan artıq son nəfəslərini alıb-verirdi. Özünü saxlaya bilməyən kişi hönkürə-hönkürə ağlamağa başladı. Evdəkilər hönkürtü səsini eşidib çölə çıxdılar. Zahir ora catanda artıq uzunqulaq ölmüşdü. O, oğlunun və həyat yoldaşının həyatına görə uzunqulağa borclu idi. Bu vaxt o da ağlamağa başladı. Salam kişi başını qaldırıb yaşlı gözləri ilə oğluna baxdı və dedi:
    Bir çəngə ota görə çaqqala yem etdiyin heyvan sənin ailəni ölümdən xilas etdi. Sonrakı peşmançılıqda nə fayda?!
    Qoca ata dərin fikrə daldı. Fikrləşirdi ki, bu hadisədən sonra oğlu qocalara xərclənən pulu göyə sovrulmuş hesab etməz!
 

Əşrəf Eyvazlı
 
Saleh peyğəmbər PDF Print E-mailiniz
Bazar ertəsi, 07 Sentyabr 2009 04:06

Hicri tarixi ilə 9-cu ildə Həzrət Məhəmməd (s) peyğəmbərin rəhbərliyi ilə İslam ordusu Ərəbistan yarımadasının şimalında Roma qoşunları ilə vuruşmaq üçün Təbuk məntəqəsinə sarı gedirdi. Çox çətin bir səfər idi. İslam qoşunu yorulmuş və susamışdı. Ona görə də Allahın Rəsulu fərman verdi ki, qoşun Təbuk məntəqəsinin yaxınlığında olan Vadil-qurada dayansınlar.
İslam ordusu dağların yaxınlığında düşərgə saldı. Ora çox qədim bir yer idi. Orada xarabalıqlar və su çalaları gözə dəyirdi. Bə’ziləri bir-birlərindən bu qalıqlar barəsində soruşurdular. Deyildi ki, bu əsərlər bir zamanlar bu məkanda yaşamış Səmud qəbiləsinə məxsusdur. Əziz Peyğəmbər o çalaların suyunu içməyi müsəlmanlara qadağan etdi. Allahın Rəsulu nifrin və əzaba düçar olan və onlardan heç bir əlamət qalmayan qəbilənin taleyindən ibrət almaq üçün əsgərlərin ora daxil olmasını vurğuladı.
İndi görək Səmud qəbiləsi kimlər idilər və Həzrət Salehin əhvalatı necə olmuşdur?
Tarixdən qabaqkı dövrlərdə Ərəbistan yarımadasının şimalında yerləşən Vadil qura adlanan geniş torpaqlarda Səmud qəbiləsi yaşayırdı. Səmud qəbiləsi çox qədim olan ərəb qəbilələrindəndir. Tarix onun barəsində bir şey qeyd etməmişdir. Onda olan mə’lumatlar Qur`ani-Kərimdə və Peyğəmbərin (s) hədislərində gəlmişdir.
Əhqaf torpaqlarındakı Ad qəbilələri məhv olduqdan sonra bu qəbilə peyda oldu. Bu qəbilənin camaatı əkinçiliklə məşğul olur, quyu qazır, öz əkin sahələrini şumlayır, dağların içində evlər tikirdilər. Heyvanlarını rahatcasına yaşıllıqlarda otarırdılar. Onların bağ-bostan və tarlaları rövnəqlənib, bəhrə verir, beləcə öz yaşayışlarını keçirirdilər. Onlar Allahı düşünüb, ona ibadət etmək barədə fikirləşmirdilər. Bunun əvəzinə qəbilənin varlı və əyyaş insanları hədlərini aşıb, tüğyan edirdilər. Bu qəbilənin camaatı Alllaha ibadət yerinə bütlərə ibadət edirdilər.
Həzrət Saleh həmin dövrdə yaşayırdı. O, pak xüsusiyyətli və agah bir insan idi. İnsanlar yaxşı sifətlərinə və bəyənilmiş əməllərinə görə onu sevirdilər. Bu qəbilənin bə`zi insanları fikirləşirdilər ki, Saleh böyük məqama çatacaqdır və bəlkə də güclü Səmud qəbiləsinin rəisliyini öhdəsinə götürəcəkdir.
Allah-təala Həzrət Salehi Peyğəmbərliyə seçdi. Onu qəbiləsinə doğru göndərdi ki, insanları bütpərəstlikdən çəkindirib, yeganə Allahın ibadətinə də’vət etsin.
Saleh yaxşı bilirdi ki, bütpərəstlik onun qəbiləsinin ürəyində çoxdan kök salmışdır. Çünki, onların ata-babaları bütpərəst olmuşdular. Həmçinin bilirdi ki, bu qəbilənin başçıları fasid insanlardır və bir kəsin xeyrini istəmirlər. Camaatı bütpərəstlikdən çəkindirən insanlarla da kobud və qaba rəftar edirlər.
Amma, Saleh, peyğəmbər və Alllahın elçisidir. O, Allahdan başqa heç kəsdən qorxmur. Ona görə də Həzrət öz də’vətini açıq surətdə e’lan etdi. O, öz risalətini müjdə verdi və həmin yerdən də qarşıdurmalar başlandı. Xeyir və şərin mübarizəsi başlandı və mö’min peyğəmbər fasid və kafirlər əleyhinə öz müharibəsinə başladı. Səmud qəbiləsinin arasında doqquz nəfər güclü və quldur insan var idi. Onlar fəsad törədir və bədxahlıqla məşğul olurdular.
MÜQƏDDƏS DAŞ PARÇASI
Bir gün Səmud qəbiləsinin adamları dağdakı böyük daş parçasına tərəf yollandılar. Onlar qədim zamanlardan o daşa ibadət edirdilər. Uşaqlar atalarının o daşa ibadət etdiyini görüb, özləri də onlar kimi ibadət edirdilər və artıq böyüdükdə təbii surətdə bütpərəst olurdular. Bu daş parçası bütün qəbilənin yanında xüsusi hörmətə malik idi. Camaat onun qarşısında qurban kəsirdilər. Qurbanlıqları onun yanına qoyurdular. O daşdan ruzi və bərəkət istəyirdilər. Saleh öz qəbiləsinin əməlini görüb, onların etdiyi işə görə qüssələndi. Ona görə də müqəddəs daş parçasının yanına gedib, onlara buyurdu:
-Ey qəbilə! Allaha ibadət edin, sizin ondan başqa Rəbbiniz yoxdur.
Onların bə’ziləri dedilər:
-Niyə yeganə Allaha ibadət edək?
Saleh buyurdu:
-Çünki, sizi yaradan və sizə ruzi yetirən odur.
Onlar dedilər:
-Allah bizdən uzaq olduğu üçün biz istədiklərimizi ondan diləyə bilmirik. Ona görə də onun müqəddəs yaratdıqlarına ibadət edirik. Allah bizim bütün işlərimizi bu daşa tapşırmışdır və Allah bizdən razı olsun deyə biz ona hörmət qoyuruq.
Saleh qüssə və nigarançılıqla buyurdu:
-Ey qəbilə! Allah sizi vücuda gətirəndir və məni də sizin yanınıza o göndərmişdir. O istəyir ki, təkcə ona ibadət edəsiniz və ona ibadət etməkdə heç kimi şərik qoşmayasınız.
Ey qəbilə! Allahdan bağışlanmaq istəyin və sonra onun dərgahına tövbə edin. Həqiqətən Allahım yaxındır və tövbələri də qə’bul edəndir.
Dedilər:
-Ey Saleh! Biz sənə böyük ümid bəsləyirdik. Biz ümidvar idik ki, sənin ağıl və fikrindən faydalanaq. Amma, indi təəccüblü şeylər danışırsan. Necə bizə sifariş edirsən ki, öz allahlarımızdan əl çəkək? Necə bizi də’vət edirsən ki, ata və babalarımızın pərəstiş etdiyi şeyləri buraxaq?
Ey Saleh! Biz indi sənin risalətinə şəkk edirik. Həqiqətən sən dəli olubsan.
Saleh buyurdu:
-Allah məni göndərmişdir ki, sizi onun ibadətinə də’vət edəm, bu işə görə heç kəsdən muzd və mükafat istəməyəm və məni yaradan Allahdan savayı heç kəsə ibadət etməyəm.
Onlar dedilər:
-Əgər sən həqiqətən Allahın elçisisənsə bu daşın içindən bizim üçün bir boylu dəvə çıxart.
Saleh onlara buyurdu:


-Allah hər şeyə qadirdir. Bizim hamımızı torpaqdan yaradan odur.
Dedilər:
-Sən bu daşın içindən bizim üçün bir dəvə çıxarmayınca, sənin risalətinə iman gətirməyəcəyik.
Onların biri uca səslə dedi:
-Hə, o dəvə hamilə olmalıdır.
Saleh dedi:
-Mən sizin istəyinizi Allaha çatdıraram. Əgər Allah bu işi etsə, siz Allahı yeganə olaraq tanıyıb, mənim onun elçisi olduğuma iman gətirəcəksinizmi?
Dedilər:
-Bəli. Sizin və’diniz nə vaxtadır?
Saleh onlara buyurdu:
-Sabah həmin yerdə.
ALLAHIN DƏVƏSİ
Sabahısı gün səhər çağı Saleh dağa tərəf böyük daş parçası olan yerə tərəf yollandı. Doğrusu, Salehin etmək istədiyi iş asan deyildi. Necə ola bilər ki, dağın içindən bir dəvə çıxsın? Necə ola bilər ki, bu daş yarılsın və ondan boylu bir dəvə çıxsın?
Bütün Səmud qəbiləsi dağın ətrafına yığışmışdılar. Onların bə’zisi şəkk içində idi. Bə’ziləri dağa baxır və bə’ziləri isə uzaqdan Salehin etdiklərinə fikir verirdilər. Gördülər ki, Saleh tə’zim və təvazö halında mavi səmaya baxır. O, bə’zi sözlər deyirdi. Əlləri ilə dağa və Səmud qəbiləsinə tərəf işarə edir. Bildilər ki, Saleh Allahın dərgahına ağlayıb, ah-nalə edir və ondan öz risalətinin düzgünlüyünü sübut etmək üçün bir nişanə istəyir.
O, çox qəribə bir şey istəyirdi. Boylu dəvə dağın içindən çıxsın. Bu yerin qorxu və dəhşəti hamıya kölgə salmışdı. Ad qəbiləsi Salehi gözləyir, çox diqqətlə dağa və onun bərk daşlarına baxırdılar. Saleh dizi üstə yerin üzərində oturdu və göz yaşları axıtdı. O öz Rəbbindən istəyirdi ki, qəbiləsini hidayət etmək üçün bir nişanə göndərsin. Öz fitrət və təbiətlərinə qayıdıb, yeganə Allaha ibadət etsinlər.
Saleh birdən ayağa qalxdı və barmağını dağın bir nöqtəsinə tərəf uzatdı. Qəbilənin bütün adamları dəhşətli bir səs eşitdilər. O, daşların parçalanmasına oxşayan bir səs idi. O səs çox möhkəm və güclü idi. Daşların bir hissəsi dərənin dibinə töküldü. Xəfif toz-torpağın arasından çox gözəl bir dəvə peyda oldu. Dəvə doğrudan da hamilə idi.
Çox sakit bir dəvə idi. İnsan ilk baxışında onu sevirdi. Saleh onun şükrünü etmək üçün Allaha səcdə etdi. Çünki, Allahın mütləq qüdrəti nəyi yaratmaq istəsə ona sadəcə, Ol! deyir və o da olur.
Qəbilə adamları bu işin əzəmət və böyüklüyü qarşısında baş əydilər. Onların bə`zisi Allaha səcdə etdilər. İndi onlar böyük bir nişanə görürdülər. Gözlərinin qarşısında idi. Salehin dedikləri düz çıxmışdı. Doğrudan da Allah birdir və şəriki yoxdur. Onlar çox az idilər. Amma, imanları dəvənin çıxdığı dağ kimi möhkəm idi. Qəbilənin bütün adamları o mö’cüzəyə diqqətlə baxırdılar. Beləliklə dəvə Salehin peyğəmbərlik nişanəsi oldu; bütpərəstlik qarşısında tövhid nişanəsi


DƏVƏNİN BALASI
Üç gün keçəndən sonra dəvə gözəl bir dəvə balaladı. O həmişə anasının yanında idi. Onun yaxınlığında özü üçün oynayırdı. Anası da mehribanlıqla onu qoruyurdu. Dəvə və onun sakit körpəsi məhəbbət və rəhmət nişanəsi idi. Onu görənlər deyirdilər ki, bu, Salehin dəvəsidir. Amma, Saleh onlara deyirdi ki, bu, Allahın dəvəsidir. Bu, səmavi nişanədir, olmaya ona əziyyət edəsiniz. Kimsə ona zərər vurmağa çalışsa, Allahın nifrini sizi tutar.
Günlər ötürdü. Dəvə o geniş yerlərdə yaşayır, ot və ələflərdən yeyir, bulağa gedir və su içirdi. Bütün camaat onun südündən istifadə edirdilər. Bərəkətli və təmiz südü vardı.
QARŞIDURMA
Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə başladılar: iman cəbhəsi və bütpərəstlik cəbhəsi. Kafirlər hər gün mö`minlərə əziyyət verib, onların imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:
-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!
Mö’minlər cavabında deyirdilər:
-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan başqasına ibadət etmərik.
Bu zaman kafirlər deyirdilər:
-Biz sizin iman gətirdiyinizə küfr edirik.
Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə e’lan edirdilər. Çünki, onlar naz-ne’mət içində qərq olmuş varlılar idilər və belə güman edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daşürəkli olan doqquz nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarşı rəhm və qayğıkeşlik yox idi. Öz mənafelərindən başqa bir şey fikirləşmirdilər. Onlar hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də ürəklərində ona kin bəslədilər. Dəvəyə qarşı da kin bəsləməyə başladılar. Çünki, dəvə, Salehin peyğəmbərlik nişanəsi və onun peyğəmbərliyinin doğruluq əlaməti idi.
HİYLƏ
Bir gecə bütün camaat yuxuya gedəndən sonra bu doqquz nəfərlik qrup həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra şərab içib, məst oldular. Gözlərinin rəngi qızarmışdı. Bir şey barəsində söhbət edirdilər və o da Saleh təhlükəsi idi. Bir-birlərindən soruşurdular ki, nə edək? Salehin şərindən necə qurtaraq?
Onların biri dedi:
-Gəlin əvvəlcə onun dəvəsinin şərindən qurtaraq.
Başqa birisi dedi:
-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh bizim qarşımızda zəif və gücsüz olacaqdır.
Üçüncüsü də dedi:
-Onu öldürəcəyik!
Dördüncüsü dedi:
-Onu kim öldürəcək?
Beşinci adam dedi:
-Hə, kim onu həlak edə bilər?
Altıncı nəfər dedi:
-Mən bilirəm onu kim öldürə bilər.
Yeddincisi soruşdu:
-Kim?
Hamısı bir-birlərindən soruşdular:
-O kimdir?
O dedi:
-O cinayətkar Qidardır.
Hamısı bağırdılar:
-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar!
CİNAYƏT
Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki, cinayətkar Qidarı çağırsın.
Gecə yarıdan keçmişdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst idi və gözləri qızarmışdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir və bərəkət nişanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləşə bilməz.
Onu mal və pul ilə şirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün ayağa qalxdı. Hiyləgərlər dedilər:
-Qidar, hara gedirsən?
O dedi:
-Elə indicə dəvəni öldürəcəyəm.
O zalım qrupun üzvləri dedilər:
-Bu işi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu asanlıqla həlak edə bilərsən.
Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra keçirmişdi. Üzü qorxulu idi və daha da şişmişdi. O, qorxulu görkəm almış, üzünün damarları göyərmişdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki, Qidar hansısa bir cinayətə əl bulaşdıracaqdır.
Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeşməyə tərəf yollandılar. Balanın kefi kök idi. Günəş yenicə doğmuşdu və çəmənliklər oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü.
Köşəy o yaşıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora aparırdı. Amma, həmin gün səhər hansı hadisə baş verdi? Niyə körpə oynamaq üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhşət hiss etmişdi.
Bəli, bədbəxt Qidar öz qorxulu çöhrəsi ilə göründü. Birdən zahir oldu və onların yolunu bağladı. Onun əlində qılınc var idi. Anası uzaqlaşmaq istədi. Amma, Qidar ona çox möhkəm bir zərbə endirdi. Yazıq dəvə yerə yıxıldı. Qidar onun boynuna daha bir zərbə vurmaq istədi. Dəvə qüssə içində öz körpəsinə nəzər saldı. Sanki ona demək istəyirdi: Özünü xilas et! Körpə qorxaraq dağa tərəf qaçdı.
Həmin doqquz nəfər gəlib, bıçaq və xəncərlə dəvənin canına düşdülər. Qan hər yeri bürüdü. Yer və daşlar qırmızı rəngə boyandı.
GÜNAHSIZ DƏVƏ BALASI
Səmud qəbiləsinin cinayətkarları etdikləri işlə kifayətlənmədilər. Onların əli günahsız dəvənin qanına batmışdı.
Bütpərəstlər gəlib, vəhşi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri ilə dava saldılar. Onunla da kifayətlənməyib, dəvənin balasını tə’qib etdilər. Dəvə balası qorxaraq, dağa qalxırdı. Onu qovan vəhşilərin əlindən qurtulmaq üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhşilərin.
Dəvənin körpəsi dağın zirvəsində dayanıb, bıçaqlarla tikə-tikə doğranan anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas olmaq üçün bir yer yox idi. Göyə baxıb nə’rə çəkdi. Bütpərəstlərdən hansınınsa ona iti bir bıçaq sancmasından qabaq üç dəfə fəryad etdi. Bala dəvə böyük daşlar üzərindən yerə düşdü. Qanı fəvvarə vuraraq daşları öz saf qırmızı rənginə boyadı. Cinayətkarlar iti bıçaqlarla ona hücum edib, vəhşicəsinə tikə-tikə etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər.
Həzrət Saleh və digər mö’minlər bu dəhşətli cinayətdən xəbər tutdular. O, imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin başına nə gəldiyini görsün Lakin, yeri və dağın başını boyayan qanlardan başqa heç bir şey görmədilər.
Üfüqdə qara buludlar göründü. Fəza təhlükə ilə doldu. Bu fasiq və zalım insanlar xeyir və yaxşılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz dəvəni məhv etmişdilər. Onlar dəvəni Allahın nişanəsi və Salehin peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüşdülər. Saleh onlara buyurdu:
-Yalnız üç gün evlərinizdə xoşgüzəranlıq edin. Tezliklə əzab sizi tutacaqdır. Çünki, siz zalım insanlarsınız. Siz Allahın risalətinə kafir olub, Onun dəvəsini qətlə yetirdiniz. Siz xeyir və yaxşılıq istəmirsiniz.
Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək fikrinə düşdülər. Onun ailəsini də qətlə yetirmək istədilər. Onlar yenə də bir yerə yığışıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər. Onlar yalnız bundan sonra zəif mö’minlərə qələbə çala bilərlər. Amma, nə oldu?
Onlar öz növbəti cinayətlərini həyata keçirməzdən qabaq çox dəhşətli bir hadisə baş verdi. Qara buludlar göydə toplandılar. Ulduz, ay və planetlər gözlərdən itdi. Dağ və dərələr tamamilə qaranlığa qərq oldu. O gecənin ortalarında göydən çox güclü ildırım çaxıb, Səmud qəbiləsini alt-üst etdi. Zalımlır ürəkləri lərzəyə gətirən dəhşətli gurultu səsindən oyandılar.
O fasiq qəbilənin evlərinə dağıdıcı ildırımlar endi. Onların saray və mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.
Saleh və mö’minlərdən başqa heç kəs o mə’rəkədən salamat çıxmadı.
Səmud qəbiləsinin aqibəti bu idi. Dəvənin öldürülməsindən dörd gün sonra günəş, artıq o zalımların sakin olduqları yerin xarabalıqlarına saçırdı. Sübh vaxtı isə onların cansız cəsədləri evlərində qalmışdı.

Kamal əs-Seyyid

 
Qədr gecələri PDF Print E-mailiniz
Bazar, 06 Sentyabr 2009 02:44

   Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir. İndi isə sizə qədr gecələrinin hər birində ediləcək əməlləri, dua və zikrləri təqdim edirik. Bu əməllər “Məfatih əl-cinan” kitabından götürülüb.

Bu mübarək gecə (19-cu gecə) qədr gecələrinin ilk günüdür. Qədr gecəsi isə elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir. Mələklər və mələklərin ən əzəmətlisi olan ruh bu gecə Allahın izni ilə yerə enərlər və İmam Mehdinin (əc) hüzuruna yetişərlər və hər şəxs üçün təyin edilmiş müqəddəratı ona təqdim edərlər.

Qədr gecələrinin əməlləri iki qismə bölünür:

1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.

2. Qədr gecələrinin birinə məxsus olan əməllər.

Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:

1-ci: Qüsl almaq. Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.

2-ci: İki rəkət “Qədr gecəsi” namazı qılmaq. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə “اَسْتَغْفِرُ اللّهَ وَاَتُوبُ اِلَيْهِ” (Oxunuşu: “Əstəğfirullahə və ətubu iləyh”) deyilsin, yəni, “Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!” Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: “Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar ...”

3-cü: Qur`anı açıb qarşıya qoymaq və bu duanı oxumaq:

اَللّهُمَّ اِنّى اَسْئَلُكَ بِكِتابِكَ الْمُنْزَلِ وَما فيهِ وَفيهِ اسْمُكَ الاَكْبَرُ وَاَسْمآؤُكَ الْحُسْنى وَما يُخافُ وَيُرْجى اَنْ تَجْعَلَنى مِنْ عُتَقآئِكَ مِنَ النّارِ

Duanın oxunuşu belədir:

“Əllahummə inni əs`əlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc`ələni min `utəqaikə minən-nar.”

Duanın tərcüməsi:

“İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.”

Bu duadan sonra istədiyi duanı etsin.

4-cü: Qur`anı götürmək, başa tutmaq və bu duaları demək:

اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ وَبِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ وَبِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ وَبِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Duanın oxunuşu:

“Əlllahummə bihəqqi hazəl-qur`an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ə`rəfu bihəqqikə mink.”

Duanın tərcüməsi:

“İlahi (Səni and verirəm bu) Qur`anın haqqına, və and verirərm o şəxsin haqqına ki, bu Qur`anı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Qur`anda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.”

Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:

1. “بِكَ يا اَللّهُ

2. “بِمُحَمَّدٍ

3. “بِعَلي

4. “بِفاطِمَةَ

5. “بِالْحَسَنِ

6. “بِالْحُسَيْنِ

7. “بِعَلِىّ بْنِ الْحُسَيْنِ

8. “بُمَحَمَّدِ بْنِ عَلِي

9. “بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

10. “بِمُوسَى بْنِ جَعْفَرٍ

11. “بِعَلِىِّ بْنِ مُوسى

12. “بِمُحَمَّدِبْنِ عَلِي

13. “بِعَلِىِّ بْنِ مُحَمَّدٍ

14. “بِالْحَسَنِ بْنِ عَلِي

15. “بِالْحُجَّةِ

Zikrlərin oxunuşu:

1. “Bikə ya əllahu”.

2. “Bi-muhəmmədin”.

3. “Bi-əliyyin”.

4. “Bi-fatimətə”.

5. “Bil-həsəni”.

6. “Bil-husəyni”.

7. “Bi-əliyy-ibnil-husəyni”.

8. “Bi-muhəmməd-ibni-əliyyin”.

9. “Bi-cə`fər-ibni-muhəmmədin”.

10. “Bi-musəbni-cə`fərin”.

11. “Bi-əliyy-ibni-musa”.

12. “Bi-muhəmməd-ibni-əliyyin”.

13. “Bi-əliyy-ibni-muhəmmədin”.

14. “Bil-həsən-ibni-əliyyin”.

15. “Bil-huccəti”.

Zikrlərin tərcüməsi:

1. “İlahi Səni Öz zatına and verirəm!”

2. “İlahi Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!”

3. “İlahi Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!”

4. “İlahi Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!”

5. “İlahi Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!”

6. “İlahi Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!”

7. “İlahi Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!”

8. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”

9. “İlahi Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!”

10. “İlahi Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!”

11. “İlahi Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!”

12. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”

13. “İlahi Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!”

14. “İlahi Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!”

15. “İlahi Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!”

Sonra Allahdan hacətlərini istə.

5-ci: İmam Hüseyni (ə) ziyarət etmək. Belə bir rəvayət var: “Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər:

“Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.

6-cı: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq). Hədisdə var ki, kim qədr gecəsini əhya saxlasa onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.

7-ci: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq. Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.

8-ci: Bu duanı oxumaq:

اَللّهُمَّ اِنّى اَمْسَيْتُ لَكَ عَبْداً داخِراً لا اَمْلِكُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً وَلا اَصْرِفُ عَنْها سُوءاً اَشْهَدُ بِذلِكَ عَلى نَفْسى وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتى وَقِلَّةِ حيلَتى فَصَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَميعَ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ مِنَ الْمَغْفِرَةِ فى هذِهِ اللَّيْلَةِ وَاَتْمِمْ عَلَىَّ ما اتَيْتَنى فَاِنّى عَبْدُكَ الْمِسْكينُ الْمُسْتَكينُ الضَّعيفُ الْفَقيرُ الْمَهينُ اَللّهُمَّ لا تَجْعَلْنى ناسِياً لِذِكْرِكَ فيما اَوْلَيْتَنى وَلاغافِلاً لاِِحْسانِكَ فيما اَعْطَيْتَنى وَلا ايِساً مِنْ اِجابَتِكَ وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ اَوْ شِدَّةٍ اَوْ رَخآءٍ اَوْ عافِيَةٍ اَوْ بَلاءٍ اَوْ بُؤْسٍ اَوْ نَعْمآءَ اِنَّكَ سَميعُ الدُّعآءِ

Duanın oxunuşu:

“Əllahummə inni əmsəytu ləkə `əbdən daxira, la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu `ənha su`a, əşhədu bizalikə `əla nəfsi, və ə`tərifu ləkə biz`əfi quvvəti, və qilləti hiləti, fəsəlli `əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və`ədtəni, və cəmi`l-mu`mininə vəl-mu`minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni `əbdukəl-miskinul-mustəkinuz-zə`iful-fəqirul-məhin, əllahummə la təc`əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə`təytəni, və la ayisən min icabətikə, və-in əbtə`ət `ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa`in əv `afiyətin əv bəla`in əv bu`sin əv nə`ma`ə, innəkə səmi`ud-du`ai”.

Duanın tərcüməsi:

“İlahi bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum istərsə də narahat, istər çətinlikdə olum istərsə də asanlıqda, istər sağlamlıqda olum istərsə də bəlada, istər ehtiyacda olum istərsə də nemətdə. Həqiqətən sən duaları eşidənsən!”

Kəf`əmi rəvayət edib ki, İmam Zeynəl-abidin (ə) bu duanı bu gecələrdə ayaq üstə (qiyam halında), oturduqda, rüku və səcdə halında oxuyurdu.

Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Bu gecələrin ən yaxşı əməlləri bağışlanma istəmə və dua etməkdir. Dualarda özünün, ata-ananın, mömin qardaş və bacıların istər diri, istərsə də dünyadan köçmüş olsalar dünya və axirət hacətlərini istəməkdir. Zikrləri demək və bacardığı qədər Məhəmməd və ali Məhəmmədə salavat göndərmək. Bəzi rəvayətlərdə gəlib ki, bu üç gecədə “Cəvşən kəbir” duası oxunsun.

Şeyx Abbas Qumi (r) deyib: Rəvayətdə gəlib ki, Allah Rəsulundan (s) soruşdular: -“Əgər qədr gecəsini dərk etsəm Allahımdan nə istəyim?” Peyğəmbər (s) buyurdu: -“Afiyət” (din, dünya və axirət salamatçılığı).

Hazırladı: M. Əhmədov

 
Xəyanət PDF Print E-mailiniz
Cümə, 04 Sentyabr 2009 04:29
  Müqəddəs İslam dini müəllim adını çox uca tutur. Həzrət Əli (ə) bu barədə buyurur: “Kim mənə bir hərf öyrədərsə, məni özünə qul etmiş olar”. Dinimizin təqdim etdiyi müəllim İslam peyğəmbəri kimi insanlara sözün həqiqi mənasında insanlıq dərsi keçir. Amma...
  Bu gün müəllim adı ilə meydana daxil olanlar əsl məqsəddən çox uzaq düşüblər. Yəni müasir müəllim nəinki insanlıq dərsi keçmir, əksinə insan adına ləkə gətirir. Əlbəttə ki, əsl müəllimlər də olmamış deyil. Mən bu azlıqdan acizanə üzr istəyirəm. Bəli, əlindən öpüləsi müəllimlərimiz də var. Amma çox az!
Sui-istifadəçi müəllimlər yığdığı rüşvət, satdığı attestat və digər çirkin əməlləri ilə bu ada xəyanət edir. Bu mövzuda çox kədərli bir hadisəni diqqətinizə çatdırırıq.
  Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi 14 yaşlı şagirdinə cinsi təcavüz edib. Bu hadisə Ümid qəsəbəsində baş verib. 14 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlərdə ittiham olunan dırnaqarası müəllim Şahin Yusifov isə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
  Maraqlıdır ki, Ümid qəsəbəsi sakinlərinin əksəriyyəti 50 yaşlı müəllimlə 14 yaşlı şagirdin arasında baş verənlərdən xəbərdar imiş. Nədənsə cəmiyyətimizdə pisliyə qarşı etiraz ruhiyyəsi ölüb. Bir kəndin əhalisi bilə-bilə bu işə necə göz yumub?!
  Bu hadisə hələ üç il bundan qabaq, qızın 11 yaşı olanda baş verib. O vaxtdan bu günə kimi çoxları müəllimin balaca qızcığazla cinsi əlaqədə olduğundan xəbərdar imiş. Amma nədən bu hadisəni bilənlər üç il səsini çıxarmayıb?! Çox anlaşılmazdır. Bu azyaşlı qıza qarşı seksual təcavüz edən müəllim bu işi qızın anasının və qardaşının gözü qarşısında edib. Üstə gəl, bu əxlaqsız hərəkətlər xəyanətkar müəllimin telefonuna çəkilib. Üç il davamlı şəkildə bu evə gəlib-gedən Şahin müəllim deyilənlərə görə, ailə başçısının olmadığını fürsət bildiyindən bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəsi olan müəllim vaxtaşırı kefli vəziyyətdə bu evə gəlir və dava salaraq sahibsiz qızı və onun anasını amansızcasına döyürmüş.
  Ötən ayın 24-də də eyni hadisə təkrar olunur. Gecə şagirdigilə gələn müəllim burada necə həngamə çıxarırsa, qızın xalası daha dözə bilməyib polisə zəng vurur. Beləliklə, Şahin Yusifov polis tərəfindən saxlanılır. Maraqlıdır ki, azyaşlı ilə 3 il davam edən bu iyrənc hərəkətlər kənd əhalisinə məlum olduğu halda, 294 saylı məktəbin rəhbərliyi məktəbin müəllimi ilə şagird arasında baş verənlərdən guya xəbərdar deyilmiş. Şəxsiyyətsiz direktor Mübariz Novruzov deyir ki, 2000-ci ilin yanvarından, yəni məktəb inşa ediləndən burada dərnək rəhbəri işləyən Şahin müəllim kollektiv arasında pis ad çıxarmayıb: «Onların arasında müəllim-şagird münasibətləri olub». Doğrudan da biabırçılıqdır. Belə də müəllim-şagird münasibəti olar?!
  Kəndin əksər camaatı, məktəb şagirdləri bu hadisəni bildiyi halda direktor bu hadisədən xəbərsizdirsə, deməli o, işində məsuliyyətsizdir. Amma kənd sakinləri deyir ki, direktor gözünün içinə qədər yalan deyir. O bu məsələni bilib, sadəcə, göz yumub. Qaradağ rayon prokurorluğunda da 294 saylı məktəbin müəllimi Şahin Yusifovun azyaşlıya qarşı törətdiyi hərəkətləri təsdiqləyiblər. Təqsirləndirilən müəllimlə zərərçəkən şagirdin üzləşmə prosesi gedir. Qeyd edək ki, 294 saylı məktəbin müəlliminə qarşı cinayət məcəlləsinin 149.3.3 -(zorlama və …) maddəsilə cinayət işi qaldırılıb. Əgər ittiham sübuta yetirilərsə, müəllimi 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
  Bu kimi hadisələri eşidən valideynlər nəinki qızını, heç oğlunu da məktəbə qoymaq istəmir. Bu hadisə şagirdlə müəllim arasında baş verdiyindən partlayışa səbəb olub.
  Amma təəssüflər olsun ki, buna oxşar hadisələr şagirdlər arasında daha çox olur. Bu hadisələri mobil telefonlarda müşahidə etmək olar. Açıq-saçıq geyimlərin də bu problemin maydana gəlməsində mühüm rolu var. Universitetlərdə, orta məktəblərdə şagirdlər arasında belə hadisələrin qarşısını almaq çax zəruridir. Əks-təqdirdə, bu hadisələr insanların öz övladlarını məhz əxlaqsızlıqlardan sığortalamaq üçün məktəbdən kənarlaşdırmasına səbəb olacaq.
Sual ortaya çıxır ki, uyğun problemi necə aradan qaldırmaq olar? Bəşəriyyəti xəlq etmiş Xaliq bu bəşərə Qurani-kərim vasitəsi ilə qanunlar nazil edib. Bizim həyatda üzləşdiyimiz bütün problemlər məhz dindən uzaq olduğumuzdan irəli gəlir. Uyğun məsələdə İslam dininə müraciət etsək, gözəl olar. Düzdür, bunun Azərbaycanda reallaşması absurddur. Amma bu biabırçı vəziyyətdən yeganə çıxış yolu məktəblərdə qızların oğlanlardan ayrılmasıdır. Əlbəttə, bu təklifə gülənlər də tapıla bilər. Qoy onlar bir çıxış yolu göstərsinlər. İslam dini qızlarla oğlanların bir-biri ilə imkan həddində az ünsiyyətdə olmasının tərəfdarıdır. Bu iş üçün Azərbaycanda bəs qədər qadın müəllimələrimiz var. Əgər məktəblər bir-birindən ayrılsa, onda bütün valideynlər öz övladlarını, məxsusən qızları arxayın şəkildə məktəbə buraxacaqlar. İnsan bu qanunla formalaşmış məktəbi təsəvvüründə canlandıranda doğrudan da məmnun olur. Sözsüz, hər kəsi demirəm, söhbət insandan gedir. Bir məktəb ki, onun direktorundan tutmuş xadiminə kimi eyni cinsdir. Belə olarsa, sözsüz ki, Şahin Yusifov kimi qocaman fürsəttələblər hansısa şəraitdən yararlanaraq on bir yaşlı sadəlövh, həyat təcrübəsi olmayan şagirdindən sui-istifadə etməyə macal tapmaz. Ümid edirik ki, bir də belə tükürpədici xəbər eşitməyək. Ümid edirik!
 
Əşrəf Eyvazlı
 
Nə üçün? PDF Print E-mailiniz
Cümə axşamı, 03 Sentyabr 2009 02:49
     Həsən çox yaxşı insan idi. Neçə vaxt idi ki, onunla daha yaxın, daha səmimi olmaq istəyirdim. Bunun üçün çox vaxt sərf etmiş və nəhayət məqsədimə nail olmuşdum. Çox qəribə idi Həsən. Hamıdan fərqlənirdi. Sanki bu dünyanın adamı deyildi. Hər görüşdüyümüzdə məni təəccübləndirirdi.
     Artıq onun mənalı söhbətlərinə valeh olmuşdum. Az, faydalı, qədərincə. Tələbə yoldaşım idi o. Yersiz danışıb-güldüyünü heç görmədim. Ona baxdıqda sanki Allahın əsl bəndəsini görürdüm. Məni özünə bağlamışdı. Ona görə onun barəsində hər şeyi bilmək istəyirdim. Hər şeyi. Amma nədənsə məni özünə bundan yaxına buraxmırdı. Bəlkə də mən özüm bundan artığına cürət etmirdim.
     Elə istəyirdim ki, haçansa məni öz otağına dəvət etsin. Otağının necə olması, hansı kitablar oxuması, boş vaxtını necə keçirməsi məni çox maraqlandırırdı. Amma bunu mən özüm ondan istəyə bilməzdim. Gözləyirdim ki, haçansa özü bunu etsin...
     Çox başınızı ağrıtmayım. Nəhayət  bir gün yenidən görüşdük. Bu dəfə o, tam başqa ab-havada idi. Sanki mənə hansısa bir sirri açmaq istəyirdi.
     -Necəsən, Həsən? - dedim.
     -Ərəblərin bir məsəli var: “daimul-hal minəl-muhal vəl-həmdu lillahi əla kulli hal”. Yəni “insanın halının həmişə yaxşı olması mümkünsüzdür, amma əsas budur ki, hər halda şükür olsun Allaha!” - dedi Həsən. Səni bu gün öz otağıma dəvət etmək istəyirəm.
     Çox sevindim. Uçmağa qanadım yox idi. Bu gün artıq onun daxili aləminə bir az da olsa, yaxınlaşa biləcəkdim. Ən azı mən belə düşünürdüm. Getdik birlikdə Həsənin qaldığı binaya tərəf. Çıxdıq üçüncü mərtəbəyə. Budur, 23-cü otaq tam qarşımızda. Əlindəki açarla otağın qapısını açdı. Girdik içəri. Sadə bir otaq idi: bər-bəzəksiz, sadə bir otaq. Bəlkə güləcəksiz, amma doğrusu otaqdan sözün əsl mənasında İlahi bəndəlik ətri gəlirdi. Bir tərəfdə yerə sərilmiş bir səccadə, bir küncdə bir kiçik kitab rəfi, içində də cəmisi bir neçə kitab var idi. Birdən ön divardan asılmış bir tablo diqqətimi çəkdi. Əslində içəri ilk girdiyimdə onu görmüşdüm mən, amma cəzbedici olmadığından diqqətlə baxmamışdım. Gözüm daha mühüm şeylər axtardığından ona fikir verməmişdim. Otaqda başqa bir mühüm şey görmədikdə isə istər-istəməz həmin tabloya baxdım yenə.
     Ağappaq böyük bir tablo. Üzərində böyük hərflərlə yalnız bu söz yazılmışdı: “Nə üçün?”.
     Yenə də təəccübənməyə başladım. Axı bu nə deməkdir? Bu boyda tablo, üzərində yalnız “Nə üçün?”. Özümü saxlaya bilmədim. “Həsən”, - dedim.
     -Bilirəm nəyi bilmək istəyirsən – dedi. Əslində səni elə buna görə gətirmişəm otağıma. Görürəm məni eyibsiz, kamil bir insan hesab edirsən. Əslində isə mən sənin düşündüyün kimi deyiləm.
     Təvazökarlıq etməsi bəlli idi. Mənsə bir söz deməyib davam etməsinə icazə verdim.
     -Bilirsən, dostum, -dedi. Əgər məndə az da olsa müvəffəqiyyət, uğur, ilahilik, kamillik görürsənsə, bütün bunların hamısını bu tablodakı sözə borcluyam.  Dostum, doğrudan da görəsən nə üçün? Bu söz məni hər an qəflətdən oyadıb. Gözümün önündədir o yazı. Yatanda da, duranda da ilk gördüyüm, oxuduğum odur: “Nə üçün?”. Bu “nə üçün”-ün daxilində yüzlərlə sual var, gözüm ona hər sataşdığında o suallar hamısı bir-bir durur gözümün önündə:
     Nə üçün varam?!
     Nə üçün yaranmışam?!
     Nə üçün gəlmişəm?!
     Nə üçün gedəcəyəm?!
     İnsan nə üçündür?!
     Həyat nə üçündür?!
     Mən nə üçün buradayam?!
     Nə üçün yaşayıram?!...
     -Bax qardaşım! – dedi, budur hər şeyin sirri. Budur bilmək istədiklərin. Budur bütün sirlərin açarı. Bu “nə üçün”–lərə cavab tapa-tapa Allahıma, yaradanıma, Tanrıma daha da yaxınlaşıram. Məsləhətim budur ki, sən də qarşına belə suallar qoyasan. Çünki, sən də mənim kimi insansan. Eh!...
     Bəli, həmişə məni təəccübləndirən Həsən bu dəfə isə məni qəflət yuxusundan oyatdı. Saq olsun belə dost!

İlqar Kamil
 
21-ci əsrin qatili PDF Print E-mailiniz
Cümə axşamı, 27 Avqust 2009 01:22
    Nobel mükafatlı, əlləri minlərlə dinc insanın qanına batmış Peres Azərbaycana gələndə ona xoş gəldin deyənlər oldu. Onlardan fərqli olaraq möminlər etiraz etdi və bu etiraz çoxlarının ürəyincə oldu. Allaha həmd olsun ki, etirazçı möminlərin sayəsində dünya müsalmanları qarşısında xəcalətli qalmadıq. Allah onlardan razı olsun!
    Peresin gəlişinə sevinənlərə gəldikdə isə, onların içində daha çox yazarnümalar gözə dəyirdi. Qələmlərindən süzülən dollar boyası insanın diqqətini bəs qədər özünə çəkirdi. Onlar heç bir dəlilsiz İsraili müdafiə edir və bu qaniçən qonağa xoş gəldin deyirdilər. Olsun ki belələrinin arqumentləri də vardı. Məsələn, dolanışıq zəifdi, neyləyək?! Amma biz müxaliflər, İsraili insan hüquqlarını pozduğu, dünyada qan tökdüyü üçün qınayırıq. Görünür ki, haqsız da deyilmişik!
    Son günlər İsveç qəzetləri bu rejimin (İsrailin) insan hüquqlarını vəhşicəsinə pozub Fələstinli əsirlərin bədən orqanlarını çıxarıb satmasını faş etdi. Faktxəbər informasiya agentliyindən əldə etdiyimiz məlumata əsasən, İsveçin “Aftonbladet” qəzeti bir neçə gün əvvəl, İsrailin həbs etdiyi fələstinlilərin ürək və böyrəklərini çıxarmalarına dair müsahibə dərc edib. Jurnalist Donald Bustrom bu müsahibədə, İsrail ordusunun fələstinliləri necə öldürərək onların ürək, böyrək və bu kimi digər orqanlarını çıxardıqlarını öz gözləri ilə gördüyünü vurğulayıb. Donald Bustrom bu haqda onda kifayət qədər faktların mövcud olduğunu söyləyib. Qeyd edək ki, bu faktların “Aftonbladet”  qəzetində  dərc olunması İsrail rejiminin rəhbərliyini həddindən artıq hiddətləndirib. Rejim başçıları dəfələrlə İsveç hökümətinə təzyiq göstərərək bu faktların təkzib olunmasını istəmişlər. Cavab olaraq İsveç baş naziri “bu yazı bir növ ifadə azadlığıdır” -deyə münasibət bildirib. Baş nazirin cavabı İsrail rejimini daha da rüsvay edib. Bu cavabdan məlum olub ki, İsrail İsveçdəki söz azadlığına qarşı çıxır. İsrail rejimi dünyada narıncı inqilabları maliyyələşdirməklə əslində demokratiya yox, öz mənafeyinin dalıncadır. İsvec rəsmilərinin gözlənilməz cavabından sonra İsrail kabinetinin müxbirlər bürosu “Aftonbladet” qəzetinin müxbir və fotoqrafını Qəzzə zolağına buraxmayıb. Müxbirlərin Qəzzə ərazisinə girə bilməsi üçün 3 ay gözləməli olduqları bildirilib. Diktator rejim bu əməlinə hələ qanun adı da qoyub. Bu isə onu göstərir ki, İsrail Qəzzəni hələ də tam mühasirədə saxlayır.
    Qəzzədə ən başlıca problemlərdən biri İsrailin iyirmi iki günlük təcavüzünün nəticələrinin aradan qaldırılmasıdır. Bu rejimin, istifadəsi beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş bombalarla yaraladığı insanların hal-hazırkı vəziyyəti çox ağırdır. Yaralı dinc sakinlər dərman çatışmazlığından yaxınlarının gözü qarşısında tədrici ölümlə qarşılaşır. Əgər İsrail rejimi Qəzzəyə lazım olan dərmanları buraxsa, yaralıların əksəriyyətinin həyatını xilas etmək olar. Amma bu cəllad rejim Qəzzəni tam mühasirədə saxlayıb və gələn yardımların çarəsiz insanlara çatmasının qarşısını alır.
    Bəs dünya birliyi hara baxır? Dünya birliyi bu zülmün qarşısında susur. Xüsusilə də üzünün maskası günbəgün yırtılan ABŞ prezidenti Obama bütün bunlara göz yumur. İsrailin Stokholmdakı səfiri bu yaxınlarda İsveç xarici işlər nazirliyinə gedərək, nazirin köməkçisi Belfragla görüşüb. O, İsveç hökumətindən "Aftonbladet" qəzetində, İsraillin fələstinlilərin orqanlarını oğurladıqlarına dair çıxan yazının təkzib olunmasını istəyib. Bu rejim hər vaxt həqiqətləri ört-basdır etməyə çalışıb.
    Allahın yardımı ilə bu rejim son addımlarından sonra dünya xalqları qarşısında rüsvay olub. İsrailin  tarixini qısaca araşdırsaq, onun sülhlə keçindyi bir gün tapılmır. O, qısa tarixində quduz it kimi hər gün bir ölkənin torpağına soxulub, dinc insanları təcavüzə məruz qoyub. Əlbəttə ki, yəhudi Sorosların inqilab layihələri də bu rejimin baş ştabı tərəfindən izlənilən məsələlərdəndir.  
    Avstriya xəbər agentliyinin bildirdiyinə görə,  İsveç baş naziri İsrailin etirazlarına cavab olaraq “İsveç hökuməti, Aftonbladet qəzetində çıxan yazını təkzib etmək niyyətində deyil” deyə bildirib. Bu cavab İsrailin ağzına iti bir sillə olub.

 

Əşrəf Eyvazlı

 
Hud peyğəmbər PDF Print E-mailiniz
Şənbə, 22 Avqust 2009 23:25

Ərəbistan yarımadasının xəritəsinə baxın. Onun sağ tərəfində geniş bir səhralıq görəcəksiniz. Ona Rub`ul-Xali deyirlər. Həyat əlamətlərindən tamamilə uzaq olan bir yer... Nə su, nə bitki...
Amma, görəsən bu yerlər min illər bundan öncə də səhralıq olmuşdurmu? Yox. Bu vahiməli torpaqlar, məhsuldar yer və yaşıllıq olmuşdur. Arxeoloqlar orada qumların altında dəfn olunmuş qədim bir şəhərin qalıqlarını tapmışlar.
Tarixdən qabaqkı dövrdə bu yerlərdə güclü Ad qəbilələri yaşayırmışlar. Bunlar ərəb qəbilələrindən olub, çox keçmiş zamanlarda orada sakin olmuşlar. Tarix onların barəsində bir söz demir. Yalnız Qur`ani Kərimdə bu barədə bə`zi mətləblər söylənilmişdir.
Ad qəbilələri bitki və yaşıllıqla dolu olan o məntəqədə yaşayırdılar. Orada vaxtı-vaxtında yağışlar yağır, yer yaşıllaşır və səfalı olurdu. Hovuzları su ilə dolur, tarlalar gözəlləşirdi.
Beləliklə onların torpaqları xurma və üzüm ağaclarıyla doldu. Tarlaları yaşıllaşdı, bağları genişləndi.
O zaman insanlar ev və bina tikməyə çox diqqət göstərirdilər. Me`marlıq sənətində, qala və saray tikmək işində xüsusi məharətləri vardı.
Onlar güclü və qürurlu insanlar idilər. Ne`mətin bolluğu onları azğınlığa çəkmişdi, ağıl və düşüncənin səsinə səs vermirdilər. Onlar büt və heykəllərə ibadət edirdilər. Öncə onları öz əllərilə düzəldir və sonra onlara pərəstiş edirdilər. Onlar öz ibadətgahlarını təpələrin başında tikib, heykəllərini orada yerləşdirirdilər. Onlar deyirdilər:
-Bu bizim yaşıllıq allahımızdır. O, dəniz allahıdır. Bu quru allahıdır. Bu döyüş allahıdır.
Buna görə də onlar qarşılarına çıxan bütün məsələlərdə onlardan kömək istəyirdilər.
Əhqaf torpaqları yaşıllıq və çəmənlik idi. Onların heyvanları artdıqca naz-ne`mətə, xoşgüzəranlıq və əyyaşlığa, qürur və təkəbbürə daha çox qərq olurdular. Elə bilirdilər ki, bütün ne`mətlər onların allahlarındandır. Ona görə də qabaqkından daha artıq bütpərəstliyə alışırdılar.
Onlar günahsızlara daha çox zülm etməyə başladılar. Əqidə və yaşayışlarında onlarla bir olmayanlara qarşı kobud rəftar edirdilər. Pak insanlar qorxu içində yaşayırdılar. Onlar zəif azlıqlar idilər, güc vasitələri isə mülkədarların əlində idi.
Bütün sərvətlilər zalım idilər. Onların uca boyları, güclü əzələləri və bərk ürəkləri var idi. Elə bil ürəklərini daşdan düzəltmişdilər.
O zaman, Allahın geniş dünyasının həmin nöqtəsində Hud (ə) yaşayırdı. O, saleh, mehriban və xeyirxah bir insan idi. Allah-təala onu peyğəmbərliyə seçib, qəbiləsinə tərəf göndərdi. Hud (ə) öz də`vətini yeganəpərəstliyə də`vət, bütpərəstlikdən, daşdan düzəltdikləri və heç bir xeyir və ziyanları olmayan allahların ibadətindən çəkindirməklə başladı.
Hud (ə) Allah adamı idi və bütpərəstlərdən qorxmurdu. Onlar cismi cəhətdən güclü insanlar idilər, amma, Hudun (ə) güclü iradə və ruhiyyəsi var idi. O, Allahla idi və Allah da onunla. Allahsa hamıdan güclüdür.
Hudun (ə) risalətinə iman gətirən pak insanlar çox az idilər. Zalım və əyyaşlar Hudu (ə) və onun risalətini məsxərə edirdilər. Onu nadan və dəli adlandırırdılar. Ad əhalisi Allahın peyğəmbərinə əzab-əziyyət verir, onu daim hədələyirdi.
Hud (ə) öz də`vətini davam etdirdi. O həmişə öz qəbiləsinə nəsihət edir, Allahın ne`mətlərini və onun bərəkətlərini onların yadına salırdı. Amma, heç bir faydası yox idi. Onlar güman edirdilər ki, allahları onlara ruzi yetirir, yağış göndərir, ot və bitki bitirir, bərəkət verir və onlar artıb, inkişaf edirlər. Ona görə də dedilər:
-Hud (ə) dəlidir. Allahlar ona nifrin etmişlər.
Onlar Hudu (ə) öz də`vətini davam etdirərsə, pis aqibət və nəticə ilə qorxudurdular. Ona dedilər:
-Allahlar səni cəzalandıracaqlar.
Hud (ə) Ad zülmkarlarını və onların allahlarını mübarizəyə çağırırdı.
Hud (ə) öz risalətini davam etdirdi. Zalımlar Hudun (ə) qarşısında bir iş görməyə aciz qalmışdılar. Ad camaatı iki dəstəyə bölündülər: Sayca çox az olan, Allaha və qiyamət gününə iman gətirmiş şəxslər və Hudun (ə) risalətinə kafir olub, öz tüğyan, təkəbbür, fəsad və azğınlıqlarını davam etdirənlər. Onların islah olunmalarına heç bir ümid qalmamışdı və eləcə öz azğınlıqlarında sərgərdan idilər.
QƏRİBƏ ŞƏHƏR - İRƏM
Ad qəbiləsi o dövrdə dünyanın ən böyük şəhərini bina etdilər. O, İrəm şəhəri idi. Onun oxşarı heç bir yerdə tikilməmişdi. Şəhər uca binalar, bağ və bostanlarla dolu idi. Onu zülmkar və bütpərəst Şəddad tikdirmişdi.
Orada yaşamaq üçün Şəddad, onu özünə cənnət olaraq düzəltdirmişdi. O güman edirdi ki, həmişə diri qalacaq və heç vaxt ölməyəcəkdir. O çox qüdrətli idi, odur ki, həmişə yaşayacağını xəyal edirdi.
QITLIQ
Yağış zamanı çatdı. Amma, yağış yağmırdı. Buludlar Əhqaf göylərindən keçib, uzaq məntəqələrə gedirdilər. Burada bir yerdə cəm olur və sonra dağılışırdılar. Ad camaatı çəmənliklərdən, əkin sahələrindən, dağ meyvələrindən və bostanlardan istifadə edərək öz günlərini keçirirdilər.
Həmin il yağışsız keçdi. Onların məhsulları azaldı. Heyvanların bə`zisi aclıqdan məhv oldular. Bə`zi ağaclar qurudular. Ad camaatı bütlərə üz tutdular. Onlara ibadət edir və onların yanında qurban kəsirdilər. Amma, heç bir faydası yox idi.
Yenə də yağış zamanı çatdı. Buludlar toplandı. Ad camaatı sevinib, şad oldular. Tünd rəngli buludlar idi. Bə`ziləri dedilər:
-Bu buludlar yağış buludlarıdırlar. 
Amma, buludlar sür`ətlə dağıldılar. Bütpərəstlər öz qurbanlarının sayını artırdılar. Lakin, buludlar görünür, sonra isə itirdilər. Əsən küləklər yalnız onlar üçün qum gətirirdi.
İMAN - XEYİR VƏ BƏRƏKƏT DEMƏKDİR
Hud (ə) gəlib, öz qövmünə nəsihət etdi və onlara dedi:
-Mən sizi sevirəm. Mən sizin xeyrinizi istəyirəm.
O buyurdu:
-Ey qəbilə! Allahınızdan bağışlanmaq istəyin və ona tərəf qayıdın! Tövbə edin ki, göyün yağışını ardıcıl olaraq sizin üçün göndərsin və gücünüzü artırsın.
Ad camaatı Allah tərəfindən onlar üçün gəlmiş elçinin nəsihətinə qulaq asmadılar. Ondan üz çevirdilər, onu hədələdilər və qurban kəsib, allahlarının yanına qoymaqla məşğul oldular.
Yağış zamanı keçdi. Amma, bir damcı yağış da yağmadı. Qıtlıq onların bütün torpaqlarını bürüdü. Onların yaşıl və səfalı yerləri səhraya çevrildi. Heyvanları tələf oldu, ağacları qurudu.
Üçüncü il çatdı. Çox çətin bir il idi. Susuzluq özünün son həddinə çatmışdı və yalnız heyvanların işləməsi üçün kifayət idi. Əkin sahələri isə eləcə quru və susuz qalmışdı. Onlar hər gün öz ibadətgahlarına tərəf gedir, bütlərə ibadət edir və onların yanında ağlayıb, raz-niyaz edirdilər. Hud (ə) onlara nəsihət verib, Allaha imana də`vət edirdi. Çünki, o, təkliyi ilə hər şeyə qadir idi. Bütlərin isə heç bir dəyər və əhəmiyyətləri yox idi. Çünki, onlar yalnız bir neçə daş parçası idilər.
DAĞIDICI TUFAN
Üçüncü il yağışın yağma zamanı çatdı. Amma, quraqlıqdan başqa bir şey yox idi. Qıtlıq hər yeri bürümüşdü. Küləklər əsir və qum dalğalarını vaxtı ilə yaşıl və səfalı yerlər olan dərələrə tərəf itələyirdi. Əhqaf torpaqları qurqlığa qərq oldu. Hud (ə) həmişə camaatı Allaha imana və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. O deyirdi:
-Allah-təala qüdrətlidir. Yağış göndərən, yeri öldükdən sonra dirildən odur. Qüdrətli Allah o şəxsdir ki, dərələrə, çöllərə və çəmənliklərə yaşıllıq, səfalıq və təravət bəxş edir. Bütlər eşitməz daşlardılar. Onların xeyir və ziyanları yoxdur.
Ad qəbilələri onun risalətinə iman gətirməyib, zalım hakimlərinə itaət edirdilər. Bə`zi pak insanlardan savayı heç kəs Huda (ə) iman gətirmədi.
Üçüncü ildə də Əhqaf sakinləri göyə baxır, bulud və yağış gözləyirdilər. Səma təmiz və mavi idi. Buluddan əsər-əlamət yox idi. Bütpərəstlər daha çox qurban vermək fikrinə düşdülər. Güman edirdilər ki, ne`mət bolluğu Allahı, onları qıtlıq və quraqlıqdan xilas edəcəkdir. Lakin, bir xəbər yox idi. Hud (ə) gələrək sonuncu dəfə onlara nəsihət verdi. Onları tövbəyə, Allaha tərəf qayıtmağa də`vət etdi: Yağış göndərən və bolluq illərini əta edən yeganə Allaha doğru. Amma, Ad qövmü Hudu (ə) çıxararaq ona dedilər:
-Get, ey dəli! Sən yalançı adamsan. Əgər doğru deyirsənsə Allahın bizim üçün əzab göndərsin. Biz heç vaxt allahlarımızdan əl çəkməyəcəyik. Bizim allahlarımız bizə ruzi yetirir, yağış göndərir, torpaqlarımızı məhsuldar edir və qoyunlarımıza bərəkət verirlər. Onlar bu işləri heç vaxt unutmurlar.


Hud öz qəbiləsinin halına yanırdı. O istəyirdi ki, onlar iman gətirib, dəyərli və səadətli həyat yaşasınlar. Saatlar keçdi, üfüqdə qorxulu qara buludlar göründü. Buludlar get-gedə irəlilədilər və bütün Əhqaf səmasını bürüdülər. Ad tayfası buludları görərək şad olub, sevindilər və dedilər:
-Allahlar bizim dualarımızı qəbul etdilər. Bizim üçün yağış yağan buludlar göndərdilər. Tezliklə yer yaşıl və səfalı olacaqdır. Yaşıllıq bağ və bostanlara qayıdacaqdır.
Hud əzabın qəti nişanəsini görərək dedi:
-Yox! Heç vaxt! Bu çatmasına tələsdiyiniz şeydir. Onda dərdli əzab olan bir küləkdir. O, hər şeyi viran edəcək.
Hud dağa sığındı. Mö’minlər də ora sığındılar. Əzab çox yaxınlaşdı. Zaman keçirdi və bütpərəstlər toplaşmış qara buludlara diqqətlə baxaraq yağış gözləyirdilər. Amma, faydasız idi. Soyuq küləklər əsməyə başladı. Tezliklə dağıdıcı tufan hərəkətə gələcəkdi.
Göydə işıqlar parlamağa və qorxulu ildırımlar çaxmağa başladı. Buludların gurultusu başlandı. Göy gurultusu elə möhkəm və qorxulu idi ki, kafirlərin ürəklərini titrətdi. Bütpərəstlər qorxaraq öz evlərinə sarı qaçdılar. Onlar ümidsizliklə buludlara baxırdılar. Hudun sözləri, onun nəsihətləri barədə fikirləşmirdilər. Yalnız daş heykəllərə baxırdılar. Onlar bu inamda idilər ki, o eşitməz daşlar onlara ruzi bağışlayır və onlara xeyir, bərəkət və ne’mət bolluğu əta edirlər.
Allahın qəzəb tufanı başlandı. Küləklər ağır, quru və olduqca soyuq idilər. Yağış və bulud gətirən küləklər deyildilər. Onlar çox güclü külək və qum topalarının tufanı idilər.
Dəhşətli saatlar keçdi. Tufan sakitləşmək bilmirdi. Qum dalğaları dərəyə tərəf gedirdilər. Ad qəbiləsi öz güc və qüdrətlərinə çox güvənirdilər. Onlar güman edirdilər ki, qıtlığa, quraqlığa və tufana qələbə çalacaqlar. Elə bilirdilər ki, tufan axşam və ya sabah sakitləşəcəkdir.
Çərşənbə günü səhər daha güclü küləklər əsməyə başladı və yeddi gecə səkkiz gün eləcə möhkəm əsdi. Tufan çərşənbə günü səhər sakitləşərək dayandı. O gözəl və səfalı şəhəri qumla hamarlaşdırmayınca, gözəl İrəm şəhərini qumlar altda dəfn etməyincə, sakitləşmədi.
Evlər bir-birlərinə dəydi. Çox güclü və möhkəm olan mərmər sütunları töküldü. Hudun risalətinə kafir olanlar yerdə qumların üzərində çırpınırdılar. Onların uca qamətləri vardı. Buna görə də quru xurma ağacının gövdələrinə bənzəyirdilər. Heykəllər üzü üstə yerə düşdülər və parça-parça oldular. O bütpərəst ibadətgahı xarabalığa çevrildi. Allahın nifrini onları tutdu. Onlar zalım və qürurlu insanlar idilər. Onların ürəklərində zərrə qədər də rəhm və mərhəmət yox idi. Onların yaşayışı başdan ayağa əbəs və bihudəlik idi. Hətta öz saraylarını tikdikləri zaman belə bu işləri yalnız əbəs yerə və faydasız olaraq yerinə yetirirdilər. Heç vaxt onlardan istifadə etmirdilər. Ona görə də Allah küfrlərinə və mö’minlərə etdiyi zülmlərinə görə onlara qəzəbləndi; onları həlak edib, Hud və ona iman gətirənləri xilas etdi. Onları azad etdi ki, insanlar öz fitrət və təbiətlərinə qayıtsınlar və xeyir-bərəkət, firavanlıq və ne’mət bolluğu ilə dolu olan yeni insan həyatlarına başlasınlar.
Bismillahir-Rəhmanir-Rəhim.
“Biz Ad qövmünə onların qardaşları olan Hudu göndərdik. Onlara dedi:
-Ey qövm!Allaha pərəstiş edin, ondan başqa sizin üçün bir mə’bud yoxdur. Sizsə yalnız töhmət vurursuz.
Ey qövm! Mən bu risalətim üçün sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradan şəxsin öhdəsinədir. Anlamırsınızmı?
Ey qövm! Allahınızdan bağışlanmaq istəyin. Sonra tövbə ilə ona doğru qayıdın. O sizə səma yağışını göndərər. Gücünüz üstünə güc əlavə edər. Amma, günahkarcasına haqdan üz çevirməyin.
Dedilər:
-Ey Hud! Sən bizim üçün aydın sübut gətirməmisən və biz öz alllahlarlarımızı sənin sözünlə buraxmayacağıq. Biz əsla sənə iman gətirməyəcəyik. Biz sənin haqqında yalnız bunu deyirik: ”Bizim bə’zi allahlarımız sənə ziyan vurmuş, ağlını aparmışlar”.
Hud dedi:
-Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin Allaha qoşduğunuz şəriklərdən uzağam. Ondan başqa ibadət etdiyiniz bütün şeylərdən uzağam. İndi ki, belədir, hamılıqla mənə qarşı plan çəkin və mənə fürsət verməyin. Amma, bilin ki, əlinizdən heç bir iş gəlməyəcəkdir. Mən özümün və sizin rəbbiniz olan Allaha təvəkkül edirəm. Allah bütün canlılara hakimdir. Mənim Rəbbim doğru yoldadır. Ona görə də əgər üz çevirsəniz, bilin ki, mən üzərimə düşən risalətimi sizə çatdırdım və Rəbbim sizin yerinizə başqa bir dəstəni gətirər, sizsə ona azca zərər belə yetirə bilməzsiniz. Mənim Rəbbim hər şeyin qoruyanıdır.
Bizim əmrimiz yetişən zaman Huda və ona iman gətirən şəxslərə öz rəhmətimizlə nicat verib, onları ağır əzabdan xilas etdik. Bu Ad qövmü Allahın ayələrini inkar edib, peyğəmbərlərinə günah etdilər və haqqın düşməni olan hər bir zalıma itaət etdilər. Bu dünyada və Qiyamət günü onlar üçün lə’nət və pis adlar vardır. Bilin ki, Ad qövmü öz Rəbbinə kafir oldu. Hudun qövmü Ad Allahın rəhmətindən, xeyir və səadətdən uzaq olsun!

Kamal əs-Seyyid

Tərcümə etdi:  V. Hüseynzadə

 
Biganə etirafı PDF Print E-mailiniz
Cümə axşamı, 20 Avqust 2009 00:09

    Yetərli hökmləri ilə insanları çətinlikdən asanlığa yönəldən İslam dini bədxahlarımız tərəfindən müasir dünyamızdan geri qalmış bir din kimi qələmə verilməkdə. Düşmənlərimiz uydurduqları yalanlarla İslamı gözdən salmağa çalışsalar da, son günlər dünya banklarında yaranmış iqtisadi böhran sübut etdi ki, İslam necə müasir bir din imiş. İslam dini bəşəriyyətə xidmət məqsədi daşıyır. Dinimiz bu missiyanı izlədiyi halda çox təəssüf ki, bədxahlarımız İslamı gerilik kimi qələmə verirlər. Çox vaxt onların bu çalışmaları nəticəsiz olur.
    Bildiyiniz kimi dünya iqtisadi böhran yaşayır. Bu böhran dünya banklarında daha aşkar müşahidə olunur. Bankları çalxalayan böhran bəzi biganələri etiraflara məcbur edib. Vatikanın mühüm rəsmi qəzeti olan “Losservatore Romano” dünya banklarının iqtisadi böhrandan qurtulması üçün İslam bankçılığını nümunə götürməyi təklif etdi. Bu təklifin kökündə İslam banklarında faizlərin olmaması dayanır.
    Dünya banklarının bugünkü  böhranlı vəziyyətində İslam bankları tam sağlam qalıb. İslam ölkələrində borca üstəlik pul almaq sələmçilik kimi qəbul edildiyindən bu iş qadağandır. Bəli, İslam ayinlərində sələm haram buyurulub. “Losservatore Romano” qəzeti İslam bankçılığının kapitalist maliyyə sistemində nizam-intizam yarada biləcəyini yazıb. Məqalədə, İtaliyalı iqtisadçılar Loretta Napoleoni və Klaudia Segre İslam tələblərinə uyğun fəaliyyət göstərən banklarda yatırımların süni şişirtmələrə, borclara, faizlərə və maliyyə fırıldaqlarına məruz qalmadığını vurğulayıblar. Məqalədə Qərb maliyyə sisteminin  yeganə xilas yolu kimi bankçılığın formalaşmasında İslam qanunlarının tətbiq olunması göstərilir. Dünyada yaranmış iqtisadi krizis şiddətləndikcə Vatikan müasir kapitalist sisteminin əsas tənqidçisinə çevrilib. 
    Roma papası Benedikt Qərb bankirlərini tənqid edir, onları artıqtamahlıqda, iqtisadi tənəzzülə səbəb olmaqda günahlandırır. Papanı qıcıqlandıran səbəblərdən biri o ola bilər ki, müsəlman bankları bu problemlərlə qarşılaşmayıb. Amma Papanın hal-hazırda ən əsaslı problemlərindən biri budur ki, iqtisadi böhran Vatikana da çox güclü təsir göstərib. Vatikan 2007-ci il büdcəsini 18 milyon dollar artımla, 2008-ci ildə isə 6 milyon dollar kəsirlə başa vurub. Bu çox pis bir statistikadır. Sözsüz ki, əgər belə davam edərsə, 2009-cu ildə vəziyyət daha da ağırlaşacaq.
    Vatikanın İslam bankçılğını örnək götürmək təklifi məşhur “Fayneşnl Tayms” qəzetinin də diqqətini cəlb edə bilib. Qəzetdəki məqalədən bir parçanı diqqətinizə çatdırırıq: “Vatikan kimi dövlətin İslam maliyyə sisteminə müraciət etməsi dünyanı bürüyən iqtisadi böhranın çox dərin olmasından xəbər verir”. Artıq qərb mətbuatı və qərbin dini lideri Roma papası İslam hökmlərinin gözəlliyinı təsdiqləyir. Amma İslam düşməni ABŞ və İsrail İslamı gözdən salmaq üçün demokratiya  pərdəsi arxasında qrantlar paylamaqda davam edir. Roma papası İslamdakı qanunları bəyəndiyi bir vaxtda vicdanını ABŞ-ın Azərbaycanda İslamı ləkələməsinə ayırdığı pullara satanlar oyanacaqmı?! Yazarnümalar ABŞ-dan alınan pullar müqabilində öz məqalələrində sifarişlə İslamı ləkələyib İsraili sevdirmək niyyətindədirlər. Məgər əqidəni də pula satmaq olar?! Allah sizlərə vicdan versin. Ola bilər ki, sizlərə vicdan adlı bir həqiqət ikrahedici görünsün, amma dünya İslama gəlir. İslam öz gözəlliyi ilə dünyanı özünə çəkir. Hazırda Qərb ölkələrinin İslam bankçılığına müraciət etmək istəyinin əsas səbəbi məhz həmin sistemdə böhranlardan sığortalanmadır.
    Ey puldan başqa ilham mənbəyi olmayan yazarlar! İslamı pisləməkdə davam etsəniz belə, bu din bir çox problemlərin həllində Qərbə kömək edə bilir. Doğrudur, söhbət bütün qərb banklarının İslam prinsipləri ilə işləməsindən getmir. Amma məsələ ondadır ki, İslam bank sisteminin bəzi prinsiplərini tətbiq etməklə Qərb bankları potensial zərərlərini sığortalaya bilərlər. Ən aşağısı bugünkü vəziyyətdən çıxana qədər qərb banklarının yeganə çıxış yolu budur.
    Əslində beynəlxalq maliyyə qurumları uzun müddətdir ki, bu sistemdən istifadə edirlər. Məsələn, dünya bankı kreditlər verməklə yanaşı bir sıra layihələrdə sərmayəçi kimi çıxış edir. İslam bank sisteminin əsas üstünlüyü onun faizdən asılı olmamasından ibarətdir. Bugünkü böhran bataqlığında batanlar isə faizə bağlılıqdan batır. Bu o deməkdir ki, İslam bankları faizdən asılı olmayan fəaliyyət qurduqları üçün onların böhrandan sığortalanması sözsüzdür.
    Bütün bunları nəzərə alsaq, İslam bankçılıq prinsiplərinin hətta xristian ölkələrində tətbiq edilməsi imkanları  inanılmaz görünməməlidir. Əslində qlobal maliyyə böhranı bir daha sübut etdi ki, faiz prinsipi tamamilə yanlışdır.
Azərbaycanımızda da bu böhran şiddətli şəkildə müşahidə olunmaqda. Banklardan əldə etdiyimiz məlumata görə dövlət işində işləyib sabit hüquqa malik olan vətəndaşlar istisna olmaqla kiməsə kredit vermək müvəffəqiyyətsizliklə nəticələnir.  Vətəndaşlarda faiz ödəmək gücü qalmayıb. Bu da, sözsüz ki, banklarımıza güclü təsir göstərəcək. Çünki bizim banklar İslam prinsiplərinə uyğun işləmir. Qlobal maliyyə böhranı başlamazdan əvvəl ölkə kommersiya banklarının gəlirlərinin 70 faizini məhz kreditlərə görə ödənilən faizlər təşkil edirdi. Banklarımız faizdən (sələmdən) asılı olduğu üçün bu böhran qaçılmazdır. Demək olar ki, Azərbaycan bankları real vəziyyətdə böyük problem yaşayasıdır. Müştəriyə 20 faiz ətrafında kreditlər təklif etmək heç də banklarımızın xeyrinə olmayacaq. Belə qeyri-islami sistemlərdə böhrandan qaçmaq mümkünsüzdür. Problemlərin aradan qaldırılmasının yeganə yolu İslam bankçılığına üz tutmaqdır. Dünya bankları bu gün məhz İslamın bu hökmündən yararlanmağa səy göstərir. Banklar həm kreditlər təklif edir, həm də İslam bankçılığında nəzərdə tutulduğu kimi müxtəlif faizsiz proqramlarda payçı kimi çıxış edirlər. Bu, banklara divertifikasiyalı  siyasət həyata keçirməyə imkan verir. Dünya banklarının keçmişdə yaşadığı faiz ləkəsi onların bu böhrandan tam sığortalanmasını mümkünsüz edir. Bütün bunları nəzərə alan ABŞ və Avropa birliyi bankları faizdən asılılığı aradan qaldırmaq üçün İslam bank prinsiplərinə uyğun olaraq investisiya proqramlarını maliyyələşdirmək imkanları axtarırlar.
    Dünya bu problemi yaşadı. Yaşadıqdan sonra İslam dininin bu yöndəki hökmünün xeyrini anladı. Necə ki faizdə olan zərərdən xəbərdar Allah-taala Qurani-kərimdə onu insanlara qadağan edərək buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin...” (“Bəqərə” surəsi 278-ci ayə).
    Hər ilahi qadağa və əmrin arxasında, sözsüz ki, hikmət var. Mənəviyyata biganə bəşər faizin haram olmasından nəsə anladı. Amma anlanmamış ilahi göstərişlər hələ çoxdur. Olduqca çox!

Əşrəf Eyvazlı

 
Ailədə ülfət PDF Print E-mailiniz
Çərşənbə, 19 Avqust 2009 15:38

     “Sizin üçün, onlarla aramlıq tapasınız deyə, öz cinsinizdən həyat yoldaşları xəlq etməsi, aranızda məhəbbət və mərhəmət yaratması da Onun əlamətlərindəndir”

( Qurani-kərim, “Rum”- 21).

     Məhəbbət və ülfət ailə həyatını gözəlləşdirən, ona sevinc və xoşbəxtlik bəxş edən amildir. Avtomobil hissələrində olan yağ onları sürtünüb məhv olmaqdan qoruduğu kimi, ülfət və mehribanlıq da ailədə gözlənilən narazılıqların, nizam-intizamsızlığın və digər psixoloji və sosioloji problemlərin qarşısını alır.
      Xoş rəftar və mehribanlıq ailənin ən önəmli ehtiyaclarındandır. Çünki ailə yalnız cinsi və ictimai ehtiyacların təmini üçün deyil, həm də məhəbbət, səmimiyyət və əxlaq ocağıdır.
      Kişi və qadın ailənin xoşbəxtliyi üçün əllərindın gələni etməlidirlər. Onlar ilk növbədə özlərində ailəyə bağlılıq hissi yaratmalıdırlar. Təəssüf  ki, bizim cəmiyyətdə, xüsusən kişilər arasında bu hiss olduqca zəifdir. Bir çoxları evləndikdən sonra hələ də subaylıq dövrünün ab-havası ilə yaşayır, gündəlik həyatlarında xüsusi bir dəyişiklik hiss etmirlər. Onlar həyat yoldaşlarının varlığını bəzi konkret məsələlərdə duyur, dərk etmirlər ki, həyat yoldaşı insan üçün həm də ən yaxın dost deməkdir. Onlar harasa səyahətə, istirahət səfərinə getmək istədikdə bunu öz dostları, yoldaşları ilə həyata keçirmək haqqında fikirləşirlər, ailələrilə səfərə çıxmaq, arabir onları da gəzməyə aparmaq ağıllarına belə gəlmir. Ailəsindən ayrılıb aylarla, illərlə xaricdə yaşamaq isə, yəqin ki, müasir dövrdə qadına rəva görülən ən ağır cahiliyyət ənənələrindən sayıla bilər.
      Ailə xoşbəxtliyi üçün qadın da kişi qədər məsuliyyət daşıyır. Qadın ərinə ən yaxın dost olmağı bacarmalı, müxtəlif problemlər zamanı onu başa düşməlidir. Qadın dərk etməlidir ki, hər bir müvəffəq kişinin arxasında bir zəhmətkeş qadın dayanır. Kişi öz həyat yoldaşının köməyilə ən böyük problemləri belə həll etməyə qadirdir.
Hər bir ailədə ara-sıra narazılıqların olması təbiidir. Kişi və qadın belə problemləri böyütməməli, bir-birlərini bağışlamağı bacarmalıdırlar. Onlar unutmamalıdırıar ki, iki ayrı-ayri cinsə mənsubdurlar və bir-birlərilə təkcə fizioloji baxımdan deyil, həm də psixoloji baxımdan köklü fərqlərə malikdirlər.
      Yazının əvvəlində qeyd olunan Quran ayəsinə diqqətlə nəzər salsaq, bir neçə incə məqamı sezə bilərik:
1. Həyat yoldaşı insanın  aramlıq tapması üçündür, təkcə cinsi ehtiyaclarının təmini üçün yox;
2. Kişi və qadın eyni cinsdəndir, hər ikisi insandırlar. Bu baxımdan onların birinin digərindən üstünlüyü yoxdur;
3. Həyat yoldaşı Allah-taalanın bəxş etdiyi nemət və nikah yaradılışın qanunlarındandır. Ondan imtina etmək düzgün deyil;
4. Kişi və qadının qarşılıqlı məhəbbəti ilahi nemətdir. Onu qorumaq gərəkir, qiyamətdə onun haqqında da soruşulacaqdır;
5. Bəşər həyatının davam etməsi üçün lazım olan bütün şərtlər Allah tərəfindən yaradılıb. Bunun özü Allahın varlığına sübutdur.
      Ailə insan şəxsiyyətinin formalaşmasında müstəsna rol oynayır. İnsan gözünü açan gündən ailə üzvlərinin hərəkətlərini, onların bir-birilə davranış tərzini müşahidə edir, rəftarlarını diqqətlə izləyir, demək olar ki, bütün vaxtını onların yanında keçirir. Əbəs deyil ki, psixoloq və psixoterapevtlər xəstələrində olan ruhi iztirabların, depressiyaların və psixoloji qanunauyğunsuzluqların  kökünü məhz ailədə axtarırlar. Ən çox yeniyetmələrdə müşahidə edilən kobud rəftar, aqressiv hərəkətlər, evdən qaçma hissi, özünə inamsızlıq, digərlərinə qarşı rəhmsizlik, çətinlik qarşısında dözümsüzlük, qorxaqlıq, vasvasılıq, bədgümanlılıq, həqarət hissindən doğan kin-küdürət, laqeydlik, sayğısızlıq, spirtli içkilərə və narkotik maddələrə meyllilik və hətta dırnaq çeynəməyə vərdiş etmək də, əksər hallarda ailə məhəbbətindəki boşluqdan irəli gəlir.
      Uşaqlar valideynlərinin onlara qarşı məhəbbətini daim izləyir və ölçürlər. Valideynlər xəbərsiz olsalar da, uşaqlar onların məhəbbətinin azalmasından qorxur və bunu heç nə ilə əvəz etmək istəmirlər. Əbəs deyil ki, həm atası və həm anası işləyən, yaxud atasından, ya anasından uzaq düşən uşaq normal şəkildə ata-anasının yanında boyüyən uşaqdan fərqlənir.
      Məhəbbət və səmimiyyət uşaqların ən zəruri ehtiyaclarındandır. Məhəbbətin azlığı onlarda müxtəlif psixoloji böhranlara səbəb ola bilər. Valideynlər ailədə aram mühit yaratmalıdırlar ki, ailə üzvləri, xüsüsilə uşaqlar ev və ailələrini özləri üçün ən yaxşı, ən doğma və ən təhlükəsiz ocaq hesab etsinlər. Əks təqdirdə, ailədə qorxu və iztirab, nizam-intizamsızlıq, bir-birinə qarşı inamsızlıq və sair neqativ hallar hökm sürəcək. 
      Dedik ki, uşaq valideyn məhəbbətini bütün vücudu ilə hiss etməli, ondan zövq almalıdır. Lakin unutmaq lazım deyil ki, övlad məhəbbəti də məqsədli və məntiqli olmalıdır. Uşağın hansısa qaba rəftarından, yaxud söyüş söyməsindən sonra onu qucaqlayıb nəvaziş etmək düzgün deyil. Belə yerdə ən azı ciddi görkəm almaqla səhvə yol verdiyini ona başa salmaq lazımdır.

Zəhra Hüseynzadə

 
İmam Mehdiyə məktub PDF Print E-mailiniz
Çərşənbə, 19 Avqust 2009 15:29

    Salam olsun Məhəmməd (s) ümmətinin Mehdisinə!
    Salam olsun sənə, ey Əhli-beyt xanədanının yeganə yadigarı!
    Salam olsun sənə, ey çarəsizlərin pənahı, məzlum və müstəz`əflərin ümidi!
    Salam olsun sənə, ey zülmət və qaranlıq yolların nurlu çırağı!
    Salam olsun sənə, ey yer üzünün ən dahi və ən ədalətli rəhbəri!
    Mehdi can, ey Fatimə gözünün nuru! Yaxınlaşmaqda olan mövlud əyyamında nə deyək, nə yazaq? Hansı sözlərlə səni mədh edək, halbuki böyük Yaradan öz kitabında sənə mədhiyyələr söyləmişdir. Axı sənin vəsfin yerə-göyə sığan deyil. Axı sən vəsfin özüsən...
    Qürbət diyarlardan və qərib könüllərdən ünvanlanan bu kövrək məktubumuzda öncə sənin döğum gününü təbrik edirik. Lakin, əgər bu təbriklər arasında qulağına həzin notlar və gözünə qüssəli sətirlər dəysə, bizi bağışla. Çünki digər təbrik məktublarından fərqli olaraq, istəyirik burada fələyin gərdişindən, zamanın ağırlığından, körpələrin göz yaşlarından, anaların sızıltısından və qocaların ah-naləsindən danışıb, sənə şikayət edək.
    Ey mövlamız! Dəhşətli tufan yelinə bənzəyən acı hadisələr bizə hücum çəkmiş, şərəf və azadlığımızı əlimizdən almış, yerində əsarət, köləlik və tənhalıq buraxmışdır. Bir-birindən ayrı düşmüş bu ümmət dağılıb-səpələnmiş və yırtıcı canavarlarla üzbəüz dayanmışdır. Bu rəhmsiz canavarlar öz iti caynaqları ilə cavanlarımızı qanına qəltan edib, qönçə gülə bənzəyən körpələrimizi ayaqları altında vəhşicəsinə əzdilər, yorğun ağsaqqal və ağbirçəklərimizə min bir təhqirlə işgəncələr verdilər, qız-gəlinlərimizi əsir apardılar. Evlərimizi uçurub od vurdular və övladlarımızın fəryadını dağılmış sütunlar altından eşitməyimizə səbəb oldular. Onlar bizi öz müsəlman vətənimizdən qovub “özgə” adlandırdılar, ruhani və ziyalılarımızı, mübariz insanlarımızı dənizlərə tökdülər, insan ayağı dəyməyən uzaq yerlərə aparıb ölənədək işgəncə altında saxladılar.
    Düşmənlərimiz bizə qarşı günün ən müasir kütləvi qırğın silahlarından istifadə edirdilər, amma bizim ən sadə silah belə almağa ixtiyarımız yox idi. Çünki müsəlman idik və cəddin Peyğəmbərin mübarək adını daşıyırdıq.
    Lakin biz yenə də mübarizəni davam etdirdik. Bizim silahımız daş, kəsək, düyünlənmiş yumruqlar və uca fəryadlardan ibarət idi. Həmçinin vahid Allaha iman, sənin zühurunun intizarı və uzaqdan işıqlı görünən sabahlara böyük ümid bizə yoldaş olmuşdu.
    Mehdi can! Biz ədalətli və qayğıkeş rəhbərlər sorağına çıxdıq, amma nə yazıq ki, onların da çoxunun əlini həmin canavarların ətəyində gördük...
    Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığın ağırlığından sinəmiz daralıb, nəfəslərimiz təng olub. Nə etməli? Nə etməli, bir halda ki, uşaqlı-böyüklü hamının gözü yoldadır. Bir halda ki, açılan hər bir sabah səni soraqlayır, hər səhər doğan günəş səni tapmaq üçün öz şəfəqlərilə bütün yer üzünü axtarır, ulduzlar zühuruna ümidlə daha tez parlayırlar...
    Gəl, ey Mehdi, gəl! Gəl ki, aləm nura boyansın! Gəl ki, viran qoyulmuş yer üzündə gülüstanlar açılsın! Gəl ki, lalə və qərənfillər öz eşq namazlarını sənə iqtida etsinlər! Gəl ki, nərgiz və yasəmənlər yollarına düzülüb pişvazına çıxsınlar!
    Gəl, ey Mehdi, gəl daha. Gəl ki, məzlum insanların “Ey Mehdi!” sədaları göylərə ucalıb. Gəl ki, yazıq kütlələrin tək ümidi sənsən. Gəl ki, övlad dağı görmüş analar öz göz yaşları ilə sən gələn yollara su səpmişlər.
    Gəl, ey bəşəriyyətin yeganə xilaskarı! Gəl ki, dünya ədalət sorağında, ədalətsə sənin intizarındadır.
    Gəl, ey işıqlı günəş, nurlu sabah,
    Ucalmış göylərə yüz aman, yüz ah.
    Tez yetir Mehdini fəryada, Allah!
    Qoy yaşlı gözlərin ağı çəkilsin,
    Analar köksündən dağı çəkilsin!

Zəhra Hüseynzadə

 
Ramazanın ibadət təqvimi PDF Print E-mailiniz
Bazar ertəsi, 17 Avqust 2009 22:49

   Ramazan ayının ümumi əməlləri

   1. Oruc tutmaq; Əgər təklifə çatmış şəxslərin şəri üzrü olmasa bu ayın günlərini oruc tutmaq onlara vacibdir.

   2. Sədəqə vermək. [1]

   3. Günahları tərk etmək; Bu ayın ən gözəl əməllərindən biri də günahları tərk etməkdir. [2]

   4. Qur`an oxumaq; Ramazan ayı Qur`anın baharıdır. İmam Sadiqdən (ə) belə nəql olunub: “Bu ayın pişvazına Qur`an qiraətilə gedin!” [3]

   5. Xüsusi namaz təqibatları; Namazdan sonra bu təqibatlar oxunsun:

   “Əllahummərzuqni həccə bəytikəl-həram ...”

   “Ya əliyyu, ya əzim ...”

   “Əllahummə ədxil əla əhlil-quburis-surur ...”

   Bunlar kamil şəkildə “Məfatih əl-cinan” kitabında gəlmişdir.

   6. Çox yeməkdən çəkinmək; Bu ayda səfərdə olan şəxslər kimi, oruc tutmaqdan azad olan şəxslərin çox yeməsi məkruhdur. [4]

   7. Bu ayın hər gününə məxsus olan və “Məfatih əl-cinan” kitabının ramazan ayının günlərinin əməlləri bölməsində gəlmiş duaları oxumaq. [5]

   8. Ramazan ayından 23 gün keçməzdən öncə qeyri-zəruri səfərlər məkruhdur. [6]

   9. Böyük və kiçiklərə hörmət etmək;

   Həzrət Məhəmməd (s) peyğəmbər bu ayın girişi zamanı, xütbələrindən birində belə buyurmuşdur:

   -“Böyüklərə hörmət edin, kiçiklərlə mehriban olun. Yaxınlarınızla gediş-gəlişiniz olsun. Bu ayda əxlaqını gözəlləşdirən şəxs, sirat körpüsündən keçmə icazəsi alacaqdır.” [7]

   10. Oruc tutanları iftar süfrəsinə qonaq etmək. [8]

   11. Hər gecə “iftitah” duasını oxumaq. [9]

   12. Qüsl etmək.Ayın sayca tək gecələrində və sonuncu onluqda (20-30-cu gecələrdə) qüsl almaq müstəhəbdir. [10]

   13. İftarın ədəblərini riayət etmək:

   a. İftar vaxtı “Qədr” surəsi oxunduqdan sonra, aşağıdakı dua oxunsun:“Əllahummə ləkə sumtu, və əla rizqikə əftərtu, və ələykə təvəkkəltu”“İlahi Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar etdim və Sənə təvəkkül etdim”.

   b. Orucunu halal qida ilə açsın və daha yaxşı olar ki, xurma ilə iftar etsin.

   c. Yaxşı olar ki, iftarı şam və işa namazından sonra açsın. Əlbəttə əgər taqətdən düşməyibsə və ya bir dəstə iftar üçün onu gözləmirsə. [11]

   14. Mübarək ramazan ayının hər gecəsində xüsusi nafilə namazlarını qılmaq: [12]

   Birinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra on beş dəfə “İxlas” surəsi oxunur.

   İkinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Qədr” surəsi oxunur.

   Üçüncü gecə: On rəkət (beş dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur.

   Dördüncü gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Qədr” surəsi oxunur.

   Beşinci gecə: İki rəkət namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur. Namazın salamından sonra isə yüz dəfə salavat deyilir.

   Altıncı gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra bir dəfə “Mulk” surəsi oxunur.

   Yeddinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra on üç dəfə “Qədr” surəsi oxunur.

   Səkkizinci gecə: İki rəkət namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunur. Namazın salamından sonra isə min dəfə “Subhanəllah” zikri deyilir.

   Doqquzuncu gecə: Şam və işa namazları arasında altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “Ayətəl-kürsi” oxunur. Qurtardıqdan sonra isə əlli dəfə salavat.

   Onuncu gecə: İyirmi rəkət (on dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra otuz dəfə “İxlas” surəsi oxunur.

   On birinci gecə: İki rəkət namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Kövsər” surəsi oxunur.

   On ikinci gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Qədr” surəsi oxunur.

   On üçüncü gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Qədr” surəsi oxunur.

   On dördüncü gecə: Altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Zəlzələ” surəsi oxunur.

   On beşinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Birinci iki rəkətdə “Fatihə” surəsindən sonra yüz dəfə “İxlas” surəsi oxunur. İkinci iki rəkətdə isə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur.

   On altıncı gecə: On iki rəkət (altı dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra on iki dəfə “Təkasur” surəsi oxunur.

   On yeddinci gecə: İki rəkət namaz. Birinci rəkətdə “Fatihə” surəsindən sonra istədiyi surəni oxusun, ikinci rəkətdə isə yüz dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə “La ilahə illəllah” zikri deyilir.

   On səkkizinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi beş dəfə “Kövsər” surəsi oxunur.

   On doqquzuncu gecə: Əlli rəkət (iyirmi beş dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra bir dəfə “Zəlzələ” surəsi oxunur.

   İyirminci gecədən iyirmi dördüncü gecəyə qədər: Hər gecədə səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra istədiyi surəni oxuya bilər.

   İyirmi beşinci gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunur.

   İyirmi altıncı gecə: Səkkiz rəkət (dörd dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra yüz dəfə “İxlas” surəsi oxunur.

   İyirmi yeddinci gecə: Dörd rəkət (iki dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi beş dəfə “İxlas” surəsi oxunur.

   İyirmi səkkizinci gecə: Altı rəkət (üç dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra yüz dəfə “Ayətəl-kürsi”, yüz dəfə “İxlas” surəsi və yüz dəfə “Kövsər” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat.

   Şeyx Abbas Qumi deyir: Mənim araşdırma nəticəsində əldə etdiyimə görə, iyirmi yeddinci gecənin namazı belədir: Altı rəkət, hər rəkətdə  “Fatihə” surəsindən sonra on dəfə “Ayətəl-kürsi”, on dəfə “Kövsər” surəsi və on dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat.

   İyirmi doqquzuncu gecə: İki rəkət namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “İxlas” surəsi oxunur.

   Otuzuncu gecə: On iki rəkət (altı dənə iki rəkətli) namaz. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat deyilir.

Ramazan ayının gecə və gündüzlərinin xüsusi əməlləri

   Birinci gecə:

   1. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [13]

   2. Ramazan ayının birinci gecəsinə məxsus olan duanı oxumaq. Bu dua “Məfatih əl-cinan” kitabını ramazan ayının birinci gecəsinin əməlləri bölməsində gəlmişdir. [14]

   Birinci gün:

   1. Qüsl almaq. [15]

   2. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Birinci rəkətdə “Fatihə” surəsindən sonra “Fəth” surəsi oxunur. İkinci rəkətdə isə “Fatihə” surəsindən sonra istədiyi surəni oxuya bilər. [16]

   3. Ətir vurmaq.

   4. Ramazan ayının birinci gününün duası oxunsun. [17]

   Altıncı gün:

   1. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Hər rəkətdə “Fatihə” surəsindən sonra iyirmi beş dəfə “İxlas” surəsi oxunur.

   2. Altıncı günün duasını oxumaq.

   On üçüncü gecə:

   1. Bu günün namazını qılmaq. Bu namaz iki rəkətdir. Namazın hər rəkətində “Fatihə” surəsindən sonra “Yasin”, “Mülk” və “İxlas” surələri oxunur. [18]

   2. “Mücir” duasını oxumaq. [19]

   On dördüncü gecə:

   1. On üçüncü gecədə deyilən iki rəkətli namazı iki dəfə qılmaq.

   2. “Mücir” duasını oxumaq.

   On beşinci gecə:

   1. On üçüncü gecədə deyilən iki rəkətli namazı üç dəfə qılmaq.

   2. “Mücir” duasını oxumaq.

   3. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [20]

   On doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələr:

   Rəvayətlərdə bu gecələr “Qədr” gecələri kimi qeyd olunub. Bu gecələr olduqca fəzilətli gecələrdirlər və bu gecələrin müştərək və məxsus əməlləri var ki, aşağıda izah edilir:

   a. Qədr gecələrinin müştərək əməlləri:

   1. Qüsl almaq. Yaxşı olar ki, gün batan vaxtı bu qüsl alınsın və şam və işa namazları bu qüsüllə qılınsın. [21]

   2. Bu gecələrin namazını qılmaq. Bu namaz iki rəkətdir və hər rəkətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunur. Namazın salamından sonra isə yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.

   3. Əhya saxlamaq (gecəni sübhə qədər oyaq qalmaq).

   4. Baş üzərinə Qur`an tutmaq.

   5. Yüz rəkət (əlli dənə iki rəkətli) namaz qılmaq.

   6. Bu gecələrə məxsus olan duanı oxumaq: “Əllahummə inni əmsəytu ləkə əbdən daxira ...” [22]

   7. Sədəqə vermək.

   8. “Cövşən kəbir” duasını oxumaq.

   b. Qədr gecələrinin xüsusi əməlləri:

   On doqquzuncu gecə:

   1. Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.

   2. Yüz dəfə “Əllahuməl`ən qətələtə əmiril-mu`minin” demək.

   İyirmi birinci gecə:

   Gecə: Bu gecənin müştərək əməlləri on doqquzuncu gecədə qeyd edildi.

   Gündüz: Etikafa [23] başlamaq. Mübarək ramazan ayının axırıncı on günündə etikaf etməyin savabı çoxdur.

   İyirmi üçüncü gecə:

   1. On doqquzuncu gecədə deyilən müştərək əməlləri etmək.

   2. Fərəc duasını “Əllahummə kun livəliyyikəl-höccət ibnil-həsən ...” oxumaq.

   3. “Ənkəbut”, “Rum” və “Duxan” surələrini oxumaq.

   4. Min dəfə “Qədr” surəsini oxumaq.

   5. Bu gecənin xüsusi duasını “Əllahumməm-dud li fi `umri ...” oxumaq. [24]

   İyirmi yeddinci gecə:

   1. Qüsl almaq.

   2. Rəvayətdə qeyd olunub ki, İmam Zeynəl-abidin (ə) bu gecədə bu duanı təkrarla oxuyardı:“Əllahummər-zuqnit-təcafiyə `ən daril-ğurur, vəl-inabətə ila daril-xulud, vəl-isti`dadə lil-məvti qəblə hululil-fəvt.” [25]

   Tərcüməsi:

   “İlahi, bu dünyadan ayrılmağı mənə ruzi et, əbədi məkana yetişməyi mənə nəsib et və ölüm anı çatmamış mənə ölümə hazır olmağı nəsib et.”

   Otuzuncu gecə:

   1. Ramazan ayı ilə vidalaşma duasını (“Səhifeyi-səccadiyyə”nin 45-ci duasını) oxumaq. [26]

   2. İmam Hüseyni (ə) ziyarət etmək və ya ziyarətnaməsini oxumaq. [27]3. Bir ayın əməllərini hesablamaq. [28]

   4. “Kəhf”, “Ən`am” və “Yasin” surələrini oxumaq. [29]

   5. Qüsl almaq. [30]

   6. Yüz dəfə “Əstəğfirullahə və ətubu iləyh” demək. [31]

   7. Aşağıdakı duanı oxumaq:“Əllahummə la təc`əlhu axirəl əhdi min siyami lişəhri rəməzan, və ə`uzu bikə ən yətlu`ə fəcru hazihil-ləyləti illa fəqəd ğəfərtə li.”

   Tərcüməsi:

   “İlahi bu ramazan ayını mənim ömrümün axırıncı ramazan ayı etmə! İlahi bu gecənin səhərinin açılmasına qədər məni bağışlamayacağından sənə sığınıram.”

   Otuzuncu gün:

   1. İmam Əlidən (ə) nəql edilən bu duanı oxumaq:“Əllahummə inni əs`əlukə ixbatəl-muxbitin, və ixlasəl-muqinin, və muvafəqətəl-əbrar, vəs-tihqaqə həqaiqil-iman, vəl-ğənimətə min kulli birr, vəs-səlamətə min kulli ism, və vucubə rəhmətikə və əzaimə məğfirətik, vəl-fəvzə bil cənnəti vən-nəcatə minən-nar.” [32]

   Tərcüməsi:

   “İlahi Səndən xüşukarların xüşusunu, yəqin əhlinin ixlasını, yaxşılarla yoldaşlıq, imanın həqiqətinə çatmağı, bütün yaxşılıqlardan bəhrələnmək, bütün günahlardan amanda qalmaq, Sənin rəhmətinə qovuşmaq, günahlarımın bağışlanmasını, cənnətə yetişmək və oddan (cəhənnəm odundan) xilas olmağı istəyirəm”.

   2. Məsum imamlara (ə) təvəssül etmək. Mərhum Mirzə Cavad Məliki Təbrizi bu barədə “əl-Muraqibat” kitabında yazıb: “Bu gün (mübarək ramazan ayının otuzuncu günü) əməllərin təqdim olunma günü olduğu üçün, bu günün axırında məsum imamlara (ə) üz tutaraq, təvazö və iltimasla onlardan öz əməllərinin islah edilməsini istəmək lazımdır. [33]

 

Qeydlər:

   1. “Bihar əl-ənvar”, c. 97, s. 82.

   2. Yenə orda, c. 96, s. 356, hədis 25.

   3. Yenə orda, c. 1 və 3, s. 386, hədis 1 və 3.

   4. “Ürvətül-vüsqa”, c. 2, s. 221.

   5. “Məfatih əl-cinan”, s. 202.

   6. “Ürvətül-vüsqa”, c. 2, s. 221.

   7. “Bihar əl-ənvar”, c. 96, s. 356, hədis 25.

   8. “Misbahu Kəf`əmi”, s. 632.

   9. “Misbah əl-mütəhəccid”, s. 520.

   10. “Ürvətül-vüsqa”, c. 1, s. 459.

   11. “Məfatih əl-cinan”, s. 178.

   12. “Bihar əl-ənvar”, c. 97, s. 358, hədis 25. “Məfatih əl-cinan”, s. 238.

   13. “Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29.

   14. “Məfatih əl-cinan”, s. 171.

   15. “Ürvətül-vüsqa”, c. 1, s. 459.

   16. “Məfatih əl-cinan”, s. 220.

   17. Yenə orda, s. 239, “Misbahu Kəf`əmi”, s. 612.

   18. “Məfatih əl-cinan”, s. 142.

   19. Yenə orda, s. 223, “Misbahu Kəf`əmi”, s. 268.

   20. “Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29.

   21. “Məfatih əl-cinan”, s. 142.

   22. Yenə orda.

   23. Etikaf müstəhəb bir əməldir ki, ən azı üç gün olmaqla oruc tutaraq məsciddə qalırlar. Bu müddət ərzində zəruri işləri çıxmaq şərtilə məsciddən və ibadətdən ayrılmaq olmaz.

   24. Yenə orda.

   25. Yenə orda.

   26. “Misbahu Kəf`əmi”, s. 634.

   27. “Bihar əl-ənvar”, c. 101, s.99, hədis 29, “Vəsail əş-şi`ə”, c. 10, s. 369.

   28. “Əl-muraqibat”, s. 161.

   29. “Məfatih əl-cinan”, s. 236.

   30. “Vəsail əş-şi`ə”, c. 2, s. 952.

   31. “Məfatih əl-cinan”, s. 236.

   32. Yenə orda.

   33. “Əl-muraqibat”, s. 166.

Tərcümə etdi: M. Əhmədov

 
Nicat gəmisi PDF Print E-mailiniz
Cümə axşamı, 13 Avqust 2009 15:34

(Həzrət Nuhun əhvalatı)
Dağ və təpələrlə yuxarı qalxdıqca onların zirvə və hündürlüklərində dəniz sədəflərinə rast gəlirik. Bilirik ki, qədim zamanlarda bu yerlər su ilə örtülmüşdür.
Adi insan və alpinistlər yerin müxtəlif bölgələrində dağların başında və həmçinin İran, İraq, Hindistan, Misir, Şam, Çin və Amerika kimi ölkələrdə sədəf müşahidə edirlər.
Alimlər Ararat dağlarında tarixi İsa Məsihin (ə) miladından 2500 il öncəyə qayıdan taxtalar müşahidə ediblər. Onların bə`zisinin rə`yinə əsasən bu taxtalar Həzrət Nuhun (ə) düzəltdiyi nicat gəmisinə aiddir.
1951-ci ildə axtarış qrupu Qaf dağında, üzərinə qədim yazılar həkk olunmuş bir taxta parçasına rast gəldilər. Bir il uzanan araşdırmalardan sonra bu elmi heyət çox maraqlı bir nəticə göstərdi: Həmin kiçik taxta parçası Nuh (ə) peyğəmbərin gəmisinin qalıqlarından idi. İndi isə görək gəminin macərası, Nuhun (ə) və tufanın sərgüzəşti necə olmuşdur.
İnsanlar bir millət halında və çox sadə yaşayırdılar. Əkinçilik edir, heyvan ovlayırdılar. Günlər və illər keçirdi. Güclülər öz qüdrətlərindən istifadə edərək, zəif qardaşlarına hakimlik edirdilər. Zəif şəxslər isə güclülərdən qorxur, onların qarşısında təslim olub, alçaq və rəzil həyata və onlara əsir olmağa razı olmuşdular.
Nuh (ə) peyğəmbərin dövründə bütpərəstlik, fəsad və çirkin işlər geniş yayılmışdı. Sadə camaat və sadəlövh insanlar güclülərdən qorxurdular. Güclü və dövlətlilərsə bütlərə sitayiş edirdilər.
O zaman – təxminən 4000 il bundan əvvəl Nuh (ə) İraq torpaqlarında yaşayırdı. Nuh (ə) öz qəbiləsini fəsad və azğınlıqda görürdü. Güclülər zəiflərin haqqını tapdayır, sərvətlilər yoxsulları zülm altında saxlayır və onları gecə-gündüz işləməyə məcbur edirdilər. Kasıb və yoxsul şəxsin işləməyə taqəti olmayanda, yaxud özü və ailəsi üçün azad işləmək fikrinə düşəndə onu döyüb, işgəncə verirdilər. Onları təslim olmağa, əmrləri sözsüz yerinə yetirməyə və xar olmuş bir əsir kimi onların qulluğunda dayanmağa məcbur edirdilər.
İnsanlar yeganə Allaha ibadət etməyi unudub, daşdan yonduqları bütlərə pərəstiş edirdilər. Onlar inanırdılar ki, bu bütlər onların ruzilərini yetirir, yağış yağdırır, onları ildırımın ziyanlarından qoruyur, xeyir və bərəkət bağışlayır və pislikləri onlardan uzaqlaşdırır. Onlar bütləri öz əlləri ilə düzəldib, Fərat çayının sahillərində yerləşdirmişdilər və onların qarşısında tə`zim edərək, ibadətlə məşğul olurdular.
Camaatın daş bütlərə səcdə etməsi Nuhu (ə) incidirdi. O əzab çəkirdi. Çünki, camaat eyib və nöqsansız Allaha səcdə etməyib Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsrə səcdə edirdilər. Nuh (ə) üzünü göyə tutaraq Allahdan istəyirdi ki, onun qəbiləsini cəhalət və nadanlıq zülmətindən azad etsin. Rəbbimiz Nuhu (ə) peyğəmbərliyə seçib, onu insanlara təqdim etdi. Yeganə Allaha ibadət yolunu öyrətmək üçün onu insanların içinə göndərdi.


ALLAHIN BİRLİYİNƏ DƏ`VƏT
Bir gün insanlar Nuhun (ə) uca səslə belə dediyini gördülər: 
-Ey camaat! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Allah-təala yaradan və sizə ruzi verəndir. Allahdan bağışlanmaq istəyin. O sizi bağışlayar. Mehriban Allah sizə yağış göndərən, ili xeyir və bərəkətli edən, torpağı yaşıllaşdıran Allahdır. Sizə oğul və qız əta edən odur. Elə isə siz niyə yeganə Allahın ibadətindən üz çevirib, daşlara pərəstiş edirsiniz?
Geniş səmaya və onun ulduzlarına, günəşə və aya baxın. Görün insanlar necə yaşayırlar və nəsillər bir-birinin ardınca dünyadan köçürlər. Heç ağılla uyğundurmu ki, bir söz danışa bilməyən daşlar - adlarını Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsr qoyduğunuz o daşlar sizə ruzi yetirsin, sizə övlad əta etsin, sizin üçün yağış göndərsin, sizi ildırımlardan, sel və tufanlardan qorusun? Niyə Allaha hörmət qoymursunuz?
Camaat Nuhun (ə) sözlərinə təəccüb etdilər. Bu dülgər hansı cür`ətlə onların allahlarına, Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsrə təhqiramiz sözlər deyir.
Güclülər ona kin bəslədilər. Onlar o həzrətin sözlərini, onun də`vətlərini xoşlamırdılar. O, camaatı qardaşlığa və bərabərliyə çağırırdı. İnsanların azad yaşamasını, sərvətli və güclülərin kasıb və zəiflərə hakim olmamasını istəyirdi. Ona görə də onunla mübarizəyə başladılar. Onu dəli adlandırıb, dedilər:
 -O kasıb dülgərdən başqa bir şey deyildir. Əgər Allahın elçisi olsaydı, yerin bütün xəzinələri onun ixtiyarında olardı. Niyə Allah bizim üçün bir mələk göndərmir? Niyə özümüz kimi bir insanı göndərir? Nuh (ə) bizim hamımızdan əskikdir. Bizim malımız, övladımız və qüdrətimiz ondan çoxdur.
Sadəlövh insanlar güclü və qüdrətli insanlardan qorxurdular. Güman edirdilər ki, haqq onlarladır və allahlar da onların tərəfindədirlər. Elə bilirdilər ki, bu qüdrət və hakimiyyəti onlara həmin allahlar vermişlər.
Ona görə də Nuh (ə) və onun də`vətindən üz çevirdilər. Onlar Nuhun (ə) sözlərini eşitməsinlər deyə, barmaqları ilə qulaqlarını tuturdular. Güman edirdilər ki, əgər Nuhun (ə) sözünə qulaq assalar allahları onlara qəzəblənər, güclülər və hakimlər onlardan intiqam alarlar. Öz-özlərinə deyirdilər:
-Bir yazıq dülgər olan Nuhun bizə nə xeyri olacaqdır?
Nuha (ə) iman gətirib, onun sözlərinə inananların sayı isə çox az idi. Yoxsul kişi və qadınların bə`zisi Nuhun (ə) evinə gəlib, onun söz və nəsihətlərini dinləyirdilər. Qəlbləri Yeganə Allaha imanla dolurdu.
Onlar çox kasıb və zülm altda inləyən insanlar idilər. Onlar öz vəhşi və zalım ərbablarından intiqam almağa qorxurdular. Buna görə də Nuh (ə) daima öz qövmünü yeganə Allaha ibadət etməyə və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. Gecə və gündüz, gizli və aşkar onları Allaha tərəf çağırırdı. Lakin, çox az insanlardan başqa heç kəs Nuha (ə) iman gətirmədi. Çox az və onlar da zülm altında inləyən yoxsul şəxslər idilər.
Nuh (ə) onlara görə narahat idi. O istəyirdi ki, qəbiləsi hidayət olunsun, rahat yaşasın; Onların güclüləri zəiflərə zülm etməsinlər. O, onların gözəl həyata qədəm qoymalarını istəyirdi: Kiçiklər böyüklərə hörmət etsin, böyüklər kiçiklərlə mehriban olsunlar və insanlar bir-birlərinə zülm etməsinlər.
Bütpərəstlər onun də`vətini rədd edərək tövhid və təkallahlığı qəbul etmədilər və Nuhu (ə) dülgər və yoxsul kişi adı ilə məsxərə etdilər. Nuhun (ə) qövmündəki mülkədarlarının mal, övlad və qüdrətləri çox olduğundan özlərini Nuhdan (ə) üstün bilirdilər.
Bir gün kafirlər Nuhun (ə) yanına gələrək ona dedilər: 
-Necə bizim sənə iman gətirməyimizi istəyirsən? Halbuki, bu səviyyəsiz yoxsullardan başqa, heç kəs sənə itaət etmir. 
Həmçinin ona dedilər: 
-Əgər onları öz yanından qovsan iman gətirib, sənin yolunla gedərik. 
Nuh (ə) buyurdu:
-Necə onları öz yanımdan qovum? Necə mö`minləri öz yanımdan uzaqlaşdırım? Allah belə bir şeyi sevməz və bu iş bəyənilməz bir işdir. 
Nuh (ə) onlara dedi: 
-Hansı əsasla onları alçaq, səviyyəsiz və nökər adlandırırsınız. Onlar bizim qardaşlarımızdırlar. İnsanlar bir-birləri ilə qardaşdırlar. 
Bütpərəstlər Nuha (ə) dedilər:
-Sən yalançısan, biz sənə iman gətirmərik. Əgər sən Allahın göndərdiyi olsaydın, bizdən çox sərvətə malik olardın və yerin xəzinələri sənin ixtiyarında olardı.
Ona dedilər:
-Allahın səndən başqa bir adamı yox idi ki, bizim üstümüzə göndərsin? Sən yoxsul və kasıbsan.
Nuh (ə) buyurdu: 
-Ey qəbilə! Allahın risalətini yalan adlandırmayın. Allah sizə bəla göndərər. 
Qəbiləsi Nuha (ə) dedilər: 
-Sən bizimlə çox inadkarlıq edirsən. Əgər doğru deyirsənsə bizə bəla göndər. Biz sənin hədələrindən qorxmuruq. Çünki, sən yalançı bir insansan.
Nuh (ə) öz qövmünü tövhid və təkallahçılığa də`vət etməkdə davam edirdi.
Yüz illər keçdi. Camaat dünyadan gedir, yeni uşaqlar doğulub, böyüyürdülər. Nuh (ə) onları da yeganə Allaha ibadət etməyə çağırırdı. Lakin, uşaqlar da cavanlıq yaşına çatdıqda küfr edib, bütlərə səcdə edir və Allahın ibadətindən çəkinirdilər.
Heç bilirsinizmi ki, Nuhun (ə) təbliği neçə il davam etdi? O həzrətin təbliği 950 il çəkdi. Nuh (ə) qocalmış və yaşlaşmışdı, lakin, qüdrətli idi. Kafirlərdən zərrə qədər də qorxmurdu. Dəfələrlə onu ölənə qədər döymüşdülər. Bir neçə dəfə onu öldürmək planı hazırlamışdılar. Hətta həyat yoldaşı da kafirlərlə əlbir idi. O, Nuhun (ə) yanına get-gəl edən mö`minlər haqqında kafirlərə xəbər verirdi. Nuh (ə) nə qədər öz qövmünü də`vət edib, nəsihət versə də, heç bir faydası olmurdu.
Onlar Nuhu (ə) məsxərə edib, ələ salırdılar. Nuh (ə) öz qövmünü sevdiyindən, onların hidayət olmasını istəyirdi. Ona görə də onlar üçün ağlayırdı. Onların acınacaqlı və pis taleyinə acıyırdı. Çünki, onlar tezliklə kafir olduqları halda öləcəkdilər.
Bir gün Nuh (ə) öz evində idi. Qoca bir kişi öz əsasının köməyi ilə onun yanına gəldi. Öz kiçik nəvəsini də gətirmişdi. Qoca kişi nəvəsinə dedi:
-Oğlum! Gördüyün bu qoca kişi dəlidir. Böyüyüb, cavanlıq yaşına çatanda ehtiyatlı ol ki, səni aldatmasın və səni Vudd, Süva`, Yəğus, Yə`uq, və Nəsr bütlərinin pərəstişindən çəkindirməsin.
Uşaq babasının əsasını götürüb, Nuha (ə) tərəf irəlilədi və əsanı onun başına vurdu. Nuh (ə) ağrı hiss etdi, amma, həmişəki kimi səbir edib, dözdü. O, bir gün onların qəflətdən oyanacaqlarına, həyatın, insanların, ağacların və çayların yaradanı və hər şeyin xaliqi olan yeganə Allaha iman gətirəcəklərinə ümid bəsləyirdi.
Nuh (ə) belə yaşayırdı. Hətta həyat yoldaşı onun ziddinə çıxıb, kafirlərlə əlbir olmuşdu. Bir oğlundan başqa bütün övladları ona iman gətirmişdilər. Həmin oğlu da zahirdə özünü imanlı göstərir, həqiqətdə isə bütpərəst və imansız idi.


NİFRİN
 Vəhy mələyi enib, Nuha (ə) dedi:
-Nə qədər də`vət etsən də onların heç biri sənə iman gətirməyəcəklər. Özünü onlardan ötrü əzab əziyyətə salma, çünki, onlar nifrin olunmuş insanlardır.
Bu zaman Nuh (ə) əllərini göyə qaldırıb, Allahdan istədi ki, yeri kafirlərin çirkinliklərindən paklasın:
-İlahi! Kafirlərin heç birini yer üzərində saxlama! Əgər onları saxlasan, bəndələrini yolundan azdıracaqlar. Onlardan kafir və günahkar nəsildən başqa bir şey törəməyəcəkdir.


NİCAT GƏMİSİ
Allah-təala Nuha (ə) bir gəmi düzəltməsini əmr etdi. Nuh (ə) öz qövmünə etdiyi də`vəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər: «Görəsən niyə Nuh (ə) doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa də`vət etmir və daha heç kimin gözünə görünmür?»
Nuh (ə) böyük bir gəmi düzəltmək üçün şəhərdən bayırda bir yer seçdi. Nuh (ə) mahir dülgər idi. O, bu iş üçün çoxlu böyük taxtalar toplamalı idi.
Mö`minlər bu işində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə taxtalar düzəltmək üçün xurma və digər ağacların gövdələrini topladılar. Gəmini düzəltmək asan iş deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi.
Nuhun (ə) düzəltmək istədiyi gəmi üç mərtəbədən təşkil olunmuşdu. Onun uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu (ə) rahat buraxmadılar. Onun işlədiyi yerə gəlib, peyğəmbəri və onun yoldaşlarını məsxərə edirdilər. Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bə`zisi taxtaları mıxlayır və bə`zisi qırlayırdılar. Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:
-Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.
Onlardan biri dedi:
-Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir.
Başqa birisi dilləndi:
-O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir. 
Bütpərəst bir kişi qışqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bə`ziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.
Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi.
Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi. Bizim Rəbbimiz iradə etmişdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr etmişdi; imanlı şəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti sevməyən və bərabərliyi xoşlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı.
Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mö`min dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar.
Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər.


İNTİZAR
80 il davamlı sə`ylərdən sonra Nuh (ə) və imanlı şəxslər gəmini düzəldərək qurtardılar. Gəmi tamamilə hazır oldu və qırlandı. Onun yelkənləri quruldu. Mö`minlər onun yanına gəlib, tamaşa edirdilər. Bu gəmi onların yaxşı yaşamaqları üçün ümid və arzuya çevrilmişdi; zülm və haqsızlıqlardan qurtuluş arzusu.
Gəmi üç mərtəbədən təşkil olunmuşdu: Aşağı mərtəbə, orta mərtəbə və yuxarı mərtəbə. Bütün mərtəbələr kiçik pəncərələrlə təchiz olunmuşdu. Gəminin önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmişdi.
Hər şey hazır idi. Nuh (ə) və mö`minlər Allah-təalanın əmrini gözləyirdilər. Bütpərəstlərin əzab və əziyyətləri, onların məsxərələri, mö`minlərə etdikləri işgəncə və əzabları artırdı.
Qoca bir qarı öz kiçik qızı ilə Nuhun (ə) yanına gəldi. Nicat və xilas günü barəsində o həzrətə sual verdi. Ona dedi:
-Allah nə zaman bizi bu kafirlərin şərindən qurtaracaqdır?
Nuh (ə) o hadisənin nə vaxt baş verəcəyini bilmirdi. Ona görə də üzünü göyə tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi. Mələk Nuha (ə) dedi:
- Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baş verəcəkdir. 
Nuh (ə) o qarıya buyurdu:
-Allah o gün üçün əlamət və nişanə qoymuşdur. Mələk vəhy etdi ki, tezliklə sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün nişanəsidir.
Qarı Allahın bu lütfünə sevindi. Bu ümid və arzuya görə kiçik qızın dodaqlarında təbəssüm göründü.
Mö`minlər hər gün o qarının evinə gedir və təndirə baxırdılar. Amma, bir xəbər yox idi. Nuh (ə) da ona baxırdı. Amma, hələ ondan su çıxmırdı.


TƏNDİRDƏN SU ÇIXDI
Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
-Təndirdən su çıxır.
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru və`dəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Mö`minlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bə`zisi qorxu və ümidlə təndirə, bə`zisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla. Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi. Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu:
-Gəmiyə doğru tələsin!
Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, mö`minləri gözləyirdi. Nuh (ə) mö`minlərin gəmiyə minmələrinə nəzarət edirdi.
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mö`min kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi. O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi.
Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın.


TUFAN
Bütün yer üzündə bulaqlar qaynadı. Çöl və dağlıqlarda yağışların yağıntısı gücləndi. Möhkəm küləklər əsirdi. İldırımlar səmada parlayırdılar. Buludların gurultu səsləri hər yeri bürümüşdü. Yer fəvvarə kimi fantan vuran bulaqlara bənzəyirdi. Göydən yağış sel kimi axırdı. Bütün heyvan və quşlar gəmiyə mindilər. Mö`minlər orta mərtəbədə durub, pəncərələrdən qəribə və dəhşətli tufana tamaşa edirdilər. Dağların başından sular axırdı. Çöl və səhralar su gölməçələrinə çevrilmişdi.
Yağış çox qəribə bir güclə yağırdı və möhkəm küləklər əsirdi. Bütpərəstlər şəhərdən qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə inanmırdılar.


QƏRQ OLMUŞ ÖVLAD
Nuh (ə) oğlunun qayıtmasını gözləyirdi. O, oğlunu mö`min bilirdi. Yer üzü təlatümlü dalğalarla dolmuş böyük bir dənizə bənzəyirdi.
Nuh (ə) oğlunu tapmaq ümidi ilə şəhərə tərəf baxırdı. Uzaqdan onun dağlara tərəf üzdüyünü müşahidə etdi. Nuh (ə) uca səslə oğlunu çağırdı:
-Oğlum, mənə sarı gəl! Övladım, gəmiyə tərəf gəl!
Oğlan qışqırdı:
-Yox, heç zaman! Mən dağa sığınacağam. Dağ məni sudan qoruyacaqdır.
Nuh (ə) güclü külək, dalğa və yağışların arasından qışqırırdı:
-Oğlum, bizimlə gəmiyə min! Səni heç kim bu acı taledən qurtara bilməz.
Nuh (ə) bu sözü ilə ona anlatmaq istəyirdi ki, Allahın fərmanı çatdıqda heç kəs ondan qurtula bilməz. Tezliklə yer, təpələr, dağlar və bütün ucalıqlar su ilə dolacaqdı. Çünki, Allah yeri zalım insanlardan paklamaq qərarına gəlmişdi.
Nuh (ə) yenidən oğlunu çağırmaq istədi. Lakin, ağır və böyük bir dalğa onların arasında ayrılıq saldı. Dalğalar onun oğlunu tufanda qərq etmək üçün çox ucqar bir nahiyəyə atdı. Nuh (ə) oğlunun imanlı şəxslər zümrəsindən olduğunu güman edirdi.
Allah-təala Nuha (ə) söz vermişdi ki, həyat yoldaşından başqa onun bütün ailəsini xilas etsin. Ona görə də Nuh (ə) başını göyə qaldırdı və dedi:
-İlahi, o mənim oğlumdur, mənim ailə üzvlərimdəndir və sənin və`din haqdır. Sən ən yaxşı hakimsən.
Allah-təala Nuha (ə) vəhy edib, buyurdu:
-Ey Nuh! O sənin ailəndən deyil. O əməlisaleh insan deyildir. Bilmədiyin işlər barədə məndən soruşma (bilmədiyin və başa düşmədiyin şeyi istəmə)!
Nuh (ə) oğlunun bütpərəst olub, Allaha iman gətirmədiyini və atasının peyğəmbərliyini qəbul etmədiyini anladı. Ona görə də Allah dərgahından bağışlanmaq istəyərək dedi:
-İlahi! Bilmədiyim şey haqqında səndən soruşmağım üçün sənə pənah aparıram. Əgər məni bağışlamayıb, rəhm etməsən ziyankarlardan olaram.
Dalğalar hər şeyi udurdu. Hər şey güclü tufan nəticəsində kökündən qopub, qərq olurdu. Gəmi suyun səthində hərəkətə gəldi. Nuh (ə) uca səslə dedi:
«Ona Allahın adı ilə minin. Hərəkət edən və dayanan vaxt onu yad edin!»
Nicat gəmisi qayaların arasından özünə yol açırdı. Yer böyük bir gölə çevrilmişdi. Orda su və dağ zirvələrindən başqa bir şey yox idi. Yağış eləcə yağırdı. Yerdən su fantan vururdu. Günlər ötürdü. Göydən güclü yağışlar yağır və möhkəm külək əsirdi. Dağ kimi güclü dalğalar yaranırdı.
Qırx gün keçdi. Göydən düclü yağışlar yağırdı. Gəmi öz yolunu dağ kimi ağır dalğaların arasında yarıb, irəliləyirdi. Nuh (ə) və mö`minlər Allahı çağırırdılar. Onlar rəhmət, xilas və qurtuluş istəyilə Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər.

MÜQƏDDƏS SÖZLƏR
Allahın mələyi peyğəmbər və mö`minlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi. O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq gəmini tufanda qərq olmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını qədim Sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı:
«Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Məhəmməd (s), İlya (ə), Şəbər (ə), Şübeyr (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et!
Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən».
Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Mö`minlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər.
Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Mö`minlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər.
Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi.
Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı. Çünki, qonmağa quru bir yer tapmamışdı.
Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və mö`minlər sevindilər. Həqiqətən tufan sona çatmışdı və Allah fasidləri yuyub, atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olma təhlükəsindən xilas etmişdi.
Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır.
Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət Cudi dağının zirvəsinə yan aldı. Allah-təala göy və yerə belə vəhy etdi:
«Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!»
Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdular. Bə`zi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en!
Yer tərtəmiz idi. Mö`minlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin, Allaha və onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı və mö`min cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə mə`ruz qalan insan. Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə Nuh (ə) və mö`minlər əmin-amanlıq içində yaşamağa başladılar.
Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki, qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma, Allah-təala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma, burası mə`lumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. Ölüm mələyi Nuhun (ə) yanına gələndə o həzrət günəşin şüası altında oturmuşdu. Mələk ondan soruşdu:
-Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən.
 Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu:
-Həyatı belə başa düşdüm: elə bil günəşdə oturmuşdum və sonra yerimi kölgəylə dəyişdim.
Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. Ona görə də Allah-təala əbədi salamı ona məxsus edərək buyurdu:
«Səlamun əla Nuhin fil`aləmin». 


NUHUN (Ə) TƏVƏSSÜL ETDIYI MÜBARƏK ADLAR
1951-ci ilin iyul ayında rus arxeoloqlarının bir qrupu Qaf dağlarında qazıntı ilə məşğul olduqları zaman köhnə və çürümüş taxta parçalarına rast gəldilər. Bu, onların qazıntı və axtarış işlərini daha da dərindən aparmalarına səbəb oldu. Bununla bir yerdə daşlaşmış başqa taxtalara da rast gəldilər.
Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki, bu taxta lövhədə heç bir dəyişiklik yaranmamış, çürüməmiş və digər taxtalar kimi parçalanmamışdı. 1952-ci ilin sonlarında bu tapıntılar barəsində aparılan tədqiqatlar sona çatdı və aydın oldu ki, sözü gedən taxta parçası Nuhun (ə) gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir.
Tarixçilərin yazdığına əsasən Nuhun (ə) gəmisi Qaf dağının zirvəsinə yan almış və bu taxta parçasının üzərinə ən qədim dillərə qayıdan bə`zi hərflərlə sözlər yazılmışdır. Keçmiş Sovet hökuməti 1953-cü ildə qazıntıları qurtardıqdan sonra qədim dillərlə tanış olan alim və ən nümunəvi arxeoloqlardan ibarət olan yeddi nəfərlik qrup təşkil etdi. Həmin alimlər aşağıdakılar idi:
1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi.
2.İfahan Xənyu, Çin Luluhan institutunun dilşünaslıq müəllimi.
3.Mişanin Lufarenko, keçmiş SSRİ-də arxeoloji əsərlər idarəsinin direktoru.
4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi.
5.Professor Drakon, Lenin elmlər akademiyasının arxeologiya müəllimi.
6.İm Əhməd Kulado, keçmiş SSRİ-nin ümumi tədqiqat və kəşflər idarəsinin direktoru.
7.Miçer Kultov, Stalin institutunun rektoru.
Nəhayət taxta və onun üzərində yazılmış hərflər barəsində səkkiz aylıq tədqiqat və araşdırmalardan sonra ümumi rə`y belə oldu ki, bu taxta Nuhun (ə) gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən qorunmaq və təbərrük üçün gəmisinə yerləşdirmişdi.
Bu taxtanın üzərinə yazılmış hərflər Sami dili ilə yazılmışdı.
İngiltərəli alim, Mançester universitetinin qədim dillər müəllimi Ayumaks onu ingilis dilinə tərcümə etmişdir. İfadələri olduğu kimi sizə təqdim edirik:
O my God, my helper                    Ey mənim Allahım, mənim köməkçim!
Keep my hands with mercy          Öz lütf və mərhəmətinlə mənə kömək et!
And with your holy bodies           Bu müqəddəs şəxslərin əzəmətinə.
Mohammed                                                                    Məhəmməd (s),
Alia                                                                                  İlya (ə),
Shabbar                                                                          Şəbər (ə),
Shabbir                                                                           Şübeyr (ə),
Fatma                                                                              Fatimə (ə).
Thay are all Biggest and      
Honourables            Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər.
The world establiahed for Them                     Dünya onlara görə yaşayır.
Help me by their names            Onların adının əzəmətinə and verirəm, mənə kömək et!
you con reform  to Right         Yalnız sən məni doğru yola yönəldə bilərsən.
Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur.
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuşdur:
“Mənim əhli beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar”.
Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik: “Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: «Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki, Allahın (tə`yin etdiyi) əcəli çatdıqda haç vaxt tə`xirə düşməz, əgər bilsəydiniz». Nuh dedi: «İlahi, mən öz qövmümü gecə-gündüz sənin tərəfinə də`vət etdim. Amma, mənim də`vətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları də`vət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə də`vət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlar üçün bəyan etdim. Mən onlara dedim: «Öz allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır. O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz Allah-təala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz».
Nuh (ə) sonra onların hidayətindən ümidsiz halda dedi: «İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: «Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva`, Yəğus, Yə`uq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!»
Nəhayət onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: “İlahi, kafirlərin heç birini yer üzündə qoyma! Çünki, əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın mö`minləri bağışla və zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!” 

Kamal əs-Seyyid

Tərcümə etdi: V. Hüseynzadə

 
Həzrət Əbu Talib PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 21:52
   Bu məqaləni yazmaqla əziz oxucularımızı islam dünyasının əzizi və rəhbəri olan həzrət Muhəmmədlə (s) ilk əməkdaşlıq edən və islam və din yolunda ilk təzyiqə məruz qalmış şəxsin, həzrət Əbu Talibin həyatı və o həzrət haqqında bəhs olunan şübhələrlə tanış edəcəyik.Bəhzimizə başlamazdan öncə O həzrətin həyatına qısa bir nəzər salaq.....
    Həzrət Əbu Talib besətdən 75 il qabaq Məkkə şəhərində böyük Qureyş ailəsində dünyaya göz açmışdır.Atası Əbdülmuttəlib, anası Fatimə binti Məxzumdır.Həzrət Əbu Talibin əsil adı Əbdulmənaf və kunyəsi Əbu Talibdir.O, həzrətin həyat yoldaşı Fatimə binti Əsəddir.O ləyaqətli xanım da öz növbəsində islam peyğəmbərinə əsil ana olmuşdur. İslam peyğəmbəri Allahin əmri ilə Mədinıyə hicrət etdərkən Fatimə binti Əsədi də özu ilə aparmışdı.Dünyadan köçəndə Rəsulullah onu öz köynəyinə büküb dəfn etmiş və o ləyaqətli xanım haqqinda belə dua etmişdir.....Ey o Allah ki bizə həyat bağışlayır və özü heç vaxt ölmür,anam Fatimənin günahını bağışla və onun cənnətə daxil olduğu yeri geniş qərar ver..
    Həzrət Əbu Talib, peyğəmbərin atası Abdullahla ana və ata bir qardaşdilar. Həzrət peyqəmbərin atasi dünyasını dəyişən zaman o həzrət babası Əbdülmuttəlibin himayəsində qaldı.Amma bir neçə ildən sonra o həzrət də dünyasını dəyşdi.Qureyş başçısı olan Əbdülmuttəlib olduqca aqil və uzaqgörən idi.Odur ki dünyasını dəyişməzdən qabaq həzrət peyğəmbəri olduqca etibarlı,vüqarlı,mətin bir insana tapşırmalı idi ki, öhdəsində olan mühüm vəzifəni yerinə yetirməkdə o həzrətə arxa və dayaq olsun.Elə bu səbəbdən də Rəsulullahı həzrət Əbutalibə vəsiyyət etdi.Həzrət Əbutalib də öz növbəsində islam peyğəmbərini uşaq vaxtından risalət nuru parlayıb saçana kimi onu göz bəbəyi kimi qoruyub saxladı.Hər nəyi var idisə o həzrətdən əsirgəmədi.Həzrət peyğəmbər də öz növbəsində əmilərinin içindən fəqət həzrət Əbu Talibə ürək bağlayıb, dərdini o həzrətlə bölüşdürürdü.Həzrət Əbu Talib 44 il Allahın Rəsulu ilə çiyin -çiyinə islam dini uğrunda hər əziyyətə qatlaşdı, islam ümmətinin rəhbərini inadkar Qureyşin şərindən qorudu və bu yolda hər şeyindən keçdi.Nəhayət rəcəb ayının 26-sı besətin 10-cu ilində vəfat etdi.Həzrət ƏbuTalibdən ayrılmaq islam peyqəmbəri üçün çox çətin idi.Həzrət Rəsulullah bu ili "amul hüzn" adlandırdı yəni qəm ili. O həzrətin ölümü səbəb oldu ki,Qureyş kafirləri daha da cürətlənsinlər və islam dininə zərbə vursunlar.Çünki islam peyqəmbərini artıq arxasız və köməksiz bilirdilər.O həzrətin vəfatiından 3 il sonra islam peyğəmbəri Mədinə şəhərinə hicrət etdi.
    Amma insanı özünə cəlb edən əsas mühüm məsələ budur ki,necə ola bilər ki, belə tarixi bir insanı dünyadan imansız köçən insan kimi tanıtdırmaq istəsinlər?!
    Çünki islam tarixinin səhifələrinı vərəqləsək, görərik ki,həzrət Əbu Talibin xidməti islam dininin çiçəklənməsi üçün hamıdan çox olub.O həzrət, qeyd etdiyimiz kimi islam peyğəmbərinə xidmət edib və o həzrətin gələcək insanlar üçün nə qədər mühüm şəxsiyyət olduğunu dərk edib.Əgər biz Əbdülmuttəlibin vəsiyyətinə, ya həzrət Əbu Talibin Şam səfərində xristian alimi Buheyra ilə görüşünə nəzər salsaq bilərik ki, o həzrət, rəsulullahın şəxsiyyətindən xəbərdar olub. .Buna xatir onun müdafiəsi ücün əlindən gələni əsirgəməyib.Əgər hər hansı əhli sünnə alimi tarixin bu səhifələrinə, həzrət Əbu Talibin islama olan xidmətinə göz yumub o həzrətin dünyadan imansız köcdüyünü iddia edirsə onun niyyəti tarixi faktı demək yox, islamın əsasına xələl gətirmək və həzrət Peyğəmbər və həzrət Əlinin şəxsiyyətinə şübhə doğurmaqdir.Çünki bütün səmavi dinlərdə(yəhudiyyət, xristian və islam)elə bir peyğəmbər yoxdur ki,bütpərəst, ya kafir ailəsindən olsun.Amma bu iddiaların nəticəsi budur ki,əgər həzrət Əbu Talib bütpərəst olubsa,deməli həzrət Peyğəmbərin atası həzrət Abdullah da bütpərəst olub.Amma hamıya gün kimi aydindir ki,Əbdülmuttəlibin ailəsi həzrət İbrahimin dinində olub.(Sual yarana bilər ki,qurani kərim həzrət İbrahimin atasını bütpərəst kimi zikr edir,amma biz dedik ki,bütün peyğəmbərlər Allahpərəst ailəsindən dünyaya gəlib.Əlbəttə bütün təfsirçilərin nəzərinə görə" əb" sözü bəzən əmi ya sahib mənasında da işlənir.Amma Tövratda o həzrətin atasının adı Tarəh gəlib.Tarəh də Allahpərəst olub).Deməli məlum olur ki,bu iddianı edən şəxslərin məqsədi həzrət Əlinin şəxsiyyətini sarsıtmaqdır.Yəni həqiqətdə həzrət Əbu Talib həzrət Əlinin atası olduğu üçün bunu iddia edirlər.Məsələyə daha aydınlıq gətirsək belə olar ki, xanım Zəhranın anası xanım Xədicə olduğu üçün onun adını öz tarix kitablarında zikr etməyiblər və zikr etsələr də,belə yazirlar:həzrət Peyğəmbər ilk dəfə həra dağında cənab Cəbrayilin səsini eşidəndən sonra təşvişlə Xədicənin evinə gəldi və eşitdiklərini ona söylədi.Xədicə isə ona o səsin şeytanın səsi olduğunu dedi.....Amma biz Allahın lütfü ilə gələcək məqaləmizdə xanım Xədicənin necə tarixi şəxsiyyət olduğunu və islamda olan xidmətlərini siz əziz oxucuların nəzərinə çatdıracağıq.İnşallah...
   
    İMAN SÖZÜNÜN TƏRİFİ
    İman sözü ərəb lüğətində təsdiq mənasını verir.Əgər hər kəs Allahı və onun rəsulunu təsdiq etsə, həqiqətdə ona iman gətirmiş olur və o şəxsə mömin deyirlər.Hər kəs Allaha və onun rəsuluna qəlbən iman gətirsə və öz əməlində bunu əks etdirsə,mömindir.Yəni,hər kəs dilində bunu təsdiq etsə və qəlbən razı olmasa və əməlində bunu əks etdirməsə,o,nəinki mömin deyil,hətta münafiqdir.Odur ki, imanın sübutu əməldir.
    HƏZRƏTİ ƏBU TALİBİN İMANINA DƏLİLLƏRİMİZ
    Əgər hər bir kəsin həyat tərzini,ya hansi əqidədə olduğunu və ya hansı təfəkkürə malik olduğunu bilmək istəsək bir neçə ümumi qaydadan istifadə etməliyik.
    1.O şəxsin ədəbi əsərlərini və özündən sonra qalan yadigarlarını araşdırmalıyıq..
    2.O şəxsin ictimai rəftarını araşdırmalıyıq.
    3.O şəxsin hansı nəsilə mənsub olduğu,ailəsinin kim olğuqu və kimlərlə sıx əlaqədə olduğunu araşdırmalıyıq.
    Əgər biz həzrət Əbu Talibin ədəbi əsərlərinə nəzər salsaq, onun əsil mömin olduğu və həzrəti peyğəmbərə necə məhəbbət bəslədiyinin şahidi olarıq.Biz o həzrətin yüzlərlə olan şeirlərindən bir neçe misrasını burada qeyd edirik:
    Aqil və şərif insanlar bilsinlər ki,Məhəmməd Musa və İsa Məryəm oğlu kimi Allahın elçhisidir(müstədrək Hakim.c.2,səh.623)
    Bu misralardan basa düşürük ki,həzrət Əbu Talib nəinki islam peyğəmbərinə iman gətirib hətta ondan qabaqkı peygəmbərlərə imanı olub.Bu da onun besətdən qabaqkı imanına dəlildir. Ya bu misraya nəzər salsaq;
    (Ey qureyş)bilmirsinizmi ki,biz Məhəmmədi Musa kimi peyğəmbər bilirik.Onun adı səmavi kitablarda gəlib və Allah- taala onun məhəbbətini qəlblərə salıb və Allahın xas bəndələri onu sevər.Allah sevən bəndəyə əziyyət etmək olmaz(sireyi ibni hişam,c.1,səh.373)
    Burada iki beytlə kifayət edirik,amma minlərlə belə misralar əhli sunnə,şiə, ya da ərəb ədəbiyyatı kitablarından gətirmək olar.
    Tarixdə ozünə əsas yer tutan hadisələrdən biri də Məkkə musəlmanlarının Həbəşəyə(indiki Efiopiya)hicrətidir ki,həzrət Əbu Talibin oğlu Cəfər ibni Əbu Talib bu mühacirlərin başçısı sayılırdı. Məkkə müsəlmanları Həbəşəyə hicrət edərkən həzrət Əbu Talib Həbəşə padşahına məktub yazır və həzrət Rəsulullahın haqq olduğunu və onun adının İncildə aşkar şəkildə zikr olğugunu ona bildirir.Bu hadisə İbni Kəsirin tarixində(c.2,səh.42) zikr olunub.Belə bir sual yaranır ki,(bu suala ifrat dərəcədə olan şübhəni yaradanlar cavab verməlidir) görəsən kimsə islam dininə iman gətirməmiş kimisə ona dəvət edə bilərmi?!
    İbni Əsir öz" isdəl ğabə" kitabının birinci cildinin 341-ci səhifəsində belə yazır:
    Əbu Talib gördü ki,həzrət peyğəmbər namaz qılır və həzrət Əli onun sağ tərəfində durub namaz qılır.O,oğlu Cəfərə belə dedi:
    Sən də,Rəsulullahın sol tərəfində dur!
    Sual :Əgər həzrət Əbu Talib iman gətirməmişdirsə,bəs iman gətirmədiyi Allaha ibadət etməyə kimisə dəvət edərdimi?
    İbni Əbil Hədid Nəhcul bəlağənin şərhində belə yazır:
    Bir çox sənədlərdə,o cümlədən
    Əbu Bəkr ibn Qufahə ibni Abbasdan nəql edir ki,Əbu Talib kəlmeyi şəhadətini deməmiş dünyasinı dəyişmədi.....
    Həzrət Əbu Talib o kəs idi ki,tarixdə özünə məxsus yer tutan hadisələrdən biri olan "Şeebi Əbu Talib"də Rəsulullahı bir an belə tənha qoymadı. O hər gecə o həzrətin yatağını dəyişirdi və həzrət Əlini dəfələrlə o həzrətin yerində yatırdmişdı.Heç bir müsəlmanın şəkki yoxdur ki, həzrət Əbu Talib peyğəmbəri öz evində böyütmüş, onu bütün hallarda müdafiə etmiş və ona pənah vermişdir.Qurani kərim belə insanlar haqqinda buyurur;
    (ey peyğəmbər)o kəslər ki, kömək etdilər və sənə pənah verdilər,onlar əsl mömindirlər və onlar üçün rəhmət və ruzi günü var..(ənfal./74)
    Bizə gün kimi aydındır ki,bu ayədə zikr olunan sifətlərin hamısı həzrət Əbu Talibdə ömrünün axırına kimi olmuşdur və mümkün deyil ki,bu ayə fəqət bir nəfərə şamil olsun və ikinci nəfərə şamil olmasın.Hər kəs həzrət Rəsulullaha kömək edib və ona pənah verib o kəslərə aiddir.
   
    HƏZRƏT ƏBU TALBİN VƏFATI
    Əvvəldə qeyd etdiyimiz kimi,həzrət Əbu Talib besətin 10-cu ili öz bərəkətli ömrünü başa vurmuşdur. Həzrət Əli bu xəbəri həzrət Peyğəmbərə deyəndə, həzrət Peyğəmbər çox narahat oldu və həzrət Əliyə tapşırdı ki,ona qüsl ver,hənut vur, kəfənlə və mənə xəbər ver.Həzrət Əli Rəsulallahin göstərişini yerinə yetirəndən sonra ona xəbər etdi.Həzrət Peyğəmbər ağlayaraq üzünü həzrət Əbu Talibin mübarək cənazəsinə tutub dedi:"sən mənə böyük yaxşılıq etdin Allah sənə xeyir və yaxşılıq etsin.Sən məni uşaq vaxtında tərbiyə etdin,böyük vaxtlarımda isə arxa oldun" sonra üzünü oradakılara tutub dedi: And olsun Allaha əmim Əbu Talibə elə şəfaət edəcəyəm ki,insanlar və cinlər heyrətdə qalsınlar....
    Bu hadisədən biz həzrət Əbu Talibin dünyadan imanla köçməsinə bir neçə dəlil gətirə bilərik:
    1.Peyğəmbər qüsl və kəfən məsələsini həzrət Əliyə tapşırdı.Çünki həzrət Əbu Talibin o zaman iki övladı iman gətirmişdi.Cəfər Həbəşədə hicrətdə idi.Gərək həzrət Əli bu işi yerinə yetirəydi.Əgər o həzrət dünyadan imansız köçsəydi bu işi Əqil,Talib və başqaları yerinə yetirə bilərdilər
    2.Cahilliyyət dövrünün insanlarında qüsl,kəfən,hənut yox idi.Buna gürə də islam peyğəmbərinin belə buyurması həzrət Əbu Talibin müsəlman olmasına dəlalət edir.
    3.Həzrət Peyğəmbərin duası həzrət Əbutalibin dünayadan imanla köçməsinə dəlildir, çünki o zaman meyit namazı vacib olmamışdı və namazın yerinə Peyğəmbər dua edərdi. Hətta xanım Xədicəni də bu üsulla dəfn etmişdilər və xanım Xədicənin imanında kiminsə şəkki yoxdur. Odur ki,"niyə həzrət Əbu Talibə meyit namazı qılınmadı"iddiası əsassızdır.
    4.Rəsulullahın həzrət Əbu Talib üçün dua etməsi və qəbrinin yaninda durması onun imanına dəlildir.Çünki Allah –taala quranda belə buyurur:
    (Ya peyğəmbər)heç vaxt onlar üçün namaz qılma və qəbirlərinin kənarında durma.(tövbə surəsi.84)
    Rəsulullahın (s)həzrət Əbu Talibə öz əmisi olduğu üçün dua etdiyini demək olmaz,çünki Allah- taala digər bir ayədə də belə buyurur:
    Heç vaxt o ,öz nəfsindən danışmır və vəhydən başqa bir şey demir. (nəcm surəsi . ayə 4,5)
    Bizim şəkkimiz yoxdur ki Rəsulullah hikmətsiz və faydasız iş görmür.Bağışlanmaq və şəfaət o insanlara aiddir ki, dünyadan imanlı köçmüş olsunlar.Çünki kafir və müşrik insanalar üçün şəfaət və dua faydasızdır.
    5.Allah-taala Qurani Kərimdə buyurur:
    Ey iman gətirənlər!mənim düşmənimi və öz düşməninizi özünüzə dost tutmayın.(Mumtəhinə\60)
    Biz bilirik ki,Peyğəmbər bizim üçün ən gözəl nümunədir.Əgər həzrət Əbu Talib iman gətirməsəydi,həm Allahın düşməni olardı və həm Peyğəmbərin düşməni və Peyğəmbər də Onu özünə hec vaxt dost tutmazdı.
    6.Qurani Kərim digər bir ayədə buyurur:
    Ey iman gətirənlər! ata və qardaşlarınız küfrü imandan üstün tutduqda onlarla dostluq etməyin. Hər kəs onlarla dostluq etsə zalimlərdən olar.(Tövbə\23)
    Əgər həzrət Əbu Talib iman gətirməsəydi və küfrü imandan üstün tutsaydı,Rəsululah onu hec vaxt özünə dost bilməzdi. Amma məlum məsələdir ki,həzrət Əbu Talib iman gətirmiş şəxslərdən olub,cunkiAllah-taala nisa surəsinin 141-ci ayəsində belə buyurur:
    Allah-taala hec vaxt kafirlərin möminlərə rəhbərlik və böyüklük etməsinə imkan verməz.(Əgər kiminsə zehninə bu ayədən bu gün müsəlmanların əzilməsi,kafirlərin güclənməsi və s. kimi suallar gəlirsə, Numunə Təfsirinə muraciət edə bilər.
    Əgər həzrət Əbu Talib besətdən qabaq da Allahpərəst olmasaydı Allah- taala onu peyğəmbərə dost və arxa seçməzdi.Yəni öz Rəsulunu,peyğəmbərlərin əşrəfini,sonuncusunu və "usvətul həsənə"ni kafirin evində və onun tabeliyində böyütməzdi. Əks təqdirdə belə nəticə alınır ki,Peyğəmbər kafir çörəyi ilə böyüyüb və kafirə əmi,ata deyib?!(nəuzubillah)
    Məlum məsələdir ki,Allah- taala o zamanın ən layiqli insanını öz peyğəmbərinə arxa və müdafiəçi seçib.
    Oxucuarımızın zehninə belə bir sual gələ bilər ki,necə ola bilər ki,Allah -taala həzrət Musanı kafirin(yəni Fironun)evində böyüdür və kafir ona sığınacaq verir?!
    Birincisi o zaman şərait tam surətdə fərqli idi. Belə ki Allah- taala həzrət Musanı Fironun evinə aparmaqla öz Peyğəmbərinə Fironun evində sıgınacaq verdi, onun canını Fironun şərindən qorudu və ona ölümdən nicat verdi.Nəinki,Firon özü könüllü şəkildə həzrət Musaya sığınacaq verdi və onu bəlalardan qorudu.
    Ikincisi:Allah –taalanın həzrət Musanı Fironun evinə aparmaqdan hədəfi onuFironun süfrəsinin başında əyləşdirmək yox, öz anasına qaytarmaq idi. Həzrət Musa da nəinki ona əmi ya ata demirdi hətta onu Allahın əzabı ilə qorxudur və onu hidayətə tərəf səsləyirdi. Təəssüflər olsun ki bu gün də bızim din xadimləri belə səhf müqayisələrə yol verirlər .Yerinə duşərdi ki, biz bunu bu balaca məqalədə siz əzizlərin nəzərinə çatdıraq və yuxaridaki şübhəyə bir az da aydınlıq gətirək...
    Deyirlər ki:Allah –taala Həzrət İbrahimin qurbanını(həzrət İsmail) qəbul etmədi amma Kəlbəlada imam Hüseyn ələyhissəlamdan 72 qurban qəbul etdi.Bu olduqca bir səhf fikirdir və muqayisənin də burda yeri yoxdur.Əksinə belə səhf muqayisələrlər Allah- taalanın "ulul əzim" olan peyğəmbərinin məqamını aşağı salmaqdır.Çünki həzrət İbrahimin qurbanı Allah- taala tərəfindən olan bir sınaq idi ki, həzrət İbrahim bu sınaqdan Allah bəyənən kimi çıxdı.Yəni Allahin istəyi ilə o, övladını qurban kəsməyə aparmışdı və Allahın istəyi ilə də buçaq o həzrətin başını kəsmədi və əvəzində Allah- taala bəndələri üçün qiyamət gününə qədər öz hacılarına, həcc mərasimində qurban kəsməyi vacib bildi və bununla bəndələrinə şərafət bəxş etdi.Bu belə də olmalı idi.Çünki günahsız insanın başının kəsilməsi heç də Allah- taalanın hikməti və ədaləti ilə uyğun deyil və bu işin eyni zamanda da həzrət İbrahimin dininin möhkəmlənməsi üçün heç bir faydası yox idi.Amma imam Hüseyn əleyhissəlamın şəhadəti islam dininin möhkəmlənməsi və dinin həqiqətinin aradan getməməsinə səbəb oldu.Bu, imam üçün imtahan yox, vəzifə idi. Bu onun əshabı üçün imtahən ola bilərdi...Əgər imam imtahandan çıxmasaydı, islam dini aradan getməli idi? Əgər belədirsə, biz imam Həsən ələyhissəlamın sülhünü imtahan adlandıra bilərik? Halbuki imam son anlara qədər döyüş fikrində idi. Amma nəhayət tək qaldığını görüb sülhə razılaşdı.Əgər belədirsə, imam Hüseyn(ə) imam Həsənin(ə) yerində olsaydı, yenə döyüşərdi? Əlbəttə yox... İmam mövcud olan şəraitə görə ən bəyənilən yolu seçir. Allah-taala həzrət İbrahimə bir neçə belə imtahandan sonra Allah- taala imamlıq da bəxş etdi. Amma imam Hüseyn(ə) əvvəldən imam idi.Belə səhf müqayisələrə gərək yol verməyək.Və ya:
    Belə bir tebirle deyirlər:" Allah- taala həzrət Məryəmi Beytul- müqəddəsdən çölə çıxardı və dedi: Get uşağını səhrada dünyaya gətir,amma Fatimə binti Əsədə dedi ki, get kəbə evinə uşağı dünyaya gətir". Biz belə faydasız müqayisəmizlə elə başa düşürük ki, imamın məqamını ucaldırıq. Amma bir tərəfdən də Allah- taalanın möcüzəsi ilə dünyaya gələn peyğəmbərinin məqamını aşaqı salırıq. Axı həzrət Məryəmin şəraiti olduqca Fatimə binti Əsədin şəraitindən fərqlidir,nəinki həzrət Məryəmin məqamı Fatimə binti Əsəddən aşağıdır. Allah- taala bu əmri həzrət Məryəmə verməklə həm onun özünə, həm də onun ovladına yəhudilərin şərindən nicat verdi. Çünki o həzrətin canı təhlükədə idi. Amma nə həzrət Əli, nə də anası üçün hec bir təhlükə yox idi və onun kəbə evində dünyaya gəlməsi onun üçün şərafət idi. Amma bu o demək deyil ki həzrət Məryəmin, ya həzrət İsanın məqamı onlardan aşağı idi. İrad burdadır ki, müqayisə özü batil bir müqayisədir.Fatimə binti Əsədin tarixdə özünə yer tutması və tarixi şəxsiyyət kimi tanınması həzrət Əliyə görədir. Amma həzrət Məryəmin məqamı və tarixi şəxsiyyəti özünə görədir. Çünki həm peyğəmbər qızıdır, həm də uşaqlıqdan Allahın evində Allahın cənnətdən göndərdiyi meyvələrlə böyüyüb boya başa çatmışdır. Uşaq vaxtından oruc tutub,namaz qılıb, fəqirlərə kömək edərdi.Allah- taala onun adına Quranda surə nazil edib və onun ləyaqətli bəndələrdən olduğunu deyib.Həmçinin həzrət İsanın dünyaya atasız gəlməsi onun məqamı üçün kifayət edər. Odur ki, öz tarixi müqayisələrmizdə gərək diqqət edək və bilək ki, Allahın –taalanın imamının və peyğəmbərininin məqamını müqayisə etmək bizim işimiz deyil.Çünki nəticəsi belə olur: onların məqamını ya aşağı salırıq, ya da qaldırırıq. Qayıdaq bəhsimizə......
    Allah- taala Quranın başqa bir ayəsində belə buyurur: qiyamət gününə və Allaha və onun peyğəmbərinə iman gətirmiş olan və eyni zamanda da Allahın düşmənləri ilə də dostluq edən bir qövm tapılmaz.(mudacilə surəsi.ayə 22)
    Əgər həzrət Əbu Talib Allah düşməni olsaydı, Rəsulullah onunla dostluq etməzdi.Bundan əlavə tarixin elə bir səhifəsi yoxdur ki, orda biz həzrət Əbu Talibin Allah düşmənləri ilə dostluq etdiyinə rast gəlmiş olaq.
    Həzrət Əbu Talibin imanına bir dəlilimiz də Fatimə binti Əsədin ömrünün axırına kimi o həzrətə sədaqətli həyat yoldaşı olmasıdır.Əgər həzrət Əbu Talib iman gətırməmiş olsaydı, Rəsulullah Fatimə binti Əsdədi ona boşatdırardı. Çünki Allah-taala tərərfindən məmur idi ki müsəlmanların təlaqını kafirlərdən alsın.
    Şəkksiz ki,Rəsulullahından və imamlardan həzrət Əbu Talibin imansız olduğuna işarə edən heç bir hədis yoxdur.Əksinə Rəsulullahdan və İmamalardan həzrət Əbu Talibin iman əhli olduğunu təsdiq edən yüzlərlə hədis gətirmək olar. Bu səbəbdən də onlardan hədis nəql etmirik.Amma bir neçə əhli sünnə alimlərinin nəzərini gətirməklə bəhsimizi bitiririk
    1)İbn Əsir öz "iğamul umul" kitabında belə yazır:Rəsulullahın əmilərindən Həmzə, Abbas və Əbu Talibdən başqa iman gətirən olmadı.
    2)İbn Kəsir öz tarixində "ibn Kəsir tarixi" və "islam tarixinin başlanması"əbu Talibin peyğəmbər haqqindakı şerini belə yazır: sən bizi islam dininə dəvət etdin və bilirəm ki,sən mənim xeyrxahliğimi istəyirsən. Sən islamdan qabaq da əmin və xeyrxah idin. İndi də bilirəm ki sənin dinin əmin və yer üzünün ən gözəl dinidir(c.2.s.42)
    İbn Əbil Hədid Nəhcül Bəlağənin şərhinin birinci cildinin muqəddiməsində belə yazır"Əbu Talib idi ki,islam dinindən qabaq peyğəmbəri göz bəbəyi kimi qoruyub saxladı və besətdən sonra da o həzrətin xidmətində oldu və bu yolda olmazın əzabın çəkdi.Amma buna baxmayaraq islam dini uğrunda heç nəyini əsirgəmədi."
    3)Səbt ibn Cuzi (səhihu fi əsirətun nəbi c.2 s 135 )
    Öz kitabında həzrət Əbu Talibin imanına belə dəlil gətirir."Əgər Əbu Talib dünyadan imansız köçsəydi, Muaviyə və onun ətrafı həzrət Əliyə cavab məktublarında bunu heç bir güzəştə yol vermədən yazardılar. Çünki həzrət Əli öz məktublarında onların atalarının bütpərərst olduğunu onlara xatirlatmışdı."
    Ikinci dəlilini də Əbu Talibin Rəsulullahın əqd mərasimində oxuduğu həmd- sənaya işarə edir.Biz o həmd- sənadan bir neçə sətri burda qeyd edirik:"həmd olsun o Allaha ki,bizi İbrahimin dinində qərar verdi və bizə İsmailin nəticəsi olmaqla şərafət verdi,öz evini bizim torpaqlarda qərar verməklə bizim torpaqlara bərəkət verdi".
    4)Qərzənci öz kitabında belə yazır"Əbu Talibin islam dini tarixində olan xidmətinə baxanda onun qəlbinin imanla dolu olduğu aydın görünür"(əsnil mətalib.s.6-dan 10-dək)
    Əziz oxucular bəhsimizi burda tamamlayib sizi Allaha tapşırıram. Bunu da bəhsimizin axrında qeyd edək ki, həzrət Əbu Talibin haqqında bu vaxta kimi yüzlərlə kitab yazilıb və o tarixi şəxsiyyətin islam dinində olan xidməti siz əziz oxucuların ixtiyarinda qoyulub.Amma yenə də kimsə o həzrət haqqında kitab yazmaq istəsə yeri var.Bunu da qeyd edək ki, həzrət Əbu Talibin haqqında bədgüman olan və o həzrətin haqq olduğuna göz yuman kəslər təkcə Əbu Talibə qarşı yox, bəlkə keçmişdə və hətta bu gündə baş verən hadisələrdə haqsız mövqe tuturlar.Amma dünya yaranan gündən olmayıb ki, batil haqqı üstələsin.Haqq daim həqiqi möminlərin qəlbində pak yerlərdə özünə cilvə tapıb və inkişaf edir....Batil qəlbdə haqqın özünə yer tapması mümkün deyil.
   
Emil
 
Dinə sərhəd yoxdur PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 21:26
   Giriş
   
    Bəzi dırnaqarası yazarlar müqəddəs İslam dinimizin yalnız ərəb qövmünə aid olması və o dinin sırf ərəb dini olmasını iddia edən məqalələrlə çıxış edirlər. Zahirən Qurani-kərimlə dərindən tanış olmayan bu yazarlar sözügedən iddia və iftiraları üçün bəzi Quran ayələrinə də istinad edirlər.
    Bu tip yazarlar iki haldan xaric deyillər: Onların bir qismi mümkündür bilməzlik və məlumatsızlıq üzündən belə məntiqsizliyə yol versinlər. Bu qisim yazarlarla üzləşmək təbii ki, çox asandır. Onları sadəcə məlumatlandırmaq lazımdır. Güman edirəm onlar ən azı bir neçə bu kimi məqalələri mütaliə etsələr, öz şübhə və iradlarına düzgün və qaneedici cavablar tapacaq və hidayətçi Tanrının lütfü nəticəsində haqq yola yönələcəklər.
    İkinci qisimdə isə müqəddəs İslamı öz mənafeyinin ziddinə görən və ya hər hansı bir məqsədlə bu dinin ən azı müsəlman Azərbaycan respublikasında rövnəqdən düşməsini istəyən qərəzli yazarların olması ehtimal edilir. Bu qisim yazarları isə qərəzləri ilə birgə qüdrətli və əzəmətli Tanrıya tapşırırıq. "Onlar Allahın nurunu (dəlillərini, İslam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlamaq istər". 1
   
    İslam - sonuncu din
   
    İslamın sonuncu din olması hamıya bəllidir. Müsəlmanların inanclarından biri də elə İslamın sonuncu din olmasıdır. Bu məsələdə məzhəblər arasında da ixtilaf yoxdur. Belə ki, bütün məzhəblər bu məsələdə müştərək əqidəyə malikdirlər. Çünki, bu inancla bağlı Qurani-kərimin açıq-aydın bəyanı var:
    ما كانَ مُحَمَّدٌ أَبا أَحَدٍ مِنْ رِجالِكُمْ وَ لكِنْ رَسُولَ اللَّهِ وَ خاتَمَ النَّبِيِّينَ وَ كانَ اللَّهُ بِكُلِّ شَيْ‏ءٍ عَليما
    "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" 2
    Ulu Tanrı dinləri məhz peyğəmbərlərin vasitəsi ilə göndərdiyinə görə peyğəmbərin sonunculuğu elə dinin sonunculuğu deməkdir. Müqəddəs İslam dininin sonuncu din olması ilə o dinin ümumbəşəri bir din olması arasında inkarolunmaz əlaqə var. Başqa sözlə desək, İslam dini əgər sonuncudursa, mütləq ümumbəşəri din olmalıdır. Əks təqdirdə, Allahın ədalətlilik atributu sual altına düşəcəkdir.
    Əgər Allah adildirsə, öz sonuncu dinini hansısa xüsusi bir millətə deyil, bütün bəşəriyyət üçün göndərməlidir. Çünki, Allahın hansısa bir dini göndərməsi onun öz məxluqları ilə ünsiyyət yaratması və onları haqq yola hidayət etmək istəməsi deməkdir. Bu ünsiyyət və bu istək yalnız ərəb milləti kimi hansısa xas bir millətə aid olarsa, bu, Allahın ədalətsizliyi deməkdir. Çünki, başqa millətlərin də o mənəvi qidadan bəhrələnməyə haqları olduğu halda, bu haqq onlara verilməmişdir. Bu isə Allah-taalanın ədalətsiz olması iddiası ilə nəticələnəcəkdir. Allahın zülmkar və ədalətsiz olması isə nəinki təkcə İslamda, hətta başqa dinlərdə belə qəbul edilməmişdir.
    Bir də ki, qadir Allah öz maddi nemətlərini bütün bəşəriyyət arasında heç bir fərq qoymadan onlara bəxş edirsə, axı nəyə görə mənəvi nemətlərə çatdıqda onları yalnız hansısa xüsusi bir qövmə, ya millətə əta etməlidir?
    Günəş hamı üçündür, ay hamı üçün; gündüz hamı üçündür, gecə hamı üçün; su hamı üçündür, hava hamı üçün... Elə isə nəyə görə din hamı üçün deyil, müəyyən bir qövm üçün olmalıdır? Bu bölüm Ulu Tanrımızın ədaləti ilə uyğun gəlirmi?
    Xülasə, biz də bütün insanlar kimi İlahinin ədalətli olmasına yəqin edərək bu qənaətə gəlirik ki, İslam dini heç də yalnız ərəb millətinə məxsus deyil, əksinə o, bütün bəşəriyyəti zülmət və cəhalətdən xilas etmək üçün göndərilmişdir.
    Maraqlı burasındadır ki, İsalmın ümümbəşəri din olması tezisi o dinin müqəddəs kitabı sayılan Qurani-kərimdə də öz əksini tapmışdır.
   
   
    Quran - ümumbəşəri kitab
   
    Qurani-kərimin heç bir ayəsində tapa bilməzsiniz ki, Allah öz dinləyicilərinə "ya əyyuhəl-ərəb" (ey ərəblər!) -deyə müraciət etsin. Amma düz 21 ayədə 21 dəfə onlara "ya əyyuhən-nas" (ey insanlar!) deyə müraciət etmişdir. Misal üçün:
    ما كانَ مُحَمَّدٌ أَبا أَحَدٍ مِنْ رِجالِكُمْ وَ لكِنْ رَسُولَ اللَّهِ وَ خاتَمَ النَّبِيِّينَ وَ كانَ اللَّهُ بِكُلِّ شَيْ‏ءٍ عَليما
    “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız!” 3
    يا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذي خَلَقَكُمْ مِنْ نَفْسٍ واحِدَةٍ وَ خَلَقَ مِنْها زَوْجَها وَ بَثَّ مِنْهُما رِجالاً كَثيراً وَ نِساءً
    “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” 4
    يا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْ‏ءٌ عَظيم‏
    “Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir!” 5
    قُلْ يا أَيُّهَا النَّاسُ إِنَّما أَنَا لَكُمْ نَذيرٌ مُبين
    “De: “Ey insanlar! Mən sizə yalnız açıq-aşkar bir xəbərdarlıq verənəm”.
    يا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلا تَغُرَّنَّكُمُ الْحَياةُ الدُّنْيا وَ لا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُور
    “Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!” 6
    Bu tərzdə olan müraciətlər Qurani-kərimin ümumbəşəri bir kitab olmasına açıq-aydın işarələrdəndir.
    Başqa bir ayədə isə Peyğəmbərin (s) bütün bəşəriyyət üçün "Nəzir" (xəbərdarlıq edən) olması" نَذيراً لِلْبَشَر (O,bütün bəşəriyyətə xəbərdarlıq edəndir) ibarəti ilə bəyan olunur. 7
    Ənam surəsinin 19-cu ayəsində isə Quranın ümumbəşəri bir kitab olması prinsipi elə formada açıqlanmışdır ki, artıq heç bir kəsə bu məsələdə şəkk-şübhə yeri qoymamışdır. Buyurur: أُوحِيَ إِلَيَّ هذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَ مَنْ بَلَغ
    “De: ... Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu…”
    Gördüyünüz kimi, bu ayədə Quranın nazilolma hədəfi ərəblərlə yanaşı, o Qurana gələn dövrlərdə əl tapan insanların da onun vasitəsi ilə xəbərdarlıq edilib, qorxudulması qeyd edilmişdir.
   
    “Ərəbi” Quran
   
    Dilçi alimlərin nəzərincə, bəzi sözlər müəyyən zaman keçdikdə, müəyyən amillərin təsiri nəticəsində öz əsl mənasını itirib yeni bir məna götürə bilirlər, Azərbaycan dilindəki "meyxana" sözü kimi. Belə ki, "meyxana" sözü qədim Azərbaycan ədəbiyyatında mey və şərab içilən yerlərə və eyş-işrətlə məşğul olunan məkanlara deyilirdisə, bu söz bu gün öz mənasını itirib və müəyyən bir şer növü (meyxana) mənasını ifadə edir. Ərəb dili də bu qanundan müstəsna deyildir. Bu dildə də bəzi sözlər Quranın ilkin nazilolma illərindəki mənalarını itirib yeni mənalar tapırlar. Belə sözlərə misal olaraq "səlat", "zəkat" və bu kimi başqa kəlmələri göstərmək olar.
    Bu kəlmələrdən biri də elə "ərəbi" kəlməsidir. Bu kəlmə hal-hazırda, ərəb ölkələrində yaşayan insanların rəsmi dili mənasını daşıyır və bu günlər hər hansımız bu kəlməni eşitdikdə müəyyn bir millət (ərəb dili) gözümüzün önündə cilvələnir. Amma görəsən İslamın ilk illərində və Quranın nazilolma dövründə də "ərəbi" sözü eyni mənanımı ifadə edirmiş? Bu məsələni aydınlaşdırmağın yollarından ən əsası Lüğət kitablarına, xüsusən də qədimi lüğət kitablarına müraciət etmək və bu kəlmənin mənasını orada axtarmaqdır.
    Biz bu axtarışda belə nəticəyə gəldik ki, İslamın ilkin illərində bu kəlmənin əsas mənası "açıq və aydın" imiş. Birlikdə bir neçə lüğət kitabını nəzərdən keçiririk:
   
    Kitabul-Eyn
    "O, ərəbcə söhbət etdi" yəni "açıq və aydın söhbət etdi".
    "O, ərəbdillidir" yəni "aydın bəyanlıdır". 8
    Gördüyünüz kimi bu qədim lüğət kitabında "ərəb" sözü "açıq və aydın" mənasını daşıyır.
   
    Müfrədati-Rağib
    Məşhur leksikoqraf Rağib İsfahani Quranın "hukmən arabiyyan" ayəsinin mənasında belə deyr: “Elə açıq və aydın bir hökmdür ki, haqqı qüvvətləndirib, batili məhv edəndir”. 9
   
    Ət-təhqiq fi kəlimatil-Quranil-kərim
    "Ərəb" sözünün üç əsas mənası var. Onlardan birincisi elə "açıq və aydın"-dır... Və ehtimalı var ki, Ərəb qövmünü də dillərinin çox açıq və aydın dil olmasına görə "ərəb" adlandırıblar.10
    Yuxarıda qeyd olunanlardan belə bir nəticə alırıq ki, "Biz Quranı ərəbi nazil etdik" kimi ayələrin mənası "Biz Quranı Ərəb dilində nazil etdik" deyil, əslində "Biz Quranı açıq və aydın surətdə nazil etdik" deməkdir. Bu da o deməkdir ki, Allah-taala heç də Quranı ərəb dilində nazil etdiyini xüsusi ilə vurğulamamış və buna təkid etməmişdir. Elə isə, bu da Quranın ümümbəşəri bir kitab olması sübutlarından biri ola bilər.
    O ayələrdən bəziləri belədir: إِنَّا أَنْزَلْناهُ قُرْآناً عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُون
    “(Ey Məkkə əhli!) Biz onu açıq və aydın bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız”.11
    وَ كَذلِكَ أَنْزَلْناهُ قُرْآناً عَرَبِيًّا وَ صَرَّفْنا فيهِ مِنَ الْوَعيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرا
    “(Ya Rəsulum!) Biz onu açıq və aydın Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!” 12
    قُرْآناً عَرَبِيًّا غَيْرَ ذي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُون
    “Biz (onlara) nöqsansız-qüsursuz, açıq və aydın bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər”. 13
   
    İslama sərhəd yoxdur
   
    Bildiyiniz kimi, bəzi mövzular var ki, müəyyən bir zaman və məkana sığmırlar. Yəni buna onların təbiəti yol vermir. Misal üçün elmi məsələləri nəzərə alın. Yunanda hansısa bir elmi kəşf olur, az bir zamanda bütün dünyaya yayılır. Avropada hansısa bir alim yeni bir şey ixtira edir, cox keçmir ki, həmin ixtiranın nümunələri Asiyada, Afrikada da peyda olur.
    Bugünkü elmi inkişafların və tərəqqilərin hamısı özlərini keçmiş kəşflərə borclu bilirlər. Bu gün bir alim yeni bir şey kəşf edirsə, bu o demək deyil ki, bu alim kecmişdə deyilənlərə heç bir əlaqəsi olmadan, birdən-birə, yoxdan nə isə ortaya çıxarır. Xeyr, bu, belə deyil. Bugünkü elmin dünənki elm ilə sıx əlaqəsi var. Bugünkü elm öz əsaslarını keçmişdən alır. Bu da o deməkdir ki, elm heç bir zamana və dövrana bağlı ola bilməz. Elmin təbiəti belədir, o, ölməz və əbədidir.
    Həmçinin elm hansısa müəyyən məkana da bağlı ola bilmir. Avropada hansısa bir dəqiq elm varsa, o elm get-gedə Asiyaya da axıb gəlir. Hamı onu iftixarla mənimsəməyə çalışır və öz haqqı bilir. Heç kim demir ki, bu elm Avropada kəşf olunduğuna görə Avropada qalmalıdır. Heç kim demir ki, bu elm Avropada yarandığına görə avropalılara məxsusdur.
    Din də eynilə belədir. Siz baxın, Xristianlıq ilk dəfə şərqdə (Fələstində) yaranıb, amma buna baxmayaraq bu gün bu din bütün Avropanı əhatə edir. Heç bir Xristian da o dinin ilk dəfə Şərq ölkələrində yaranmasına etiraz etmir, əksinə, o dinə səmimi qəlblə inanır.
    Sonuncu din sayılan müqəddəs İslam dini də ilk dəfə Ərəbistanda yaranmasına baxmayaraq, hal-hazırda bütün dünyanı bürüməkdə davam edir. Bu, heç də qeyri-adi bir şey deyil. Çünki, din fitri bir məsələdir və fitrət isə yalnız ərəblərdə deyil, bütün insan adlanan varlıqlarda mövcuddur.
    Bir az diqqətlə baxanda, İslam dininin Ərəbistanda yaranıb deyə yalnız ərəblərə məxsus bir din olmasını iddia edənlərin sonsuz dərəcədə nadan olmaları nəzərə çarpır. Və son olaraq, görünür belə yazarların nəinki dindən, heç dünyadan da xəbərləri yox imiş.
   
   
    Mənbələr:
   
    1. Tövbə /32.
    2. Əhzab /40.
    3. Bəqəra /21.
    4. Nisa /1.
    5. Həcc /1.
    6. Fatir /5.
    7. Müddəssir / 36.
    8. Kitabül-Eyn, c. 2, s. 129.
    9. Müfrədati-Rağib, c. 1, s. 587.
    10. Ət-təhqiq fi kəlimatil-Quranil-kərim, c. 8, s. 72.
    11. Yusif / 2.
    12. Taha / 113.
    13. Zümər / 28.
   
İlqar Haşımov
 
Allahdan qeyrisi PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 21:24
   İslam dininin yaranmasının elə ilk dövrlərindən bu müqəddəs din bir sıra şübhələrlə üzləşib. Bir çox insanlar qərəzli olaraq bu təzə yaranmış dinin üzərinə şübhələr yağdırır və onu naqis və qeyri-düzgün din kimi qələmə vermək istəyirdilər.
    Amma bizim əziz peyğəmbər və imamlarımız və onlardan sonra dahi alimlərimiz bu şübhələrin kökünü yerindəcə kəsir və onları lazımi surətdə cavablandırırdılar.
    Bu metod və islamı ləkələmək istəyi bizim dövrümüzdə də özünü göstərir və hətta demək olar ki, daha qabarıq və daha məqsədyönlü formada inkişaf etməkdədir. Belə ki, müasir çağımızda radio və televiziyalarda, qəzet və jurnallarda müsəlmanlar arasında aksioma kimi qəbul olunmuş bəzi inanclar hücuma məruz qalır və qeyri-islami inanc kimi qələmə verilir.
    Bu məsələlərdən biri də Allahdan qeyrisindən nəsə diləmək inancıdır. Belə irad tuturlar ki, Allahdan başqasından nəsə diləmək şirk, yəni Allaha şərik qoşmaq deməkdir.
    Misal üçün, deyirlər ki, biz əgər Məşhəd ziyarətinə gedib orada dəfn olunmuş imamdan bizə şəfaçı olmasını diləyiriksə, bu, şirk sayılır. Təbii ki, bu ziyarətə gedən insanların əksəriyyəti “Ya imam Rza, mənə kömək ol”, “Ya imam Rza, mənim xəstəliyimə şəfa ver” və sair bu kimi istəklərdə bulunurlar. Bu isə bəzilərinin dediyinə görə şirk və haramdır. Onlar deyirlər bütün istəklər birbaşa Allahdan istənilməlidir, Allah bəndələrinə bu qədər yaxın olduğu halda bəndə niyə öz istəyini Allahdan qeyrisindən istəməlidir ki?
    Biz bəzən onların cavabında deyirik ki, xeyr, ziyarətə gedən insanlar siz deyən kimi diləklərini birbaşa imamdan istəmirlər, əksinə, onlar belə deyirlər: “İlahi, İmam Rzanın bu hərəminin hörmətinə, mənə şəfa ver”. Və ya deyirlər: “Ya imam Rza, Allahdan istə ki, mənə şəfa versin”. Amma bu cavab doğru deyil, heç də hamı belə dua etmir. Ziyarətçilərin arasında sorğu keçirdikdə görürük ki, onların çoxu birbaşa imamın ozündən şəfa dilədiklərini bildirirlər.
    Demək bu, doğru cavab ola bilməz. Bəs onda necə cavab verək?! Deyək ki, ziyarətçilər hamısı Allaha şərik qoşur və haram iş görürlər? Bu cavab insaflı cavab olmazdı, çünki, müsəlmanlar tərəfindən qəbul olunmuş hər hansı bir inancın kökündə məntiq və dəlil durur və onları bu sadəliklə qeyri-düzgün saymaq, doğrudan da, müsəlman topluma hörmətsizlik olardı. Başqa ifadə ilə desək, biz böyük bir müsəlman toplumu tərəfindən qəbul olunmuş hər hansı bir inanca hörmətlə yanaşmalı və onun qeyri-düzgünlüyünü isbat etmək istədikdə isə dərin mütaliə etməli və çox diqqətli davranmalıyıq.
   
    Büsbütün haram
    Əvvəla əgər irad edənlərin dediyi kimi Allahdan başqasından nəsə diləmək haram olsa, onda bizim bütün işlərimiz haram içində olacaq. Belə ki, biz insanlar hər gün öz ehtiyaclarımızı bir-birimizdən istəyirik; həkimdən sağlamlıq, müəllimdən savad və ... Məgər bunlar haramdırmı? Gün ərzində nə qədər “ay qardaş, mənə kömək et flan işi görüm”, “ay dostum, məni flan dərddən xilas elə” deyirik? Bunlar hamısı şirk və haramdırmı? Axı biz Allahdan başqasından nəsə istəməməliyik?!
    Bu həyatın qanunu belədir. Allah insanları müxtəlif istedadlarda yaradıb ki, onların bir-birinə ehtiyacları olsun və bir-birinin ehtiyaclarını təmin edə-edə birlikdə ona doğru addımlasınlar. Mənim savadım yoxdursa, savadlıdan istəməliyəm ki, məni də savadlandırsın, xəstəyəmsə həkimdən istəməliyəm ki, məni sağaltsın. Bunlar sağlam və təbii əlaqələrdir, bunları haram adlandırmaq təbii ki, düzgün deyil.
   
    Əta olunan kəramət
    İkincisi də bunu bilməliyik ki, Allah özü bəzi bəndələrinə bəzi kəramətlər əta etmişdir. Misal üçün, Allah Qurani-kərimdə mələklərdən həzrət Adəmə səcdə etmələrini tələb edir.(1) Düzdür, Allahdan başqasına səcdə (İslam şəriətinə görə) haramdır, amma əgər bunu Allahın özü istəyirsə nəinki haram olmur, hətta bu əmrdən boyun qaçırmaq itaətsizlik belə sayılır. Elə bu əmrdən boyun qaçırdığına görədir ki, Şeytan Allahın dərgahından qovulur.
    Yenə də Qurani-kərimdə görürük ki, Allah həzrət İsaya bəzi kəramətlər əta etdiyini bildirir. Belə ki, bəzi ayələrdə o həzrətin Allahın izni ilə korlara şəfa verdiyi, ölüləri diriltdiyi buyurulur. (2)
    Bəs bunlar nədir? İndi bir nəfər həzrət İsaya desə ki, “Ey İsa, mənim kor gözümə şəfa ver” haram iş görmüşdür? Axı Allah özü bu kəraməti həzrət İsaya əta edib.
    Allah-taala qüdsi hədislərdən birində buyurur: “Ey mənim bəndəm! Məndən itaət et, səni özüm kimi edim; necə ki, mən deyirəm “ol!” -olur, sən də de “ol!” -olsun”. Demək, Allah-taala bəzi itaətkar bəndələrinə bir çox kəramətlər bəxş etməyi vəd etmişdir.
    Müqəddəs imamlarımız da bu qəbil kəramətlərə malik olublar. Allahın bəndəçiliyi sayəsində qazandıqları bir çox kəramətlərlə insanların xidmətində durublar. Burada qeyri-adi nə var ki?
    Bir halda ki, bu dərəcələri adı çəkilən insanlara Allah özü bəxş edib, biz onlardan Allahın bəxş etdiyi kəraməti istəyəndə, niyə haram və günah olmalıdır axı?
    Həzrət Məsumə, İmam Rza (ə) Allaha bəndəçilik sayəsində, misal üçün, şəfa məqamını əldə ediblərsə və Allahın izni ilə xəstələrə şəfa verə bilirlərsə, eyni şeyi onlardan istəmək hansı məntiqə əsasən haram olmalıdır?
    Burada ortaya belə bir sual çıxır: Allah nəyə görə bəzi bəndələrinə bəzi məqamlar verir? Allah bütün bunlara özü birbaşa qadir olduğu halda niyə bəzi insanlara belə bir imkan yaradır ki, şəfa versinlər, yardımçı olsunlar və sair?
   
    Kəramətin fəlsəfəsi
    Tarix boyu görünüb ki, dini özbaşına dərk etmək istəyən insanlar uçuruma uğrayıblar. Dini təkcə ağılın köməyi ilə dərk etmək istəyənlər həmişə əsl dindən uzaq düşüb yeni bir dinin və yeni bir firqənin yaranmasına səbəb olublar. Bu ona görədir ki, onlar dini öz yolundan və öz mənbəyindən öyrənməyə çalışmayıblar.
    Müqəddəs İslam dinində də belədir. Onu düzgün dərk etmək üçün dini başbilənlərə müraciət etmək lazımdır. Dini bilicilər isə bizim müqəddəs imamlarımızdırlar. Allah istəyir ki, biz düzgün dini onlardan əxz edək və yalnız onların tanıtdırdığı dini qəbul edək. Allah istəyir ki, əsl dini öyrənmək üçün onlara müraciət edək. Nəhl surəsində buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun”.(3)
    Amma insan elə bir məxluqdur ki, onu bir işə yönəltmək üçün şirnikləndirmək lazımdır. İnsan zatən mənfəəttələbdir, yalnız öz mənfəətini düşünür. Ona görə də, hər hansı bir şeyə və hər hansı bir kəsə müraciət edirsə, ondan hansısa xeyir güdür. Ulu tanrımız da elə insanın adıçəkilən xüsusiyyətini nəzərə alaraq əhli-zikrə (müqəddəs imamlara) bir sıra kəramətlər əta etmişdir ki, insanlar onların əsl həqiqətlərini dərk etməsələr də, öz mənfəətlərinə xatir onlara müraciət etsinlər. Misal üçün, İmam Rza (ə) Allahın izni ilə şəfa verə bilir. Bu imtiyaz Allahın ona bəxş etdiyi nemətdir. Bu imtiyazına görə bütün dünyadan milyonlarla insan o həzrətin hərəminə gəlir və onu ziyarət edirlər.
    Sizcə zəvvarlardan neçə faizi İmamın əsl məqamını dərk edərək ziyarətə gəlirlər?
    Əlbəttə ki, çox az faizi. Belə baxanda görürük ki, əgər İmam Rzada (ə) belə bir kəramət olmasaydı onun zəvvarları olduqca az olardı. Demək mənfəəttələb insanı əhli-zikrin və imamın hüzuruna yönəltmək üçün ona şəfa məqamı və bu kimi bir sıra xüsusi imtiyazlar vermək lazım idi. Amma söz burasındadır ki, əhli-zikr onun ziyarətinə gəlmiş zəvvarların mənəvi müşküllərini həll edir və onlara hidayət yolunu göstərirlər.
    Diqqət etsəniz görərsiniz ki, bütün ziyarətgahların ziyarət ədəblərindən birincisi budur ki, ilk növbədə Allaha iki rəkət namaz qılınsın. Sanki, imam deyir: indi ki, mənim ziyarətimə gəlmisən çox gözəl, amma ilk növbədə Allahın hüzuruna iki rəkət namaz qılmalısan. Sanki, imam demək istəyir ki, ay ziyarətçi, bütün işlər ulu Allahın əlindədir və onun izni olmadan heç bir şey mümkün olmayacaqdır. Beləliklə ilk addımdan imam öz ziyarətçisinə ilahi mərifəti aşılamağa başlayır.
    İkinci tərəfdən də biz zahirbin inasnlar hər hansı bir insanı, o insan ən uca ilahi məqama çatsa belə, əgər o məqamın zahiri təzahürü yoxdursa tanıya bilmirik. Misal üçün, əgər İmam Rzada (ə) belə xüsusi kəramətlər olmasaydı, o imamın Allah yanında məqamı nə qədər üstün olduğuna baxmayaraq, biz onu tanımayacaq və bəlkə də onun bu məqamını inkar edəcəkdik.
    Əbəs yerə deyil ki, bütün peyğəmbərlərin özlərinə məxsus möcüzələri olmuşdur.
    Onların dəvət etdiyi din nə qədər ali və özləri nə qədər ali insanlar olsalar belə, biz insanlar yalnız bu məqamın təzahürü olan möcüzəni gördükdə onlara inanırıq.
    İndi hədislərdə nə qədər deyilsin ki, dininizi imamlardan öyrənin, çünki, onlar əhli-zikrdirlər, onlar belədirlər, belədirlər. Bunlar heç biri bizə kifayət etməyəcək. İnsanları onlara tərəf sövq etdirmənin yeganə yolu onlara bəzi zahiri kəramətlər əta etməkdir.
    Uzun sözün qısası budur ki, Əhli-beytdən və övliyalardan kömək istəmək, şəfa diləmək nə şirkdir, nə də haram. Çünki, bu məqamı Allah bir sıra bəndələrinə verdiyi kimi, onlara da bəxş etmişdir ki, insanlar öz dinlərini onlardan əxz etsinlər və həmişə onlarla ünsiyyətdə olsunlar.
    Allah istəyir ki, biz dinimizi onlardan öyrənək, amma təkcə tövsiyə kifayət etmədiyinə görə, onlara bəzi imtiyazlar bəxş edir. Bütün bunlar biz insanlar üçündür. Bütün bunlar ona görədir ki, biz əsl dinin harada və kimdə olduğunu bilək. Bütün bunlar ona görədir ki, Allah deyə-deyə şeytana pərəstiş etməyək.
    Bu yol - mənəvi yol, çətin və əsraramiz yoldur. Bu yolu heç kəs özbaşına gedə bilməz. Əlimizdən tutan və məqsədə çatdıran lazımdır.
    Salam olsun hidayət çıraqları olan məsum imamlara!
    Salam olsun Allahın həqiqi dostlarına!
   
    Qeydlər
    1. Bəqərə/34.
    2. Maidə/110.
    3. Nəhl/43.
   
   
    17\ 03\09 - Yaroslavl
İlqar Haşımov
 
Şeytan (Quran baxımından) PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 21:23
   Giriş
   
    Bütün xalqlarda olduğu kimi bizim xalqımızın arasında da bir sıra qeyri-adi inamlar və əqidələr mövcuddur, misal üçün, hər bir insanın özünəməxsus qaraçuxasının olması, cin-şeytan, ruh və s. Bunlar elə şeylərdir ki, hamı onların varlığına bir növ inam bağlamışdır. Xüsusi ilə keçmiş nəsil bu kimi şeylərə daha çox inanırdılar. Deyirlər, filankəsin cinlərlə əlaqəsi var. Yaxud deyirlər məni qaraçuxam tutub və yaxud anamın ruhu tutub, ona görə də hökmən bir Yasin surəsi oxutdurmalıyam. Və yaxud hamımızın dilimizdə əzbər olan bir cümlə var: Allah şeytana lənət eləsin. Bunlar hamısı xalq tərəfindən qəbul edilib. Deyirlər, mənə cadu olunub, mən tilsimlənmişəm, bu cadunu açdırmaq lazımdır və başqa-başqa bu kimi inamlar.
    Bu inamlardan bir çoxu başqa xalqlar arasında da var. Misal üçün, ruslar evlərdə "damavoy" adlı bir məxluqun olmasına inanırlar. Afrikada və bəzi qərb ölkələrində kiminsə ruhunu çağırıb onunla söhbət edirlər və s.
    Bu növ inamlar metafizik inamlar sayılır. Bunların içində xurafat da var, həqiqət də. Belə deyil ki, insanlar tərəfindən qəbul edilən hər bir inam haqdır. Xeyr, onların arasında xurafat da var. Kimlərinsə tərəfindən xüsusi məqsədlərlə və yaxud cəhalət və nadanlıq üzündən yaranan inamlar da var, dinköklü həqiqi inamlar da.
    Çox gözəl, amma indi biz haradan bilə bilərik ki, bunların hansı xurafat və qondarma, hansı isə həqiqətdir? Təbii ki, bunu nə ağlımızla, nə də geniş yayılmış təcrübi elmlərlə ayırd edə biləcəyik. Elm hər hansı məsələ barəsində danışmaq istəyirsə, əvvəl onu laboratoriyada təhlil edir və sonra yekun sözünü deyir. Metafizik məsələlər isə laboratoriyalıq olmadığından elm də bu məsələlərdə sakitdir. Bir sözlə, bu növ məsələlərdə ağıl heyran, elm isə acizdir.
    Onların haqla batilini, xurafatla həqiqətini biri-birindən ayırmaq üçün yeganə bir yol qalır. O da dini mənbələrə müraciət etməkdir. Din metafizik məsələlərlə doludur, ona görə də dini mənbələrdə bunlardan geniş formada söz açılıb. Cin, şeytan, ruh, cadu və sair bu kimi mövzulardan Qurani-kərimdə də bəhs olunub. Bunların hər birini arayıb-araşdırmaq müstəqil bir kitab tələb edir. Ona görə, biz bu məqalədə Cin adlı mövcuddan azacıq danışıb əsas söhbətimizi şeytanın üzərinə yönəldəcəyik.
    Əvvəla bunu bilmiləyik ki, bir şeyi görmürüksə, bu, onun yoxluğuna dəlalət etmir. Ona görə gözlə görə bilmədiyimiz hər bir şeyi inkar etmək zorunda deyilik. Təbiətşünas alimlərin fikrincə, insanın zahiri hissləri ilə dərk edə biləcəyi varlıqlar onun dərk edə bilməyəcəyi varlıqların qarşısında heç saya da gəlmir. Varlıqları yalnız görünənlərdə məhdudlaşdırmaq düzgün deyil.
    Allah-taala Qurani-kərimdə də görünən və görünməyən varlıqlara and içmişdir. Belə ki, O, əl-Haqqə surəsində buyurur: فَلا أُقْسِمُ بِما تُبْصِرُونَ وَ ما لا تُبْصِرُون
    "And olsun gördüklərinizə və görmədiklərinizə" (2)
   
    Cin
    Bu aləmin gözə görünməyən varlıqlarından biri də cindir. Bir çox Quran ayələrində cin adlı bir məxluqun varlığına və onun xüsusiyyyətlərinə rast gəlmək mümkündür. Bundan əlavə, bir çox insanların cinlərlə qurduğu əlaqə və dostluqlar bu iddia üçün ən mühüm praktiki dəlil hesab oluna bilər.
    Cin sözünün lüğəvi mənası "örtülü" deməkdir. Buna əsasən, ərəb dilində bağa cənnət deyilirsə, məhz onun torpağının ağacalarla örtüldüyünə görədir. (3) Amma dini terminologiyada cin insanın zahiri hisslərindən gizlində qalan, iradə və şüur sahibi olan bir məxluqdur ki, Quran da belə bir məxluqun olmasını təsdiqləmişdir.(4)
    Qurani-kərimdə Cinin insandan qabaq yaradılması qeyd olunur. (5) Hədislərdə isə cinlər bir neçə dəstəyə bölünürlər. Mərhum Səduqun "Xisal" kitabında İmam Sadiqdən (ə) belə bir hədis rəvayət olunur: "Cinlər üç dəstədir: Onların bir dəstəsi mələklərlə birgədir, bir dəstəsi havada uçmaqda, başqa bir dəstəsi isə itlər və ilanlar şəkilindədir”. (6)
    Xalis cinlər yeyib-içməsələr də, qeyri-xalis cinlər həm yeyir, həm də içirlər. (7) Onların bir qismi insanlar kimi qidalanırlar, təbii ki, bu dəstənin ömrü az olur. Başqa bir qismi yalamaqla qidalanırlar, bunların ömrü bir az çox olur. Daha başqa bir qisim isə yalnız iyləməklə qidalanır, bunlarınsa ömrü min ilə qədər uzana bilir.
    Qurani-kərimdə 24-cü surə Cin surəsi adlandırılmışdır. Bundan əlavə, cinlə bağlı konkret olaraq bu yerlərdə bəhs olunmuşdur: Ənam /100, 112, 128, 129, 130; Əraf / 38; İsra / 88; Kəhf / 50; Nəml/ 17, 39; Səbə / 12, 13, 14, 41; Əhqaf / 29-32; Rəhman / 15, 33, 39; Cin / 1-19.
    Bir sözlə, bizə gülməli və inanılmaz gəlsə də, cin adlı bir məxluqun varlığı inkarolunmaz faktdır. Belə ki, onlar da eynilə insanlar kimi Allah tərəfindən təklifləniblər. Yəni, onlarda da vacib və haram anlamı var, onlara da din gəlmiş, İslam dini və Qurani-kərimin göstərişləri onlara da aid edilmişdir. Onların da içində möminləri və kafirləri var, saleh əməlliləri və zülmkarları var. Qurani-kərimdə Allah-taala dəfələrlə insanlarla birgə onlara da müraciət etmiş və onların da düz yola hidayət olunmalarını istəmişdir: يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي‏ وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا
    “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (8)
    Demək, biz insanlar bilməliyik ki, bu aləm təkcə zahirdə gördüyümüz aləm deyildir, əksinə, görmədiyimiz bir çox şeylər var ki, onların bəzilərini hətta ilahi və müqəddəs kitab olan Qurani-kərim də təsdiqləyir.
    Bunun özü maddi aləmdə qərq olmuş insanlara həyəcan siqnalı ola bilər. Ey maddiyyatda məhv olan insan! Bu aləm təkcə görünən zahirdən ibarət deyil, pərdə arxasında bizə çox yaxın olub, amma görünməyən başqa bir aləm də var, bir az bunları da düşünmək lazımdır.
   
    Şeytan isə...
    Cinlər barədə az da olsa danışdıq, bu barədə geniş söz açmaq istəsəydik, ayrıca bir kitab yazmaq lazım gələrdi. Amma Şeytan nədir? Budamı həqiqətdir? Yoxsa insanların özlərindən uydurduğu hər hansı bir xurafatdır?
    Gün ərzində hər birimiz dəfələrlə şeytana lənət oxuyuruq, yaxud bu şeytan əməlidir deyirik, kimisə göstərib şeytan onun qəlbinə girmişdir deyirik. Görəsən doğurdan da şeytan adlı bir məxluq varmı? Əgər varsa, onun insanla nə kimi əlaqəsi var? O, insana nə qədər yaxındır? Doğrudurmu ki, şeytan insanı azdırır? Bəs din necə, belə bir məxluqun varlığını qəbul edirmi? Bu sualların hamısının cavabını adətimiz üzrə, hər bir şeyə aydınlıq gətirən Qurani-kərimdə axtaracağıq.
    İlk öncə, şeytanın kökü barədə bir az söhbət edək. Qurani-kərimdə açıq-aydın surətdə şeytanın əslində bir cin olması qeyd olunur: َ فَسَجَدُوا إِلاَّ إِبْليسَ كانَ مِنَ الْجِن ِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّه...
    "...İblisdən başqa hamısı (bütün mələklər) səcdə etdilər, cin olan İblis isə öz Rəbbinin fərmanından boyun qaçırdı..." (9)
    Nümunə təfsirində bu ayənin şərhində belə yazılır: “Şeytan mələklərdən deyildi, (əslində o, cinlərdən idi) amma ibadət və itaət etmək vasitəsilə onların cərgəsinə girib, hətta onların müəllimləri də olmuşdu. Amma bir dəfə təkəbbür və xudpəsəndlik etməklə elə gözdən düşdü ki, bütün olan-qalan mənəviyyatını əldən verib, Allah dərgahının ən nifrət olunmuş və qovulmuş bir bəndəsinə çevrilıdi”. (10)
   
    Hiyləgər Şeytan
    Qurani-kərim şeytanın bəzi xüsusiyyətlərini açıqlayır, bəzi ayələrdə şeytan, öz rəbbinə naşükür olan hiyləgər bir məxluq kimi qələmə verilir. Eyni zamanda bəzi ayələrdə də onun xüsusi bir firqəsi, necə deyərlər partiyasının olmasına işarələr vardır: وَ كانَ الشَّيْطانُ لِرَبِّهِ كَفُورا
    "Şeytan öz Rəbbinə qarşı naşükür idi". (11)
    فَقاتِلُوا أَوْلِياءَ الشَّيْطانِ إِنَّ كَيْدَ الشَّيْطانِ كانَ ضَعيفا
    "O halda Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!" (12)
    ِ أُولئِكَ حِزْبُ الشَّيْطانِ أَلا إِنَّ حِزْبَ الشَّيْطانِ هُمُ الْخاسِرُون
    “Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır! (13)
   
    İnsanın ən böyük düşməni
    Şeytan uzun illər Allah dərgahında ibadətlə məşğul ikən Allah-taala Adəmi yaradır. O, mələklərin sorğu-suallarına cavab olaraq Adəmin bəzi üstünlüklərini üzə çıxarır. Nəhayət, Ulu Tanrı təzim əlaməti olaraq şeytanla birgə bütün mələklərə Adəmin qarşısında səcdə etməyi əmr edir. Bu fərmanı eşitcək bütün mələklər səcdəyə düşürlər. Şeytan isə bu fərmandan boyun qaçırıb səcdə etmir. Şeytan etdiyi paxıllıq və təkəbbürə görə Allahın dərgahından qovulmağa məruz qalır. O, Allah dərgahından qovularkən Allahın izzətinə and içir ki, sənin bəndələrinin qəlblərinə girəcək və onları düz yoldan sapdıracağam. Beləliklə, şeytan insanın ən böyük düşməninə çevrilir. Bu macəranı Quranın dilindən eşidək:
    “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (təzim məqsədilə) səcdə edin!” Bundan sonra mələklərin hamısı ona səcdə etdilər. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
    (Allah buyurdu:) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
    (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
    (Allah) buyurdu: “Buradan çıx. Sən qovulmuşsan.! Sən qiyamət gününə qədər lənətlənmişsən!” (İblis) dedi: “Ey Rəbbim! İnsanların diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”
    (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən” Ancaq məlum vaxtın gününə qədər
    (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (insanlara pis əməllərini,) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!Yalnız Sənin sadiq bəndələrindən başqa!” (14)
    O gündən etibarən qovulmuş şeytan insanın ən böyük düşməninə çevrildi. O, müxtəlif hiylələrlə, cürbəcür vəsvəsələrlə insanı da öz gününə salmağa çalışdı. Şeytanın ilk qurbanı bəşəriyyətin atası sayılan həzrət Adəm oldu, belə ki, şeytan onu nəhy olunmuş ağacın meyvəsindən yeməyə həvəsləndirərək bir növ İlahi göstərişə etinasızlıq göstərməyə vadar etdi. Bu etinasızlıqdan sonra həzrət Adəm Həvva ilə birlikdə cənnətdən yerə endirildi.
   
    Şeytan və insan
    Qurani-kərimin ayələrində bu böyük düşmənin insana etdiyi əməllər təfsilatı ilə açıqlanır, belə ki, təqribən 10-a yaxın iş şeytan əməli sayılır. Bu əməllərin bəzisi şeytanın insana etdiyi pisliklər, bəziləri isə onun insanı azdırması üçün işlətdiyi hiylələridir.
    1. O, İnsanı yoldan çıxarır. وَ لا يَصُدَّنَّكُمُ الشَّيْطان
    “Şeytan sizi yoldan çıxartmasın”. (15)
    2. O, insanı alçaq işlərə həvəsləndirər. الشَّيْطانُ يَعِدُكُمُ الْفَقْرَ وَ يَأْمُرُكُمْ بِالْفَحْشاء
    “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər”. (16)
    3. O, insanı zəlalətə sürükləyər. ِ وَ يُريدُ الشَّيْطانُ أَنْ يُضِلَّهُمْ ضَلالاً بَعيدا
    “Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər”. (17)
    4. O, insanların arasında kin və düşmənçilik yaradar. إِنَّما يُريدُ الشَّيْطانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداوَةَ وَ الْبَغْضاءَ فِي الْخَمْرِ وَ الْمَيْسِرِ
    “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salar”. (18)
    5. O, insana etdiyi pis əməllərini gözəl cilvələndirər. وَ زَيَّنَ لَهُمُ الشَّيْطانُ أَعْمالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبيل
    “Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı”. (19)
    6. O, Allahı insanın yadından çıxarar. ْ اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطانُ فَأَنْساهُمْ ذِكْرَ اللَّه
    “Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur”. (20)
    7. O, insanı tək qoyar. وَ كانَ الشَّيْطانُ لِلْإِنْسانِ خَذُولاً
    “Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxar”. (21)
    8. O, insana yalan vədlər verər. وَ ما يَعِدُهُمُ الشَّيْطانُ إِلاَّ غُرُورا
    “Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (22)
    9. O, insana vəsvəsə edər. ْفَوَسْوَسَ إِلَيْهِ الشَّيْطانُ قال...
    “Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi...” (23)
    Hər kəs öz daxilinə diqqət etsə, bu vəsvəsələri tamamilə hiss edəcəkdir. Biz bu daxili pıçıltıları təbii və adi bir ürəkdə danışmaq kimi qiymətləndiririk. Amma əslində o ürəkdə danışmaların böyük hissəsi şeytanın pıçıltı və vəsvəsələridir. Görürsünüz ki, hər hansı bir yaxşı iş görmək istədikdə onun əksi, yəni o işi görməmək fikiri də beyninizə gəlir. Kimsə bu beyinə gələn fikrə diqqət etmir və Allah şeytana lənət etsin deyib yaxşı işinə davam edir, kimisi isə o vəsvəsə və fikirlərə uyub işindən əl çəkir və beləliklə şeytanı sevindirir.
    Qardaşlar! Şeytan yorulmur, o, həmişə çalışmaqdadır. Onun özünün xüsusi partiyası var və bu partiya günü-gündən qüdrətlənməkdədir. Şeytanın partiyasına üzv olanlar təkcə cinlərdən deyillər, O, insanları da özünə cəlb edib, partiyasının fəal üzvünə çevirir. Ona görə də, Qurani-kərimdə bəzi ayələrdə insan simalı şeytanlardan da söz açılıbdır. (24) İnsan o qədər şeytana uyur ki, artıq şeytan ona hakim olur, onu istədiyi tərəfə sürüyür, istədiyi çirkinlikləri onun əlilə həyata keçirir. Belə bir insan artıq insan simasından çixmış, əslində şeytan simalı olmuşdur. Şeytan nəinki, fərdi insanları hətta bəzi böyük dövlətləri belə özünə həmkar edə bilir. Böyük-böyük imperiyalar dünya səviyyəsində qeyri-insani və qeyri-ilahi siyasətlər yürüdürlərsə, əslində onlar da şeytanın tlisiminə məhkum olmuşlar.
    Burada bir məsələ də var. O da budur ki, şeytan bütün insanlara vəsvəsə edir. Onun vəsvəsəsi hamıya tuşlanır. Amma kimsə ona qulaq asmayıb qalib gəlir, kimsə aldanıb məğlub olur. Elə isə onda biz nə edək ki, şeytanın vəsvəsəsi bizə təsir edib bizi yoldan çıxarmasın? Onun vəsvəsəsi ilə üzləşmənin yolu nədir? Şeytanla necə mübarizə etməliyik?
    Şeytanla addımlama!
    Bəqərə surəsində belə bir fərman var: ً وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطان‏
    "Şeytanın addımlarıyla addımlamayın". (25)
    Quran şərhçisi Məkarim Şirazi bu ayə ilə bağlı belə yazır: "Şeytanın addımları" ifadəsinin bəlkə də dəqiq bir tərbiyəvi nöqtəyə işarəsi var. O da budur ki, adətən azğınlıqlar insanda bir dəfəyə və birdən-birə deyil, tədricən yer edirlər. Misal üçün, bir cavanın narkotika və spirtli içkilərə qurşanmasının neçə mərhələsi var. Əvvəlcə o, belə məclislərdə adi bir tamaşaçı kimi iştirak edir, ikinci addımda maraq üçün özü də ondan istifadə edir, amma bu, sadəcə maraq üçündür. Üçüncü addımda deyir ki, bir az istifadə edim sonra tərk edərəm. Nəhayət, şeytan addım-addım bu cavanı aldadaraq əsl bir narkamana çevirir. Ona görə də, Allah-taala buyurur ki, elə həmin ilk addımdan şeytandan uzaq ol və onun addımlarıyla addımlama”. (26) Demək, şeytanla üzləşmənin ilkin yolu onun hətta ən ibtidai addımlarından belə uzaq olmaqdır.
   
    Allaha sığın!
    Qurani-kərimdə şeytanla mübarizə yollarından biri də Allaha sığınmaqdır. Əraf surəsində belə deyilir: وَ إِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَميعٌ عَليم
    “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (27)
    Əslində hər bir işi görəndə Allaha sığınmaq lazımdır. Allaha sığınmaq Ona arxalanamaq və ondan kömək istəmək deməkdir. Amma hər hansı bir problemlə üzləşdikdə bu ehtiyac özünü daha da qabardır, istər-istəməz insan sığınmağa bir qüvvə, bir kəs axtarır. Bu zaman Allah buyurur ki, uzağa getmə, mənə sığın, çünki, mən həm eşidənəm və həm də bilən. Allah demək istəyir ki, bu halda sən əgər mənə sığınsan və məndən çarə istəsən, sözsüz ki, cavab alacaqsan, çünki, mən eşidənəm. Sonra buyurur ki, sənə etdiyim çarə də düzgün və şəfabəxş olacaqdır, çünki, mən hər şeyi bilənəm. Sən məndən başqa hər hansı bir məxluqa sığınıb çarə istəsəydin, mümkün idi ki, o, səni başa düşməsin və ya sənə düzgün çarə bulmasın. Amma mən, səni yaradan xaliq, belə deyiləm, çünki, eçidən və bilənəm. Şeytanın şərindən Allaha sığınmaq o qədər mühümdür ki, Allaha-taala bu işi insandan Quran oxumağa başlayarkən belə tələb edir. Nəhl surəsində buyurur: فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطانِ الرَّجيم
    “Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın!” (28)
    Quran oxuyarkən belə əgər şeytan insanın qəlbində olsa, oxunan ayələrdən şeytani nəticələr çıxardıla bilər. Əhsənül-hədis təfsirində bununla bağlı belə deyilir: "Nəzərə belə gəlir ki, Allahın insandan Quran oxuyarkən ona sığınmasını istəməsinin iki səbəbi var: Birincisi buna görədir ki, şeytanın insanı azdırma yollarından biri də onun insana unutqanlıq və qəflət gətirməyidir. (29) Demək şeytan Quran oxuyan insana qəflət və unutqanlıq gətirib o insanın Quranın ali məzmunlu ayələrinin kənarından sadəcə üzünü oxuyub, qafil halda keçməsinə və onların mənalarına diqqət etməməsinə səbəb olacaq və ona bu ayələrdə fikirləşməyə imkan verməyəcəkdir. İkinci səbəb isə budur ki, Quranda "mütəşabih" ayələr var, belə ki, bu ayələrin dəqiq mənalarını dərk etmək hər kəsə mümkün olmadığından azğın mənaların ortaya çıxma ehtimalı var. Şeytan da fürsətdən istifadə edib məhz bu ayələrin mənasında insana pis vəsvəsələr edib, onu azdıra bilər. Ona görə də Quran oxuyarkən Allaha sığınmaq lazım və zəruridir”. (30)
   
    Sadiq bəndə ol!
    Şeytanla mübarizənin yollarından birini də elə şeytanın özü Allah dərgahından qovularkən dilinə gətirir. O, Allahın izzətinə and içir ki, mən sənin sadiq və ixlaslı bəndələrindən başqa bütün bəndələrini düz yoldan sapdıracağam. قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعين
    “(İblis) dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!” (31)
    Asan təfsirində müəllif şeytanla mübarizənin bir neçə yolunu saydıqdan sonra belə deyir: “Nəhl surəsinin 99-cu ayəsindən belə aydın olur ki, şeytanın vəsvəsəsi həmçinin düzgün, imanlı və yalnız Allahahına təvəkkül edən bəndələrdə də təsir etmir. (32) Ayə belədir: إِنَّهُ لَيْسَ لَهُ سُلْطانٌ عَلَى الَّذِينَ آمَنُوا وَ عَلى‏ رَبِّهِمْ يَتَوَكَّلُون
    “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hakimiyyəti yoxdur!” (33)
    Demək, şeytan düzgün imanlı, ixlaslı və sadiq, Allahına sığınıb yalnız Ona təvəkkül edən bəndələri azdıra bilmir. Elə isə O lənətlənmişin şərindən amanda qalmaq üçün çalışıb bu Allah deyən dəstədən olmaq lazımdır.
   
    Mənbələr
    1. Nümunə təfsiri, c. 25, s. 156.
    2 . Haqqə / 38-39.
    3 . Məcməül bəhreyn, c. 6, s. 226.
    4 . Əlmizan, c. 17, s. 274.
    5 . Hicr / 26-27.
    6 . Xisal, Babüs səlasə, c. 164, s. 160.
    7 . Bəharül ənvar, c. 60, s. 114.
    8 . Ənam / 130.
    9 . Kəhf / 50.
    10. Nümunə təfsiri, c. 12, s. 462.
    11. İsra / 27.
    12. Nisa / 76.
    13. Mücadilə / 19.
    14. Hicr / 28-40.
    15. Zuxruf / 62.
    16. Bəqərə / 268.
    17. Nisa / 60.
    18. Maidə / 91.
    19. Ənkəbut / 38.
    20. Mücadilə / 19.
    21. Fürqan / 29.
    22. İsra / 64.
    23. Taha / 120.
    24. Ənam / 112.
    25. Bəqərə / 168.
    26. Nümunə Təfsiri, s. 573.
    27. Əraf / 200.
    28. Nəhl / 98.
    29. Mücadilə / 19.
    30. Əhsənül-Hədis təfsiri, c. 5, s. 502.
    31. Sad / 82-83.
    32. Asan təfsiri, c. 9, s. 292.
    33. Nəhl / 99.
İlqar Haşımov
 
Fikirləşin! PDF Print E-mailiniz
Bazar ertəsi, 10 Avqust 2009 21:21
    Allah insanı onun təfəkkür və şüur qüvvəsinin vasitəsi ilə hidayət edir. İnsanı başqa yaranmışlardan fərqləndirən xsusiyyət də elə budur. İnsan düşünür, fikirləşir və öz ixtiyarı ilə seçir. Allah üçün ən qiymətli hidayət də düşüncə üzündən, agahcasına olan hidayətdir. Elə isə sadəcə ata-ananın müsəlman olduğuna görə müsəlman olmağın Allah dərgahında heç bir qiyməti yoxdur. İnsan düz yolu tapmaq üçün özü düşünməlidir və bu, uçurumdan qurtuluşun yeganə yoludur.
    Müqəddəs səmavi kitab olan Qurani-kərimdə də insan düşüncəsi lazımınca qiymətləndirilib. Maidə surəsində belə deyilir:
    ً وَ لَوْ شاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً واحِدَةً وَ لكِنْ لِيَبْلُوَكُمْ في‏ ما آتاكُم‏
    “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür..."1
    Allahın əlindədir, əgər istəsəydi sizi məcbur olaraq vahid ümmət edə bilərdi. Bu iş onun üçün heç də çətin deyildi. Amma O istəyir ki, bu seçim sizin öz istyinizlə və düşüncəniz üzündən olsun.
    Başqa bir yerdə Allah-taala öz bəndələrinin bir qismini tərifləyərkən belə deyir: "Onlar düşünürlər".
    الَّذينَ يَذْكُرُونَ اللَّهَ قِياماً وَ قُعُوداً وَ عَلى‏ جُنُوبِهِمْ وَ يَتَفَكَّرُونَ في‏ خَلْقِ السَّماواتِ وَ الْأَرْضِ رَبَّنا ما خَلَقْتَ هذا باطِلاً سُبْحانَكَ فَقِنا عَذابَ النَّارِ
    “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” 2
    Bəzi ayələrdə isə Quranın əslində məhz düşünən insanlar üçün göndərilməsi vurğulanır. Yunus surəsində belə deyilir:
    ِ كَذلِكَ نُفَصِّلُ الْآياتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
    "...Biz ayələrimizi məhz düşünən bir ümmət üçün belə ətraflı izah edirik!"3
    Bəzi ayələrdə isə Bizi yaradan, xəlq edən, ulu və əzəmətli xaliq bizdən hidayət olmağı istəyərkən bunu zorla istəmir, bizi sadəcə düşünməyə dəvət edir:
    لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى‏ جَبَلٍ لَرَأَيْتَهُ خاشِعاً مُتَصَدِّعاً مِنْ خَشْيَةِ اللَّهِ وَ تِلْكَ الْأَمْثالُ نَضْرِبُها لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُون
    (Ya Peyğəmbər!) əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr. 4
    Demək hidayətdə zor yoxdur, İnsan düşünüb öz yolunu tapmalıdır. Hər şey insanın düşüncəsindən asılıdır. O, bacardığı qədər düşünməli, fikirləşməli, ibrət almalı və nəticə çıxarmalıdır.
    Amma biz hətta nə barədə düşünməli olduğumuzu da bilmirik. Düşünmək, fikirləşmək lazımdır, bunu bildik, amma necə və nə barədə düşünməliyik?! Qurani-kərimdə bu sual da yetərincə cavablandırılır.
   
    Öz yaranışınızda fikirləşin
    Qurani-kərimdə insandan dəfələrlə istənilib ki, öz yaranışında düşünsün, vücudundakı incəlikləri nəzərdən keçirsin, baxsın ki, nədən yaranıb və necə yaranıb?
    Bir ruh və bir cisimdən təşkil olunan insanın hər iki hissəsi olduqca mürəkkəb və olduqca əsraramizdir. Adi bir göz xəstəlikləri ilə bağlı əgər kemişdə yalnız bir ixtisas var idisə, indi artıq bu, qırx ixtisasa çatmışdır. Çünki, bu gün mütəxəssislər artıq gözdəki mürəkkəbliyə varıb ondakı hissələrin onlarla ixtisasa ehtiyaclı olduğunu başa düşüblər. Yaxud insanın digər hissəsi olan ruh nə qədər əsraramizdir! Bu günə kimi alimlər hələ də ruhun əsl mahiyyəti və onun əsl həqiqəti barədə yekun söz demək iqtidarında deyillər. Ruh nədir, nədən yaranıb, necə yaranıb? Habelə, ruh cisimdən ayrılırmı, ayrılarkən nə baş verir və bu kimi yüzlərlə sual alimlər tərəfindən müxtəlif formalarda cavablandırılıb. Bu da məsələdə yekun sözün olmamağı deməkdir. Biz bu qədər kiçik saydığımız, onu lazımınca dəyərləndirmədiyimiz insan, əslində çox qiymətli və çox əzəmətlidir. Əbəs yerə deyil ki, Ulu Tanrı məhz insanı yaradarkən özünə əhsən demişdir. Allah-taala insanın yaranma mərhələlərini saydıqdan sonra belə deyir:
    ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظاماً فَكَسَوْنَا الْعِظامَ لَحْماً ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ فَتَبارَكَ اللَّهُ أَحْسَنُ الْخالِقين‏
    ِ“Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir para ət etdik, sonra o bir para əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Bəs (görün) Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! “5
    Demək insan çox zəngin və çox qiymətli bir varlıqdır. Elə isə o, özündə düşünməli və onun əbəs yerə yaradılmamasını dərk etməlidir. Bu düşüncə ona deyəcəkdir ki, sən əzəmətli bir varlıq tərəfindən yaradılmısan və doğma hisslər onu öz xaliqini axtarmağa vadar edəcəkdir, o, öz xaliqini tapdıqdan sonra onun əzəmətini görüb mat qalacaq, buna görə də onu sitayiş və pərəstişə layiq bilib özündən asılı olmayaraq ona qul olacaqdır. Budur qurtuluşun yeganə yolu. Düşünmək belə gözəl nəticə verir. Allah bəndəsinə deyir: Ay mənim bəndəm, heç uzağa getmək lazım deyil, sən əgər özün barədə fikirləşsən, hər şeyi başa düşəcəksən.
    وَ في‏ أَنْفُسِكُمْ أَ فَلا تُبْصِرُون‏
    “Və sizin özünüzdə də (əlamət və nişanələr vardır) bəs niyə düşünmürsünüz?!” 6
    Tariq surəsində isə buyurur:
    فَلْيَنْظُرِ الْإِنْسانُ مِمَّ خُلِق
    “Elə isə insan nədən yaradıldığında bir düşünsün!” 7
    Burada bir məsələni də qeyd etmək lazımdır. Biz elə bilməyək ki, düşünmək ancaq və ancaq dinsiz və imansızlara lazımdır. Xeyr, bu belə deyil, əksinə, əsl möminlər daha çox düşünməlidirlər. Düşünmək hamıya lazımdır. Din-imanından, peşə və sənətindən, rütbəsindən, yaşından və cinsiyyətindən asılı olmayaraq, hamının bir nəfər kimi hər an hidayət olmağa ehtiyaclı olduğu üçün onlar hər an düşünməlidirlər.
   
    Kainatın yaranışında fikirləşin
    Müqəddəs Qurani-kərimdə insan həm də yerin-göyün, kainatın yaranışında fikirləşməyə çağırılır. Çünki onlar doğrudan da əzəmətlidirlər. İnsan kainat barədə fikirləşəndə özünün nə qədər kiçik olmasını, Xaliqin nə qədər əzəmətli və qüdrətli olmasını dərk edir. Yer, göy, Ay, Günəş, planetlər, ulduzlar barədə müyyən qədər mütaliəmiz olsa, onların nə qədər nizam-intizamlı və dəqiq olması bizi valeh edəcək və buradan bütün bunların əbəs olmadığı ağla gələcəkdir. Quran bu düşüncəni belə vəsf edir:
    الَّذينَ يَذْكُرُونَ اللَّهَ قِياماً وَ قُعُوداً وَ عَلى‏ جُنُوبِهِمْ وَ يَتَفَكَّرُونَ في‏ خَلْقِ السَّماواتِ وَ الْأَرْضِ رَبَّنا ما خَلَقْتَ هذا باطِلاً سُبْحانَكَ فَقِنا عَذابَ النَّارِ
    “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” 8
    Misal üçün, yağmurdakı ölçü çağımızdakı araşdırmalarla müəyyən edilmişdir. Ölçmələrə görə, bir saniyədə yer üzündən 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu göstərici eyni zamanda bir ildə Yerə yağan yağmurun miqdarıyla eynidir. Yəni su, davamlı tarazlıq içində dövr etməkdədir. Belə ki, bir il ərzində yer kürəsindən 505 trilyon su buxarlanır və eynilə 505 trilyon ton da yağmur yağır. Yerdəki həyat da bu suyun sayəsində davam edir.
    Əgər bu göstəricidə çox xırda bir dəyişiklik olsa, ekoloji tarazlıq pozular ki, bu da həyatın sonu deməkdir. Inanın ki, İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə belə, bunu süni şəkildə həyata keçirə bilməz. 9
    Bundan da maraqlısı budur ki, bu tarazlığa Quranda da işarə olunur. Zuxruf surəsində belə buyurulur:
    وَ الَّذي نَزَّلَ مِنَ السَّماءِ ماءً بِقَدَرٍ فَأَنْشَرْنا بِهِ بَلْدَةً مَيْتاً كَذلِكَ تُخْرَجُون
    “...O, müəyyən olunmuş miqdarda göydən su endirdi və beləliklə onunla ölü bir məmləkəti diriltdi. Siz də beləcə dirildiləcəksiniz...” 10
    Bu ayədəki "müəəyən olunmuş" ifadəsi demək istəyir ki, yer üzünə yağan yağmur heç də mizansız, çəkisiz, miqdarsız deyildir, onun miqdarı yerdən buxarlanmış suyun miqdarı qədərdir.
    Bir görün yaşadığımız Kainatda, kənarından sadəliklə keçdiyimiz xilqətdə nə qədər nizam-intizam vardır?!
   
    Tarixdə fikirləşin
    Allah-taala insanları tarixdə seyr etməyə, keçmişdəkilərin başına gələnləri nəzərdən keçiriməyə dəvət edir. O, İnsan sinfinin ən ali nümunələri olan peyğəmbərlərin başlarına gələn macəraları nəql etdikdən sonra, bütün bunlardan siz də ibrət alın deyə öz bəndələrini səsləyir. Ümumiyyətlə Qurani-kərimin keçmiş əhvalatlara bu qədər yer ayırmasının səbəblərinin ən başlıcası və ən əsası insanların onlardan ibrət almaları və keçmiş qövmlərin etdikləri səhvləri təkrar etməmələri üçündür. Təbii ki, Quran tarix kitabı deyil, amma buna baxmayaraq bir çox tarixi hadisələri, xüsusi ilə də peyğəmbərlər və dahi insanlarla ilgili olan macəraları özündə əks etdirir. Bunlar hamısı məhz ona görədir ki, insanlar o macəralar üzərində düşünüb nəticə çıxarsınlar. Bir yerdə buyurur:
    لَقَدْ كانَ في‏ قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبابِ ما كانَ حَديثاً يُفْتَرى
    “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır, uydurma bir söz deyildir.” 11
    Amma mənim fikrimcə, insan hər bir keçmiş hadisənin üzərində, hətta o hadisə Qurani hadisə olmasa belə, düşünə bilər. Quran bizə bu yolla nümunə göstərir, belə ki, deyir tarixdən ibrət almaq lazımdır. Quran belə ayələrlə doludur. Bir yerdə Yusif və qardaşlarının əhvalatını təfsilatı ilə açıqlayandan sonra buyurur:
    لَقَدْ كانَ في‏ يُوسُفَ وَ إِخْوَتِهِ آياتٌ لِلسَّائِلينَ
    “Yusifin və qardaşlarının əhvalatında axtaranlar üçün (neçə-neçə) ibrətlər vardır”. 12
    Başqa bir yerdə isə hansısa xüsusi bir hadisədən deyil, ümumiyyətlə tarixdə baş verən hadisələrdən nəticə almaq tələb olunur. Belə ki, deyilir:
    قُلْ سيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كانَ عاقِبَةُ الْمُكَذِّبين
    “(Ya peyğəmbər, onlara) de ki, yer üzündə gəzib (bizim ayələrimizi) təkzib edənlərin aqibətlərinin necə olduğunu görün”. 13
    Ağıllı insan tarixdən və kemişdə olanlardan ibrət almalıdır. İnsan hətta öz keçmiş tarixindən belə ibrət ala bilər. Belə ki, bir il bundan əvvəl hansısa bir rəftar ona baha başa gəlmişdisə, insan ondan ibrət alıb o rəftarı bir daha təkrar etməməlidir. İnsanın bütün keçmişi onun göz qabağında olmalıdır, keçmişdə olan uğurlu tarix təkrar olunmalı, uğursuz tarix isə kənara qoyulmalıdır. Budur tarixin bizə verdiyi dərs. Ona görə də qədimdən deyiblər: Tarixdə olan səhvlər gözəl müəllimdir, bir şərtlə ki, onları bir daha təkrar etməyəsən.
   
    Quranın ayələri uzərində fikirləşin
    Çox-çox təəssflər olsun ki, Qurani-kərim bizim aramızda məzlumdur. Belə ki, onun ayələri ali məzmunlu olduğu halda biz onu sadəcə qəbiristanlıqlarda, yas yerlərində və cümə axşamları kiməsə oxutdurur və bununla kifayətlənirik. Quranın dərin mənalı və hikmətli ayələri ilə biz nə qədər tanışıq?! Onun ayələrində biz nə qədər düşünə bilirik?! Heç indiyə kimi bir dəfə də olsun Quranın tərcüməsini oxumuşuqmu?! Niyə biz öz Allahımızın bizlə ünsiyyət qurduğu bir kitabı oxumağa can atmırıq?! Allah-taala buna görə bizi danlayır, “Axı siz niyə Quranın ayələrində düşünmürsünüz” -deyir?!
    أَ فَلا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلى‏ قُلُوبٍ أَقْفالُها
    “Onlar Quranda düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” 14
    Başqa bir yerdə isə belə deyir:
    أَ فَلا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَ لَوْ كانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فيهِ اخْتِلافاً كَثيرا
    “Onlar Quranda düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, Əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. 15
    Qurani-kərim yeganə kitabdır ki, onun nazilolma tarixindən 1400 il keçməsinə baxmayaraq toxunulmaz, təhrifsiz və nöqsansız olaraq qalmışdır. Çünki, onun bu formada dəyişilməz və original qalmasını Allah-taala öz öhdəsinə almışdır. Hicr surəsində Allah belə söz verir:
    إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لَحافِظُون
    “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” 16
    Belə bir səmavi, qədim və ilahi bir kitabın nə yazdığıyla heç maraqlanmayıb, onu sadəcə ölülərə oxumaq sizcə nə qədər məntiqə uyğundur?!
    Bunların hamısından əlavə bizim televiziya və radio proqramlarında, jurnal və qəzetlərimizdə də düşündürücü proqramlar və yazılara yer verilməlidir. Amma çox təəssüf ki, bu misilli proqramlar adı çəkilən kütləvi informasiya vasitələrində çox az yer alır. Televiziyamız başdan-ayağa əyləncədir. Bu çox təəsüfləndirici haldır. Əslində rejissorlar, bəstəkarlar, musiqiçilər, yazarlar, şairlər və rəssamlar öz yaradıcılıqlarında düşündürücü əsərlərə də yer verməlidirlər. Onlar bilməlidirlər ki, insanları yalnız əyləndirmək deyil, onları düşündürmək də lazımdır. Əyləncə insana qəflət gətirər, qafil insan isə həmişə uduzmuşdur. Onlar yenə də bilməlidirlər ki, insanlanları əyləndirmək elə də böyük məharət deyil. Əsl məharət insanları düşündürərək onları qəflətdən oyatmaq, gözlərini açmaqdır. Bu sözlər bizim bəzi dini təbliğatçılarımıza da aiddir. Dinə çağırışda da insanları düşündürərək çağırmaq lazımdır. Kimisə dinə dəvət etdikdə elə birinci kəlmədə ondan namaz qılmasını tələb etmək düzgün deyil. Axı onun namazdan, dindən, imandan xəbəri yoxdur. Axı o bilmir ki, niyə namaz qılmalıdır. Axı bu şəxs bilmir ki, o, doğrudan da Allahın bəndəsidir. Axı o, bilmir ki, nəyə görə Allaha ibadət etmək lazımdır. Əvvəlcə o insana bu kimi inancları aşılamaq, ilk öncə ona Allahı tanıtdırmaq, əvvəl ona ibadətin mahiyyətin anlatmaq lazımdır. Elə buna görədir ki, bəzilərinin namazı beşgünlük olur, çünki, atalar “haynan gələn vaynan gedər” -deyiblər.
    Bir sözlə, gəlin siz də, biz də papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşək, düşünək və beləliklə başa düşmədiyimiz bir çox şeyləri anlayıb, düşdüyümüz uçurumdan xilas olaq.
   
    Qeydlər:
    1. Maidə / 48.
    2. Ali-İmran / 191.
    3. Yunus / 24.
    4. Həşr / 21.
    5. Muminun / 14.
    6. Zariyat / 21.
    7. Tariq / 5.
    8. Ali-İmran / 191.
    9. http://hikmet.blogfa.com
    10. Zuxruf / 11.
    11. Yusuf / 111.
    12. Yusuf / 7.
    13. Ənam / 11.
    14. Muhəmməd / 24.
    15. Nisa / 82.
    16. Hicr / 9.
İlqar Haşımov
 
<< İlk < Əvvəlki 11 12 13 14 15 16 17 18 19 20 Sonrakı > Son >>

JPAGE_CURRENT_OF_TOTAL

Uyğun yazılar

Bizim banner

Kataloq