Sual :
Men coxdandir ki bu etrafda dushunurem mohurle namaz qilmaq ne anlama gelir.Ye'ni niye biz mohure bashimizi qoyuruq.Eger men mohurle namaz qilmaq istemiremse, gunah etmish olurammi? Qeyd edim ki,bunu demeyi xoshlamasamda men shieyem.sualima cavab verseniz sevinerem.Teshekkurler!
Cavab :
Allah-taalla Quranda torpağa səcdə etməyi buyurur və dediyiniz möhürdə torpağdan hazırlanıb və elə torpağın özüdür. Amma digət şeylər torpaödan hazırlansa və ya səcdə etməyə icazəli olsa da belə torpaq deyildir. Amma en yaxşı səcdəgah torpaqdır.
Sual :
muveqqeti nigah zamani bakire qizin atasinin raziligi olmalidi bu mutleqdimi?eger bu nigah atanin xeberi olmadan gizli sekilde olarsa nece?iki nefer bir birini sevirler ama kisi evlidi ve tebiki qizin ailesi razi olmaz onlarin ne muveqqeti nede daimi evlenmelerine o zaman muveqqeti nigahi gizlin kestire bilmezlermi?birde muveqqeti nigaha giren kisi evli ola bilermi?
Cavab :
Bakirə qızla müvəqqəti siğə qadağandır. Əgər qız bu işə razıdırsa, mütləq atasından ya babasında ya da onun qəyyumundan icazə alınmalıdır. Ağlı yetkin olmayan qızın icazəsi siğə üçün düzgün sayılmır və mütləq atasının icazəsi olmalıdır. Əgər bakirə qadının gələcəy həyatı bu siğə ilə problemlərlə üzləşəcəksə bu iş hər halda qəti qadağandır.
Sual :
BIZIM DINDE SIGE MUTE GUNAHDIMI.KEBIN EDERKEN HICAB SERTDIMI.TESEKKURLER EVVELCEDEN
Cavab :
Müvəqqəti nikah günah deyil, bəlkə bəzən vacib və zəruridir. Hicab İslamda bütün qadınlara vacibdir və kebin keserken ya qeyri hallarda hicab şərti yoxdur, bu İlahi bir hökmdür ki, hər zaman əməl olunmalıdır!
Sual :
ALLAH nece yaranib . ALLAHA inamim sonsuzdu ELHEMDULILLAH
Cavab :
Allah həmişə olub və olacaq, o əvvəl və axırdır. Əgər yaransa idi Allah olmazdı!........
Sual :
Eger bir nefer bir nefere zulum edib,aci verirse oda ona halalliq vermirse hemen halalliq verilmeyenin axri neolacaq?
Cavab :
Əvvəlcə qeyd edim ki insana qarşı edilən hər bir səhv hərəkəti zülm adlandırmaq olmaz. Ola bilsin ki dostun və ya həyat yoldaşın bəzi səhvlərə yol versin və sizin haqqınızı tapdalasın. Belə məqamlarda səbirli olmaq və güzəşt etmək lazımdır. sonra isə öz haqqını tələb etmək hər bir şəxsin hüququ və bəzən də bu haqqı tələb etmək vacibdir. Çünki zalimin zülmünün qarşısında susmaq özü də günahdır. Amma bu zülm möminlər və dostlar terefindən edilərsə onları tənbih etmk üçün ən yox yol, onları bağışlamaqdır. Amma bağışlamaq hüququ məzlumundur.O bağışlayarsa öz mənəvi dərəcəsini Allah yanında ucaltmış və bağışlmazsa da onu heç br cəza gözləmir və öz haqqını bağışlamamaqa haqqı var və bu günah sayılmır. Allah-taala əvf edənlər haqqında Qurani-kərimdə buyurmuşdur: "Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!"(Bəqərə/178); "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər".(Ali-İmran/134); "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (Ə`raf/199); "Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!"(Nur/22); "Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz" (Şura/40); "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!" (Təğabun/14).
Sual :
salamun aleykum KUNYE sozunun menasini bilmek isterdim tesekkur edirem
Cavab :
Kunyə ərəblərdə "Ümm və ya Əb və ya ibn və bint" ilə başlanan adlardır. Yəni ərəblərdə əksər hallarda atanı və ya ananı övladın adı və övladı ata və ananın adı ilə çağırırlar. Məsələn qızının adı Zeyneb olanı "Ümmi-Zeynəb - Zeynəbin anası" səsləyirlər. "ÜmmiZeynəb" sözünə ərəblər künyə deyirlər. Həmçinin "Əbul-Qasim = Qasimin atası", "Əbu Cəfər = Cəfərin atası" kimi sözlər kunyə adlanər.Və ibn Mərcanə və ibn Ziyad kimi adlar da insanın ata və anasının adı ilə çağırılmasına nümunədir.
Sual :
Üzdə saqqalı qırxmaq məkruhdur ya haram? Xahiş edirəm bu barədə geniş izahat verəsiniz. Hansı səhih hədislərdə və ayədə vacib buyrulub? Hansı alimlər bunu haram ya məkruh fətvasını verib və s.
Cavab :
Saqqalı qırxmaq (bir həddə ki baxanlar desinlər bu saqqalsızdır) bütün müctəhidlərin nəzərinə əsasən ən azı ehtiyat vacibə görə haramdır.
Sual :
(Uşaqa qalmanın qarşısı alına bilərmi?)- Qadin ve kişi özlərini nütfənin ana bətninə düşməyin qarşısını ala bilərlərmi? veyaxut qadin ozunu qoruya bilermi? ha$a Allahin emrine gelmek istemerem 21yasim var amma usag uçun erken oldugunu dusunurem yani cinselikde qorunma altina gire bilerik mi? allah sizden razi olsun
Cavab :
Nütfə rəhmə (ana bətninə) çatmazdan ve ya formalaşmağa başlamazdan əvvəl bunu etməyin eybi yoxdur.Elbette bu işi kişi və qadınnın ikisinin də tazılığl olmalıdır. Nə atanın və nə də ananın bir-birlərini uşaqdan məhrum etmə haqqı yoxdur. Nütfə rəhmə çatandan və formalaşmağa başladığı andan, insan şəklinə düşüb anadan olana qədər ki, hər bir mərhələdə onu məhv etmək cinayət cayılır və böyük günahlardandır. Nütfənin inkişaf mərhələlərinin hər birinin diyə və kəffarəsi vardır ki bu barədə izahli şəriət məslələri kitablarına müraciət edin.
Sual :
Sualim carsabnan baglidi.carsabin umumiyyetle vacibatligi barede sorusmaq istiyirem,birde en esasi cemiyyetimizde ne geder uygundu?muselman xanimlari olaraq carsabi geyinmeyimiz duzgun olmazmi?ALLAH^a emanet olun.
Cavab :
Hicab (örtük və təsəttür) hər bir müsəlman qadına vacibdir. Amma Hicab dedikde yalniz çadra nəzərdə tutlmur. Müsəlman xanımı özünü (bədən və zinət əşyalarını) nahməhrəmdən qoruyacaq hər hansi bir libası geyinirsə, bu onun hicabı sayılır. Hicabda meyar budur ki, qadının bədən gözəlliyini örtsün və onu nahməhrəm və yad gözlərdən qorusun. Məsələn başın tükü, bədənin alçaq-hündürü və qulaq, boyun, qollar nahiyəsi və bunlarda olan zinət əşyaları görükməsin.
Sual :
Sedeqe kimlere verilmelidir? Eger bir dilenci pul isteyirse ve ya nezirin olub ona pul verirsense bilmeden ki onun buna ehtiyaci var ya yalancidir sedeqe verilene savab yazilirmi? Basqa dinden olan sexslere sedeqe vermek duzgundurmu? Bir de "filan isim duzelsin filan qeder nezir verecem" demek ne derecede dogrudur dinimiz cehetden? Umumiyyetle sedeqe ile bagli genis melumat verseniz sad olaram. Allah razi olsun. cox sag olun.
Cavab :
Dini təlimlərə əsasən sədəqə verməyin altı fayda və xasiyyət vardır: 1- Sədəqə verənin malı bərəkətli və çox olar. 2- Sədəqə verənin ömrü uzanar və qəfil ölüm və pis hadisələrdən amanda qalar. 3- Sədəqə fəqr və yoxsulluğu aradan aparır 4- Sədəqə verənin xəstəlikləri məhv olar və canı həmişə sağlam qalar 5- Səqəqə qiyamət günü əməl tərəzisini ağırlaşdırır və sədəqə verənlər sirat körpüsündən asan keçərlər. 6- Səqəqə qiyamət günü cəhənnəm odu ilə sədəqə verənin arasında qalxan olar. Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: “Sədəqə yetmiş növ bəlanı insandan uzaqlaşdırır”. Və həmçinin buyurmuşdur: Sədəqə vermək şeytanın belini sındırar. (Səfinətul-bihar, 2/23 və Siracul-qulub, s.97). Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur: “Ramazan ayında fəqir (yoxsuldur, amma heç vaxt kimdənsə kömək istəmir) və miskinlərə (özü kömək istəyir və yoxsulluğunu aşkar edir) sədəqə verin (Fəqirlərə daha çox kömık edin. Çünki onlar özünün və müsəlmanların şərəf və izzətini qoryur və dilənmirlər). Sədəqə səbəb olar ki, orucun fəzilət və savabı daha çox olsun". Əllamə İbni Fəhəd sədəqə barəsində deyir: "Sədəqə və hədiyyə vermək altı növdür (və ya bu altı şeyin sədəqəsi verilməlidir): 1- Dillə sədəqə vermək (insanların arasında sülh yarat) 2- Məqam və adından sədəqə vermək (insanların problemlərini həll et) 3- Ağıl və şüurunla sədəqə vermək (səndən məsləhət istəyənlərə doğru yol göstər və onlara xəyanət etmə) 4- Nitqinlə sədəqə vermək (İslamdan və məzlumların hüquqlarından müdafiə et) 5- Elv və biliyinlə sədəqə vermək (Başqalrına elm öyrət və müsəlmanların fikri inkişafında çalış) 6- Mal-dövlətindən sədəqə vermək". (Vəzayife ma dər mahe rəməzan, səh.116). Peyğəmbər (s) buyurur: Sədəqə verməklə ruzinizi çoxaldın....Sədəqə cəhənnəm odunu söndürür. Allahın qəzəbini insandan uzaqlaşdırır. Ömrü uzun edir. Böyük günahlar tez bağışlanır.... Sədəqə bəlanı uzaq edir... Sədəqə ruhu sakitləşdirir (psixi rahatlıq)... Cümə gecəsi və cümə günü, Ramazan ayı, sədəqə verməyin savabı daha çoxdur.... Küçəyə atılmış bir zibili də yerdən götürüb münasib yerinə qoymaq sədəqədir.... Xəstələrə baş çəkmək sədəqədir... İnsanlara salam verib, onları xoş dindirmək də sədəqədir... Qocalara və valideynlər hörmət etmək sədəqədir. Ölülərə Fatihə və salavat oxumaq və onlar üçün bağışlanmaq istəmək... (yəni ən yaxşı sədəqənin savabı bu işlərə veriləcəkdir). (Biharul-ənvar – Təfsire Safi – Adabun-nəfs-Əmaliye Tusi – Usuli kafi- İxtisas Mufid- Vəsailuşşiə - Töhəful uqul və s... kitablar)... Amma qaldı ki müsəlman olmayanlara kömək etmək, əgər müsəlmanların fəqiri və yoxsulu olmazsa onlara da kömək etmək olar. Amma birinci müsılman sonra qeyri-müsəlman. Hətta kafir ölkəsində yaşayırsansa müsəlman qadını olan yerdə, qeyri-müsəlmanla evlənmək imamlar tərəfindən pislənib. (Hətta müvəqqəti nikahda da). Elbette bir yerdesen ki müsəlman yoxdur və ya kömək istəyən qeyri-müəlmanın vəziyyəti çox pisdirsə və sənin köməyindən asılıdırsa ona kömək etməyin eybi yoxdur. Elbette bu o haldadır ki sən ona kömək edəndən sonra onun müsəlmana zərər vurmaq fikri olmasın. Həmçnin Azərbaycanda yayılmış qaraçılara sədəqə verməyin ki onlar yoxsul deyil və dilənmək onlar peşəsidir və ikincisi də onları dini yoxdur.Və sənə əl açan adamın düz danışdığını yoxlamaq vacib deyil, məgər ki sən ona külli miqdarda kömək etmək fikrində olasan. Məsələn istəyəsən ki onun bir illik ruzisini verəsən. Bu halda dəqiq məlumat toplamaq lazımdır. Elbette gərək elə edəsən ki abrı və mənliyi tapdalanmasın. Sədəqə nəzir etməyin də eybi yoxdur...... muhaddis2007@yahoo.com muhaddis2007@mail.ru
Sual :
men istiden gunorta namazimi qilmadiqima gore qezaya qalir. qezani ise axsam namazimda qiliram bu duzgundur. Tesekkurler
Cavab :
Namazı vaxtında qılmaq vacibdir. Heç bir bəhanə ile qəzaya vermək olmaz. Əgər həqiqətən də isti sizə namaz qılmağa mane olursa, siz namazı günortadan sonra, havanın sərin vaxtı, amma gün batmazdan qabaq qıla bilərsiniz. Namazı qəsdən qəzaya vermək büyük günahdır. Çalışın namazı vaxtında qılın, əgər bacarmasanız, heç olmazsa gün batmamışdan qabaq qılın və qəzaya saxlamayın.
Sual :
Qadının ərini boşamaq ixtiyarı varmı? Varsa, hansı hallarda olar?
Cavab :
Boşamaq məsələsi tam olaraq kişinin əlindədir. Qadin bunu yalniz teleb ede biler və dini məhkəmə qadinin xeyrine rəy verərsə o erindən əri istəməsə belə boşana bilər.Amma yalniz şəri və dini hakim bu əmri verməlidir.ve ya onu icazəsi olmalidir.
Sual :
salam.men son 3 ayda namaz qilmaqa baslamisam.son vaxtlar sehhetimle elaqedar.ve psixoloji durumumla elaqedar.namaz qila bilmedim.bu gynleri ozymy pis hiss etdim.bilirem ki ibadet derdimin dermanidi.lakin mende bele bir hiss var men namaza layiq deyilem.belkede balaca bir sehvden doqub bu .men gynahkar olmasdiqimi bilirem.ozymy de baqislamiram.sizce ne edim ?????
Cavab :
Namaz Allahin vacib emridir ve bunu her kes yerine yetirmelidir.Ve dunyada yaşayan ve Allahı derk edən hər bir kəs bilir ki, o yaradana layiq bəndə deyil ve onun iadəti də özü həddindədir. Və elə buna görə də həmişə səcdə də olmalı ve ibadət etməlidir ki, Allahın lütf və mərhəmətini qazana bilsin. Nəinki adi insanlar hetta məsum övliyalar belə öz ibadətlərini Allaha layiq bilməmişdirlər.
Sual :
Salam. Bilmək istərdim hansı şəkk namazı batil edir?
Cavab :
Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir: 1-İki rəkətli namazların rəkətlərinin sayındakı şək; (sübh namazı və səfərdə olan şəxsin (iki rəkətli) namazları kimi). Amma iki rəkətli müstəhəb namazların, habelə bə”zi ehtiyat namazlarının rəkətlərinin sayındakı şəkk namazı batil etmir. 2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk; 3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk; 4-Dörd rəkətli namazlarda, ikinci səcdənin qurtarmasından qabaq iki rəkətlə daha artıq arasındakı şəkk. (Bu məsələnin təfsilatı üçün səhih şəklərin dördüncü qisminə müraciət edin.) 5-İki rəkətlə beş, yaxud iki rəkətlə beşdən artıq rəkət arasındakı şəkk; 6-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk; 7-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk; 8-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk–istər ikinci səcdənin qurtarmasından əvvəl olsun, istərsə də sonra. Amma əgər ikinci səcdədən sonra dördlə altı, yaxud dördlə altıdan artıq rəkətlərdə şəkk etsə, ehtiyat-müstəhəb budur ki, niyyətini dörd rəkətə qoyub namazı qurtarsın, sonra iki səcdeyi-səhv yerinə yetirib namazı da yenidən qılsın. Məsələ:Əgər batil edən şəklərdən hər hansı biri insanın qarşısına çıxsa, namazı poza bilməz. Amma əgər çox fikirləşsə və şəkki qərarlaşsa, namazı pozmağın eybi yoxdur.
Sual :
İndi ev uduşlu lotoreya çıxıb.Onu qazanmağa çox ehtiyacımız var.Allah buyurub ki,ailə qurmaq gözəl əməllərdəndir.Maddi çətinliyə görə-evsizliyə görə çətin vəziyyətdəyik.Bu uduşlar adamı elə şirnikləndirir ki,sən də oynayıb udmaq istəyirsən.Əgər əhd etsən ki,qazandığın evin-malın miqdarında gələcəkdə Allahın izniylə imkanın olsa nəzir kimi yetim yesirə paylayacaqsan onda necə? Yenə də haramdır? Çox çox təşəkkür edirəm.
Cavab :
Lotoreyada udduqunuz her bir şey başqalarının malıdır. Siz nece başqasını malını Allah yolunda xərcləyə bilərsiniz? Və əlbəttə ki ailə qurmaq gözəl əməldir, amma siz bu ailənin təməlini haram üzərinə qurmaq istəyirsiniz? Allaha təvkkül edin və ondan kömək istəyin və zalimlərə imkan verməyin ki sizin haqqnızı yesinlər. İnsanların haqqını kimse yeməsə hamı rahat yaşaya və ailə qura bilər. Bizim çəkdiyimiz bütün müsibətlər öz əməllərimizin bəhrəsidir!
Sual :
İslamda nigahdan qabaq sevmək-sevilmək bəyinilmir? Yəni bizim məktəb vaxtı buraxdıgımız sevmək-sevilmək kimi nöqsanları islam necə qiymətləndirir? Öncədən təşəkkür edirəm
Cavab :
Sevib-sevilməyin harama düşməmək şərti ilə heç bir eybi yoxdur. Hansısa bir qadını xoşlayıb onu sevmık olar, elbette evvel özünün icazəsi və sonra Allahın göndərdiyi şəriətə uyğun olaraq. Amma məktəb vaxtı ve ya qeyri vaxtlarda sevdi-sevdi oyunu oynamaq nə İslam qanunlarına uyğundur və nə də İnsanlıq və əxlaqi normalara. İnsan gələcəkdə kiminsə həyatını uçuruma yuvarlandıracaq addımlar atmamalıdır. Sonda isə Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır.
Sual :
Salam müsəlman qardaş və bacılarım. Məni maraqlandıran bir şey var. indi ölkəmizdə bir çox uduşlu lotoreyalar keçirilir. Lotoreya alıb və sonradan da nəsə udmaq haram sayılır ya yox? Çox sağ olun.
Cavab :
Bütün udub-uduzmaq olan və pulla oynanılan lotoreya oyunları qumar sayılır və HARAM dır.
Sual :
Quranda təhrif: Ayetullah Xoyi ''Əl-Bəyan" (cild.4 səh 222): Bu kitabiında ağa bir cox quranin tehrif olunub olunmaması haqqında revayetlere toxunduqdan sonra bele bir söz işlədib ve buyurub ki : indiyənə qədər QURAN dəyişdirilməyib amma Ola billsin ki gelecekde Quran artib ve yaxud azalsin... Ağa xahiş edirem sizden ki bu meseleni araşdırın bir Qum telebesi bunu tesdiqledi amma hec cure inanmaqim gelmir. İmkan olsa o sehifeni (sekil veyaxud yazi kimi) e-mailme yoollayin. ALLAh komeyiniz olsun.
Cavab :
Əvvəlcə qeyd etmək istəyirəm ki, Ayətullahil-uzma seyid Əbul-Qasim Xoinin (Allah ona rəhmət etsin) mübarək və çox dəyərli "Əl-bəyan" kitabı dörd cild deyil, bir ciliddir. Və siz deyən məsələ bu kitabın müqəddəs "Nəcəf" şəhərində çap olan nüsxəsinin 156-cı səhifəsinin 7-ci sətrindən və İmam Xoinin əsərlər toplusunun 15-ci cildindəki çapda isə səhifə 221-də 14-cü sətrdən başlayır və ərəbcəsi aşağıdakı kimidir: « شبهات القائلين بالتحريف: و هنا شبهات يتشبث بها القائلون بالتحريف لا بد لنا من التعرض لها و دفعها واحدة واحدة: الشبهة الاولى: إن التحريف قد وقع في التوراة و الإنجيل، و قد ورد في الروايات المتواترة من طريقي الشيعة و السنة: أن كل ما وقع في الأمم السابقة لا بد و أن يقع مثله في هذه الامة، فمنها ما رواه الصدوق في «الإكمال» عن غياث بن ابراهيم، عن الصادق عن آبائه عليهم السّلام قال: «قال رسول اللّه صلّى اللّه عليه و آله و سلّم: كل ما كان في الأمم السالفة، فإنه يكون في هذه الأمة مثله حذو النعل بالنعل، و القذة بالقذة» (كمال الدين: ص 576 الباب 54. و قد تقدم بعض مصادر هذا الحديث من طرق أهل السنة في ما تقدم من هذا الكتاب). و نتيجة ذلك: أن التحريف لا بد من وقوعه في القرآن، و إلا لم يصح معنى هذه الأحاديث. و الجواب عن ذلك‏: : أولا: أن الروايات المشار إليها أخبار آحاد لا تفيد علما و لا عملا، و دعوى التواتر فيها جزافية لا دليل عليها، و لم يذكر من هذه الروايات شى‏ء في الكتب الأربعة، و لذلك فلا ملازمة بين وقوع التحريف في التوراة و وقوعه في القرآن. ثانيا: أن هذا الدليل لو تم لكان دالا على وقوع الزيادة في القرآن أيضا، كما وقعت في التوراة و الإنجيل، و من الواضح بطلان ذلك. ثالثا: إن كثيرا من الوقائع التي حدثت في الأمم السابقة لم يصدر مثلها في هذه الأمة، كعبادة العجل، و تيه بني إسرائيل أربعين سنة، و غرق فرعون و أصحابه، و ملك سليمان للإنس و الجن، و رفع عيسى إلى السماء و موت هارون و هو وصي موسى قبل موت موسى نفسه، و إتيان موسى بتسع آيات بينات، و ولادة عيسى من غير أب، و مسخ كثير من السابقين قردة و خنازير، و غير ذلك مما لا يسعنا إحصاؤه، و هذا أدل دليل على عدم إرادة الظاهر من تلك الروايات، فلا بد من إرادة المشابهة في بعض الوجوه. و على ذلك فيكفي في وقوع التحريف في هذه الامّة عدم اتباعهم لحدود القرآن، و إن أقاموا حروفه كما في الرواية التي تقدمت في صدر البحث، و يؤكد ذلك ما رواه أبو واقد الليثي: «أن رسول اللّه صلّى اللّه عليه و آله و سلّم لما خرج إلى خيبر مرّ بشجرة للمشركين يقال لها ذات أنواط، يعقلون عليها أسلحتهم. فقالوا: يا رسول اللّه اجعل لنا ذات أنواط كما لهم ذات أنواط. فقال النبي صلّى اللّه عليه و آله و سلّم سبحان اللّه هذا كما قال قوم موسى: اجعل لنا إلها كما لهم آلهة، و الذي نفسي بيده لتركبن سنّة من كان قبلكم» (سنن الترمذي: 9/ 26، كتاب الفتن باب ما جاء لتركبنّ سنن من قبلكم رقم الحديث: 2106، و مسند احمد: مسند الأنصار، رقم الحديث: 20892.) فإن هذه الرواية صريحة في أن الذي يقع في هذه الأمة، شبيه بما وقع في تلك الأمم من بعض الوجوه. رابعا: لو سلّم تواتر هذه الروايات في السند، و صحتها في الدلالة، لما ثبت بها أن التحريف قد وقع فيما مضى من الزمن، فلعله يقع في المستقبل زيادة و نقيصة، و الذي يظهر من رواية البخاري تحديده بقيام الساعة، فكيف يستدل بذلك على وقوع التحريف في صدر الإسلام، و في زمان الخلفاء». Tərcüməsi: "Təhrifə dair dəlillər: Təhrif nəzəriyyəsinin tərəfdarları Quranın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik. 1.Tövrat və İncilin təhrif olunması: Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yəni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Quranda da görəcəyik. Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar 4-cü cild, 8-ci səh). Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qurana da yol tapa bilmişdir. Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar. 1.Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mötəbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur. Demək, bu kimi rəvayətlərə istinad etməklə Quranın, Tövrat və İncil kimi təhrifə məruz qaldığını qəbul etmək olmaz. 2.Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qurana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qurana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir. 3.O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Firon və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz möcüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin Buna əsasən müsəlmanlar, Quranın batini mənaları ilə ziddiyyət təşkil edən zahiri mənalara istinad etməklə təhrifə yol vermiş olurlar. Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih Termizi 6-cı cild, 29-cu səh). Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir. 4.Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur. Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə iddia etmək olar?!" Və bu mətn aşağıdakı sünni hədislərinə cavab olaraq yazılıb. Və cənab Xoi burada onların dəlillərinə cavab məqamındadır, öz əqidəsini açıqlamaq məqamında deyildir. Və öz əqidəsini "Quranın təhrifi" bəhsinin sonunda açıqlamışdır ki, sizin üçün tərcümə və mətnini sayta qoyacam. 1- (الأحكام الشرعية الكبرى (ج1ص306)، أبو محمد عبد الحق الإشبيلي (سنة الولادة 510هـ/ سنة الوفاة 81هـ - تحقيق أبو عبد الله حسين بن عكاشة - الناشر مكتبة الرشد - سنة النشر 1422هـ - 2001م - مكان النشر السعودية / الرياض - عدد الأجزاء 5): «وروى الترمذي : من طريق عبد الرحمن بن زياد الأفريقي ، عن عبد الله بن يزيد ، عن عبد الله بن عمرو - هو ابن العاص - قال : قال رسول الله صلى الله عليه وآله وسلم : ' ليأتين على أمتي ما أتى على بني إسرائيل، حذو النعل بالنعل ، حتى إن كان منهم من أتى أمة علانية لكان في أمتي من يصنع ذلك ، وإن بني إسرائيل تفرقت على ثنتين وسبعين ملة ، وتفترق أمتي على ثلاث وسبعين ملة ، كلهم في النار إلا واحدة . قالوا : من هي يا رسول الله ؟ قال: ما أنا عليه وأصحابي» 2- التبويب الموضوعي للأحاديث، ج1ص8186: حدثنا موسى بن جمهور التنيسي ثنا محمد بن مصفى ثنا بقية ثنا بن ثوبان حدثني من سمع سعيد المقبري يحدث عن أبيه عن أبي هريرة قال * الربا اثنان وسبعون بابا أدناها كالذي يأتي أمه ثم قال لتركبن طريق أهل الكتاب حذو النعل بالنعل- الطبراني في مسند الشاميين ج1/ص157 ح254؛ 3- المستدرك على الصحيحين، محمد بن عبدالله أبو عبدالله الحاكم النيسابوري، الناشر : دار الكتب العلمية – بيروت، الطبعة الأولى ، 1411 – 1990، تحقيق : مصطفى عبد القادر عطا، عدد الأجزاء : 4، مع الكتاب : تعليقات الذهبي في التلخيص:ج1ص218، ح 444 و 445- فأخبرناه علي بن عبد الله الحكيمي ببغداد ثنا العباس بن محمد الدوري ثنا ثابت بن محمد العابد ثنا سفيان عن عبد الرحمن بن زياد عن عبد الله بن يزيد عن عبد الله بن عمرو قال : قال رسول الله صلى الله عليه و سلم : ليأتين على أمتي ما أتى على بني إسرائيل مثلا بمثل حذو النعل بالنعل حتى لو كان فيهم من نكح أمه علانية كان في أمتي مثله إن بني إسرائيل افترقوا على إحدى و سبعين ملة و تفترق أمتي على ثلاث و سبعين ملة كلها في النار إلا ملة واحدة فقيل له : ما الواحدة ؟ قال : ما أنا عليه اليوم و أصحابي». (و ج4ص516، ح 8448). 4- المعجم الكبير- المؤلف : سليمان بن أحمد بن أيوب أبو القاسم الطبراني - الناشر : مكتبة العلوم والحكم – الموصل - الطبعة الثانية ، 1404 – 1983 - تحقيق : حمدي بن عبدالمجيد السلفي - عدد الأجزاء : 20 - ج6ص204، ح 6017 - حدثنا يحيى بن عثمان حدثني أبي و يحيى بن بكير قالا ثنا ابن لهيعة حدثني بكر بن سوادة عن سهل بن سعد قال : قال رسول الله صلى الله عليه و سلم : ( والذي نفسي بيده لتركبن سنن الذين من قبلكم حذو النعل بالنعل ) (وج17ص13، ح3)؛ 5- سنن الترمذي - المؤلف : محمد بن عيسى بن سَوْرة بن موسى بن الضحاك، الترمذي، أبو عيسى (المتوفى : 279هـ) - مصدر الكتاب : موقع الإسلام -http://www.al-islam.com - [ الكتاب مشكول ومرقم آليا غير موافق للمطبوع وهو متن مرتبط بشرحه]: - ج9ص235، ح 2565 - حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلَانَ حَدَّثَنَا أَبُو دَاوُدَ الْحَفَرِيُّ عَنْ سُفْيَانَ الثَّوْرِيِّ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ زِيَادٍ الْأَفْرِيقِيِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَال قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيَأْتِيَنَّ عَلَى أُمَّتِي مَا أَتَى عَلَى بَنِي إِسْرَائِيلَ حَذْوَ النَّعْلِ بِالنَّعْلِ حَتَّى إِنْ كَانَ مِنْهُمْ مَنْ أَتَى أُمَّهُ عَلَانِيَةً لَكَانَ فِي أُمَّتِي مَنْ يَصْنَعُ ذَلِكَ وَإِنَّ بَنِي إِسْرَائِيلَ تَفَرَّقَتْ عَلَى ثِنْتَيْنِ وَسَبْعِينَ مِلَّةً وَتَفْتَرِقُ أُمَّتِي عَلَى ثَلَاثٍ وَسَبْعِينَ مِلَّةً كُلُّهُمْ فِي النَّارِ إِلَّا مِلَّةً وَاحِدَةً قَالُوا وَمَنْ هِيَ يَا رَسُولَ اللَّهِ قَالَ مَا أَنَا عَلَيْهِ وَأَصْحَابِي». 6- مُصنف ابن أبي شيبة - المصنف : أبو بكر عبد الله بن محمد بن أبي شيبة العبسي الكوفي (159 ـ 235 هـ) - تحقيق : محمد عوامة. - ملاحظات : ـ رقما الجزء والصفحة يتوافقان مع طبعة الدار السلفية الهندية القديمة. ـ ترقيم الأحاديث يتوافق مع طبعة دار القبلة. – ج15ص106، ح 38542- حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عُبَيْدِ بْنِ طُفَيْلٍ ، أَبِي سِيدَان ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، قَالَ : قَالَ حذَيْفَةُ : لَتَرْكَبُنَّ سُنَّةَ بَنِي إسْرَائِيلَ حَذْوَ النَّعْلِ بِالنَّعْلِ وَالْقُذَّةِ بِالْقُذَّةِ غَيْرَ أَنِّي لاَ أَدْرِي تَعْبُدُونَ الْعِجْلَ أَمْ لاَ». İndi isə cənab Xoinin məlum kitabda "təhrif" bəhsinin axırında öz nəzərini necə bəyan etdiyini sizin nəzərinizə çatdırıram:(səh.259): « النتيجة: و مما ذكرناه: قد تبين للقارى‏ء أن حديث تحريف القرآن حديث خرافة و خيال، لا يقول به إلا من ضعف عقله، أو من لم يتأمل في أطرافه حق التأمل، أو من ألجأه إليه يجب القول به. و الحب يعمي و يصم، و أما العاقل المنصف المتدبر فلا يشك في بطلانه و خرافته». "Nəticə: Qeyd etdiklərimizdən belə məlum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla, özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar". Bəs məlum oldu ki, cənab Xoi heç vaxt Quranın təhrif olunduğunu qəbul etməmiş və siz yolladığınız videoda kı vəhabi ya ərəbcə bilmir ve ya özünü qanmazlığa vurmuşdur. İkinci tərəfdən isə tutaq ki, cənab Xoi Quranın təhrifinə qail olsun, məgər Xoinin sözü bütün şiənin süzüdür? Bizim Şeyx Səduq, Müfid, Tusi kimi alimlərimiz ki 3-4 cü hicri əsrlərində yayşamışlar Quranın təhrifini möhkəm dəlillər və səhih rəvayətlər əsasında rədd etmişlər. Muhaddis2007@mail.ru
Sual :
Salam.Chox xahiw edirem mene muveqqeti kebin baarede melumat veresiz yeni nece olur ve nece kesirler,ne oxuyurlar?cutlukler ozleri oxuya bilermi ve sair bu haqqda umumi melumat versez chox wad olaram.acil lazimdir.allah razi olsun.sagolun
Cavab :
Müvəqqəti kəbin budur ki, ixtiyarı özündə olan bir qadın (eger bakirə olarsa atasının icazəsi ilə)bir müsəlman kişi ilə müvəqqəti olaraq nikah əqdi oxusunlar. Bu nikah əqdi cinsi ehtiyaca və ya müxtəlif səbəblərə görə yalnız məhrəmiyyət üçün də oxuna bilər. Nikahdan qabaq müddət və mehriyyə (qadının kəbin haqqı) təyin olunmalı və sonra əqd oxunmalıdır. Əgər qadın və kişi bu əqdi oxumağı bacarmırlarsa mollaya oxutdurmalı və əgər buna imkanları çatmırsa aşağıda kı sözləri deməlidirlər: 1- Qadın: Özümü sənin arvadın etdim, müəyyən olunmuş müddətdə, müəyyən olunmuş mehiriyyə ilə. 2- kişi: Qəbul etdim.
Sual :
dirnaqda lak dəstəmaza və qüsula əngəldir? Xahiş edirəm mənə dəqiq cavab yazın. bir saytda yazılır olar, digərində isə olmaz.
Cavab :
Dəstəmaz alarkən, dəstəmazın bütüb üzvlərinin maneədən pak olması vacibdir. O cümlədən ehtiyat vacibe görə dəstəmazda əl dırnaqlarının hamısı ve ayaqlarda en azı baş barmaqların dırnaqları (məsh etmək üçün) lak və buna oxşar şeylərdən pak olmalıdır. Qüsldə isə bütün bədən, o cümlədən əl və ayaq dırnaqları manedən təmizlənməlidir.

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar