Sual :
Islamda istimnanin hokmu nedir? O kebire guhanlardandir? Bununla bagli quran ayesi ve ya peygemberimizden ve yaxud da mesum imamlardan hedisler movcuddur?
Cavab :
İstimna əməli İslam şəriətində haram bir əməl və böyük günahlardan sayılır. Bu haqda çoxlu hədislər mövcuddur və müctəhidlər bu barədə hədilərə əsaslanaraq hökm vermişlər və sizin də vəzifəniz müctəhidin hökmünə əməl etməkdir, dəlil axtarma deyil!
Sual :
Siqe etmek? bizda burda vahabiyat coxdu hardafada ki siga meselesi gelende biza diyillar ki sizi bajuzu siga elasalar sizin xosuza geler ? bu sualin javabinda ne desek olar ?
Cavab :
Bu ilahi hökmdür.İslam qanunlarına əsasən şərtlər çərçivəsində müvəqqəti evlənmək. Bacısının qeyrətini çox çəkən vəhabilər əslən niyə bacılarını ərə verirlər. Və ya niyə bəzən bir ərdən boşanıb başqası ilə nikah bağlayırlar? Evlənə bilməyən cavanlar ne etməlidirlər? Onların Vəhabilərin ağası olan ərəb şeyxləri qədər pulları yoxdur ki, gündə bir arvad alsınlar. Bilmirəm bu vəhabilərin olmayan qeyrəti nece dözür buna ki, Səudi ərəbistanının şeyxləri gündə onlarla vəhabi qızını öz istismarlarına keçirdirlər. Məgər İslam 4 daimi nikaha icazə verməyibmi? Bəs bu Vəhabi ərbablarının gündə 15-15 aldığı qızlar hansı qanina əsasən onlara halal olur? Hələ bu azmış kimi, nökərlik etdikləri Amerikalılara da öz arvadlarından pay verirlər? Yadınızda qalsın ki vəhabilik bir təriqət və məzhəb deyil, bəlkə İslama qarşı yaradılmış bir siyasi0ictimai cərəyandır? Siz öz şiə əqidənizə əməl edin? Bu gün xiristian və yəhudilər hətta İslamın əsaslarını sual altına salmaq istəyirlər, məgər biz buna görə öz dinimizdə şəkkə düşməliyik? Biz elmi dəlillərlə ütünlüyü sübut olunmuş əqidəmizə əməl etdiyimiz üçün kiməsə cavabmı verməliyik? Bizim vəzifəmiz Əhli-beytin yolunu getməkdir, hər yoldan keçənə cavab vermək yox!
Sual :
SALAM BIR NAFAR AQA SISTANIYE TAHQIQ ETMEDEN BIR NEFERIN SOZU ILE TAQLID EDIB AMMA INDI ISTEYIR CIXIB RAHBARDAN TAQLID ETSIN HAM RAHATDI VA HAM ASAN HOKMU ALA GATIRA BILIR NE ETSIN? AGAR DEYISHMEK OLARSA ETDIYI AMALLARIN HOKMU NEDIR?
Cavab :
Əgər iki müctəhiddən biri daha alim olarsa, daha alim olan müctəhidə rücu edib ondan təqlid etməyin eybi yoxdur. Həmçinin müctəhidlərin elmi cəhətdən fərqləri yoxdursa, hansının fətvasını ələ gətirmək asandırsa ondan təqlid edə bilər və eybi yoxdur. Həmçinin əvvəlki əməllər təqlid əsasında olubsa düzgün sayılır və heç bir haqq boynunda qalmamışdır. Amma qaldı sizin sualın əvvəl qismətinə ki təhqiq etmədən Cənab Sistani ağaya təqlid etmişlər, yenədə onun hökmündə qalmağın eybi yoxdur. Çünki başqa müctəhid və alimlərin şəhadətinə əsasən o fiqh və üsulda çoxlarından daha elmlidir. Və mücthidlər haqqında əsassız şayiələr inanmaqdan və onların haqqında həqiqəti olmayan sözləri eşidib və danışmaqdan çəkinin.
Sual :
İntihar gunahdirmi? Deyilene gore insanin ozunu oldurmesi haram ve mekani sonsuz ezab olan Cehennemdi. Bu barede Quranda aye gelibmi? Gelibse o aye hansidi?
Cavab :
Aşağıda qeyd olunan Quran ayələrində dərin düşünsək qəsdən adam öldürməyin (özünü və ya başqasını) nə dərəcədə günah bir iş olduğunu başa düşərik: - نساء/29: «يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَأْكُلُوا أَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ إِلاَّ أَنْ تَكُونَ تِجارَةً عَنْ تَراضٍ مِنْكُمْ وَ لا تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللَّهَ كانَ بِكُمْ رَحيماً». - Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! (Nisa/29) - نساء/30: «وَ مَنْ يَفْعَلْ ذلِكَ عُدْواناً وَ ظُلْماً فَسَوْفَ نُصْليهِ ناراً وَ كانَ ذلِكَ عَلَى اللَّهِ يَسيراً». - Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır! (Nisa/30). - النساء/92: «وَ ما كانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِناً إِلاَّ خَطَأً وَ مَنْ قَتَلَ مُؤْمِناً خَطَأً فَتَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَ دِيَةٌ مُسَلَّمَةٌ إِلى‏ أَهْلِهِ إِلاَّ أَنْ يَصَّدَّقُوا فَإِنْ كانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَ هُوَ مُؤْمِنٌ فَتَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَ إِنْ كانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَ بَيْنَهُمْ ميثاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلى‏ أَهْلِهِ وَ تَحْريرُ رَقَبَةٍ مُؤْمِنَةٍ فَمَنْ لَمْ يَجِدْ فَصِيامُ شَهْرَيْنِ مُتَتابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ وَ كانَ اللَّهُ عَليماً حَكيماً». - Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa/92). - نساء/93: «وَ مَنْ يَقْتُلْ مُؤْمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فيها وَ غَضِبَ اللَّهُ عَلَيْهِ وَ لَعَنَهُ وَ أَعَدَّ لَهُ عَذاباً عَظيماً». - Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!(Nisa/93) - بقره/155: «وَ لَنَبْلُوَنَّكُمْ بِشَيْ‏ءٍ مِنَ الْخَوْفِ وَ الْجُوعِ وَ نَقْصٍ مِنَ الْأَمْوالِ وَ الْأَنْفُسِ وَ الثَّمَراتِ وَ بَشِّرِ الصَّابِرينَ». - Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə/155) - بقره/156: «الَّذينَ إِذا أَصابَتْهُمْ مُصيبَةٌ قالُوا إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ». - O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. (Bəqərə/156). - بقره/157: «أُولئِكَ عَلَيْهِمْ صَلَواتٌ مِنْ رَبِّهِمْ وَ رَحْمَةٌ وَ أُولئِكَ هُمُ الْمُهْتَدُونَ». - Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə/157) - بقره/178: «يا أَيُّهَا الَّذينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصاصُ فِي الْقَتْلى‏ الْحُرُّ بِالْحُرِّ وَ الْعَبْدُ بِالْعَبْدِ وَ الْأُنْثى‏ بِالْأُنْثى‏ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخيهِ شَيْ‏ءٌ فَاتِّباعٌ بِالْمَعْرُوفِ وَ أَداءٌ إِلَيْهِ بِإِحْسانٍ ذلِكَ تَخْفيفٌ مِنْ رَبِّكُمْ وَ رَحْمَةٌ فَمَنِ اعْتَدى‏ بَعْدَ ذلِكَ فَلَهُ عَذابٌ أَليمٌ». - Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir! (Bəqərə/178) - بقره/179: «وَ لَكُمْ فِي الْقِصاصِ حَياةٌ يا أُولِي الْأَلْبابِ لَعَلَّكُمْ تَتَّقُونَ». - Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz. (Bəqərə/179). - المائدة/32: «مِنْ أَجْلِ ذلِكَ كَتَبْنا عَلى‏ بَني‏ إِسْرائيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْساً بِغَيْرِ نَفْسٍ أَوْ فَسادٍ فِي الْأَرْضِ فَكَأَنَّما قَتَلَ النَّاسَ جَميعاً وَ مَنْ أَحْياها فَكَأَنَّما أَحْيَا النَّاسَ جَميعاً وَ لَقَدْ جاءَتْهُمْ رُسُلُنا بِالْبَيِّناتِ ثُمَّ إِنَّ كَثيراً مِنْهُمْ بَعْدَ ذلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ». - Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mö’cüzələr gətirmişdilər. Bundan (bu mö’cüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar. (Maidə/32). - الأنبياء/35: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ نَبْلُوكُمْ بِالشَّرِّ وَ الْخَيْرِ فِتْنَةً وَ إِلَيْنا تُرْجَعُونَ». - Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya/35). - العنكبوت/57: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنا تُرْجَعُونَ». - Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut/57). - الزمر/6: «خَلَقَكُمْ مِنْ نَفْسٍ واحِدَةٍ ثُمَّ جَعَلَ مِنْها زَوْجَها وَ أَنْزَلَ لَكُمْ مِنَ الْأَنْعامِ ثَمانِيَةَ أَزْواجٍ يَخْلُقُكُمْ في‏ بُطُونِ أُمَّهاتِكُمْ خَلْقاً مِنْ بَعْدِ خَلْقٍ في‏ ظُلُماتٍ ثَلاثٍ ذلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لا إِلهَ إِلاَّ هُوَ فَأَنَّى تُصْرَفُونَ». - Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?) (Zümər/6). - الأنعام/137: «وَ كَذلِكَ زَيَّنَ لِكَثيرٍ مِنَ الْمُشْرِكينَ قَتْلَ أَوْلادِهِمْ شُرَكاؤُهُمْ لِيُرْدُوهُمْ وَ لِيَلْبِسُوا عَلَيْهِمْ دينَهُمْ وَ لَوْ شاءَ اللَّهُ ما فَعَلُوهُ فَذَرْهُمْ وَ ما يَفْتَرُونَ». - Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax! (Ənam/137). - الأنعام/140: «قَدْ خَسِرَ الَّذينَ قَتَلُوا أَوْلادَهُمْ سَفَهاً بِغَيْرِ عِلْمٍ وَ حَرَّمُوا ما رَزَقَهُمُ اللَّهُ افْتِراءً عَلَى اللَّهِ قَدْ ضَلُّوا وَ ما كانُوا مُهْتَدينَ». - Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər. (Ənam/140). - الإسراء/31: «وَ لا تَقْتُلُوا أَوْلادَكُمْ خَشْيَةَ إِمْلاقٍ نَحْنُ نَرْزُقُهُمْ وَ إِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كانَ خِطْأً كَبيراً». - Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır! (İsra/31). - الإسراء/33: «وَ لا تَقْتُلُوا النَّفْسَ الَّتي‏ حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ وَ مَنْ قُتِلَ مَظْلُوماً فَقَدْ جَعَلْنا لِوَلِيِّهِ سُلْطاناً فَلا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كانَ مَنْصُوراً». - Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bu hökmləri ilə) ona artıq kömək olunmuşdur. (İsra/33). - آل‏عمران/157: «وَ لَئِنْ قُتِلْتُمْ في‏ سَبيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَ رَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ». - Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. (Ali-imran/157). - آل‏عمران/158: «وَ لَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ». - Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız! (Ali-imran/158). - آل‏عمران/169: «وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ». - Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Ali-imran/169). - آل‏عمران/185: «كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ إِنَّما تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَ أُدْخِلَ الْجَنَّةَ فَقَدْ فازَ وَ مَا الْحَياةُ الدُّنْيا إِلاَّ مَتاعُ الْغُرُورِ». - Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir. (Ali-imran/185). - آل‏عمران/195: «فَاسْتَجابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لا أُضيعُ عَمَلَ عامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثى‏ بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذينَ هاجَرُوا وَ أُخْرِجُوا مِنْ دِيارِهِمْ وَ أُوذُوا في‏ سَبيلي‏ وَ قاتَلُوا وَ قُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ وَ لَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْري مِنْ تَحْتِهَا الْأَنْهارُ ثَواباً مِنْ عِنْدِ اللَّهِ وَ اللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوابِ». - Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (Ali-imran/195). - الحج/58: «وَ الَّذينَ هاجَرُوا في‏ سَبيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ ماتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقاً حَسَناً وَ إِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقينَ». - Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır! (Həcc/58). Yuxarıda zikr olunan ayələrdə diqqətlə düşünərsək, qətl törətməyin (özünə və ya başqalarına qarşı) nə qədər günah və çirkin əməl olduğunu anlayacağıq. Bu ayələrdən əlavə, hədislər də vardır ki, həmin ayələrinin mənasını açıqlayır. Belə hədislərdən birini misal olaraq nəzərinizə çatdırıram: İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs özünü qəsdən öldürərsə, həmişəlik olaraq cəhənnəm odunda yanacaqdır. Allah-taala buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır! (Nisa/29-30)". (Səvabul ə`mal və iqabul ə`mal, Şeyx Səduq, səh.276; Mən la yəhzuruhul fəqih, Şeyx Səduq, c. 3/səh.571/hədis:4953 və c.4/səh.95/hədis:5163 və c.4/səh.203/hədis:5470; Təhzibul-əhkam, Şeyx Tusi, c.9/səh.207/ bab.15/hədis:1; Əl-Kafi, Şeyx Kuleyni, c.7/səh.45/hədis:1).
Sual :
Qiz ata-anasindan icazesiz kebin kesdire bilermi?
Cavab :
Qiz daimi və müvəqqəti kəbin üçün atasından mütləq icazə almalıdır. Ananın və başqalarının icazəsi lazim deyil. Əgər ata həyatda olmazsa ata babasından icazə almalıdır. Baba da dünyada olmazsa qizin ixtiyari özü ilədir.
Sual :
Sehr və cadu vardırmı? eger bir insana cadu olunubsa o insan ne etmelidi? cadunu temizletdirmek savabdi yoxsa gunahdi sehre qarwi hec bir addim atmaq olmaz? cox tewekkur edirem.
Cavab :
Xariquladə və başqalaının bacarmadığı bir sıra işləri bəzi insanlar bacarırlar. Bu insanlar ya İlahi peyğəmbər və övliyalar və ya sufi, falçı, sehrkar, cadugər, şəbədəbaz, mürtaz və yoqlardır. Birinci dəstə İlahi buyurduğu yolda hərəkət edərək ruhunu kamala çatdırmış və nəfsini əqlinə əsir etmiş və bunun da sayəsində lazım gələrsə Allah-taalanın icazəsi ilə başqa insanların bacarmadığı bir para işləri yerinə yetirirlər. Məsələn, peyğəmbərlər möcüzə göstərərək ölünü diriıdir, sağalmaz xəstələrə şəfa verir və həmçinin İmam və övsiyalar xəstələrə şəfa verir, qeyb aləmindən danışır və heyvanların şikayətinə qulaq asır və onların dilini bilirlər. Ən yırtıcı heyvanlar belə onların hüzurunda sakitdirlər. Bu İlahi insanlar bu cür xariquladə işləri Allahın icazəsi və insanların hidayəti üçün edir və bu işdən heç bir başqa dünyəvi hədəf güdmürlər. Biz bu qəbildən olan insanlara "pak və xeyirli ruh və nəfs" sahibləri deyirik. Amma ikinci dəstə insanlar, yəni cehrkar, cadugər, falçı, yoq və mürtazlara gəldik də isə deməliyik ki, bu tip insanlarda bir çoxlarının bacarmadığı bir sıra əməlləri yerinə yetirə bilirlər. Amma İlahi yolla deyil, bəlkə qeyri-dini və insani yollarla bu qüdrətə yiyələnirlər. Onlar ruh və nəfslərinə müxtəlif əzablar verərək onları öz ixtiyarlarına alır və onların vasitəsilə istədikləri işləri görürlər. Həmçinin cadugər və falçılar müxtəlif təbii hadislərin sirrinə yiyələnərək başqa canlı və əşyalarda təsir qoya bilirlər. Elm adamları bu cür insanlara "şər nəfs" sahibləri deyirlər. Bu cür insanların hədəfi nə özlərini və nə də digərlərini kamla çatdırçaq deyil, bəlkə özlərini başqalarından fərqli göstərmək və həmçinin bu yollada nəfsani və maddi istəklərini təmin etməkdir. (Fərhənge estelahate asar Şeyx İşraq, səh.20; Künuze Şeyxurrəis bin Sina, səh.93). Bu qısa izahdan bildik ki, həqiqətən bəzi insanlar başqalarının bacarmadığı bir sıra işləri bacarır və digərlərin də müsbət və ya mənfi təsir qoymaq imkanına malikdirlər. Amma sual bundadır ki, görəsən bu gün belə insanlar mövcuddurlarmı? Cavab: Bəli, amma "yox" dərəcəsində. Həm "Xeyir" və həmdə "Şər" nəfs sahibləri bu gün yox dərəcəsindədirlər. Bu gün dünyada bu cür qüdrətə sahib olanların sayı bəlkədə yüzü keçməz. Yoxsa siyasətçilər çoxdan bu fürsətlərdən lazım olan istifadələri etmişdilər. Belə olmasa idi bir dövlətin başqa bir dövlətə qələbəsi üçün bu qədər top-tüfəng lazım olmazdı ki, elə bunu səssizcə də etmək olardı. Onda soruşacaqsınız ki, bəs bu qədər sehrkar, cadugər, duaçıxardan, sehr sındıran, qız bəxti açan və ya bağlayan insanlar ki, bəziləri adın molla qoyub, bəzisi seyid və bəziləri baxıcı ya cindar! Görəsən bunlar kimdirlər! Bunlar Allahını unutmuş, şeytana baş əymiş və halal yolla çörək qazanmağa tənbəllik edən bir para fırıldaqçılardılar ki, pak ruhlu və sadə düçüncəli insanların inanclarından və problemlərindən sui istifadə edərək, onların ciblərinin ovuna çıxmışlar. İnsan inanmalıdır ki, Allahdan başqa heç kim, heç bir qüdrət və qüvvəyə malik deyildir. Əgər Allah icazə verməzsə heç kim nəfəs belə çəkə bilməz. Belə isə gəlin belə insanların qapısına gedib, onların toruna düşmək əvəzinə, Allaha qayıdaq və problemlərimizin həllini ondan istəyək. Allah bizim üçün müxtəlif vəsilələr qərar verib. Bizə hidayət üçün Peyğəmbər, Quran, İmam və Ağıl verib. Bunlar bizə rahat bir həyat yaşamaq üçün lazım olan bütün yolları açıqlamışlar. İnsanlara ruzini verən Allah-taaladır. Və ona bərəkət verən və ya bərəkətini azaldan da odur, mollanın yazdığı "bərəkət duası" və ya cindarın "qırx dügünü" deyildir. Allah-taala buyurur ki, əgər görürsən ruzini bərəkəti yoxdur, bil ki, günahın çoxdur. İstəyirsən ruzin və ömrün bərəkətli olsun günah etmə. Əgər iş yerində müdürlə yola getmirsən, qara toyuqun yumurtasına dua deyil, dilinə şirin sözlər yazdır. İşə vaxtında get və işində doğru ol. Əgər dükanda alverin getmir, "müştəri dartma duası" yox, malı insaflı və çəkidə düz olmaq yolunu seçərək, ruzini Allah-taaladan istə. Əgər son günlərdə özünü psixi cəhətdən yaxşı hiss etmirsən, Allaha ibadət et, məscidə get, möminlərlə otur-dur ki, ruhun saflaşsın, getmə cindar yanına ki, görsün sənə cadu ediblər ya yox! Hər kəsin kimlə evlənəcəyini Allah-taala müəyyənləşdirmişdir. İnsanlar da övladalrına qarşı mehriban olmalı və onların problemləri ilə maraqlanmalı və doğru tərbiyə etməlidirlər. Pullu-hallı yeznə-gəlin dalınca düşməli deyil, imanlı və ağıllı insanlarla qohum olmalıdırlar. Əgər qızına elçi bir az gec gəlibsə getmə cindar ya "molla" yanına ki, baxsın görsün hansı qonşun qızının bəxtini bağlayıb? Əgər toy gecəsi bəy oğlan həyacanlanıb və məlum... bunun üçün molla və ya cindar yanına qaçmazlar ki, ay bacı... bir iynə ilə həll olan işə niyə bir vərəq yazı yazdırırsan... onsuz da bilirsən ki, bu gecə bu iş həll olmasa da, sabah öz-özünə həll olacaq... lap uzağı bir ampuladır... Əgər cindar yanına getsən, axşamkı məsləni sabah camaatdan eşidəcəksən. Çünki o, öz bazarın qızışdırmaq üçün çoxdan qonşu arvadlara mesaj yazıb ki, filankəsin oğlu bağlanmışdı, mən açdım!!! Bəs həm puluzu və həm də pulla alına bilməyən abrınızı qoruyun! Bəs ay qardaş! "Molla" ya sehrkar və ya cindar güclü deyil, bəlkə biz zəifik. Ağlımızdan doğru istifadə etməkdə və bizi yaradan böyük bir qüvvənin olmasına və onun bütün işləri idarə etməsinə inanmaqda zəifik! Heç Quran oxuyubsan? Allah-taala Quranda buyurub ki, "Məni çağırın və mən də sizi eşidim" və hacətiniz rəva edim. Və həmçinin buyurb ki, məniçlə öz aranızda vasitələrdən istifadə edin. Bu vasitələr Peyğəmbər, on iki məsum imamlar və Allahın pak bəndələridirlər. Biz problemlərimizin həllində aciz qaldığımız zaman, yalnız onlara sığınmalı və ruhumuzu paklaşdırmalıyıq. Allah-taala şeytana və onun qoşununa pak insanlarda təsir qoymağa icazə verməyəcəyinə vədə vermişdir! Amma fərz edək ki, bu gün elə bir insan tapılsın ki, şər qüvvələrdən istifadə edərək digərlərində mənfi təsirlər qoya bilsin. Belə olan halda mənfi təsirə məruz qalmış insan: 1- Rabitəsini Allahla daha da gücləndirməlidrir. Məscid və ziyarətgaha getməli, namaz qılmalı, dua etməli, Quran oxumalı və qulaq asmalı və mömin insanlarla get-gəl etməlidir. 2- Sədəqə vermək. 3- Mömin insanlardan dua etmələrini istəmək. 4- Quranın birinci surəsi olan "Fatihətul-kitab"ı, yəni "Həmd" surəsini, və Quranın 113 və 114-cü surələrini çox oxumaq 5- "Cövşəni-kəbir" (Allahın minbir adı) duasını oxumaq. (Ramazan ayı "Qədr" gecəlirndə möminlər məscidlərdə oxuyurlar. El arasın da bu duaya "Gülləbatmaz" da deyirlər. 6- "Yunus" surəsinin 75-ci ayəsidən 82-ci ayəsinə qədər yazmaq və ya oxumaq. 7- Ayətəl-kursini oxumaq. 8- Və aşağıdakı duanı oxumaq: "Əllahummə inni əs`əlukə bismikəl əzimil-ə`zəm, əl-əcəllil əkrəm, əl-məxzunil məknun, ən-nuril həqq, əl-burhanil mubin. Əlləzi huvə nurun mə nurin, və nurun min nurin, və nurun fi nurin, və nurun əla nurin, və nurun fovqə kulli nurin, və nurun yuziu bihi kullu zulmətin və yuksəru bihi kulli şiddətin, və kulli şəytanin mərid, və kulli cəbbarin ənid. La təqirru bihi ərzun və la təqumu bihi səmaun, və yə`mənu bihi kulli xaifin, və yəbtulu bihi sihru kulli sahirin və bəğyu kulli bağin və həsədu kulli hasidin, və yətəsəddəu liəzəmətihil bərru vəl bəhru və yəstəqilu bihil fulku hinə yətəkəlləmu bihil mələk. Fəla yəkunu lil məvci ələyhi səbilun və huvə ismukəl ə`zəmul ə`zəm, əl-əcəllul əcəll, ən-nurul əkbər, əlləzi səmməytu bihi nəfsəkə, vəstəvəytə bihi əla ərşikə və ətəvəccəhu iləykə bi-Muhəmmədin və əhli-beytihi, əs`əlukə bikə və bihim əntusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, (sonra hacətlərini istə). (Əl-Kafi, Şeyx Kuleyni, cild.2, səh.582, hədis 17). «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ الْأَعْظَمِ الْأَجَلِّ الْأَكْرَمِ الْمَخْزُونِ الْمَكْنُونِ النُّورِ الْحَقِّ الْبُرْهَانِ الْمُبِينِ الَّذِي هُوَ نُورٌ مَعَ نُورٍ وَ نُورٌ مِنْ نُورٍ وَ نُورٌ فِي نُورٍ وَ نُورٌ عَلَى نُورٍ وَ نُورٌ فَوْقَ كُلِّ نُورٍ وَ نُورٌ يُضِي‏ءُ بِهِ كُلُّ ظُلْمَةٍ وَ يُكْسَرُ بِهِ كُلُّ شِدَّةٍ وَ كُلُّ شَيْطَانٍ مَرِيدٍ وَ كُلُّ جَبَّارٍ عَنِيدٍ لَا تَقِرُّ بِهِ أَرْضٌ وَ لَا تَقُومُ بِهِ سَمَاءٌ وَ يَأْمَنُ بِهِ كُلُّ خَائِفٍ وَ يَبْطُلُ بِهِ سِحْرُ كُلِّ سَاحِرٍ وَ بَغْيُ كُلِّ بَاغٍ وَ حَسَدُ كُلِّ حَاسِدٍ وَ يَتَصَدَّعُ لِعَظَمَتِهِ الْبَرُّ وَ الْبَحْرُ وَ يَسْتَقِلُّ بِهِ الْفُلْكُ حِينَ يَتَكَلَّمُ بِهِ الْمَلَكُ فَلَا يَكُونُ لِلْمَوْجِ عَلَيْهِ سَبِيلٌ وَ هُوَ اسْمُكَ الْأَعْظَمُ الْأَعْظَمُ الْأَجَلُّ الْأَجَلُّ النُّورُ الْأَكْبَرُ الَّذِي سَمَّيْتَ بِهِ نَفْسَكَ وَ اسْتَوَيْتَ بِهِ عَلَى عَرْشِكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِمُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ أَسْأَلُكَ بِكَ وَ بِهِمْ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَفْعَلَ بِي كَذَا وَ كَذَا»
Sual :
Nişanlımla müvəqqəti kəbin. Menim bele bir sualim var. Eger meselen menim öz niwanlimla muveqqeti kebinim varsa, ana atasi bilirse, menimde ata anam bilirse, o qiz menim heyat yoldawim sayilir?
Cavab :
Belə olan surətdə o sizin müvəqqəti ailənz sayılır. Belə hallarda yəni qizla oğlan valideynlərinin icazəsi və özlərinin qəlbi istəkləri ilə nişanlandıqları zaman və həmçinin evlənmək üçün qəti fikirdə olduqları vaxt, daimi kebinə girmələri lazimdir ki harama düşməsinlər. Siz deyən halda isə siz bir-birinizə müvəqqəti məhrəmsiniz. Əgər İnşaallah həqiqətən də evlənəcəksinizsə daimi nikah oxutdurmağınız daha məsləhətlidir.
Sual :
Əgər camaat namazi qilarken destamazim pozularsa ne etmeliyem?
Cavab :
Əgər bu namazda İmamsınızsa (pişnamaz)namazı pozmalı və bu məsələni məmumlara elan etməlisiniz. və əgər özünüz məmumsunuzsa (iqtida edən) sıradan çıxmalı və dəstəmazını təzələməli və namazınızı qılmalısınız.
Sual :
Hədiyyə namazı: Size bele bir sualim var: Dinimizde hediyye namazi deye bir namaz varmi? cox sag olun.
Cavab :
Bəzi müstəhəb namazlara hədiyyə namazı deyilir. Həmçinin bəzi namazlar elə bu adlada hədislərdə mövcuddur. Aşağıda hədiyyə ünvanı ilə qılınan bir neçə namaza işarə edirik: 1- Hər gün vacib namazlardan sonra qıldığımız nafilə namazları hədiyyə namazı da adlanır. قال الصادق علیه السلام: «إِنَّمَا النَّافِلَةُ بِمَنْزِلَةِ الْهَدِيَّةِ مَتَى مَا أُتِيَ بِهَا قُبِلَتْ فَقَدِّمْ مِنْهَا مَا شِئْتَ وَ أَخِّرْ مِنْهَا مَا شِئْت». وسائل الشیعه، ج17، ص289، باب88؛ جواهر الکلام، ج7ص183؛ İmam Sadiq (ə) buyurur: "Nafilə namazı hədiyyə kimidir, nə vaxt qılsan qəbuldur, hansın istəyirsən əvvəldə qıl, hansın istəyirsən axırda qıl". Yəni nafilə namazları bir hədiyyədir ki, vacib namazlardan qabaq və ya sonra qılınması fərqetməz. Əlbəttə Zöhr və Əsr namazlarının nafiləsi başqa hədislərə görə, onlardan sonra qılınmalıdır. (1. Vəsailuşşiə, cild 17, səh. 288 və 88-ci bölüm; 2. Cəvahirul-kəlam, cild 7, səh. 183). 2- Qəbrin birinci gecəsi qılınan və vəhşət (qorxu) namazı adlanan namaz, hədislərdə bu adla deyil, bəlkə "Hədiyyə namazı" adı ilə mövcuddur. Şeyx İbrahim bin Əli Amuli əl-Kəf`əmi (vəfat:905 hq) "Əl-Misbah" kitabında (səh.411) yazır: "Dəfn gecəsinin hədiyyə namazı iki rəkətdir. Birinci rəkətdə "Həmd"dən sonra "Ayətəl-kursi" və ikinci rəkətdə "Həmd"dən sonra on dəfə "Qədr" surəsi oxunur. Namazın salamından sonra deyirsən: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəb`əs səvabəha ila qəbri filan". Və "filanın" yerinə vəfat etmiş şəxsin adını deyirsən. (Vəsayiluşşiə, cild-8, səh. 168, 44-cü bölüm, hədis:10328; Ürvətul-vusqa, cild-1, səh.444; Misbahul-fəqih, cild.5, səh.419) 3- Vəfat etmiş şəxsin qəza namazlarını icarəyə götürüb qılan şəxs də qıldığı namazın icarə pulunu nəzərə almadan, qıldığı namazı həmin ölüyə hədiyyə etsin. Əgər ölü sahibləri qıldığı namaza görə, ona pul versələr o, həmin pulu hədiyyə kimi qəbul etsin. Başqa sözlə desək ölmüş şəxsin qəza namazlarını qılıb, onun ruhuna hədiyyə etmək olar. Bu həmin ölüyə edilən başqa ehsanlardan daha üstündür. (Kəlimətut-təqva, cild.1, səh.674, məsələ:1368). 4- Ölülərə hədiyyə namazı: Hər kəs ölənlərinə bir şey ehsan etmək istəsə, iki rəkət namaz qılıb onların ruhuna hədiyyə edə bilər. Malik bin Dinar deyir: Bir qəbristanlığa girmişdim. Məna (ya röya) aləmində gördüm ki, qəbirlərdən göyə nur ucalır. Təəccüblə özlüyümdə dedim: Yəni Allah-taala bu qəbristanlıq əhlinin hamsının günahlarını bağışlamışdır? Bu zaman hatifdən (qeybdən) bir səda gəldi: "Bu möminlərdən birinin dünyadan getmiş mömin və müsəlmanlara hədiyyəsidir". Malik deyir: Ona dedim: Səni and verirəm o Allaha ki, sənə danışmağa icazə verdi, de görüm bu hədiyyə nədir? Səs cavab verdi: Möminlərdən bir nəfər bu gecə iki rəkət namaz qıldı. Onun birinci rəkətində "həmd"dən sonra "Qul ya əyyuhəl kafirun" və ikinci rəkətində "həmd"dən sonra "Qul huvəllahu əhəd" surəsini oxudu və namazın salamından sonra belə dedi: "Əllahummə inni qəd vəhəbtu səvabəha liəhlil məqabiri minəl mo`minin" – İlahi mən bu namazın savabını möminlərdən olan qəbr sahiblərinə hədiyyə etdim". (Ədəbe-huzur, səh.168). 5- Bundan başqa hədislərdə 14 məsumun (ə) hər biri üçün müxtəlif günlərdə hədiyyə namazları vardır. Məsələn: Cümə günü həzrət Peyğəmbərimiz (s), İmam Mehdi (ə) və həzrət Zəhra (s) üçün 6 rəkət (hər biri üçün iki rəkət) namaz qılıb hədiyyə edə bilərsən. Şənbə (altıncı gün) İmam Əli (ə) və imam Kazim (ə) üçün 4 rəkət hədiyyə namazı qılmaq savabdır. Həmçinin Cümə axşamı (4-cü gün) İmam Sadiq (ə) üçün iki rəkət namaz qılıb hədiyyə etmək savabdır. (Ər-rəsailul-uşr, İbn Fəhəd Hilli, səh.96). 6- Həmçinin hədislərdə bəzi şəxslər üçün məxsus hədiyyə namazları vardır ki, bəziləri aşağıdakılardır: 1)- İmam Əli (ə) namazı: Dörd rəkətdir. Hər rəkətdə "Həmd"dən sonra beş dəfə "Qul hu vəllahu əhəd" surəsini oxuyursan. 2)- Həzrət Zəhra (s) namazı: İki rəkətdir. Birinci rəkətdə həmddən sonra yuz dəfə "Qədr" surəsi və ikinci rəkətdə həmddən sonra yuz dəfə "ixlas" surəsi oxunur. Bu cür namazlardan məsumların hər biri üçün vardır. (Ər-rəsailul-uşr, İbn Fəhəd Hilli, səh.96).
Sual :
Namaz qılarkən 1 il müddətində çoxlu qəzalarım olub,qılmamışam yığılıb qalıb,bunu Allah bağışlayarmı?nə məsləhət görərdiniz?
Cavab :
Qəzaya getmiş namazları heç bir şey əvəz etmir və mütləq qılınmalıdır. İnsan özü sağ ikən qəza namazlarını qılmalı və ölərsə varisləri bunu yerinə yetirməkidirlər.
Sual :
Şahmat oyunu haramdırmı?
Cavab :
Əgər idmanın bir növü kimi (fikri gücləndirmək üçün) oynanılarsa haram deyil. yox əgər ondan qumar kimi (udub-uduzmaq) istifadə olunarsa haramdır.
Sual :
Islamda sigə(muveqqeti nikah)varmi? Şie ve sunnilerin buna munasibeti.
Cavab :
İslam dinində şiə əqidəsinə görə siğə (müvəqqəti nikah)onun hökümlərinə dəqiq əməl olunmasi şərtilə halal sayılır. Sünni qardaşlarımızdan olan alimlərin əksəriyyəti bu işin Peyğəmbərin (s) vəfatından və ya səhabələrin zamanından sonra halal olmadığını düşünürlər.
Sual :
Ramazan ayi olmayan bir vaxtda Ramazan ayinin qezasin bile-bile pozana keffare dushur?
Cavab :
Əgər qəzanı günortadan qabaq pozsa, kəffarə gəlmir. Günortadan sonra isə kəffarə gəlir.
Sual :
Namaz qilan bir sexsin namehreme baxmaqinin haram oldugumu bilirik.bes yaxsi bu insan oz sehvetini nece ozunden uzaqlasdirsin?
Cavab :
Cinsi meylin təmin olunmasının təbii yolu ailə qurmaqdır. Kiməsə, şəhvətini soyutsun deyə, başqalarının namusuna baxmağa icazə verilmir.
Sual :
Считается ли вина доказанной, если подозреваемый в преступлении признался в нем под давлением органов следствия? Или же признание должно быть совершено в присутствии шариатского судьи и с соблюдением всех шариатских законов?
Cavab :
Признание в преступлении должно происходить в присутствии шариатского судьи и с соблюдением всех шариатских законов.
Sual :
Eşitidiyimə əsasən nəcisin tərkibində olan maddələrdən saqqızın tərkibindədə var.Həmin maddələr olmasa saqqız əmələ gəlmir.buna əsasən saqqız nəcis sayılırmı? xaiş eliyirəm sualı cavaplandırasınız.ALLAH Razı Olsun.
Cavab :
Hansısa bir söz eşitmək şəri dəlil ola bilməz. Əgər konkret olaraq hansısa saqqızın tərkibində murdar qatqısı olarsa, bu zaman həmin saqqız murdar olar. Əks təqdirdə saqqız pak və halaldır.
Sual :
1.Namazda elleri uze vurmaq olarmi 2icki icen adamla doslug etmek olar?Qarabag bizim torpagimizdir o,ra qesb olunub orda namaz qilmaq olarmi?
Cavab :
1. Namazda əlləri üzə vurmaqdan məqsədiniz nədir? Namazın hansı hissəsində, hansı məqsədlə? Sualınızı konkretləşdirin zəhmət olmasa. 2. İçki içənlə onu bu yoldan çəkindirmək məqsədilə dostluq etmək olar. 3. Müharibə nəticəsində qəsb olunan torpaqlarda namaz qılmaq olar. Lakin oradan çıxarılan insanların şəxsi mənzillərində və ya mülklərində namaz qılmaq olmaz.
Sual :
Gunorta namzini Sham azanina qadar qilmaq olarsa tutaq ki gunorta namazinin yarisini qilmisham. Bu vaxt Sham namazinin Azani verildi man na etmaliyam? namazi saxlamaliyam yoxsa...? Avvalcadan tashakkurumu bildiriram.
Cavab :
Əgər bir rəkətini qıldıqdan sonra şam namazının vaxtı daxil olursa, namazınız düzdür və davam etdirməlisiniz.
Sual :
MEN GENCE SHEHERINDE YASHAYIRAM VE HEFTEDE BIR GUN ISHIMLE ELAQEDAR OLARAQ BAKI SHEHERINE OLURAM.VE BU MENIM ISHIM SAYILIR .BELE HALDA MENE ORUC TUTMAQ OLARMI VE BIRDE XAHISH EDIREM MENIM BAKIDA OLDUGUM HALDA NAMAZIM QESRDIR YOXSA BUTOV BUNU CAVABLANDIRASINIZ .EVVELCEDEN TESHEKKUR EDIREM
Cavab :
Əgər hər on gündə ən azı bir dəfə gedirsinizsə, ikinci səfərinizdən sonra orucunuz pozulur, namazınız da qəsrdir.
Sual :
Mene ickinin haram buyurulmasi haqda ayeler ve hansi surelerde izah etmenizi rica edirem.Bir de bizler ehli-sunne ve cemaat alimlerinin dini eserlerinden istafade etmek olarmi yeni onlardan faydalanmaq olarmi? Eger insan tovbe etdikden sonra Qiyamet gununde tovbeden onceki gunahlarina gore onu ne cur ceza gozleyir.Ehli-sunne alimleri cehennem de mueyyen cezadan sonra cennete gedeceklerini oz eserlerinde qeyd edirler.Tessekur edirem.Allah razi olsun.
Cavab :
1. Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur. Birinci mərhələdə buyurur: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz”[436]. Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir. İkinci mərhələ: “Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır”[437]. Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir. İkinci: Quranın tərbiyə üsulu çox maraqlıdır. Çünki iki çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır. Üçüncü mərhələ: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”[438]. Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur. 1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra kefləşdikdə (sərxoş vəziyyətdə) namaza yaxın durmasınlar. Bunun iki faydası var: a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır. Kefli ikən Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır. b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi[439]. 2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır[440]. Digər təfsirçilər isə bu baxışı rədd edir və bildirirlər ki, ayədə məqsəd ümumiyyətlə tam oyaq olmaqdır. “Nə dediyinizi biləsiniz deyə” ifadəsindən aydın olur ki, insanın tam oyaq olmadan (istər yuxudan, istərsə də spirtli içkilərin təsirindən) namaz qılması doğru deyil[441]. 3. Ayədə “صلوه” [səlat] sözündən məqsəd namaz qılınan məkan, yəni məsciddir. Buna dəlil “الاعابری سبیل” ibarəsidir. Deməli, ayə kefli halda məscidə yaxın getməyi qadağan edir[442]. Dördüncü mərhələ: “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”[443] Ayədə bir neçə məqamın üzərində dayanmaq lazımdır. Birincisi: Ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا “artıq içməyəcəyik” sözləri oldu[444]. Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi. İkinci: Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır. 2. Günahlar haqqullah və haqqunnas olmaqla iki yerə bölünür. Tövbə edərkən haqqullah bağışlanır, haqqunnas isə yox.

Yazarlar

Coşqun Cəfər
Yetimlərin Pənahı
Vüsal Hüseynzadə
Orucluq bizə nə verir?
Mirməhəmməd Əhmədov
Uzunqulağın xoşagəlməz səsi və xilqət
Eldar İlqaroğlu
Nağılbaz molla
Rəsul Mahmudov
Öz eyiblərini görmək xoşbəxtliyi
Zəhra Hüseynzadə
Şuşa məscidi və Ədalətsiz dünya
Bütün yazarlar

Uyğun yazılar